Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı



Yüklə 0.58 Mb.
səhifə3/14
tarix21.04.2017
ölçüsü0.58 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

2.2Mövzular


LGAF torpaq mövzularını beş əsas tematik sahələr üzrə qruplaşdırır ki, bunlar birlikdə ən inkişaf etməkdə olan ölkələr üçün aidiyyatı olan torpaq idarəçiliyi məsələlərinin qiymətləndirilməsi üçün nisbətən geniş əhatə dairəsi təmin edir lakin ənənəvi olaraq bu məsələlərə ayrı-ayrılıqda yanaşılırdı.
Bu mövzular bunlardır:

  1. Mövcud hüquqların tanınması və hörmətlə yanaşılması (hüquqi və institusional Proqram)

  2. Torpaqdan İstifadənin Planlaşdırılması, İdarə olunması və Vergiqoyma

  3. Dövlət Torpaqlarının İdarə olunması

  4. Torpaq haqqında Məlumatın Dövlət tərəfindən təmin edilməsi

  5. Mübahisələrin Həlli və Münaqişələrinİdarə olunması



2.3Panellər


Doqquz panel vardır.

Panel 1 Daşınmaz Əmlaka Sahiblik Hüququnun Tanınması

Panel 2 Meşə və İctimai Torpaqlar üzrə Hüquqlar və Kənd Torpaqlarından İstifadə üzrə

Qaydalar


Panel 3 Şəhər Daşınmaz Əmlakından İstifadə, Planlaşdırma və İnkişaf

Panel 4 Dövlət tərəfindən Daşınmaz Əmlak Menecmentliyi

Panel 5 Şəffaf Proses və iqtisadi fayda: Dövlət Torpaqlarının Özəl İstifadəyə Transferi

Aydın, Şəffaf və Rəqabətli Proseslə aparılır

Panel 6 Daşınmaz Əmlak haqqında Məlumatın İctimaiyyətə Təmin edilməsi: qeydiyyat və

kadastr


Panel 7 Daşınmaz Əmlakın Dəyərləndirilməsi və Vergiqoyma

Panel 8 Mübahisələrin Həlli

Panel 9 İnstitusional Tədbirlər və Siyasətlərin Nəzərdən keçirilməsi

2.4Göstəricilər, Meyarlar və Dərəcələmə Proqram


LGAF prosesi Daşınmaz Əmlakın idarəçiliyi göstəriciləri Proqramı ilə aparılır ki, bu göstərilən tematik sahələri əhatə edir və idarəçiliyin əsas prinsipinə aiddir.27 sayda əmlakın/torpağın idarəçiliyi göstəriciləri (LGI) vardır.
Hər bir göstərici qlobal təcrübəyə əsaslanan əvvəlcədən kodlaşdırılan (A-dan D-yə qədər olan miqyasla) bir sıra “ölçü meyarlarına” bölünür. LGAF-da cəmi 120 ölçü meyarı vardır. Meyarlar aşağıdakı üç əsas kateqoriyalar üzrə təsnifatlaşdırılmışdır:


  1. Siyasətlərin və qanunların olmasını təsvir edən göstəricilər (yəni,torpaq siyasətləri bərabərlik məsələlərini, kondominium (yaşayış binaları) haqqında qanunun və s. mövcud olmasını özündə əks etdirir);

  2. Faizlərin hesablanmasını tələb edən göstəricilər (əhali, sahə, torpaq parçaları və s.);

  3. Matrisə daxil edilməli spesifik detallar tələb edən göstəricilər

Mövzular üzrə bölünən doqquz ekspert panelləri əvvəlcədən kodlaşdırılan cavablar sıyahısından (A-dan D-yə qədər) münasib cavabı seçməklə meyarı və ölçü meyarının dərəcəsini müzakirə edəcəkdir.Ən yaxşı dərəcə olan (A) verilmiş meyar üçün ən qənaətbəxş nəticə baxımından tərtib edilir.Panel müzakirələr hazırlıq məlumatının toplanması və “ekspert tədqiqatçı” tərəfindən aparılan təhlillərə əsaslanır.

LGAF-ın tematik sahələr, göstəricilər və meyarlar ierarxiyası3-cü Cədvəldə təmsil edilmişdir.Proqramnin müfəssəl variantında dahər bir meyar üçün dörd mümkün dərəcələmə və ya qiymətləndirmə nəzərdə tutulmuşdur ki, 2-ci Əlavədə təqdim edilmişdir.


2.5Qiymətləndirmə

Birinci qiymətləndirmə hazırlıq məlumat toplanması və “ekspert tədqiqatçı” tərəfindən təhlilə əsaslanmaqla hər bir meyar üçün edilmişdir.

1-ci Cədvəldə hər bir meyarın təqdimatı verilmişdir.Təqdimatın yuxarı hissəsi meyarın təsvirini və idarəçiliyin dörd kodlu cavablandırma ilə qiymətləndirilməsini təqdim edir (A-dan D-yə qədər olan şkala ilə) və panel tərəfindən yekun seçim edilir.
Aşağı hissəsi isə hazırlıq məlumat toplamasının və təhlilinin nəticələrinə əsaslanan təhlili təqdim edir (giriş hesabatına əsasən).Panel müzakirələrdən sonra, bu təhlil tamamlanır (panel müzakirəyə əsasən).Bu təhlil dərəcələmə üçün əsaslandırma təmin edir.
Panelistlərdən strateji tövsiyyələr vermək tələb ediləcəkdir və sonda bu tövsiyyələr qeydə alınacaqdır.
Cədvəl.Hər bir Meyar üçün ballandırma və təhlil təqdim edilməsi üçün format

LGI-X, Dimension no.

Balla dərəcələmə

Meyarın qısa təsviri

A – Meyarın təsviriDaşınmaz Əmlakın ən yaxşı idarəçilik ssenarisi üzrə ən yaxşı variantdır.

B – Meyarın təsviriDaşınmaz Əmlakın ən yaxşı idarəçilik proqresinə doğru ikinci ən yaxşı variantdır

C – Meyarın təsviriDaşınmaz Əmlakın ən yaxşı idarəçilik kriteriyasına cavab verməkdə çətinlik çəkir lakin bəzi səylər göstərilməkdədir

D –Daşınmaz Əmlakın yaxşı idarə olunmasının işləkliyini göstərən səylər yoxdur.









  1. Təhlil:

  1. Meyarın balla dərəcələnməsi

  1. Strateji şərhin verilməsi


3.LGAF Proqramı: panellər, göstəricilər və meyarlar


Aşağıdakı cədvəl doqquz panellərin baxışdan keçirilməsini təqdim edir.Hər bir paneldəDaşınmaz Əmlakın idarəçilik göstəricilərinin siyahısı mövcuddur ki, bunlar müzakirə olunur, və hər bir göstərici üçün balla dərəcələnən meyarlara malikdirlər. (bax əlavəyə).
Cədvəl . Panellər, Göstəricilər, və Meyarlar



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə