Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə12/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   516
FƏSİL 13. 

MƏHKƏMƏ TİBBİ TƏCRÜBƏDƏ MÜAYİNƏ OBYEKTLƏRİNİN 

ZƏDƏLƏNMƏSİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİNİN DƏYİŞMƏSİ 

................. 

 

333 


ƏLAVƏLƏR............................................................................................................ 338 


Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

5



G İ R İ Ş 

 

Son illər qanunvericilikdə baş verən dəyişikliklərlə  əlaqədar 



cinayət mühakimə icraatında məhkəmə-tibbi fəaliyyətin hüquqi 

əsaslarının müzakirəsi  ən aktual problemlərdən birinə çevrilmişdir. 

Müasir cinayət mühakimə icraatı sistemində  məhkəmə tibbi 

ekspertiza istintaqın mühüm prosessual vasitələrindən biridir və  iş 

üzrə obyektiv informasiya əldə etmə üsuludur. 

Cinayət mühakimə icraatında dövlət məhkəmə tibbi ekspertiza 

fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının 

Konstitusiyası, «Dövlət Məhkəmə Ekspertizasının fəaliyyəti 

haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan 

Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual Məcəllələri 

İnzibati Hüquqpozmalar haqqında, «Əhalinin sağlamlığının 

qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu, 

Azərbaycan Respublikası Prezidentinin fərman və  sərəncamları, 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 

Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və Patoloji 

Anatomiya» Elmi-Təcrübi və  Tədris Birliyi haqqında  əsasnamə, 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 

«Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili 

və keçirilməsi haqqında»  əsasnamə, digər Respublika qanunları, 

həmçinin məhkəmə-tibbi ekspertizanın təşkili və keçirilməsini tənzim 

edən Respublika icra orqanlarının bir çox hüququ normativ aktları 

təşkil edir.  

Göstərilən qanuni normativ aktlar məhkəmə-tibbi ekspertiza 

fəaliyyətinin hüquqi tərəfini təmin etməklə yanaşı, məhkəmə-tibbi 

xidmətin metodik, ştat və maliyyə işlərini, məhkəmə ekspertizası və 

ekspert tədqiqatlarının keçirilmə və sənədlərinin tərtibi qaydalarını da 

nizamlayır, «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya» 

Birliyi və onun şöbələri ilə digər dövlət və qeyri dövlət strukturlarının 

qarşılıqlı  əlaqəsini, başqa sözlə desək Azərbaycan Respublikası 

ərazisində  məhkəmə-tibbi ekspertiza fəaliyyətinin vahidliyini və 

ardıcıllığını təmin edir.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin