Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə25/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   516
 

Şakir Musayev  

 

18



kömək göstərə bilmək üçün xüsusi biliyə malik, elmi-texniki və digər 

sahədə köməklik göstərən hər hansı bir şəxsdir.  

Ümumi yanaşmaya uyğun olaraq məhkəmə-təbabətinin 

«xüsusiliyini», ekspertin tibbi peşə hazırlığını  təşkil edən bilik və 

vərdişləri, eləcə  də  iş üçün əhəmiyyətli olan hadisənin tədqiqatı, 

aşkar edilməsi və qiymətləndirilməsi üçün cinayət mühakimə 

icraatında tətbiq olunan ekspertin şəxsi təcrübəsində qazandığı bilik 

və vərdişləri təşkil edir. 

Xüsusi bilik anlayışında iki mütləq məhdudiyyət ayırd edilir. 

Birincisi - hüququ qavramada ümumtəhsil hazırlığından törənən, 

hamı üçün anlaşılan və  məlum olan, yəni geniş yayılmış, bəzən 

«həyat təcrübəsi», «sağlam fikir» kimi adlanan biliklər;  İkincisi – 

xüsusi biliklərə aid edilməsinə baxmayaraq, yalnız  ədalət 

mühakiməsinin müstəsna səlahiyyətinə aid olduğuna görə hadisə 

şəraitinin hüquqi təhlili mülki və cinayət proseslərində «xüsusi» 

biliklər çərçivəsinə aid edilmir. Sözsüz ki, bu biliklər də ümumi 

mənada xüsusi peşəkarlıq nəticəsində yaranır. Beləliklə, cinayət 

mühakimə icraatında meydana çıxan, hamıya məlum biliklər və həyat 

təcrübəsi  əsasında həll oluna biləcək və ya hüquq sahəsinə aid olan 

suallar, xüsusi biliklərdən istifadə predmeti ola bilməz.  

Azərbaycan Respublikası CPM 97.4.2 maddəsində deyilir: 

«...Qarşısına qoyulan suallar xüsusi biliklərdən kənara çıxırsa və ya 

təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün 

kifayət deyilsə, rəy verməkdən imtina etmək; yuxarıda qeyd olunmuş 

hallara görə  rəy verilməsinin mümkün olmadığı  nəticəsinə  gələrsə, 

ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etmək; bu 

imtinanı  əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın 

keçirilməsindən imtina etməsi barədə ekspertizanın keçirilməsini ona 

tapşırmış  şəxsə yazılı  məlumat vermək ekspertin hüququdur.» 

Məsələn, ölümün növünü (qətl, intihar, bədbəxt hadisə) və sifətin 

eybəcərləşməsi faktını müəyyənləşdirmək hüququ sualı  həll etmək 

deməkdir. Bu məsələlərin həlli müstəntiqin və  məhkəmənin 

səlahiyyətinə aiddir.  

Hər hansı bir məhdud sahədə  dərin biliyi və ya səriştəsi olan 

insan mütəxəssis adlanır. Azərbaycan Respublikası CPM-də cinayət 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin