Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə15/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   516
 

Şakir Musayev  

 

8



dinamikasını,  əsas xəstəliklərin və onların ağırlaşmalarının inkişaf 

mexanizmini öyrənməklə, travmatizmin aşkar edilib üzə 

çıxarılmasında, travma hallarının gizlədilməsinin qarşısının 

alınmasında, həmçinin ambulator və stasionar diaqnostika, 

profilaktika və müalicə  işləri zamanı buraxılmış  səhvlərin 

araşdırılmasında və qarşısının alınmasında, müvafiq müalicə  və 

profilaktik tədbirlərin hazırlanmasında və  həyata keçirilməsində 

səhiyyə müəssisələrinə  və istintaq-məhkəmə orqanlarına köməklik 

göstərməkdir. 

Birliyin  əməkdaşlarının peşə  və  əmək fəaliyyətləri səhiyyə 

sistemində insan əməyinin ən mürəkkəb, gərgin, məsuliyyətli, zərərli 

və  ağır növlərindən biridir. Məhkəmə-tibbi xidmət sahəsi sosial 

konfliktlərin mərkəzində durur. Bu məhkəmə təbabəti elminin insan 

həyatına və sağlamlığına qarşı yönəldilmiş cinayətlərdə onların 

qiymətləndirilməsi ilə bağlıdır. Məhkəmə  həkiminin güclü operativ 

yaddaşı  və  məntiqi olmalıdır. Məhkəmə-tibb ekspertlərinin işi çox 

zaman ekstremal şəraitdə icra olunur və onlardan kifayət qədər 

psixoloji dözümlülük tələb olunur.  

Məhkəmə-tibb eksperti ekspertizaların təşkili və keçirilməsi ilə 

bağlı cinayətkarlar, fiziki təzyiqlərə, işgəncəyə, namusuna təcavüz və 

digər formada şantaja məruz qalmış şəxslər, qəflətən bədbəxt və qətl 

hadisələrində yaxınlarını itirmiş, taleyindən narazı, həyatdan küskün, 

bədbin, aqressiv və problemli insanlarla təmasda olur. 

Məhkəmə-tibb eksperti ilk növbədə həkimdir, buna görə də tibbi 

deontologiyanın bütün prinsip və tələblərinə riayət etmək onun üçün 

zəruri şərtdir. Lakin, bununla bərabər, məhkəmə-tibb ekspertinin peşə 

fəaliyyətinin spesifikası, deontologiyanın yalnız bu sənətə məxsus bir 

neçə digər xüsusiyyətlərinin olmasını da tələb edir. 

Məhkəmə-tibb eksperti xidməti borcunu həyata keçirmək üçün 

lazım olan dərəcədə filosof, təbib…….. və  hətta hüquqşünas 

olmalıdır, onun peşəkarlıq səviyyəsi gözəl mənəvi etik 

xüsusiyətlərilə, hümanizmilə, tibb və ümumbəşər əxlaq qaydalarının 

norma və prinsiplərinə əməl etməsilə ahəngdar olmalıdır.  

Məhkəmə-tibb ekspertləri həkim olsalar da, onların fəaliyyəti 

zərərçəkənin müalicəsi ilə əlaqədar deyil və onlar müalicə həkimləri 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin