Dayaniqli inkişaf və stirpat çƏRÇİVƏSİ1 uot: 330. 341: 316. 4; 330. 35: 316. 4


STİRPAT çərçivəsində asılı və sərbəst dəyişənlər



Yüklə 58,9 Kb.
səhifə11/15
tarix06.04.2022
ölçüsü58,9 Kb.
#54795
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   15
DayanqlinkafvSTIRPATrivsi M H Y

3.2. STİRPAT çərçivəsində asılı və sərbəst dəyişənlər

3.2.1 Asılı dəyişənlər

Elmi tədqiqatlarda ətraf mühit təsirlərini ölçmək üçün müxtəlif göstəricilərdən (indikatorlardan) istifadə edilə bilər. Bu məqsədlə daha geniş istiadə olunan dəyişənlərdən biri “ekoloji iz” (ecological footprint) dəyişənidir [20].

Ekoloji iz məcmu bir ölçüdür və torpağın, ətraf mühitin isanlara təqdim etdiyi üç mühüm faydanın əsası olduğu fikrinə əsaslanır. Belə ki, torpaq həm yaşayış sahəsidir, həm resurs mənbəyidir, həm də tullantılar üçün anbardır. Bu baxımdan, məhsuldar torpaq, ətraf mühit tərəfindən təmin edilən təbii kapital və xidmətlər üçün məntiqi bir proksidir. Ekoloji izin hesablanması o fakta əsaslanır ki, əksər resurs axınlarını, istehlak olunmuş resursları və tullantı axınını (dövriyyəsini) izləmək mümkündür. Bu axın (resurs və tullantı axınları) və istehlak qəlibləri yuxarıda qeyd olunan faydaları təmin etmək üçün bioloji məhsuldar torpaq sahələrinə çevrilə bilər. Ekoloji iz, istehlak etdiyimiz ekoloji xidmətlərin əldə olunması üçün zəruri olan torpaq sahələrinin (bioloji məhsuldarlığı artırılmış) cəmlənməsi yolu ilə hesablanır [21]. Bu, dünya üzrə orta məhsuldarlığa cavab verən bioloji məhsuldar sahələrin miqdarını təmsil edir. Məhsuldarlıq müəyyən cəmiyyətdə orta vətəndaşın tələbatını ödəyən hektarların sayına əsasən ölçülür. Məsələn, son hesablamalara görə dünyada adam başına düşən məhsuldar torpağın sahəsi 2,1 hektar təşkil edir. Lakin dünyada adam başına düşən ekoloji iz (orta dünya sakininin, tipik bir vətəndaşın, tələbatlarının dayanıqlı şəkildə təmini üçün tələb olunan torpaq miqdarı) təxminən 2,8 hektardır [21]. Bu hesablamalar dünya ölkələrinin dayanıqlılığını ölçmək üçün çıxış nöqtəsi kimi istifadə oluna bilər. Ekoloji izi adam başına 2,1 hektar və daha az olan ölkələr, əhali sayının dəyişməməsi şərtilə, bütün digər ölkələr tərəfindən uzunmüddətli dayanıqlılığı zədələmədən təkrarlana bilən qlobal təsirə malikdirlər. Nümunə olaraq, adam başına ekoloji iz göstəriciləri ABŞ üçün 12,2 Almanya üçün 6,3 Çin üçün 1,8 və Bangladeş üçün 0,6- dır (ən aşağı səviyyə) [22]. Təsirin ölçüsü kimi ekoloji izdən istifadənin bir üstün tərəfi də odur ki, o, coğrafı olaraq harada baş verməsindən asılı olmayaraq ətraf mühit təsirlərini hesablaya bilir. Onun digər üstün tərəfi isə onun müxtəlif təsirləri müqayisə imkanı verən ümumi ölçü vahidi (məhsuldar sahə) təmin etməsidir. Məcmu ekoloji iz altı növ məhsuldar sahəni özündə ehtiva edir: əkin sahələri, otlaq sahələr, meşə örtüyü, balıqçılıq sahələri, inşaat sahələri və yanacaq fosillərinin istifadəsindən yaranan karbon-dioksidin absorbasiyası üçün tələb olunan torpaqlar. Müxtəlif təsirləri tək bir indikatorda cəmləyərkən, ekoloji iz müxtəlif növ təsirlər arasında münasibətləri gözardı etmir.

Tədqiqatın məqsədindən asılı olaraq bir çox başqa dəyişənlər də asılı dəyişən kimi götürülə bilər.

Məsələn, CO2 emissiyasını və ekoloji çirklənməni ifadə edən digər göstəricilər STİRPAT modeli çərçivəsində izaholunan dəyişən kimi götürülə bilər [3,23,24].

Eyni zamanda, bir sıra tədqiqatlarda STİRPAT çərçivəsindən enerji istehlakının ekoloji aspektlərini qiymətləndirmək üçün istifadə edirlər [25,26,27,28]. Ona görə də bu tip tədqiqatlarda, umumi və spesifik enerji istehlakı göstəriciləri izaholunan dəyişən kimi qiymətləndirməyə daxil edilir.




Yüklə 58,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin