Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə22/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

15



doğulmuşların yaşama qabiliyyəti, müxtəlif xəsarətlərin ağırlığı, kəllə 

sümüklərinin travmatik zədələnməsinin təyinində bilikli şəxslərdən 

istifadə olunması öz təsdiqini tapır. Eramızdan  əvvəl 448-ci ildə 

Romada tərtib olunan «12 cədvəl» sistemi məhkəmə prosesində 

həkim rəyinin mütləqliyini  əks etdirmişdir: məsələn, zorakı ölümün 

və «qanuni» doğuşun müəyyən edilməsində  həkimin vacib iştirakı 

həmin cədvəldə əks olunmuşdur. 

Birinci  əsrdə (Adrianan dövründə, 76-138) Roma həkimləri 

hamiləliyin maksimal müddətinin müəyyənləşdirilməsinə aid 

qanunun hazırlanmasında iştirak etmişdir. 

Hələ bizim eranın VI əsrində Yustinianın tərtib etdiyi (529-534) 

məcəllədə istintaq zamanı sübut kimi göstərilən həkim rəyinin hadisə 

şahidlərinin dediklərinə nisbətən üstünlüyü və vacibliyi qeyd 

olunmuşdur.  

1532-ci ildə Almaniyada V Karla yetirilmiş  xəsarətlərdən sonra 

baş verən ölüm, ümumalman «Qanunnaməsi»nin yaradılmasına 

səbəb oldu. «Karolina» adlandırılan bu sənəddə zorakı ölüm, uşaq 

ölümü, zəhərlənmələr, uşaq düşüyü kimi halların istintaqı zamanı 

həkimlərin iştirakının vacibliyi bəyan olunmuşdur.  

İstintaq zamanı əmələ gələn suallarla bağlı həkimə ilk müraciətlər 

Rusiyada XVI-XVII əsrlər təsadüf edir. Rusiyada həkimləri istintaq 

suallarının həllinə cəlb etməsini göstərən ilk qanunvericilik aktı kimi 

Rusiya çarı I Pyotrun nəşr etdirdiyi hərbi nizamnaməni göstərmək 

olar. Nizamnamənin 154-cü artikulunda müxtəlif hadisələrdə baş 

verən ölümün səbəbinin dəqiq izahı və aydınlaşdırılması tələb olunur. 

Burada həmçinin zorakı ölüm hallarında meyitin mütləq yarılmasına 

göstəriş olunmuşdur.  

1832-ci ildə Rusiya imperiyasının Qanunlar nizamnaməsi ilk dəfə 

olaraq «xüsusi məlumatlara malik olan, elmdə, incəsənətdə  və 

peşədə» səriştəli xüsusi şahidlər və, «bilikli şəxslər» anlayışı  qəbul 

etmişdir. Bilikli şəxslər «hadisənin təhqiqatına və baxışa» cəlb edilir, 

onların ifadələrinə isə müstəqil sübut mənbəyi kimi baxılırdı. 

Əvvəllər, fəaliyyət göstərən qanunlar kimi Nizamnamə istintaq 

orqanlarının və məhkəmənin yaranan suallarını həll etmək üçün cəlb 

edilən bütün mütəxəssisləri «bilikli şəxslər» adlandırırdı. «Bilikli 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin