Burulqanli iR



Yüklə 5,22 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix31.01.2017
ölçüsü5,22 Mb.
#6981
1   2   3   4   5   6   7   8   9

 
 
 
Sək.59: Naxçıvan, Bəhruz Kəngərlinin məzarı
 
önündə
 
 
Kəngərli soy adı nəinki hərbiçilərlə məşhurdur. Şairələr 

Heyran  xanım,  Qönçəbəyim  xanım,  rəssam  Bəhruz 
Kəngərli də bu soy adının nümayəndələridirlər. Kəngərlilər 
soy  adından  olan  bir  İrəvanlı  ailəsi  haqqında 
oxucularımızın diqqətini cəlb etmək istərdim.
 
 
Kəngərlinski  Səttar  İsmayıl  oğlu  1889
-
cu  ildə  İrəvanda 
anadan olmuşdur. Səttar Kəngərlinski 1921
-
ci ildə əmisi oğlu 
Əsgər  bəyin  qızı  Bülbül  xanım  ilə  ailə  həyatı  qurur.  Əsgər 
bəy  və  İsmayıl  bəy  Kəngərlinski  İrəvanda  mülk  sahibləri 
olublar.  Onların  İrəvanda  dəyirman,  hamam,  dükanları, 
emalatxanaları və bağları var idi. Əsgər Kəngərlinski tacirlər 
qildiyasının  üzvü  idi.  Rusiya  şəhərlərinə  ticarətə  gedərdi. 
Novruz bayramı ərəfəsində kisələrlə un və ərzağı yoxsulların 

evlərinə göndərərdi, imkansızlara
 
əl tutardı.
 
 
1918-
ci  ilin  qış  ayları  idi,  möhkəm  şaxta  idi.  Gecə 
Əsgər bəyə xəbər çatır ki, ermənilər dükanları yandırıblar. 
Tələsərək  başı açıq özünü hadisə yerinə yetirir, mümkün 
qədər  yanğını  söndürürlər.  Bu  hadisə  zamanı  ona  bərk 
soyuq  dəyir,  bir  neçə
 
gün  yüksək  hərarəti  düşməyir  və 
dörd  qız,  bir  oğlunu  həyat  yoldaşı  Dövrə  xanımın 
ümüdünə qoyub dünyasını  dəyişir.
 
 
Dövrə  xanım  Ağayevanın qardaşı Bakıda bankir işləyirdi. 
Səttar  Kəngərlinski  qardaşları  ilə  1918
-
ci  ildə  Arazı  keçib 
Cənubi Azərbaycana keçmək istəyirmişlər. Yolda Səttar ağa 
tif xəstəliyinə yoluxur. Qardaşları onu qızdırmalı  vəziyyətdə,
 
 
 
97
 

kəndlərin  birində  bir  ailəyə  pul  verib  tapşırırlar  ki,  muğayat 
olsunlar, özləri isə Arazı  keçib gedirlər o taya. Bir müddətdən 
sonra  Səttar  ağa  sağalır  və  İrəvana  qayıdır.  Lakin,  həmin 
zamandan sonra qardaşlarından heç bir xəbər tutmur. Səttar 
ağa  əmtəəşünas  işləyibdir.  İrəvanda  Səttar  Kəngərlinskinin 
bacısı  Şövkət  Rəcəbovanın  (Kəngərlinskaya)  ailəsi 
yaşayırdı,  onun  övladları:  Qafar,  Mehdi,  Laləzar  və  Aloş. 
Onlar  çox  mehriban  bacı
-
qardaş  idilər.  Şövkət  xanım  dul 
qaldıqdan  sonra  Səttar  ağa  ona  maddi  və  mənəvi  dayaq 
olmuşdur.  Səttar  ağa  bacısı  Şövkət  xanımın  uşaqları  və 
nəvələrinin bir qismi indi Zaqatalada yaşayırlar.
 
 
Ümumiyyətcə  Kəngərli  soyu  çox  yayılıb.  Kəngərli  adlı 
məskənlər  və  rayonlar  Naxçıvanda,  Qarabağda,  Qazaxda, 
Türkiyədə,  İranda  olmasını  qeyd  edə  bilərik.  Bizim  mövzu
-
muzla  bağlı  maraglı  məlumatlar  əldə  edənləri  xahiş  edirəm 
bizə  müraciət  etsinlər.  1970
-ci i
llərdə  .  Səttar  Kəngərlinski 
ailəsiylə Bakıya köçmüşdü. Bacısı oğlu polkovnik rütbəsində 
olan  Qafar  Rəcəbovla  ünsiyyətdə  olardı.  Qafar  bəy  hərbi 
qəzetin  baş  redaktoru  idi.  Qafar  Rəcəbovun  həyat  yoldaşı 
Sabirə  xanım  çox  diqqətcil  və  qayğıkeş  qadın  idi.  Onların 
qızları:  Firəngiz xanım  və Tamilla xanım.
 
 
Qafar  bəy  Rəcəbovun  gızı  Tamilla  və  Ramiz  Ələkbərovların 
uşaqları:  Nazim  və  Nailə.  Nazim  bəy 
– 
hüqugşünasdır,  qen
-eral 
rütbəsi  daşıyır,  hal
-
hazırda  təqayüddədir,  ailəlidir.  Nailə  xanım 
ali  təhsillidir,  ailəlidir.  Firəngiz  xanım  Əfəndiyeva  mühəndisdir, 
həyat  yoldaşı  Çingiz  Əfəndiyev  t.e.d.,  profes
-sordur. Tamilla 
xanım  Ələkbərova  bioloq,  k.t.e.n  idi.  Tamilla  xanımın  həyat 
yoldaşı  Ələkbərov  Ramiz  bir  çox  məsul  par
-
tiya  işlərində, 
vəzifələrdə  çalışıb.
 
 
Qafar 
Rəcəbovun  bacı  və  qardaşları:  Laləzər  xanım 
Zaqatalada  məktəbdə  müəllim  işləyirdi.  Aloş  Rəcəbov 
aqranom,  kənd  təsərrüfatında  fəaliyyəti  göstərirdi.  Mehdi 
Rəcəbov kənd təsərrüfatı üzrə mütəxəssis idi.
 
 
Sovet hakimiyyəti qurulandan sonra bütün əmlakları
 
 
 
 
98
 

müsadirə  olunub.  Qaynanam  Bülbül  xanım  haqqında 
danışmaq  istərdim.  Bülbül  xanım Kəngərlinskaya 1906
-
cı 
ildə  Dövrə  xanım  Ağayeva  və  Əsgər  Kəngərlinskinin 
ailəsində İrəvanda anadan olmuşdur.
 
 
 
 
Sək.53: Foqiyə x., Zərri x. və Bülbül x. Kəngərlinskilər
 
 
 
Sək.56: dayanıblar 

Bülbül x., Foqiyə x., Nuriyyə x. 

və Şərqiyyə x., oturublar 

Zərri x., Dövrə x., Nurəddin 
bəy, Eldar və Elmirə
 
 
 
 
Sək.54: Bülbül x. Kəngərlinskaya oğulları Nurəddin 
və Ulduz
 

 
 
 
 
Sək.55:Ənvər və Ulduz Kəngərlinskilər
 
 
 

 
Sək.73:  Səttar,  Bülbül,  Nurəddin  və  Ulduz 
Kəngərlinskilər İsti suda
 
 
Ondan başqa üç qız və bir oğulları olubdur. Bülbül xanım 
rus-
tatar  məktəbində  oxuyubdur.  1936
-
cı  ildə  Mamalıq 
texnikumunu  bitiribdir.  Həmin  zaman
 
ailəsində  üç  övladı 
böyüyürdü.  Bülbül  xanım  hamının  qeydinə  qaldığı  kimi  evin 
qulluqçularını  da  yaddan  çıxarmazdı.  Onlar  ərə  gedəndə 
onlara  cehiz alardı. Bülbül xanım həmişə deyərdi: “ Evin xa
-
nimi  o  vaxt xanım sayılır ki hər şeyi bacarsın, gullugcularına
 
da hər şeyi düzgün öyrədə bilsin”.
 
 
Savadlı,  saf  mənəviyyatlı,  möhkəm  iradəli  Bülbül  xanım 
Ermənistanda sovet hakimiyyəti qurulanda, İrəvandakı Klara 
Setkina  adına  klubda  çadrasını  atan  ilk  azərbaycanlı 
qadınlarından  olub.  Bülbül  xanım  İrəvan  tibb 
institutunun 
pediatriya fakultəsini bitirmişdir. Yerevan şəhər sovetinə dep
-
utat  seçilmişdir,  1941
-45-
ci  illərdə  hərbi  hospitalda  işləmiş, 
cəbhəyə kömək etmişdir. Bülbül xanım Yerevan şəhər Ped
-
 
 

 
99
 

aqoji  İnstitutunda  insan  anatomiyası  və  fiziologiyası  üzrə 
mühazirələr  aparırdı.  Üç  oğul  anası  idi:  Nurəddin,  Ulduz 
və İldırım.
 
 
Nurəddin Səttar oğlu Kəngərlinski 1922
-
ci ildə Yerevanda 
anadan olub, 1976-
cı ildə Bakıda vəfat edib. Keçən əsrin
 
 
ə
vv
ə
ll
ə
rind
ə
 
Nuru paşa başda olmaqla, türk
 
qardaşlarımız
 
biz
ə
 
köm
ə

ə
ll
ərini uzadıblar. Bir çox
 
az
ərbaycanlı
 
ailələrində  yeni  doğulan  oğlan  uşaqlarına  o  zaman  Nuru 
paşanın  şərəfinə  onun  adını  verirdilər.  1922
-
ci  ildə  Səttar 
ağa  və  Bülbül  xanım  Kəngərlinskilər  də  öz  ilk  övladlarına 
Nurəddin  adı  verdilər.  Əzan  adı  isə  babasının  şərəfinə 
İsmayıl  çağırıldı.  İrəvanda  orta  məktəbi  bitirdikdən  sonra,  o 
İkinci  Dünya  müharibəsi  iştirakçısı oldu, starşina rütbəsində 
Estoniyada,  Almaniyada  vuruşdu.  Berlində  ayağından  ağır 
yaralandı.  Leninqrada  hospitala  köçürüldü.  Ayağını  itirmək 
təhlükəsi  var  idi.  Xoşbəxtlikdən  onu  müalicə  edən  bakılı, 
soyadı  isə  Kəngərli  olan  həkim  ayağını  kəsilməkdən  xilas 
etdi  və  müalicəsinin  davamını  Bakıda  almaqa  göndərildi. 
Müalicəsini  bitirdikdən sonra o, İrəvana qayıtdı. 1947
-
ci ildə 
ailə  həyatı  qurdu.  Nurəddin  Moskvadakı  Timiryazev  adına 
kənd  təsərrüfatı  Akademiyasını  qiyabi  və  İrəvandakı  kənd 
təsərrüfatı  institutunu  isə  əyani  bitirdi.  İravandakı  kənd 
təsərrüfatı texnikumunda müəllim işlədi. 1966
-
cı ildə ailəsi ilə 
Bakıya  köcdü.  Nurəddin  bəy  Kəngərlinski  və  həyat  yoldaşı 
Nüriyyə xanımın  uşaqları: Eldar, Elmira, Nizami.
 
 
Eldar  bəy  Kəngərlinski  1948
-
ci  ildə  İrəvan  şəhərində 
anadan olub, Politexnik institutunu bitirib, körpü tikin-tisi 
üzrə mütəxəssisdir. Həyat
 
yoldaşı Ruhəngiz xanım həkim
-
terapevtdir.  Uşaqları 

Orxan  və  Afaq.  Orxan  bəy 
Kənqərlinski  Neft  Akademiyasını  bitirib,  Moskvada 
Plexanov  adına  institutda  təhsil  alıb,  evlidir.  Afaq  xanım 
Odlar Yurdu institutunu bitirib, ailəlidir.
 
 
Elmira  Kənqərlinskaya  1
950-
ci  ildə  İrəvanda  anadan 
olub, Bakı Dövlət universitetinin fizika fakultəsini bitirib.
 
 
 
100
 

Elmira  xanım  fizika  fənni  üzrə  müəllimdir.Uşaqları:  Elnur 
və Rüfət. Elnur bəy Politexnik institutu bitirib, evlidir. Rüfət 
bəy tələbədir.
 
 
Nizami  Kənqərlinski  1955
-
ci  ildə  İrəvan  şəhərində  ana
-
dan olub. Politexnik institutunun mexanika fakültəsini (ixtisası 

avtomobil  təsərrüfatı)  diplomunu  1977
-
ci  ildə  al
-andan 
sonra,  Nizami  bəy  1988
-
ci  ildə  Ümumittifaq  Qiyabi  hüquq 
institutunu  bitirib,  hüquqşünasdır.  !977
-
ci  ildən  2010
-cu 
ilədək  Daxili  İşlər  Nazirliyi  sistemində  işləyib.  Polkovnik
-
leytenant  Nizami  Kənqərlinski  hal
-
hazırda  təqayüddədir. 
Həyat  yoldaşı 

Reyhan  xanım  göz  həkimidir.  Qızları  Aysel 
xanım  Kənqərlinskaya həki
m-allerqoloqdur.
 
 
Ulduz  Səttar  oğlu  Kəngərli  1924
-
cü  il  sentyabrın  28
-
də 
İrəvan  şəhərində  anadan  olub,  orta  təhsilini  İrəvanda 
aldıqdan sonra 1941
-
ci ildə Tiflis artilleriya zabitləri məktəbini 
bitirmişdir  və  3
-
cü  Ukrayna  cəbhəsinə  göndərilmişdir.  O, 
faşistlərə  garşı  mübarizəyə 9
-
cu tankəleyinə xüsusi atıcı ar
-
tilleriya  brigadasında  başladı.  Döyüşən diviziyanın mərkəzlə 
radioəlaqə  saxlanılmasında  Ulduzun  xidməti  böyük  idi. 
“İgidliyə  görə”,  ”Döyüş  xidmətlərinə  görə”  və  başga  medal
-
larla  təltif  olunub.  Artill
eriya vzvodunun komandiri, vzvod 
qərarqahının  rəisi  təyin  edilir.  1944
-
cü  ildə  Macarıstanda 
Zamol  kəndi  uğrunda  əsl  ölüm
-
dirim  mübarizəsi  gedirdi. 
Kənd  dəfələrlə  əldən
-
ələ  keçirdi.  Bu  döyüşdə  göstərdiyi 
rəşadətə  görə  vzvod  komandiri  U.Kəngərli  “Gırmızı 
Uld
uz”ordeni  ilə  təltif  edildi.  1946
-
cı  ildə  ordudan  tərxis 
edildikdən  sonra  Ul
-
duz  Kəngərli  İrəvana  gayıtdı  və  İrəvan 
Politexnik  İnstitutunun  ”Elektrik  mühəndisliyi”  fakültəsinə 
daxil oldu. 1948-
ci  ildə  Azərbaycan  Sənaye  İnstitutuna 
kecmiş və 1952
-
ci ildə oranı bitirmişdir.
 
 
1952-
ci  ildə  Moskvadakı  Ümumittifaq  Energetika 
İnstitutuna qəbul olur və 1958
-
ci ildə oranı bitirmişdir.. 1958
-
ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının  aspiranturasını 
bitirmiş, elmi işi müdafiyə etmiş və texniki elmləri namizədi
 
 
 
101
 

elmi  dərəcə  almışdır.  1961
-
ci  ildə  Azərbaycanda 
radiotexni-
ka,  elektronika,  rabitə  ixtisasları  üzrə  ali təhsilli 
mütəxəsislərin  hazırlanması  məgsədi  ilə  Ulduz  Kəngərli 
Azərbaycan  Po
-
litexnik  İnstitutuna  dəvət
 
edilmiş.  Onun 
rəhbərliyi  altında  ”Radiotexnika,  elektronika  və  rabitə” 
kafedrası təşkil olundu və bu ixtisaslar üzrə respublika ali 
təhsilli mütəxəsislərin hazırlanmasına başlanıldı
 
 
1961-
ci  ildə  Azərbaycan  Politexnik  İnstitutunda  onun 
rəhbərliyi  ilə “radiotexnika, elektronika və rabitə” kafedrası 
yaradılır.  Bu  kafedranın  əsasında  Azərbaycan  Politexnik 
İnstitutunda  səkkiz  kafedra  təşkil  edilmişdir.  1969
-
cu  ildə 
elmlər  doktoru,  1970
-
ci  ildə  isə  professor  adına  layiq 
görül-ür. 185-
dən  artıq  elmi  əsərləri,  12
 
elmi 
şəhadətnaməsi, 12 dərslik və dərs vəsaitlərinin müəllifidir. 
Ümümdünya elektro-
maqnit cəmiyyətinin üzvüdür.
 
 
U.K
ə
ng
ə
rli radiotexnika istigam
ə
tind
ə
 
dem
ə
k olar
 
ki,  bütün  ixtisasların Azə
rbaycanda
 
hazırlanmasına
 
nail  olmuş  və  həmin  sahələrdə  mühəndislərin  yuksək 
səviyədə  hazırlanması  ücün  azərbaycanca  dərslik  və  dərs 
vəsaitlərinin  yazılmasına  calışmış,  müasir  elmi  laboratoriya
-
lar təşkil etmişdir. Elmi kadrların istər resbublikada və istərsə 
də  digər  şəhərlərdə  hazırlanmasına  gayğı  göstərmişdi
r. 
Onun  fəaliyyəti  nəticəsində  1961
-
ci  ildə  yaradılmlş  “Ra
-
diotexnika,  elektronika  və  rabitə“  kafedrası  əsasında  hal
-
hazırda  Azərbaycan  Texniki  Universitetində  səkkiz  kafe
-dra 
yaradılmış  və  bu  kafedralar  əsasında  “Radiotexnika  və 
mikroelektronika”  və  “Elektronika  və  Telekomunikasiya” 
fakultələri  fəaliyyət  göstərir.  Ulduz  Kəngərli  1969
-
cu  ildən 
texniki  elmlər  doktoru,  1970
-
ci  ildən  isə professordur O, ali 
məktəbdə  yeni  ixtisaslar  üzrə  tədris  prosesini  təşkili  ilə 
yanaşı elmi kadrların yetişdirilməsi sahəsində də fəal calışır. 
Onun  elmi  araşdırmalarının  nəticələri  neft  sənayesində, 
neftayırma  zavodlarında  və  sənayenin  digər  sahələrində 
geniş tədbig edilir. Professor U.Kəngərlinin 200 yaxin elmi
 
 
 
102
 

əsəri,  12  dərslik  və  dərs  vəsaiti  dərc  edilmişdir.  Onun  rus
-
azərbaycan
-
ingilis  radioelektronika  terminləri  lüğəti  həyat 
yoldaşı  Cəmilə  xanım  ilə  birlikdə  tərtib  olunmuş  və  bu  sahədə 
azərbaycan  dilində  yazılan  ədəbiyyatın  terminoloyi  əsasını 
qoymuşdur.  Respublikada  radiotexnika  və  rabitə  sahələrində  ali 
təhsilin  təşkili,  elmi
-
pedagoyi  kadrların  hazırlanması.bu  sahədə 
azərbaycan  dilində  dərsliklərin  yaradılmasında  və  başga  olan 
xidmətlərini  nəzərə  alarag  texniki  elmlər  doktoru,  professor 
Ulduz  Kəngərlinin  75  illik  yubileyi  və 
50 illik elmi-pedagoyi 
fəaliyyəti  münasibəti  ilə  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  fəxri  fərmanı  ilə  təltif  edilmişdir.  Müharibə  və  əmək 
veteranı  U.Kəngərli  AR  Prezidenti  təgaüdçüsüdür.  Ulduz  bəy 
Kəngərlinskinin  həyat  yoldaşı  Cəmilə  xanım  ingi
-li
s  dili  üzrə 
mütəxəsisdir.Uşagları:  Lətif  və  Nəzimə.  Lətif  bəy  Kəngərli  1955
-
ci  ildə  Bakı  şəhərində  anadan  olub,  fizika  elmlər  namizədidir. 
Həyat 
yoldaşı 
Tamilla 
xanım 
musiqiçi
-
dir, 
Dövlət 
konservatoriyasında 
işləyir,  musiqişunaslıq  üzrə  elmlər 
doktorudur. 
Uşaqları 

Nigar,  Nərgiz,  Fəridə.  Nərgiz  xanım 
Dövlət  konservatoriyasında,  Fəridə  xanımla  Nigar  xanım  Tibb 
Universitetində  təhsil alırlar.
 
 
Nəzimə  xanım  Abdullayeva  (Kəngərli)  1954
-
cü  ildə  Bakı 
şəhərində  anadan  olub,  texniki  elmlər  namizədidir.  Nəzimə 
xanım  və  Rafiq  bəyin  uşagları:  Cəmil,  Aydın.  Cəmil  bəy  ali 
təhsillidir, evlidir. Aydın bəy Xalq təsərrüfatı institutunu bitirib.
 
 
İldırım  Səttar  oğlu  Kəngərlinski  (həyat  yoldaşım) 1936
-
cı 
ildə İrəvanda anadan olmuşdur. Onun ailəsi İrəvanda Gedər 
çay  üzərindəki
 
8  mart küçəsindəki mülklərində yaşayırdı. İki 
mərtəbəli  mülkün  birinci  mərtəbəsində  emiqrant  erməniləri 
yerləşdirmişdilər və bir otaqda nənəsi Ağayeva Dövrə xanım 
və  xalası  Foqiyyə  xanım  yaşayırdılar.  İkinci  mərtəbədə 
anası,  atası,  qardaşları 

Nurəddin  və  Ulduz  yaşayırdılar. 
Evin  arxa  tərəfi  Gedər  çaya  baxırdı,  həyət  çoxlu  meyvə 
ağacları  olan  bağçaya  çıxırdı,  bağçadakı  ərik  ağacının 
gövdəsi elə böyük idi ki, üç nəfər onu çətinliklə qucaqlayırdı.
 
 
 
103
 

 
 
 
Sək.71:  İ.Kəngərlinskiy,  T.İsmayılov,  K.Kərimovun 
qızı, P.Əzizbəyova, K.Kərimov, A.Cəlilov
 
 
Orta  məktəbdə  təhsilini  başa  vurduqdan  sonra Bakı 
dənizçilik  məktəbini  və  Azərbaycan  Politexnik  İnstitutunun 
radio mühəndisliyi fakültəsini bitirmişdir. Bakı radio zavodun
-
da baş texnoloq, Azərrabitə trestinin rəisi, Azərrabitə texniku
-
munda  şöbə  müdiri,  “Kaspi”  elmi  mərkəzin  Baş  mühəndisi, 
Azərbaycan  Radio  və  Televiziya  komitəsində  ardıcıl  olaraq 
direktor  müavini,  direktor  və  sədr  müavini  vəzifələrində 
çalışıbdır. Daha sonra Milli Aerokosmik Agentliyində (MAKA) 
baş direktor müavini vəzifəsini tutmuşdur.
 
 
 

 
 
Sək.62: Tərifə, İldırım,  Sevda, Azər
 
 
 
 
 
Sək.57:  dayanıblar 
– 
Nurəddin,  Eldar,  Elmirə,  İldırım,
 
Ulduz; oturublar - 
Nuriyyə x., Səttar, Bülbül x., Cəmilə x., 
Nizami, 
Nəzimə və Lətif Kəngərlinskilər
 
 

25 iyul 1965-
ci  il  tarixdə  İldırım  Kəngərlinski  ilə  ailə 
həyatı qurduq, sonra İrəvandan Bakıya köçüb dənizkənarı 
bulvarın  yaxınlığında  Yerevanskiy  döngəsi,  3
\5 ünvanda 
yerləşən  mənzildə  yaşadıq.  İldırım  gündüz işləyir, axşa

isə  təhsilini  davam  etdirirdi.  Mən  isə  1967
-
ci  ildə 
Azərbaycan  Politexnik  İnstitutuna  daxil  oldum.  Balaca 
qızımız  Sevdaya  “Bakı  Soveti”  metro  stansiyası 
yaxınlığında  yaşayan dayəsi Olya xala baxırdı.
 
 
 
 
 
 
 
Sək.63: tədbirdə
 
 
İldırım  Kəngərlinski  Azərbaycan  Radio  Televiziya mərkəzinə 
direktor  təyin  olunanda,  Azərbaycan  KP  I
-ci katibi 
H.Ə.Əliyevlə qəbulunda olarkan o, respublikanın rəhbərinə
 
 
 
104
 

söz  vermişdir  ki,  tapşırılan  vəzifə  borcunu  layiqincə  yerinə 
y
etirəcək  və  belə  də  oldu.  Əmək  kitabçasında  29 
təşəkkürnamə  qeyd  olunub.  SSRİ
-
nin əlaçı televiziya və ra
-
dio  işçisi  (1981
-
ci  il),  SSRİ
-
nin  fəxri radisti (1986
-
cı il), Bakı 
şəhəri icraiyyə komitəsinin (1980
-
ci il), Azərbaycan Radio və 
Televiziya  verilişləri
 
komitəsinin  (1977
-
ci  il),  SSRİ  Dövlət 
Televiziya  və  Radio  verilişləri  Komitəsinin  (1977

ci  il  və 
1986-
cı),  1981  və  1986
-
cı  illərdə  Azərbaycan  Ali  Sovetinin 
Rəyasət  heyyətinin  Fəxri  fərmanı  ilə  respublikamızın 
inkişafında  fədakar  əməyinə  görə  çoxlu  təşəkkürnamə  və 
fəxri  fərmanlarla  təltif  olunub. 1980
-
ci ildə Azərbaycan SSR 
fəxri  mühəndisi  adına  layiq  görülüb.  Şahmat,  bilyard,  nərd 
oynamaqla  yanaşı,  üzgüçülük,  boks,  ağır  atletika  idman 
növləri  ilə  məşğul  olan  İldırım  Kəngərlinski  fiziki  və  mənəvi 
tərəfdən güclü bir insan idi. O, öz gücünü, bilik və bacarığını 
vətəninin çiçəklənməsi naminə əsirgəmirdi. 1993
-
cü ildə Bakı 
şəhərində vəfat etmişdir.
 
 
Ermənilərin  bizə  münasibəti  haqqında  bir  əhvalatı  diqqətinizə 
çatdırmaq  istərdim.  1980
-
ci  illər  idi.  İldırım  Fede
rativ Almaniya 
Respublikasına  BOSH  firmasına  ezamiyyətə  Moskva
-Paris 
qatarı  ilə  gedəndə,  qatar  hələ  yola  düşməmişdən  əvvəl  qonşu 
kupedə  bələdçinin  bir  yaşlı  qadınla  mübahisəsinin  səsi  qulağına 
çatır.  Bələdçi  qadına  rusca  nəsə  deyirmiş,  qadın  isə  erməni 
dil
ində  danışdığından  bir
-
birini  başa  düşmürmüşlər  və  bələdçi 
qadına  öz  əşyaları  ilə  vaqonu  tərk etməyini tələb edirmiş. İldırım 
öz  kupesindən  səsə  çıxaraq  rus  və  erməni  dilini  bildiyindən  işə 
aydınlıq  gətirir.  Sən  demə  Fransaya  gedən  yaşlı  erməni  qadının 
bil
eti  qonşu  vaqona  imiş.  Məsələ  həll  olunduqdan  sonra,  qadın 
İldırıma  öz  minnətdarlığını  bildirir,  kim  və  haradan  olduğunu 
soruşur.  İldırım  azərbaycanlı  olduğunu  deyir.  Təəccüblənən 
qadın  ona  inanmır,  deyir:  “Ola  bilməz,  çünki  türklər  vəhşidir, 
onlar heç vax
t  ermənilərə  kömək  etməzlər.”  İldırım  çalışır 
qadına 
başa 
salsın 
ki, 
Azərbaycanda 
ermənilər 
azərbaycanlılarla
 
 
 
105
 

eyni hüquqa malik vətəndaşlardılar, onlar vəzifə sahibləri və 
xalq  təsərrüfatının,  elmin,  incəsənətin,  maarifin  bütün 
sahələrində  fəaliyyət  göstərirlər.  Lakin  erməni  qadın  bu
-
nunla  heç  cür razılaşmaq istəməyib çox narazı bir tərzdə öz 
vaqonuna  keçir.Bu  kiçicik  bir  əhvalatda  ermənilərin  türklər 
haqqında yaranan təsəvvürünün mahiyyəti özünü göstə
rir.
 
 
İldırım  ailəcanlı,  diqqətcil  və  mehriban  bir  insan  idi. 
Qərqin iş həftəsindən sonra bəzən şənbə və bazar günləri 
mətbəxdə xörək bişirməyimizə həvəslə rəhbərlik edərdi.
 
 
Az
ə
rbaycan v
ə
 Avropa
 
m
ə
tb
ə
xini
 
yaxşı
 
bilirdi. Sobada
 
qoz l
ə
p
ə
si, mayonez v
ə
 holand pendiri il
ə
 
bişirilmiş balıq,
 
ç
əkilmiş və
 ya tik
ə
 
ə
tl
ə
 pomidor, bib
ə
r v
ə
 
kartof, alma v
ə
 
heyva il
ə
 
hind toyuğu
 
v
ə
 sairl
ə
rinin
 
bişirilmə
sin
ə
 köm
ə
k
 
edərdi.  Müxtəlif  regionların, demək olar bütöv Azərbaycanın 
kulinariyasını aıləlikcə bir yerdə püxtələşdirib hazırlanmasına 
nail olmuşduq. Azərbaycan dağlarının otları, ədviyyatlarla ilə 
bişmiş  xörəklər  daha  da  ləzzətli  olur.  Estetik  cəhətə  çox 
üstünlük verərdi. Hər cəhətdən çox zövqlü idi.
 
 
Azərbaycan və ələxsus doğulduğu Qərbi Azərbaycan olan 
İrəvan  şəhərinin adət
-
ənənəsinin həmişə çalışırdı ailədə izin 
qoysun.  Dədə
-
baba  kulinariyasını  ailədə  da
-
vam  etmək  bir 
tarixdir.  Heyf  bizim  İrəvanın  insana  xeyirli  bulaqlarımızdan! 
Cənnət məkanı idi o torpaqlar. Bağları 
– 
nə nemət desən var 
idi. Cürbəcür ağaclar və güllər. Nə isə...
 
 
Bu  sözləri mən cavan oxucularıma yazıram ki, ailə də 
bunları  bir  nümunə  kimi  götürsünlər:  İldırım həmişə sadə 
olmağı  uşaqlara  vurğuluyurdu,  vətənpərvər  hissələrinin 
bərkiməsində söhbətlər aparırdı,  Vətənə, Azərbaycan
 
 
xalqının 
 nümay
ə
nd
ə
l
ə
rin
ə
 
laqeyd olmamağı
 
öyr
ə
dirdi,
 
insaniyy
ətli olmağı
 
tövsiy
ə
 
edirdi. Heç vaxt mill
ətçi  olmağı
 
öyr
ə
tm
əmişdi. Amma ki, düşmə
n
 
düşüncə
li
 
insanlar-
 
dan uzaq olmaği
 
m
ə
sl
ə
h
ə
t
 
gör
ə
rdi.
 
N
ə
 q
ə
d
ə
r
 
işi agır
 
olsa, ç
ə
tinlikl
ə
rl
ə
 
qarşılaşsa o, həmişə
 
çalışırdı
 
h
əyatı
 
g
ə
rginlikd
ən uzaqlaşdırsın, elit sistemi qoymurdu
 
z
ə
rb
ə
 
 
 
106
 

altına  düşsün,  ailənin  özəyini  saxlayırdı.  Çətinliklər  də 
olsa, biz ailədə özümüz onların öhdəsindən gəlib, xoşbəxt 
yaşayırdıq.  Kefimizi heç vaxt pozmurduq, lazımsız
 
 
şeylə
r
ə

ətrafın mə
nfi
 
t
ə
zyiqinin ail
ə
nin
 
ə
hval-rühiyy
ə
sin
ə
 
t
ə
sir m
əqamlarının qabagını
 
alırdıq.
 
Onu da deyim, ki
 
Az
ərbaycanının  regionlarına
 
m
ə
qs
ə
dyönlü
 
şə
kild
ə
 ail
ə
ni
 
aparırdı.
 
O, torpağımızın
 
ad
ə
t-
ə
n
ə
n
ə
sini,
 
göz
ə
lliyini,
 
m
ə
nz
ə
r
ə
sini, s
ə
xav
ə
tini,
 
h
ə
tt
ə
 
havasını
 
da duymağı
 
öyr
ə
dib.
 
 
 
   
 
 
 
Düzdür,
 
Elbrus v
ə
 
Donbay
 
dağlarına da bizi aparıb,
 
amma  öz  dağlarımızın  gözəlliyi  tamam  başqadır.  Həmişə 
səhər  tezdən  durub  bizi  çaydan  keçirib  bulaq  suyundan 
içirdib 
dağlara  qaldırardı.  Hətta  bir  dəfə  Ləzədə  olarkən, 
dağa qalxanda o qədər susamışdıq ki, cır alma ağaclarının
 
 
qurumuş meyvə
l
əri bizim üçün böyük tapıntı  idi.
 
Bu cür
 
g
ə
zintil
ər insanın
 
irad
ə
sinin b
ə
rkim
ə
sin
ə
, dözümlüyün
ə
,
 
möhk
ə
mliyin
ə
 bir
 
t
ə
kan verir. 
Heyf ki, uşaqları Qarabağa
 
– Susaya, Q
ə
rbi
 
Az
ə
rbaycana - 
İrə
vana apara
 
bilm
ə
di.
 
Onlar öz dədə
-
baba torpaqlarını  görmədilər.
 
 
İldırım  heç  vaxt  heç  kimə  əziyyət  verməzdi.  Biz  İldırımla 
bir  neçə  xarici  ölkələrdə  olmuşuq,  o  cümlədən  Türkiyə  və 
İranda.  İranda
 
olarkən  Kəngərlilərin  yaşadığı  məskənə  üz 
tutduq.  Oranın  ağsaqqalı  canfəşanlıqla  əziz  qonağın  ayağı 
altında  qoyun  kəsmək  istədi.  Amma  İldırım  çox  maraqlı  in
-
san  idi.  O,  goyun  kəsilməsini  camış  qatığı  ilə əvəz etməsini 
xahiş  etdi  və  camış  qatığı  gətirildi.
 
Türkiyə  və  İranda  nə 
qədər  sorğu
-
sual  etdiksə, vaxtı ilə daşnaklardan o ərazilərə 
qaçqın düşmüş İrəvanlı qohumlarımızdan  tapılan olmadı.
 
 
Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin