C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi


III. İdaəetmə qərarlarının qəbulu



Yüklə 3,21 Mb.
səhifə16/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

III. İdaəetmə qərarlarının qəbulu:

- problemin vaxtında və dəqiq qoyulması, problemli vəziy­yə­tin aşkar olunması və qeyd edilməsi;

- problemin diaqnozunun müəyyən edilməsi;

- qərarçıxarma üçün meyarların və məhdudiyyətlərin müəy­yən­ləşdirilməsi;

- kollektiv üzvlərinin qərarçıxarma prosesinə cəlb edilməsi, qə­rar­ların hazırlanmasına səlahiyyətin verilməsi;

- idarəetmə qərarlarının qəbulu üçün informasiya təminatının hə­yata keçirilməsi;

- mümkün alternativlərin tapılması və qiymətləndirilməsi;

- kollektiv müzakirə şəraitində qərarların qəbul edilməsi (dis­kus­siyaya geniş şərait yaratmaqla)

- özünün vəzifə səlahiyyətləri və peşəkarlığı əsasında tək­ba­şı­na idarəetmə qərarlarının qəbulu;

- qəbul olunmuş qərarın icra vaxtının dəqiq müəyyən edil­mə­si;

- pedaqoji kollektivin qəbul olunmuş qərarın həyata keçiril­mə­si üçün səfərbər edilməsi, müsbət cəhətlərin nəzərə alınması;

- qəbul olunmuş qərarın icrasının axıra çatdırılmasının izlən­mə­si;



IV. İnnovasiya fəaliyyətinin inkişafı və onun idarə edil­mə­s­i:

- tətbiq olunmaqla təlim prosesinin əhəmiyyətli dərəcədə yax­şı­laşmasına imkan verən ideyaların ümumiləşdirilməsi;

- pedaqoji kollektivi yeniliklərin öyrənilməsinin zəruriliyinə, əhə­miyyətinə inandırmaq və ruhlandırmaq;

- yeniliklərin tətbiqinin informasiya təminatını (hər bir şagird və müəllim üçün yeniliyin məqsədi, mahiyəti, əhəmiyyəti barədə mə­lumat vermək);

- qiymətləndirmə zamanı aşağıdakıları nəzərə almalı: 1) ye­ni­likləri mənimsəməyi pedaqoji kollektiv nə dərəcədə istəyir; 2) ye­ni­lik­ləri mənimsəmək üçün pedaqoji kollektivin hansı çətinlikləri var; 3) yenilikləri mənimsəmə prosesində müəllimlər hansı bilik və ba­ca­rığa yiyələnəcəklər;

- müəllimlərin təşəbbüslərini qiymətləndirmək, tədqiqat, təc­rü­bə aparmaq, yaradıcı qruplar formalaşdırmaq bacarığı;

- müəllimlərə, o cümlədən yenilikləri mənimsəmə prosesinə qo­şulan müəllimlərə vaxtında və lazımi kömək göstərmək (məs­ləhət, seminar, təcrübə nümayiş etdirmək, praktik məşğələlər, töv­siy­ələr);

- psixoloji xarakterli maneələrin aradan qaldırılmasında müəl­lim­­lərə kömək etmək.



V.Rəhbərin pedaqoji mədəniyyəti:

- pedaqoji prosesi sistemli, tam şəkildə (qəbul olunmuş məq­səd­lərdən son nəticəyə qədər) görmə bacarığı;

- pedaqoji prosesi tam şəkildə elmi baxımdan təhliletmə və təş­kiletmə bacarığı;

- pedaqoji prosesin təşkili üçün ən perspektiv konsepsiyanı və tə­lim texnologiyalarını təhliletmə, müqayisəetmə və seçmə bacarığı;

- tədris planlarını, proqramları, dərslikləri, metodik vasitələri təh­liletmə bacarığı;

- hər hansı fənni (ixtisas fənnini) müasir təlim texnologiya-larından istifadə et­mək­lə yüksək peşəkarlıqla tədrisetmə bacarığı;

-müəllimlərə metodik kömək göstərmək bacarığı;

- dərsi elmi, psixoloji, pedaqoji, metodik baxımdam təhliletmə ba­carığı;

- müəllimin tam peşəkarlıq fəaliyyətinin diaqnostikasının apa­rıl­ması bacarığı;

- tərbiyə işləri sistemini təhliletmə bacarığı.



VI. Rəhbərin sosial-psixoloji mədəniyyəti, yaradıcı peda­qo­ji kollektivin təşkili:

- məktəbin qarşısında qoyulan məqsədə nail olmaq üçün kol­lek­tivin birliyi və mütəşəkkilliyini yaratmaq bacarığı;

- məktəbin qarşısında qoyulan məqsədi hər bir işçinin sub­yek­tiv tələbatına çevirmək, əhəmiyyətli etmək yollarını tapmaq ba­ca­rı­ğı;

- kollektivin dəyər-normativ birliyinin formalaşdırılması (kol­lektiv üzvlərinin tələbləri, vəzifələri, arzuları əks olunmuş sə­nəd);

- rəhbər ətrafında yaradıcı müəllimlərin birləşməsinə kömək məq­sədilə pedaqoji ideyaları, konsepsiyaları irəli sürmək və kol­lek­ti­vi sosial-pedaqoji sistemə çevirmək bacarığı;

- təcrübəli və yüksək ixtisaslı müəllimlərdən fəal qrup yarat­maq, əməkdaşları həmfikirlərin birliyinə çevirmək bacarığı;

- tədrisin özünüinkişaf rejiminə keçməklə kollektivin inki­şa­fı­nın rəğbətləndirilməsi;

- kollektivdə əlaqələri möhkəmləndirməyə şərait yaradan mək­təb ənənələrini saxlamaq və inkişaf etdirmək bacarığı.



VII. Kollektivi inandıra bilmək:

- müəllimlərin əməyə müsbət münasibətlərini rəğbətləndirmək ba­carığı;

- əmək fəaliyyəti prosesində müəllimlərin özünürealizə tələbatı­nın ödənilməsi üçün şəraitin yaradılması bacarığı;

- əməyə müsbət münasibət göstərməklə, müvəfəqiyyət üçün şə­ra­itin yaradılması bacarığı;

- məhsuldar əmək fəaliyyətinin üstünlük təşkil etdiyi sahələrin dəs­tək­lənməsi;

- müəllimlərin müstəqil axtarışlarının müdafiə edilməsi, on­la­ra proqramın, dərsliklərin, təlim vasitələrinin və metodlarının seçil­mə­­sində müstəqillik vermək;

- pedaqoji prosesi məqsədəmüvafiq təkmilləşdirməyə imkan ve­rən müəllif proqramlarının işlənilməsini, xüsusi planların müdafi­ə­­sini, pedaqoji yaradıcılığın müxtəlif formalarının tətbiqini qiymət­ləndirmək;

- diaqnostika və xarici məlumatlara əsasən (xüsusi infor­ma­siya toplayanların məlumatları istisna edilir) müəllimlərin peşə­kar­lıq fəaliyyətini və şəxsi keyfiyyətini adekvat özünüqiymətləndirmə ba­carığı;

- kollektivdə yaradıcı mühitin yaradılması və pedaqoji işçi­lə­rin yaradıcı axtarışa cəlb edilməsi.

VIII. Kollektivdə əlverişli psixoloji mühitin yaradılması.

- kollektivdə hər bir üzvün razılıq hissi doğuran məhsuldar iş­lə­rini təşkil etmək bacarığı;

- kollektivdə heç kimə xüsusi fərq qoymamaqla onların qar­şı­lıq­lı münasibətlərinin nizamlanması;

- kollektivdə optimist, sağlam və yüksək əhvali-ruhiyyə ya­rat­maq və müdafiə etmək bacarığı;

- kollektivdə sağlam ictimai fikir formalaşdırmaq bacarığı;

- kollektivin mütəşəkkilliyini təmin etməklə kollektiv ida­rə­et­mə üslubu və geniş aşkarlıq formalaşdırmaq bacarığı;

- müəllimlərin fəaliyyətində bilik və yenilik təmin etmək ba­ca­rığı;

- kollektivdə şüurlu intizama və mütəşəkkilliyə nail olmaq ba­ca­rığı;

- kollektivin qarşısında duran məqsədlərin reallığına onun ina­m­ını yaratmaq bacarığı;

- kollektivin hər bir üzvünün pedaqoji kollektivin mü­vəf­fə­qiy­yə­tinə qürur və sevinc hissi keçirməsi;

- kollektivin üzvlərinin bir-birinə və rəhbərə inamını möh­kəm­ləndirmək bacarığı;

- işgüzar münasibətlər zamanı şəxsiyyətlərarası mədəni və sə­mə­rəli əlaqələrin formalaşdırılması bacarığı.



IX. Rəhbərin ünsiyyət mədəniyyəti.

- inandırma metodarından səmərəli istifadə etmək bacarığı (ar­qument və isbatlar əsasında);

- işgüzar müzakirələri rəğbətləndirmək bacarığı;

- kollektivə və oun üzvlərinə təsir metodlarından istifadə et­mək bacarığı;

- müəllim, şagird və valideynlərlə ünsiyyət formalarını mün­tə­zəm təhliletmə bacarığı;

- vəziyyətdən asılı olaraq idarəetmə formasını çevik dəyişmək ba­ca­rığı;

- yaranmış vəziyyəti başqasının gözü ilə görə bilməyi, həm­söh­bətinə qulaq asmağı, onun vəziyyətində olmağı, onu başa düş­məyi və hansı hissələri keçirdiyini dərk etməyi (bunların hamısına em­patiya bacarığı deyilir) bacarmaq;

- refleksiya qabiliyyəti (öz fəaliyyəti və özü haqda ətraf­da­kı­la­rın fikrini nəzərə almaq);

- ünsiyyətdə təşəbbüskarlıq: ünsiyyətdə fəaliyyət mövqeyinə meyl­lilik, əlaqə yaratmaq qabiliyyəti, fəal müdaxilə tələb olunan və­ziy­yətdə işi öz üzərinə götürmək bacarığı;

- həmsöhbətinə diqqətlə qulaq asmaq, onun rəğbətini qazan­maq bacarığı;

- istənilən vəziyyətdə həmkarları ilə ünsiyyətdə pedaqoji fakt nü­mayiş etdirməyi bacarmaq;

- qarşılıqlı ünsiyyətdə əməkdaşlıq imkanlarının təmin edil­mə­si üçün psixoloji maneələri aradan qaldırmaq bacarığı;

- dözüm, soyuqqanlılıq, iradə nümayiş etdirmək bacarığı;

- gərginlik yaranan hallarda, münasibətlərdə emosional daya­nıq­lılıq, dözümlülük, səbrlilik nümayiş etdirmək bacarığı;

- ünsiyyətdə daim özünü nəzarətdə saxlamaq bacarığı;

- həmsöhbətinin məlumatlar (xüsusi informasiya toplayanların mə­lu­matları istisna edilir) əsasında öyrənmək bacarığı;

- şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi bacarığı;

- həmsöhbətinin emosional-psixi vəziyyətinə müvafiq ün­siy­yət fəaliyyətini nizamlamaq bacarığı;

- məktəbin və kollektivin maraqlarını təmin etmək məqsədilə ira­də nümayiş etdirmək, “yox” deməyi bacarmaq.

X. Rəhbərin öz işini təşkil etməsi:

- əhəmiyyətlilik dərəcəsinə görə idarəetmə fəaliyyətini həyata ke­çir­mək üçün vaxtın müəyyən edilməsi;

- vaxtın dəqiq planlaşdırılması və nizamlanması;

- perspektiv və gündəlik işin əsas istiqamətlərini müəyyən edə bil­məsi;

- gündəlik və ən vacib işləri yerinə yetirmək;

- əməkdaşların inkişafına müvafiq bəzi işləri yerinə yetirmək;

- müxtəlif fəaliyyət növlərinin yerinə yetirilməsi üçün tabe­li­yin­də olanların əməyinin nizamlanması;

- işin görülməsi üçün sərf edilən vaxtın hesaba alınması;

- əməyin təşkilinin forma və yollarının təkmilləşdirilməsi.

XI. Rəhbərin işgüzar keyfiyyətləri:

- təşkilati fəaliyyət bacarığı;

- şəxsi təşkilatçılığı, özünün , vaxtının, əməyinin təşkili baca­rı­ğı;

- işgüzarlığı və əməksevərliyi;

- məsuliyyət hissi;

- idarəetmə bacarığı;

- fəallığı;

- məqsədə çatmaq üçün inadkarlığı;

- yaradıcı və icra təşəbbüskarlığı;

- işi axıra çatdırma və bunu başqalarından tələb etmə bacarığı;

- əmək və ictimai fəaliyyətdə intizamlılıq bacarığı;

- işçilərin fəaliyyətində müsbət və mənfi cəhətləri görmək və qiy­mətləndirmək bacarığı;

- özünə qarşı tələbkarlıq, özünütənqid bacarığı;

- başqalarına qarşı tələbkarlıq bacarığı;

- idarəetmə məsələlərinin həllində özünün bilik və təşkilatçılıq key­fiyyətlərini tez və çevik tətbiq etmə bacarığı;

- hər bir işçinin ən yaxşı icra və tətbiq etmə bacarığını tapa bil­məsi;

- ədalətli təsiretmə mexanizmi müəyyənetmə bacarığı.

XII. Rəhbərin şəxsi keyfiyyətləri:

- müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində ob­yek­tiv­li­k;

- insanlara münasibətdə xeyirxahlıq;

- həmkarlarının işində müsbət cəhətləri qeyd etmək bacarığı;

- işçilərin fəaliyyətində çatışmayan cəhətləri görmək və qə­rəz­siz tənqid etmək bacarığı;

- həmkarları ilə qarşılıqlı münasibətdə mehribanlıq gös­tər­mək bacarığı;

- işçilərin fərdi xüsusiyyətlərini görmək və onların nəzərə alın­ması bacarığı;

- həmkarlarının fərdi-psixoloji xüsusiyyətlərini nəzərə al­maq­la onlarla davranmaq bacarığı;

- psixoloji- pedaqoji takt;

- tənqidi təfəkkür;

- insanların əməllərinə, sözlərinə, həmçinin onun barəsində olan informasiyaya əsasən (xüsusi informasiya toplayanların məlu­mat­ları istisna edilir) öyrənmək və müşahidə etmək bacarığı;

- öz həmkarlarını yaradıcılıq fəaliyyətinə həvəsləndirmək ba­ca­rığı;

- müəllimlərin tənqidinə qulaq asmaq, özündəki çatışmayan cə­hət­ləri aradan qaldırmağa çalışmaq bacarığı;

- idarəetmə fəaliyyətində müəllimlərin, şagirdlərin və vali­deyn­lərin faydalı təkliflərini nəzərə almaq bacarığı.



Məktəbdə işlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müa­vinlərinə həvalə olunur. Bu vəzifələr aşağıdakılardır: tədris-tər­biyə işləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkiltçı, elmi- tədqiqat işi üzrə direktor müavini (bəzi mək­təblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən öyrənən si­niflər üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini (kö­məkçi, təsərrüfat müdiri).

Tədris-tərbiyə işləri üzrə direktor müavininin əmək funk­siyalarına aiddir: təlim-tərbiyə və metodiki işləri təşkil edir; tədris plan­ları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və di­gər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir; həm­çi­nin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, on­la­rın keyfiyyətinə məsuliyyət daşıyır; zərurət yarandıqda operativ su­rətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün tək­liflər verir; təlim-tərbiyə prosesinin, həmçinin fakültativ və dər­nək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin döv­lət standartlarına uyğun təhsil almalarına nail olur; şagirdlərin meyl-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin mü­əy­yənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini tə­min edir; tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tər­tib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; fənn kabinetlərinin qorunub saxlanması, zən­ginləşdirilməsi və səmərəli istifadəni təmin edir; təlim-tərbiyə pro­sesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təc­rübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideyn­lər­lə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; pedaqoji iş­çi­lərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində işti­rak edir, onarın təkmilləşdirilmələrinə, ixtisasartırmalarına, eləcə də kadr­la­rın peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbir­lər­də iştirakına nail olur; təlimin keyfiyyətinin yüksəldilməsi və şa­gird­lərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyır, şa­gird­lərin rüblük, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, im­ta­hanların təlimata müvafiq keçirilməsini təşkil edir; təlim key­fiy­yə­tinin idarə olunması məqsədilə vaxtaşırı monitorinq-qiymətləndirmə apa­rılmasını təmin edir.

Tədris-tərbiyə işləri üzrə direktor müavini bilməlidir: gənc­lərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət or­qan­larının qərarlarını; “Təhsil haqqında Azərbaycan Respublikası­nın Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haq­qında Azərbaycan Respublikasının Qanunu”nu; təhsilin idarə olun­ması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəet­mə­nin elmi əsaslarını və müasir metodlarını, tədris proqramları və təd­ris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdiril­mə­si qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə me­todlarını; respublikamızda və xarici ölkələrdə pedaqogika və pedaqoji-psixologiya elminin son nailiyyətlərini, yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; infor­ma­siya-komunikasiya sistemlərindən istifadəni; təhsil informasiya­la­rı­nı və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hü­quqi tənzimlənməsi üzrə normativ sənədləri, hesabatvermə və sta­tistikanın əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sa­nitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Tərbiyə işləri üzrə direktor müavininin (təşkilatçının) əmək funksiyasına daxildir: Azərbaycan Respublikasının qanunla­rı­na (aiddiyyatı üzrə), Təhsil Qanununa, Təhsil Nazirliyinin norma­tiv-hüquqi sənədlərinə, məktəbin əsasnaməsinə, nizamnaməsinə uy­ğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir; müəllimlərin, psi­xo­loqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəh­bərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə or­qan­larının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tər­biyə işini təşkil edir; gənclərin milli adət-ənənələr və vətənpər­vər­lik ruhunda tərbiyə olunmasına, hərbi hazırlığına, fiziki inki­şa­fı­na və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskur­si­ya məsələlərinin yaxşılaşdırılmasına rəhbərlik edir, müvafiq tədris mü­əs­sisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə ya­ra­dır, birgə kütləvi tədbirlər keçirir; təhsil alan uşaqlar arasında hü­quq po­zuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilak­tik işə rəhbərlik edir.

Təşkilatçı bilməlidir: tərbiyə məsələləri ilə bağlı dövlətin qə­rar və sərəncamlarını, təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri; pe­daqogikanın, psixologiyanın əsaslarını; tərbiyənin tədrislə vəh­də­ti­ni; insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haq­qın­da konvensiyanı; fəal təlim metodlarını; sosial-psixoloji ünsiyyət me­todlarını.

Təsərrüfat işləri üzrə direktor müavininin əmək funski­ya­sı­na aiddir: məktəbin təsərrüfat işlərinə rəhbərlik edir; təsərrüfat in­ven­tarlarının qorunub saxlanmasını, məktəb binasının, kabinetlə­ri­nin və sinif otaqlarının, məktəbin həyətinin təmiz saxlanılmasını tə­min edir; kabinetlərdə və sinif otaqlarında, idman zalında, ye­mək­xa­nada sanitar-gigiyenik vəziyyəti və qayda-qanunu təmin edir; mək­təb binasının vaxtında təmiz olmasını, onun avadanlıqlarla, in­ventar və materiallarla təchiz olunmasını həyata keçirir.

Təsərrüfat işləri üzrə direktor müavini bilməlidir: tə­sər­rü­fat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini; xidmətçi heyətin əmə­yinin mexanikləşdirilməsi vasitələrini; binaların və qurğuların istismar olun­ma­sı qaydalarını, əməyin elmi təşkilinin əsaslarını; daxili əmək inti­za­mı qaydalarını; əmək qanunçuluğunun əsaslarını; əməyin müha­fi­zə­si, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mü­ha­fizə qayda və normalarını.

Direktorun idarəetmə fəaliyyətinin effektliliyi məktəbin inzi­ba­t­i aparatında hüquqların və vəzifələrin məqsədəuyğun dəqiq bö­lüş­dürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə in­st­ruktiv və operativ müşavirələr, pedaqoji şuranın iclaslarını keçirir.

Rəhbərlik metodları haqqında məsələ iş üslubu haqqında mə­sələ ilə sıx bağlıdır.

Üslub idarəetmə fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin şəxsə da­ha çox tipik olan metodların məcmusudur. İdarəetmə nəzəriy­yə­si və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas üslubu fərqləndirirlər: 1) avtoritar üslub; 2) səh­lən­kar üslub; 3) demokratik üslub. İdarəetmə sistemində ən əlverişli üs­lub demokratik üslubdur.

6. Məktəbdə təhsilverənlərin fəaliyyətinin

təkmilləşdirilməsinə xidmət edən metodik iş


Müasir dövr müəllim yaradıcılığının, pedaqoji novatorluğun qey­ri-təbii, anomaliyalı vəziyyətini qətiyyətlə aradan qaldırmağı, yük­sək ixtisaslı, elmi-nəzəri və metodik cəhətdən daha yetkin və sə­riştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa məktəbin bü­tün həyat fəaliyyətini pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təş­kil etmək, təlim-tərbiyənin keyfiyyətini günün tələbləri səviyyəsinə qal­dırmaq mümkün deyil. Müəllimlərin ixtisasını artırmağa kömək edən vasitə və amillər çoxdur. Onlardan biri də müəllimlərlə apa­rılan metodiki işlərdir.

Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içə­ri­sin­də aşağıdakıları göstərmək olar:



    1. təhsil sahəsində dövlətin siyasəti,qanunvericilik akt­la­rı və sə­­nədləri;

    2. müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəx­siyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi pro­sesində aşkar edilmiş metodik hazırlığı;

    3. məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təş­kili üçün maddi-texniki imkanlar;

    4. məktəbdaxili pedaqoji təcrübənin öyrənilməsi, mü­əl­lim­lə­rin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin pe­şə hazırlığı;

    5. məktəb kollektivində konkret situasiya: müəllimlər arasın­da­kı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər ara­sın­dakı münasibətlər.

Hazırda məktəbdə metodik işlərin iki forması-fərdi və kol­lek­tiv formaları geniş yayılmışdır.

Fərdi iş formasına daxildir: müəllimin öz planı əsasında qa­baq­cıl pedaqoji təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərs­lə­rini, yaxud pedaqoji və metodik mövzulara həsr olunmuş radio və te­le­viziya verlişlərini müntəzəm surətdə dinləyib özü üçün nəticə çı­xar­ması, özünütəhsil yolu ilə pedaqoji, psixoloji və metodik ədə­biy­yatı mütaliə etməsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurs­la­rında vaxtaşırı iştirakı, pedaqoji və metodik mövzularda məruzə ha­zır­laması, çıxış etməsi, məqalə yazması və s.

Metodik işin kollektiv forması isə məktəb metodbirləşmələ­rin­də, məsələn, sinif müəllimlərinin metodbirləşmələrində, sinif rəh­bərlərinin, günü uzadılmış qrup tərbiyəçilərinin metodbirləşmə-lə­rin­də, fənn komissiyalarında müəllimlərin birləşməsidir. Məktəbdə fənn komisiyaları və metodbirləşmələr adətən bütün fənlər üzrə təş­kil olunur.

Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif xa­rakterli işlər aparılır. Nümunə üçün fənlər üzrə tədris proqramları ma­teriallarının məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təc­r­übəsinin öyrənilib ümunmiləşdirilməsi, açıq dərslərin planlaşdı­rıl­ması, təşkili və təhlili (kollektiv müzakirəsi), peda­qo­gi­ka və metodikaya aid elmi yenilikləri müəllimlər arasında yay­maq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı özünü göstərə bi­ləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər görül­mə­si, dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə üzv­lərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin daha sə­mərəli vasitə və yollarını müəyyənləşdirib tövsiyə etmək, müəl­lim­lərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər düzəltmək, di­re­ktiv orqanların təlimati və metodik məktublarının, tövsiyələrinin öy­rə­nilməsi və həyata keçirilməsi, metodbirləşmə üzvlərinin te­ma­tik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin istiqamət­lən­­dirilməsi və s.

Metodik işin səmərəli formalarından biri vahid metodik gü­nün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) keçiril­mə­sidir. Vahid metodik günlərin mövzuları qabaqcadan müəllimlərə çat­dırılır.

Vahid metodik günün işinin məzmununa daxildir: açıq dərs­lərin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və mü­zakirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodik günə yekun vu­rulması (iclas, “dəyirmi masa”, mətbuat konfransı və s.). Bu for­ma­larda müəllimlər metodik mövzular üzərində işlərin yekunları haq­qında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən tədbirin ümumi təh­lilini aparır və ona qiymət verirlər.

Problem seminarlar və praktikumlar müəllimlərin nəzəri və praktik hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müa­sir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin məz­mununu təşkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili işi­nə çox kömək edir.

Qabaqcıl təcrübə məktəbi metodik işin forması kimi əsas, eti­barlı, fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəl­li­min, məktəb rəhbərlərinin aztəcrübəli müəllimə metodik kömə­yin­dən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baş ve­rir. Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllimlər mək­təbi də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xü­susi plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məq­sədinin qoyulması qaydası və metodikası, sinif rəhbərlərinin işinin plan­laşdırılması xüsusiyyətləri və s. kimi məsələlərin müzakirəsi da­xil edilir.

Professor Ə.Paşayev və professor F.Rüstəmov qeyd edirlər ki, mək­təblərə eksperimentlərin təşkili ilə bağlı müəyyən hüquqların ve­ril­məsi ilə əlaqədar olaraq problem qrupların (innovasiya qrup­la­rı­nın) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qrupu həm məktəb rəhbərlərinin, alim-pedaqoqların, həm də müəllimlərin özlə­ri­nin təşəbbüsü ilə meydana gələ bilər.



Elmi pedaqoji konfranslar, pedaqoji mühazirələr, ayrı-ay­rı müəllimlərin və ya metodbirləşmələrin hesabatları metodik işin yekun formalarıdır. Onlar müəyyən müddətdə görülən işlərin ye­kun­larına həsr olunur.

Metodik işin təşkilində formaları köhnə və yeni, müasir və qey­ri müasir formalara bölmək olmaz, çünki işin səmərəsi fərdi, qrup (və ya kollektiv) tələbatlardan və imkanlardan asılıdır.

* * *
Bir daha vurğulayaq ki, təhsilin keyfiyyətinin təmin olunması və nailiyyətlərin əldə edilməsi bilavasitə müasir idarəetmə mo­del­lə­rinin tətbiqindən birbaşa asılıdır. Odur ki, Azərbaycanda təhsili ida­rəetmə sahəsində islahatlara başlanılmışdır. Bu istiqamətdə Təhsil Sek­torunun İnkişafı Layihəsi çərçivəsində artıq bir sıra tədbirlər hə­yata keçirilmişdir, hansı ki, iki aspekt-idarəetmə orqanları əmək­daş­ları və təhsil müəssisələri rəhbərlərinin idarəetmə səriştələri nəzər­dən keçirilir. Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparıl­mış, yeni şöbələr (Strateji təhlil, planlaşdırma və kadrların idarəo­lun­­ması, Monitorinq və qiymətləndirmə, Təhsilin idarəolunmasının mə­lumat sistemləri) və yeni sektorlar (Təhsil sənədlərinin tanın­ma­sı, Məktəbəqədər təhsil) yaradılmaqla Nazirliyin idarə imkanları xey­li gücləndirilmişdir. İkinci layihə çərçivəsində idarəetmə sahə­sin­də dəyişikliklərin daha sistemli aparılması və çevik mexanizmin ya­ra­dılması üçün ilk növbədə vahid konsepsiyasının hazırlanması nə­zərdə tutulmuşdur.

Eyni zamanda, nəzərdə tutulur ki, Təhsil Nazirliyinin mərkəzi apa­ratında edilmiş struktur dəyişiklikləri mərhələ-mərhələ yerli təh­sili idarəetmə orqanlarına da sirayət etsin və onlarda da bu də­yi­şik­liklər aparılsın. Bu istiqamətdə ilk addım, Təhsil Nazirliyinin bir­ba­şa tabeliyində Bakı şəhəri üzrə Təhsil idarəsinin yaradılması və onun strukturunun təsdiq edilməsidir. Gələcəkdə yerli təhsili ida­rə­etmə orqanlarında da müvafiq struktur dəyişikliklərin edilməsi və bu­nunla əlaqədar normativ-hüquqi bazanın yeniləşdirilməsi ilə əla­qədar addımların atılması nəzərdə tutulur.

Daha bir yenilik ondan ibarət olacaq ki, idarəetmənin əsas funk­siyalarından olan strateji planlaşdırma və yeni hesabatvermə sis­teminin Nazirlikdə uğurlu tətbiqi yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrində də bu sistemə keçidi şərtləndirəcək. On­lar­da da strateji planlaşdırma və yeni hesabatvermə mexanizmi tətbiq edi­ləcək (bax: M.C.Mərdanov. Azərbaycan təhsili yeni inkişaf mər­hə­ləsində. Bakı, “Çaşıoğlu”, 2009, 526 s.)

İdarəetmə sahəsində aparılan islahatların bir istiqaməti də təh­si­li idarəetmə orqanları əməkdaşlarının və təhsil müəssisələri rəh­bər­lərinin idarəetmə sahəsində bacarıqlarının təkmilləşdirilməsi məq­sə­dilə beynəlxalq təcrübəyə uyğun xüsusi seminar və treninq proq­ramlarının hazırlanması və tətbiq olunmasıdır.

Vacib məsələlərdən biri də məktəb direktorları və onların mü­a­vinlərinin vəzifə funksiyalarının qiymətləndirilməsi və nəticələrə əsa­sən təkliflərin hazırlanmasıdır. Eyni zamanda məktəb direk­tor­larının hazırlanması, təyin edilməsi və onlarla sistemli şəkildə iş apa­rılması üçün də müəyyən tədbirlər həyata keçiriləcəkdir. Bu isti­qa­mətdə ilkin addımlar artıq atılmış, yeni təyin olunan məktəb di­rek­torları üçün əsas tələb kimi İKT bacarıqları və idarəetmə sa­hə­sində təcrübə müəyyənləşdirilmişdir. Əlbəttə, gələcəkdə bu tə­ləblərin və direktorların təyin olunma mexanizminin daha da tək­mil­ləşdirilməsi nəzərdə tutulur. Məktəblərin fəaliyyətinin qiy­mət­lən­dirilməsi və reytinq cədvəlinin tərtib olunması da altkomponent çər­çivəsində həyata keçiriləcək tədbirlərdəndir.

Məlumdur ki, idarəetmə sahəsində səriştəli mütəxəssislərin ol­ması üçün həmin mütəxəssislər hazırlanmalıdır. Mövcud təcrübə be­lədir ki, bacarıqlı, səriştəli, öz sahəsində müəyyən uğurlar əldə et­miş müəllimlər idarəetmə sahəsində irəli çəkilir. Lakin bu yanaşma heç də həmişə səmərəli olmur və ehtiyat kadrların formalaşmasına gə­tirib çıxarmır. Bununla əlaqədar idarəetmə sahəsində kadr hazır­lı­ğı nəzərdə tutulmuşdur ki, ehtiyat kadrlar olsun və idarəetmə sah­ə­si­nə bacarıqlı, səriştəli mütəxəssislər təyin oluna bilsin. Bu isti­qa­mət­də müvafiq konsepsiya və strategiya sənədinin hazırlanması, idarə­et­mə üzrə mütəxəsisləri hazırlamaq üçün müvafiq kurikulumun iş­lən­məsi və müəyyənləşdirilmiş universitetlərdə, o cümlədən Azər­bay­can Dövlət Pedaqoji Universitetində idarəetmə üzrə mütəxəssis ha­zırlığına başlanması da altkomponent çərçivəsində nəzərdə tu­tu­lan vacib tədbirlərdəndir (orada).


7. Təhsilin iqtisadiyyatı
Azərbaycan Respublikasında təhsil müəssisəsinin əmlakı döv­lət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mül­kiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qa­dağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cüm­lədən ona məxsus əqli mülkiyyət məhsuldarlarından ibarətdir. Təh­sil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, ava­danlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman ob­yekt­ləri, maddi-texniki baza və digər əmlakla təmin edilir. Təhsil mü­­əssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanması, qo­runması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət da­şı­yır. Onun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tə­sisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möh­kəm­lən­dirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaiti və büd­cə­dənkənar vəsaitlər hesabına həyata keçirilir.

Təhsil müəssisəsi göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məs­ləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticə­sin­də daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni tex­nologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.

Dövlət mülkiyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təh­sil müəssisələri istisna olmaqla) özəlləşdirilməsi qadağandır.

Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun ola­raq onun mülkiyyətinə daxil edilir, onun istifadəsinə verilmiş əm­la­kın geri qaytarılması qanunvericiliklə tənzimlənir. Təhsil müəssisə­s­inin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata ke­çirilir.

Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbə­lər­dən vəsaitlər ayırır. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edil­miş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xid­mətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hü­quqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüqu­qu­na malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak döv­lət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına tə­sir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst isti­fa­də edilir. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mən­fəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin so­sial müdafiəsinə yönəldilə bilər.

Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pil­ləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata ke­çirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kate­qo­riyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbliği nə­zərə alınmaqla müəyyən edilir. Zəruri hallarda müvafiq icra haki­miy­yəti orqanının qərarı ilə azkomplektli dövlət ümumtəhsil mü­əs­sisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.

Dövlət təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq ödə­niş­li təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərc­lənməsi istiqamətlərini işçilərin maddi həvəsləndirilməsi isti­qa­mətlərini və onların maddi həvəsləndirilməsinə ayırmaların xü­susi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara mad­di yardımlar göstərir.

Dövlət təhsil müəssisəsinin inkişfına, təhsil alanların təhsil haq­larının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, dok­torantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrü­bə­nin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrant­lar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qay­da­ları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Döv­lət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəa­liyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz. Dövlət təh­sil sahəsinə investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradıl­ma­sını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə mü­əy­yən edilmiş qaydada güzəştlər verilir. Təhsil sisteminə xarici in­ves­tisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada hə­yata keçirilir.

Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mən­bə­lərdən maliyyələşdirilir:

- qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büd­cə­nin vəsaitləri;

- ödənişli təhsildən daxil olan vəsaitər;

- hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətən­daş­lığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uy­ğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələr və yar­dımları;

- müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrant­ları;

- təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (kon­sal­tinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə et­diyi vəsaitlər;

- hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis ha­zır­lığı, ixtisasartırma və kadrların yenidənhazırlanması üçün ayır­dıq­ları vəsait;

- dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proq­ram­lar və layihələr üzrə əldə olunan vəsaitlər;

- təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cə­hət­dən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məq­səd­ləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uy­ğun olaraq əldə edilən vəsaitlər;

- qanunvericilikdə qadağan edilməyən digər mənbələrdən əldə olu­nan vəsaitlər;

Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələş­di­ri­li­r:

- təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitər;

- təsisçilərin (himayəçilərin) vəsaitləri;

- qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kre­dit­lə­rin məbləğləri;

- hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət olunan əmlak və bağışlanılan hədiyyələr;

- təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericilik­lə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;

- qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesa­bı­na əldə olunan vəsaitlər.

Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir, təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proq­ram­larına uyğun olaraq sərbəst müəyyənləşdirir. Özəl təhsil müəsisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanunu nümayəndələr ara­sın­da münasibətlər müqavilə ilə tənzimlənir.

Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamna­mə­sində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqa­nı­nın müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bi­lər və əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna ma­li­k­dir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə et­di­yi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müda­fiə­sinə yönəldilir. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata ke­çirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hü­quqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəa­liy­yə­tin­də iştirak edə bilər.

Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uy­ğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz ha­zır­lığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təh­sil­alan­ların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zə­ruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi ba­rədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə id­di­a­ qal­dıra bilər. Bu iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi ba­rədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qal­dırıla bilər.

* * *
Maliyyə islahatları, rasionallaşdırma ilə bağlı haşiyə çıxaq. 2007-ci ildən maliyyə islahatlarının reallaşdırılması istiqamətində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə 3 rayonun (Ucar, İs­mayıllı rayonları, Şirvan şəhəri) 59 məktəbində adambaşına ma­liy­yələşdirmənin tətbiqi üzrə eksperimentlərə başlanmışdır.

Mövcud maliyyələşdirmədən fərqli olaraq adambaşına maliy­y­ə­ləşdirmə bir sıra üstünlüklərə malikdir:


  • məktəblərin maliyyələşməsi sahəsində subyektivlik halları ara­dan qaldırılır. Belə ki, hazırda məktəblərin maliyyələşməsi əvvəlki ilin büdcəsinə istinadən aparılır. Yeni sistemdə isə maliyyələşmə möv­cud imkanlar çərçivəsində məktəbin ehtiyaclarının daha real nə­zə­rə alınmasına imkan verən vahid düstur əsasında müəyyənləş­di­ri­l­i­r;

  • büdcənin tərtibində məktəb rəhbərliyinin iştirakı təmin edi­lir. Nəzərdə tutulan maliyyə vəsaitinin məktəblilərin ehtiyaclarına da­ha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin key­fiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırmasının daha sə­mərəli təşkilinə, onların xaricdə treninq və seminarlara cəlbinə, tə­lim materiallarının alınması, innovasiyaların tətbiqi və digər in­ki­şaf­etdirici tədbirlərə vəsaitin yönəldilməsi mümkün olur;

  • büdcə vəsaitindən səmərəli istifadə mümkün olur. Belə ki, zə­rurət yarandığı hallarda hər hansı bir xərc maddəsi üzrə istifadə edil­məyən vəsaitin digər ehtiyaclara yönəldilməsi üçün məktəbə sə­la­hiyyət verilir;

  • büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edil­məsinə şərait yaradılır. Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün, büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq im­ka­nı əldə edir.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin vəzifələ­rin­dən biri də başlanmış maliyyə islahatlarının qiymətləndirilməsi və Hö­kumətə tövsiyələrin verilməsindən ibarətdir. Ölkənin bütün təhsil mü­əssisələrində dünyanın inkişaf etmiş ölkələrdə çoxdan tətbiq edi­lən, təhsilə ayrılan maliyyə resuslarından daha səmərəli istifadəyə və bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən adam­başına maliyyələşmə və ya vançer sisteminə keçid mühüm və­zifə kimi qarşıda durur. Bununla yanaşı həmin şəhər və rayonlarda “Mək­təb qrantı proqramı” həyata keçirilmişdir. Proqramın məqsədi mək­təblərə əlavə maliyyə vəsaiti verməklə onlarda innovasiyaların tət­biqi istiqamətində maliyyənin idarə edilməsi üçün lazımi ba­ca­rıq­ların formalaşdırılması olmuşdur. Maliyyə müstəqilliyi verilmiş 59 mək­təbin hamısı qrant proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitini özləri idarə etmişdir.

Eyni zamanda Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarında ra­sionallaşdırma planları çərçivəsində 41 məktəb əsaslı təmir olun­muş, mebel və İKT avadanlıqları ilə təchiz edilmişdir ki, bu da Azər­baycanda məktəb infrastrukturunun müasirləşdirilməsi pro­se­si­nə öz töhfəsini vermişdir. Bununla yanaşı, hazırda ölkədə şagird­lə­rin sayı otuzadək olan 387, əlliyədək 238, yüzədək 614 məktəb fəa­liy­yət göstərir. Şagirdlərin sayı az olan həmin məktəblərlə bağlı ra­si­onal­laşdırma planının hazırlanması və həyata keçirilməsi isti­qa­mə­tində tədbirlər görülməlidir.



Ümumiyyətlə, məktəb şəbəkəsinin rasionallaşdırılması isti­qa­mə­tində qarşıda duran əsas vəzifələrdən biri Təhsil Sektorunun İn­ki­şafı üzrə İkinci Layihə çərçivəsində bu sahədə dövlət proqramının ha­zırlanması və nəqliyyat vasitələri məsələsinin həlli ilə proqramın hə­yata keçirilməsidir (bax: M.C.Mərdanov. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı, “Çaşıoğlu”, 2009)
Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin