Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı


Əlavə2: Göstəricilər və Hər Bir Meyar üçün A-D Dərəcələrinə malik Meyarlar



Yüklə 0.58 Mb.
səhifə9/14
tarix21.04.2017
ölçüsü0.58 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Əlavə2: Göstəricilər və Hər Bir Meyar üçün A-D Dərəcələrinə malik Meyarlar




PANEL 1. HüquqlarınKontinuumunun (Davamlılığının) Tanınması

LGI

Meyar.

Torpağın İdarə edilməsi Göstəricisi 1: Qanun fərdlərə məxsus bır sıra hüquqları tanıyır, (icarədarın ikinci dərəcəli hüquqları, yardarların (kropperlər), qadınların və s. hüquqları.)

1

1

Fərdlərin kənd torpaqları üzərində sahiblik hüquqları qanunla tanınır və praktikada qorunur.




A – Mövcud hüquqi Proqram kənd əhalisinin 90%-dən çoxunun malik olduğu hüquqları tanıyır və qoruyur

B – Mövcud hüquqi Proqram kənd əhalisinin 70%- 90%-dən çoxunun malik olduğu hüquqları tanıyır və qoruyur

C – Mövcud hüquqi Proqram kənd əhalisinin 50%-70%-dən çoxunun malik olduğu hüquqları tanıyır və qoruyur

D – Mövcud hüquqi Proqram kənd əhalisinin 50%-dən azının malik olduğu hüquqları tanıyır və qoruyur

1

2

Ənənəyə əsaslanan sahiblik hüquqları qanunla tanınır və praktikada qorunur




A: Ənənəyə əsaslanan bütün hüquqlar qanunla tanınır və effektiv qorunur

B: Ənənəyə əsaslanan bütün hüquqlar qanunla tanınır və lakin praktikada qismən qorunur

C: Ənənəyə əsaslanan hüquqlar qismən qanunla tanınır və effektiv qorunur

D: Ənənəyə əsaslanan hüquqlar qanunla tanınmır və praktikada qorunmur

1

3

Torpaq və Meşələr üzərində yerli əhaliyə məxsus hüquqlar qanunla tanınır və praktikada qorunur.




A: Yerli əhaliyə məxsus hüquqlar qanunla tanınır və praktikada qorunur.

B: Yerli əhaliyə məxsus hüquqlar qanunla tanınır lakin qismən qorunur.

C: Yerli əhaliyə məxsus hüquqlar qorunsa da qanunla tanınmır

D: Yerli əhaliyə məxsus hüquqlar qanunla tanınmır və praktikada qorunmur.

1

4

Şəhər torpaqlarında sahiblik hüquqlarıqanunla tanınır və praktikada qorunur.




A – Mövcud hüquqi Proqram şəhər əhalisinin 90%-dən çoxunun malik olduğu hüquqları tanıyır.

B – Mövcud hüquqi Proqram şəhər əhalisinin 70%- 90%-dən çoxunun malik olduğu hüquqları tanıyır.

C – Mövcud hüquqi Proqram şəhər əhalisinin 50%-70%-dən çoxunun malik olduğu hüquqları tanıyır.

D – Mövcud hüquqi Proqram şəhər əhalisinin 50%-dən azının malik olduğu hüquqları tanıyır.



Torpağın İdarə edilməsi Göstəricisi 2. Hüquqlara hörmət edilməsi və qanunla icra edilməsi

2

1

Sahibliyin fərdiləşdirilməsi üçün imkanlar mövcuddur və əldə edilə bilər.




A – Əgər azu olunarsa, Qanun torpağa adətə əsasən və eləcə də qrup və kollektiv surətdə sahiblənlənənlər üçün qismən və ya təmamilə Daşınmaz Əmlak mülkiyyətini/istifadəni fərdiləşdirmək üçün imkanları təmin edir. Belə prosedur həm həyata keçirilə biləndir, həm də aydın surətdə izah olunur, mühafizə olunur və təcrübədə tətbiq olunur.

B –Əgər azu olunarsa, Qanun torpağa adətə əsasən və eləcə də qrup və kollektiv surətdə sahiblənlənənlər üçün qismən və ya təmamilə Daşınmaz Əmlak mülkiyyətini/istifadəni fərdiləşdirmək üçün imkanları təmin edir. Belə prosedur həyata keçirilə biləndir və sui-istifadə hallarına qarşı əsas müddəalar daxil edilmişdir lakin praktikada heç də həmişə yerinə yetirilmir və çox hallarda ayrı-seçkilik üsulu ilə tətbiq olunur.

C –Əgər azu olunarsa, Qanun torpağa adətə əsasən və eləcə də qrup və kollektiv surətdə sahiblənlənənlər üçün qismən və ya təmamilə Daşınmaz Əmlak mülkiyyətini/istifadəni fərdiləşdirmək üçün imkanları təmin edir. Belə prosedurun həyata keçirilməsi mümkün deyil və ya aydın deyil, böyük miqyasda ayrı-seçkilik yaradır, hətta bundan ziyan çəkənlərin şikayət ilə müraciət etmək imkanı yoxdur.

D – Baxmayaraq ki, azu olunar, Qanun torpağa adətə əsasən və eləcə də qrup və kollektiv surətdə sahiblənlənənlər üçün qismən və ya təmamilə Daşınmaz Əmlak mülkiyyətini/istifadəni fərdiləşdirmək üçün imkanları təmin etmir.

2

2

Kənd rayonlarında olan fərdi Daşınmaz Əmlaklar formal surətdə qeydiyyatdan keçmişdir




A – Kənd rayonlarında olan fərdi Daşınmaz Əmlakların 90%-dən çoxu formal surətdə qeydiyyatdan keçmişdir.

B – Kənd rayonlarında olan fərdi Daşınmaz Əmlakların 70-90%-i formal surətdə qeydiyyatdan keçmişdir.

C – Kənd rayonlarında olan fərdi Daşınmaz Əmlakların 50-70%-i formal surətdə qeydiyyatdan keçmişdir.

D – Kənd rayonlarında olan fərdi Daşınmaz Əmlakların 50%-dən azı formal surətdə qeydiyyatdan keçmişdir.

2

3

Şəhər sahələrində olan fərdi Daşınmaz Əmlaklar formal surətdə qeydiyyatdan keçmişdir.




A – Şəhərlərdə fərdi Daşınmaz Əmlakların 90%-dən çoxu formal surətdə qeydiyyatdan keçmişdir.

B – Şəhərlərdə fərdi Daşınmaz Əmlakların 70-90%-i formal surətdə qeydiyyatdan keçmişdir.

C – Şəhərlərdə fərdi Daşınmaz Əmlakların 50-70%-i formal surətdə qeydiyyatdan keçmişdir.

D – Şəhərlərdə fərdi Daşınmaz Əmlakların 50%-dən azı formal surətdə qeydiyyatdan keçmişdir.

2

4

Qanunsuz torpaq satışlarının sayı azdır.




A: Əgər varsa, çox as sayda torpağa aid qeyri-qanuni əməliyyatlar praktikada baş verir və qeyri-qanuni satışların mövcud olmasını birmənalı surətdə müəyyənləşdirmək üçün mexanizmlər mövcuddur və müntəzəm surətdə tətbiq olunur.

B: Torpağa aid qeyri-qanuni əməliyyatların sayı azdır və bəziləri birmənalı şəkildə müntəzəm əsasda aşkar olunur.

C: Torpağa aid qeyri-qanuni əməliyyatların sayı çoxdur və bəziləri birmənalı şəkildə müntəzəm əsasda aşkar olunur.

D: Torpağa aid qeyri-qanuni əməliyyatların sayı çoxdur və heç biri birmənalı şəkildə müntəzəm əsasda aşkar olunmur.



2

5

Qeyri-qanuni icarə əməliyyatlarının sayı azdır.




A: Torpaqların icarəyə verilməsi üzrə mövcud məhdudiyyətlər, əgər varsa, aydın surətdə aşkar edilir, geniş surətdə qəbul edilir və təmamilə icra edilir.

B: Torpaqların icarəyə verilməsi üzrə mövcud məhdudiyyətlər, əgər varsa, aydın surətdə aşkar edilir, əsaslandırılır və cəmiyyətin bütün hissələri tərəfindən qəbul edilir lakin torpaq istifadəçilər tərəfindən təmamilə başa düşülmür, bu səbəbdən qismən icra olunur.

C: Torpaqların icarəyə verilməsi üzrə mövcud məhdudiyyətlər aydın surətdə aşkar edilir, lakin təmamilə əsaslandırılmır və ya torpaq istifadəçilər tərəfindən başa düşülmür, bu səbəbdən qismən icra olunur.

D: Torpaqların icarəyə verilməsi üzrə mövcud məhdudiyyətlərə bir qayda olaraq məhəl qoyulmur.

2

6

Qadınların əmək hüquqları qeydiyyata alınır və həm şəhər həm də kənd yerlərində praktikada tanınır.




A – Fiziki şəxrlərin adına qeydiyyatdan keçmiş Daşınmaz Əmlakların 45% -dən çoxu istər fərdi şəkildə istər də birgə şəkildə qadınların adına qeydiyyatdan keçmişdir.

B – Fiziki şəxrlərin adına qeydiyyatdan keçmiş Daşınmaz Əmlakların 35-45% -i istər fərdi şəkildə istər də birgə şəkildə qadınların adına qeydiyyatdan keçmişdir.

C – Fiziki şəxrlərin adına qeydiyyatdan keçmiş Daşınmaz Əmlakların 15-35% -i istər fərdi şəkildə istər də birgə şəkildə qadınların adına qeydiyyatdan keçmişdir.

D – Fiziki şəxrlərin adına qeydiyyatdan keçmiş Daşınmaz Əmlakların 15%-dən azı istər fərdi şəkildə istər də birgə şəkildə qadınların adına qeydiyyatdan keçmişdir.

2

7

Qadınların torpaq üzərində əmlak hüquqları qanunda və praktikada kişilərin hüquqları ilə bərabərdir.




A: Qadınların torpaq üzərində əmlak hüquqları qanunda və praktikada həm nəsil boyu həm də nəsil daxilində kişilərin hüquqları ilə bərabərdir.

B: Qadınların əmlak hüquqları ilə kişilərin əmlak hüquqları arasında bərabərlik qanunda təsbit edilmişdir və praktikada əksər hallarda icra edilir.

C: Qadınların əmlak hüquqları ilə kişilərin əmlak hüquqları arasında bərabərlik qanunda təsbit edilmişdir lakin belə hüquqların icrasında əhəmiyyətli dərəcədə məhdudiyyətlər vardır.

D: Qadınların əmlak hüquqları ilə kişilərin əmlak hüquqları arasında bərabərlik qanunda təsbit edilməmişdir.



Panel 2. Meşə və ictimai torpaqlar üzərində hüquqlar və Kənd torpaqlarından isifadə qaydaları

Torpağın İdarə edilməsi Göstəricisi 3. Meşə və ictimai torpaqlar üzərində hüquqlar

3

1

Kənd yerlərində qrupların hüquqları formal surətdə tanınır and icrası təmin edilə bilər.




A – Kənd yerlərində bir çox qrupların sahibləndirkləri hüquqlar tanınır və qrupların daxili təşkilatları və ya belə qrupların qanuni nümayəndələri ilə bağlı aydın şəkildə müəyyən olunmuş qaydalar vardır və icrası təmin edilə bilər.

B – Kənd yerlərində bir çox qrupların sahibləndirkləri hüquqlar tanınır və belə qruplar digər qanun (şirkətlər haqqında qanunla) əsasında qanuni nümayəndə imkanından istifadə edə bilirlər.

C – Kənd yerlərində bir çox qrupların sahibləndirkləri hüquqlar tanınır və belə qrupların qanuni nümayəndə imkanından istifadə və ya qrupların daxili təşkilatlanmaları məsələlələri qaydalarla tənzimlənmir.

D – Kənd yerlərində bir çox qrupların sahibləndirkləri hüquqlar formal surətdə tanınmır.

3

2

İstifadəçilərin torpaq üzərində əsas təbii ehtiyyatlar üzrə hüquqları (balıqçılıq daxil olmaqla) qanunla tanınır və praktikada qorunur.




A: İstifadəçilərin torpaq üzərində əsas təbii ehtiyyatlar üzrə hüquqları qanunla tanınır və praktikada effektiv surətdə və lazımınca qorunur.

B: İstifadəçilərin torpaq üzərində əsas təbii ehtiyyatlar üzrə hüquqları qanunla tanınır lakin onlardan bəziləri praktikada effektiv surətdə qorunur lakin icrası çətindir və çox vaxt aparır.

C: İstifadəçilərin əsas təbii ehtiyyatlar üzrə hüquqları qanunla tanınmırlakin bütün hallarda “de fakto”olaraq qorunur.

D: İstifadəçilərin əsas təbii ehtiyyatlar üzrə hüquqları qanunla tanınmırvə praktikada qorunmur.

3

3

Eyni ictimai torpaqlar üzərində və onlarin təkindəki təbii ehtiyyatlar üzərində çoxdəfəli hüquqlar qanunla bərabər surətdə mövcud ola bilər.




A: Çoxdəfəli hüquqların birgə mövcudluğu qanunla mümkündür və praktikada hörmətlə yanaşılır , istənilən yaranan mübahisələr cəld surətdə həll edilir.

B: Çoxdəfəli hüquqların birgə mövcudluğu qanunla mümkündür və praktikada hörmətlə yanaşılır , lakin mübahisələri həll etmək üçün mexanizmlər çox vaxt qeyri-adekvatdır .

C: Çoxdəfəli hüquqların birgə mövcudluğu qanunla mümkündür lakin praktikada nadir hallarda hörmətlə yanaşılır

D: Çoxdəfəli hüquqların birgə mövcudluğu qanunla mümkün deyildir.

3

4

Bir çox İcma və ya yerli əhaliyə məxsus torpaqlar xəritəyə alınmış (sərhədləri təyin olunmuş və təftiş olunmuşdur) və hüquqlar qeydə alınmışdır.




A: İcma və ya yerli əhaliyə məxsus torpaqların 70%-nin sərhədləri təyin olunmuş və təftiş olunmuşdur və əlaqədar iddialar qeydə alınmışdır

B: İcma və ya yerli əhaliyə məxsus torpaqların 70%-40%-nin sərhədləri təyin olunmuş və təftiş olunmuşdur və əlaqədar iddialar qeydə alınmışdır.

C: İcma və ya yerli əhaliyə məxsus torpaqların 10%-40%-nin sərhədləri təyin olunmuş və təftiş olunmuşdur və əlaqədar iddialar qeydə alınmışdır

D: İcma və ya yerli əhaliyə məxsus torpaqların 10%-dən azının sərhədləri təyin olunmuş və təftiş olunmuşdur və əlaqədar iddialar qeydə alınmışdır



Torpağın İdarə edilməsi Göstəricisi 4. Kənd torpaqlarından istifadə qaydalarında şəffaflıq

4

1

Torpaqlarından istifadəyə dair məhdudiyyətlərlə bağlı qaydalar əsaslandırılır.




A: Kənd torpaqlarından istifadəyə dair məhdudiyyətlərlə bağlı qaydalar effektiv surətdə ictimai marağa xidmət edir və icrası təmin edilir.

B: Kənd torpaqlarından istifadəyə dair məhdudiyyətlərlə bağlı qaydalar effektiv surətdə ictimai marağa xidmət edir lakin icrası zəif surətdə təmin edilir.

C: Qaydalar effektiv surətdə ictimai marağa xidmət etmir və icrasının təmin edilməsi çətindir.

D: Qaydalar nadir hallarda effektiv surətdə ictimai marağa xidmət edir lakin icrası təmin edilə bilər.

4

2

Kənd torpaları üzərində sahibliyin ötürülməsi (transferi) üzrə məhdudiyyətlər əsaslandırılır




A: Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür və belə hüquqların tanınması təmin edilir.

B – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür lakin belə hüquqların tanınması təmin edilmir.

C – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür lakin onun icrası təmin edilmir.

D – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür və onun icrası təmin edilir.

4

3

Kənd yerlərində Daşınmaz Əmlakdan istifadə planlarının hazırlanması və ya ona düzəlişlər edilməsi ictimaiyyətin fikri əsasında aparılır və nəticədə yaranan yük paylaşdırılır.




A: Kənd yerlərində Daşınmaz Əmlakdan istifadə planlarının (köçürülmə daxil olmaqla) hazırlanması və ya ona düzəlişlər edilməsi ictimaiyyətin fikri tələb olunur və onların rəyləri əsasında aparılır və müvafiq qərarların qəbul edilməsi üçün şəffaf və ictimai proses mövcuddur.

B: Kənd yerlərində Daşınmaz Əmlakdan istifadə planlarının (köçürülmə daxil olmaqla) hazırlanması və ya ona düzəlişlər edilməsi ictimaiyyətin fikri tələb olunur və onların rəyləri əsasında aparılır lakin müvafiq qərarlar qeyri-şəffaf proseslə qəbul edilir.

C: Kənd yerlərində Daşınmaz Əmlakdan istifadə planlarının (köçürülmə daxil olmaqla) hazırlanması və ya ona düzəlişlər edilməsi ictimaiyyətin fikri tələb olunur və onların rəyləri əsasında aparılır lakinonların rəyləri torpaqdan istifadə planlarının yekunlaşdırılmasında əks olunmur.

D: Kənd yerlərində Daşınmaz Əmlakdan istifadə planlarının (köçürülmə daxil olmaqla) hazırlanması və ya ona düzəlişlər edilməsi ictimaiyyətin fikri tələb olunmur

4

4

Kənd torpaqlarından istifadədə dəyişiklik vaxtında aparılır. Spesifik kənd torpaqları təsnifatları üçün (Meşə, otlaqlar, bataqlıqlar, milli parklar və s.) faktiki istifadə ilə uyğun gəlir.




A: Son 3 ildə torpaqdan istifadə təyinatında dəyişiklik baş vermiş torpaqların 70%-dən çoxunda yekun istifadə dəyişikliyi edilmişdir.

B: Son 3 ildə torpaqların 50%-70%-də torpaqdan istifadə təyinatında dəyişiklik baş vermişdir.

C: Son 3 ildə torpaqların 30%-50%-də çoxunda torpaqdan istifadə təyinatında dəyişiklik baş vermişdir.

D: Son 3 ildə torpaqların 30%-dən azında torpaqdan istifadə təyinatında dəyişiklik baş vermişdir.



4

5

Torpaqdan istifadə təsnifatlarının dəyişikliyi aydın ictimai prosesdir və ətraf mühitin qorunması ilə bağlı dəyişikliklərə səbəb olur.




A: Kənd torpaqlarının yeni istifadəyə verilməsi effektiv mexanizmə malik ictimai prosesdir və mövcud hüquqları qoruyur və torpaqdan istifadə məhdudlaşdırıldığı halda itirilmiş sahələrə görə kompensasiya ödənilir.

B: Kənd torpaqlarının yeni istifadəyə verilməsi ictimai və aydın prosesdir lakin mövcud hüquqların qorunması təmamilə effektiv deyildir.

C: Kənd torpaqlarının yeni istifadəyə verilməsi ictimai proses deyildir lakin bütün hallarda mövcud hüquqların qorunması üçün tədbirlər görülür.

D:. Kənd torpaqlarının yeni istifadəyə verilməsi ictimai proses deyildir və mövcud hüquqlara məhəl qoyulmur və ya əksər hallarda çevik surətdə kompensasiya ödənilmir.

4

6

Qorunan kənd torpaqlarından istifadə (yəni, meşə, otlaqlar, bataqlıqlar, milli parklar və s.) planları faktiki istifadə ilə uyğundur.




A: Qeyd edilməyən məqsəd üçün ayrılmış torpaq hissələrinin mövcud qanunvericiliyə zidd istifadəsinin payı10%-dən azdır.

B: Qeyd edilməyən məqsəd üçün ayrılmış torpaq hissələrinin mövcud qanunvericiliyə zidd istifadəsinin payı10%-30% civarındadır.

C: Qeyd edilməyən məqsəd üçün ayrılmış torpaq hissələrinin mövcud qanunvericiliyə zidd istifadəsinin payı30%-50% civarındadır

D: Qeyd edilməyən məqsəd üçün ayrılmış torpaq hissələrinin mövcud qanunvericiliyə zidd istifadəsinin payı50%-dən artıqdır.



PANEL 3. Şəhər torpaqlarından İstifadə, Planlaşdırma və İnkişaf

Torpağın İdarə edilməsi Göstəricisi 5 Hüquqların məhdudlaşdırılması: torpaq üzərində hüquqların qeyri-real standartlara uyğun olması şərti yoxdur.

5

1

Şəhər Daşınmaz Əmlaklarında torpağa sahiblik və sahibliyin ötürülməri (transferi) üzrə məhdudiyyətlər əsaslandırılır.




A – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür və belə hüquqların tanınması təmin edilir.

B – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür lakin belə hüquqların tanınması təmin edilmir.

C – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür lakin onun icrası təmin edilmir.

D – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür və onun icrası təmin edilir.

5

2

Şəhər Daşınmaz Əmlaklarından istifadə (fəlakətlərlə bağlı risk) üzrə məhdudiyyətlər əsaslandırılır və icrası təmin edilir (riskə meyilli bə qorunan sahələr daxil olmaqla)




A – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür və belə hüquqların tanınması təmin edilir.

B – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən daha çox ümumi ictimai maraq əsas götürülür lakin belə hüquqların tanınması təmin edilmir.

C – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür lakin onun icrası təmin edilmir.

D – Qaydalar toplusu vardır ki, bu qaydaları əsaslandırarkən ümumiyyətlə ümumi ictimai maraq əsas götürülmür və onun icrası təmin edilir.



Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə