Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə14/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

7



İxtisaslaşdırılmış dövlət məhkəmə ekspertiza idarəsi kimi Birliyin 

əsas vəzifələrinə zorakı ölüm və zorakı ölümə  şübhə olan bütün 

hallarda meyitlərin müayinəsinin təmin edilməsi; sağlamlığa 

zərərvurmanın xarakterinin və  ağırlıq dərəcəsinin, yaşın cinsi 

vəziyyətin müəyyənləşdirilməsi; həmçinin məhkəmə  təbabəti 

sahəsində bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin 

müayinə edilməsi; laborator müayinə üsullarını  tətbiq etməklə 

biomateriallarda, qida məhsullarında, dərman maddələrində, müxtəlif 

mayelərdə  və başqa maddi sübutlarda narkotik, psixotrop, zəhərli, 

üzvi mineral maddələrin və spirtlərin məhkəmə-kimyəvi müayinələri; 

tibbi-trassoloji, tibbi-ballistik, antropoloji müayinələri, şəxsiyyətin və 

alətin identifikasiyası, hadisənin dinamikasının bərpası, bioloji, 

histoloji, genetik və digər növ müayinələrin icra edilməsi; tibb 

işçilərinin peşə  fəaliyyətində yol verdikləri qanunsuz hərəkətləri ilə 

bağlı, cinayət və mülki iş materialları üzrə  məhkəmə-tibbi 

ekspertizaların icrası; hadisə yerlərində  və ekshumasiyalarda 

meyitlərin müayinəsi, təxirəsalınmaz istintaq hərəkətlərində, 

müqayisəli tədqiqat üçün nümunələrin götürülməsində məhkəmə-tibb 

ekspertlərinin mütəxəssis qismində  təmin edilməsi və s. bu kimi 

məsələlər daxildir. Eyni zamanda qəfləti ölüm, travmatizm, 

zəhərlənmə  və  xəstə orqanizmdə baş verən patoloji proseslərin 

aydınlaşdırılmasında, müalicə  və diaqnostika işlərində buraxılmış 

səhvlərin qarşısının alınmasında və müvafiq tədbirlərin həyata 

keçirilməsində, profilaktik tədbirlərin hazırlanmasında aidiyyəti 

orqanlara köməklik göstərir. 

Birliyin dövlət məhkəmə-tibbi ekspertiza idarəsi kimi fəaliyyət 

strategiyası iki istiqamətdədir. Birinci istiqamətdə insanların həyat və 

sağlamlığına, cinsi azadlıq və cinsi toxunulmazlığına qarşı 

yönəldilmiş cinayətlərin araşdırılmasında, məhkəmə-tibbi 

ekspertizanın təşkilini və icrasını təmin etməklə bu növ cinayətlərdə 

istintaq və  məhkəmə orqanlarına və  əhaliyə  məhkəmə-tibbi xidməti 

təşkil edir.  

Birliyin fəaliyyətinin ikinci əsas istiqaməti travmatizm, infeksion 

xəstəliklər, zəhərlənmə, qəfləti ölüm hallarında və xəstə orqanizmdə 

baş verən patoloji proseslərin forma və xarakterinin, onların qarşılıqlı 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin