Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı



Yüklə 0.58 Mb.
səhifə7/14
tarix21.04.2017
ölçüsü0.58 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

4.8Strateji Matris


Panel müzakirələrdən və digər tədqiqatlardan strateji tövsiyyələr aydın strateji matrisdə tərtib oluna bilər və burada göstərilən strateji tövsiyyələr asanlıqla qərarvericilər və digər aparıcı iştirakçılarla kommunikasiya oluna bilər.Ölkə Koordinatoru strateji matrisin hazırlanması üçün məsuldur lakin bu tapşırığa kömək etmək üçün aparıcı ekspertlərdən ibarət seminar da təşkil edə bilər.Xüsusilə 9-cu Panel mühim rola malikdir.Ekspert tədqiqatçılar və Ölkə Koordinatoru strateji tövsiyyələri baxışdan keçirir və onları prioritetləşdirir və matrisdə aydın surətdə göstərir.

Strateji tövsiyyələrin strukturu qərarvericilərlə müzakirələri asanlaşdırmaq üçün sadə formatda veriləcəkdir. (“strateji matris” başlığı altında). Strateji matrisin modeli aşağıdakı kimidir:



Tematik Sahə 1 üçünü Tövsiyyələr




Strateji məsələ

Təklif olunan fəaliyyət

Məsul Qurum

Monitorinq göstəricisi



















4.9Hesabat Layihəsi


Sintez edilən hesabat layihəsi Ölkə Koordinatoru tərəfindən hazırlanır və LGAF-ıngöstəriciləri və meyarların tədqiqatları və stratei tövsiyyələrin xülasəsini əks etdirir. Panel müzakirələrdən olan strateji tövsiyyələr strateji matrisdə təşkil olunmalıdır. Hesabat layihəsinin əsas komponentləri bunlardır:

  1. Təşəkkür

  2. İcraçı Xülasə

  3. Giriş (1-2 səhifə)

  4. Metodologiya və şərhlər (1-2 səhifə)

  5. Kontekstin təhlili, sahiblik tipologiyası, və institusional xəritə

  6. Hər bir mövzu üçün əsaslı tədqiqatların təqdimi (hər bir mövzunun baxışdan keçirilməsindən əvvəl)

  7. LGAF –ın bal cədvəli

  8. Hər bir tematik sahə və kəsişən mövzular üzrə strateji tövsiyyələr

  9. Yekunlar və növbəti addımlar

  10. Əlavə: iştirakçılar (ekspert tədqiqatçılar, panelistlər)

  11. Strateji matris(qısa, orta, və uzun müddətə)

Biblioqrafiya

Hesabat layihəsi keyfiyyətin nəzarəti üçün bir neçə qrup üzvü tərəfindən baxışdan keçirilməlidir.


Yekun Hesabatı Dünya Bankına təqdim edilməlidir və beynəlxalq ekspertlər tərəfindən keyfiyyətin nəzarəti üçün bir neçə qrup üzvü tərəfindən baxışdan keçirilməlidir

4.10Texniki Əsaslandırma Seminarı və Strateji Dialoq Görüşü

      1. Texniki Əsaslandırma Seminarı


LGAF prosesinin nəticələrini müzakirə etməkdirvə müxtəlif mövzular arasında əlaqənin hamılıqla başa düşülməsi və LGAF-ın tədqiqatlarını müfəssəl təqdim etmək üçün iki günlük ölkə üzrə texniki əsaslandırma seminarı aşağıdakı tədbirlər icrası məqsədilə təşkil olunur: i) nəticələrin uyğunluğunun təmin edilməsi; ii) LGAF-ın müxtəlif məzmun sahələri arasında qarşılıqlı fəaliyyət vasitəsilə nəticələrin inteqrasiyasının artırılması; iii) siyasi islahatın müzakirəsi və sahələrin prioritetləşdirilməsi; iv) LGAF prosesinə dayanıqlılığı təmin etmək üçün növbəti addımların təklif edilməsi.

Seminarın texniki xarakterini saxlamaq üçün dəvət olunan iştirakçılar Daşınmaz Əmlak sektorunda olan bilik və ekspertizasına görə seçilməlidir.Effektiv texniki müzakirələri təmin etmək üçün iştirakçıların sayı 40-50-dən yuxarı olmamalıdır.Seminar üçün iştirakçılar ekspert panellərinin üzvləri arasından seçiləcəklər; dövlət rəsmiləri, və vətəndaş cəmiyyəti təşkilatlarından Daşınmaz Əmlak ekspertləri (akademik qurumların nümayəndələri, QHT-lər, özəl sector təşkilatları, Daşınmaz Əmlak sektorunda praktikaçılar) əlavə olunmaqla.

Ölkə Koordinatoru iştirakçıların siyahısının hazırlanması, seminarın adekvat icrasının maddi-texniki təchizatının təmin edilməsi və şəbəkələmənin qurulması üçün məsuldur.Ölkə Koordinatoru qabaqcadan rəqəmsal və ya nəşr nüsxədə hesabatın layihəsinin nüsxələrini paylamalıdır.

Tədbirin təklif olunan formatı aşağıdakı kimidir:



  • Ölkə Koordinatorutərəfindın LGAF-ın təqdimi

  • Dünya Bankı tərəfindən verilən “power point” formatlarında 5 aparıcı tematik sahələrinin hər birinin təqdim edilməsi. Tədqimat panelin bir üzvü tərəfindən edilir, sonra panel üzvləri və digər iştirakçılar rəylərini verirlər. Şərhlər bal cədvəli və islahat sahələri barəsində olmalıdır.

  • 2 LCD projektorlarından istifadə edilməsi; bir projektor göstəriciləri, meyarları və xalları (seçilmiş xal daxil olmaqla) və ikincisi isə tədqiqatları və strateji tövsiyyələri əks etdirir.

  • Prezentasiyalardan sonra, bir neçə qrup müzakirələr aparılır. Bu iştirakçılara iştirak və müzakirə üçün imkanlar açacaqdır. Bundan sonra 5 mövzu üzrə plenar təqdimatlar verilir və sonra tövsiyyələri, prioritetləşdirməni və təklif olunan növbəti addımların LGAF-ın dayanıqlığı baxımından müzakirəsi aparılır.
      1. Strateji Dialoq İclası


Əsas tədqiqatlar və “strateji matrisin” aparıcı qərarvericilər üçün dərhal sonradan təşkil olunan seminarda təqdim edilməsi təklif olunur.İnkişaf tərəfdaşlarla ayrıca iclas da nəzərdə tutula bilər.

Ideal olardı ki, bu iclaslar sonrakı fəaliyyətlərin razılaşdırılması, və onların icrasının inkişaf tərəfdaşlar tərəfindən dəstəklənməsi ilə nəticələnərdi; spesifik strateji tədbirlər müəyyən olunur və LGAF ilə bağlı göstəricilər hökumət tərəfindən qəbul edilir və proqresi monitorinq etmək üçün aidiyyatı qurumlar tərəfindən gündəlik işlərə daxil edilir.

Strateji dialoq yarım günlük iclasdır.İştirakçıların sayının idarə oluna bilən ölçüdə saxlanılması qərara alınmalıdır. Seminarın iştirakçıları müvafiq nazirliklər, proqramlar, torpaq siyasəti məsələlərində məsul olan parlament qurumları və s. qurumlardan müvafiq səviyyə sahiblərindən ibarət qərarvericilər olmalıdır.

Ölkə Koordinatoru– hökumtəin digər tərəfdaşları ilə birgı iştirakçıların siyahısını, şəbəkəni təklif etməli və iclasın adekvat icrası üçün texniki təchizatı təmin etməlidir.Ölkə Koordinatoru yekun hesabatın nüsxələrinin paylanması üçün məsuldur ki, bura yaxşı hazırlanan icraçı xülasə, rəqəmsal və ya nəşr nüsxədə hesabatın layihəsinin nüsxələri daxildir və qabaqcadan iştirakçılara paylamalıdır. Hesabatda LGAF prosesinin yekunlarına əsaslanan strateji matris, LGAF panelləri tərəfindən aşkar və tövsiyyə olunan həll yolları göstərilən strateji sahələr göstərilməklə hazırlanmalıdır.



Tədbirin təklif olunan formatı aşağıdakı kimi olmalıdır:

  • Hökumətdən olan tərəfdaşların LGAF prosesinə tədqim edilməsi.

  • Ölkə Koordinatoru tərəfindən LGAF prosesi və strateji matrisin təqdimatı. Strateji matris 5 aparıcı tematik sahələr üzrə və hökumətdən olan tərəfdaşlarla razılaşdırılmış təklif olunan prioritetləri göstərməlidir.

  • Şərhlər islahat üçün sahələr və LGAF-ın dayanıqlığı üçün təklif olunan növbəti addımlar üzrə verilməlidir.

  • Müxtəlif təqdimatlardan olan yekunların xüləsəsindən sonra prioritetləşdirmə üzrə müzakirələr aparılır.





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə