Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4



Yüklə 58,9 Kb.
səhifə12/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

3.2.2 Sərbəst dəyişənlər

Əhali. STİRPAT modeli çərçivəsində əhali sayının ətraf mühit təsirlərini ölçmək üçün izah edici dəyişən kimi əhali sayını, həmçinin müəyyən yaş qrupları (məsələn, 0-14, 15-65, 65-dən yuxarı, tədqiqatın məqsədindən asılı olaraq bu bölgü fərqli şəkillərdə aparıla bilər) üzrə əhali sayı götürmək olar. Məsələn, 15-65 yaş arası əhalinin (yəni qeyri-asılı əhali) faizini neo-Maltus yanaşmasını və insan ekologiyası elminin hipotezlərini qiymətləndirib test etmək üçün istifadə edirlər. Bəzən də tədqiqatın məqsədində asılı olaraq müəyyən nəzəri yanaşmaları test etmək üçün bu dəyişənlərin kvadratlarından da istifadə edilir.

İqlim və biocoğrafi təsirləri nəzərə almaq üçün, xalqın əsas yayılma arealı və adam başına düşən torpaq sahəsi (sıxlığın tərsi) istifadə olunur.



Rifah. İqtisadi inkişaf və ətraf mühit təsiri arasındakı əlaqəni qiymətləndirmək üçün adam başına düşən ÜDM dəyişənindən, bu dəyişənlər arasındakı qeyri-monoton əlaqəni qiymətləndirmək üçün isə üçün adam başına düşən ÜDM-nin kvadratından istifadə olunur.

Xitmət sektoruna yönəlmənin ətraf mühit təsirləri üzərində effekti barədə testlər aparmaq məqdsədilə, iqtisadi struktur göstəricisi kimi ÜDM-nin qeyru-xidmət sektorundakı payı (%) istifadə olunur. Sənayeləşmənin ətraf mühit təsirləri üzərindəki effektini ölçmək üçün ÜDM-nin sənayedəki payı dəyişəni istifadə oluna bilər.



Texnologiya. T-ni ifadə etmək üçün ümumi qəbul edilən, konkret bir dəyişən yoxdur. Yuxarıda da qeyd olunduğu kimi, STIRPAT modelləşdirmə çərçivəsində texnologiya üçün xüsusi ölçü mövcud deyil. Ümimiyyətlə, hər hansı bir təkanverici qüvvənin ifadəsini modelə daxil edərək o qüvvənin elastikliyini ölçə bilərik. Bəzən tədqiqatçılar texnologiyanı tək başına hesaba almırlar və onun xəta həddinə daxil olduğunu fərz edirlər.

STIRPAT çərçivəsi çalışmalarında texnologiya üçün istifadə olunan digər bir proksi isə modernizasiyadır (müasirləşmədir). Modernizasiya şəhərdə yaşayan əhalinin sayı (yaxud onun ümumi əhaliyə olan nisbəti) ilə ölçülə bilər. Bundan əlavə, şəhər əhalisi nisbəti dəyişəninin kvadratı, bəzi modernizasiya nəzəriyyəçilərinin qeyd etdiyi kimi, qeyri-monoton əlaqəni qiymətləndirmək üçün istifadə olunur [18,19].

Neoliberal siyasi azadlıqların təsirinə aid Ekoloji modernizasiya nəzəriyyəsinin verdiyi proqnozları qiymətlənmdirmək üçün həm siyasi hüquqlar, həm də vətəndaş azadlıqları indikatorlarından istifadə olunur. Bu indikatorların təsirini qiymətləndirmək üçün onlar modelə fiktiv dəyişənlər kimi daxil edilir. Dövlətin ətraf mühitin mühafizəsinə töhfəsini qiymətləndirmək üçün dövlətin ətraf mühit müqavilələrində iştirakına əsaslanan ətraf mühit siyasəti (environmnetalizm) (fiktiv dəyişənə kodlaşdırılmış) indikatorundan istidafə olunur.


Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin