Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   9   10   11   12   13   14   15   16   17

112
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

dayandırmaq olduqca narahatedici ola və hədsiz istək, əsəbilik, yorğunluq, zəif yuxu, narahatlıq və əzələ
ağrısı ilə nəticələnə bilər.
l
Sadə və vicdanlı şəkildə mövcud müəssisələri və xidmətləri təsvir edin. Xəstə həmin mövcud mü ‐
əssisələrdən istifadə etmək istəmədiyini bəyan edərsə və ya siz özünüz bundan şüb hə lə nər  sinizsə,
istənilən halda insan alveri qurbanlarına yardım göstərən qurumların/təşkilatların, mü vafiq olduqda,
sığınacaq yerlərinin və insan alveri qurbanı gələcəkdə yardım üçün müraciət et mək istəyini ifadə etdikdə,
təcili tibbi yardım və sosial xidmətlərin əlaqə məlumatlarını ona verin.
l
İnsan alveri qurbanının qəzəb də daxil olmaqla, güclü neqativ emosiyalar göstərməsini təbii qarşılayın
və xəstənin bu erkən mərhələdə mütləq minnətdarlıq ifadə edəcəyini gözləməyin. Qəzəb insan alverinə
məruz qalmış şəxsin gözlənilən və normal reaksiyasıdır və tibb işçisinə qarşı da istiqamətlənə bilər. Bun‐
dan əlavə, bəzi insan alveri qurbanlarında istismara məruz qalmazdan əvvəl uzun müddət davam etmiş
həssas məqamlar olmuş ola bilər. İnsan alveri qurbanının qəzəb və ya qədirbilməz və ya həddindən artıq
aciz görünməsinə emosional münasibət göstərmədən onunla ədalətlə davranın. Peşəkar sərhədləri
qoruyub saxlayın (bax: Tədbirlər planı 8). Şəxsin qəzəbli görünməsini normal qarşılayın; bunu aradan
qaldırmağa çalışın, lakin bunu şəxsi incikliyiniz kimi qəbul etməyin və ya qəzəbli və ya həqarətli reaksiya
göstərməyin. 
l
Xəstə sirrini sizinlə bölüşmək istəyərsə, zorakılıq hallarının təfərrüatlarını dinləməyə hazır olun. Şəxsin
stres və narahatlıqlarını anlayışla qarşılayın. Travmanın təsviri çox vaxt qarışıq və ya ziddiyyətli olur, bu,
yalan danışmaqdan daha çox emosional sarsıntı və travma səbəbindən olur. İnsan alveri qurbanının
cinayət qurbanı olduğunu və bunun onun günahı olmadığını bildirin. Xəstə özünü günahlandırırsa, onu
özünü məzəmmət etməməyə dəvət edin (məsələn, “Sizi aldatdılar?” və ya “Sizə hədə‐qorxu gəlirdilər?”
kimi suallar vasitəsilə). Günahın cinayətkarda olduğunu vurğulayın.
l
Əgər siz koqnitiv davranışların müalicə olunması üzrə təlim keçməmisizsə, travmatik təcrübələrlə bağlı
tam qısa sessiya (debrifinq) keçirməyə təşəbbüs göstərməyin. Bu faydasızdır və əslində zərərli ola bilər.
Əvəzində yalnız mühüm izahat tələb edən müvafiq, mühakimə və müdaxilədən uzaq olan suallar verin.
İnsan alveri qurbanını açıqlamaq istəmədiyi təfərrüatlardan danışmağa məcbur etməyin.
l
Problemlərin həlli üsullarından istifadə edin. İnsan alveri qurbanına hansı seçimləri etməli olduğunu
təlqin etmək əvəzinə onları cəsarətləndirin. Aydınlaşdırmaya yardım etmək üçün qurbanın problemlərini
müzakirə edin, birlikdə fikirləşin və düşdüyü vəziyyətdən çıxmaq və ya həll yolları müəyyənləşdirmək
üçün onun öz variantlarını müəyyənləşdirməsinə yardım edin. Müxtəlif variantların üstünlüklərini, mənfi
cəhətlərini və potensial nəticələrini müzakirə edin. Xidmətlərdən faydalanmaq cəhdləri də daxil olmaqla,
xəstənin qərarlarla bağlı seçiminə hörmətlə yanaşın. İnsan alveri qurbanı ilə əməkdaşlıq etməklə, reabil‐
itasiya ilə bağlı qısa və uzun müddətli məqsədləri razılaşdırın. Qurbanın güclü cəhətlərini, eləcə də
ehtiyaclarını müzakirə edin.
l
Mümkün olduğu qədər insan alveri qurbanını qərarların qəbul edilməsi prosesinə cəlb edin (potensial
imkanları müzakirə etmək üçün bax: Tədbirlər planı 16).
l
İnsan alveri qurbanını müvafiq mütəxəssislərə və qurumlara yönləndirməklə bağlı qərarların verilməsinə
cəlb edin. Yönləndirməni yaxşı olar ki, təşkilatınızın əməkdaşlıq prosedurları və ortaq anlayışların
razılaşdırdığı xidmətlərə edəsiniz. Xəstəniz istəyərsə, onu müşayiət edin. İnsan alveri qurbanının icazəsi
ilə kənar qurumların işini nəzarətdə saxlayın. Məxfiliyə riayət edin (bax: Tədbirlər planı 9). 
İnsan alveri qurbanları ilə müntəzəm iş aparan personal üçün zəruri təlim
Personala psixoloji dəstək yanaşmaları və psixi sağlamlığın mühafizəsi ilə bağlı təlim imkanları təklif edilməli və
onların gündəlik təcrübələrinə tətbiq olunmalıdır. Personal üçün seminarlarda bu məsələlər əhatə olunmalıdır:
insan alveri hadisəsi və onun qurbanlara təsiri; insan alveri qurbanları ilə ləyaqətlə davranmağın əhəmiyyəti;
müsahibə üsulları; olduqca narahat, qəzəbli, intihara meylli, qaradinməz və psixopatik şəxslərlə davranış üsulları
haqqında əsas biliklər; empatik dinləmə və qarşılıqlı anlayış əsasında münasibət qurmaq bacarığı; tərcüməçilərdən
istifadə etməklə tibbi yardımın təmin edilməsi; problemləri həll etmək bacarıqları; vəzifələrin
113
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

müəyyənləşdirilməsi; insan alveri qurbanının psixi vəziyyətinin qiymətləndirilməsi; bir sıra psixoloji simptomlar
haqqında soruşmaqla inam yaratmaq; psixi pozğunluqların müəyyənləşdirilməsi və diaqnostikası və əsas
dərmanlardan istifadə etməklə ilkin müalicənin təmin edilməsi; simpomlarla bağlı təhsil; tibbi cəhətdən izahı ol‐
mayan somatik şikayətlərin dərmansız müalicəsi; kiçik qrup fəaliyyətlərinin təşkili; digər mütəxəssislərin rolu və
vəzifələri; və xəstənin məxfiliyini və təhlükəsizliyini təmin etməklə xəstənin digər mütəxəssislərə yönləndirilmə
üsulları. Faydalı resurslara daxildir: Where There is No Psychiatrist: A mental health care manual (bax: ədəbiyyat
siyahısı).
Qısa nəzəri təlim insan alveri qurbanlarına konsultasiya xidməti göstərəcək şəxslər üçün kifayət deyil. Bunun
əvəzinə, praktiki təlim təşkil edin və sonra iş yerində geniş nəzarət təmin edin. Personal müvafiq şəkildə mövcud
olan səhiyyə və sosial xidmətlər barədə məlumatlandırılmalı (bax: bütün ölkələrdə psixi sağlamlıq resursları ilə
əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış Psixi Sağlamlıq Atlası, 2005) və gündəlik
məlumatların toplanmasının bir hissəsi kimi sadə kateqoriyalardan istifadə etməklə xəstələrin psixi sağlamlıq
problemlərini sənədləşdirməlidirlər.
Reabilitasiya prosesi davam edərkən növbəti psixo‐sosial dəstəyin təmin edilməsi 
l
Daima dəstək təmin edin və xəstə tərəfindən qaldırılan məsələləri həll edin.
l
Dəyişikliklə bağlı müsbət və mənfi cəhətləri müzakirə etməklə, birlikdə müəyyən edilmiş tibbi yardım
planını və məqsədləri nəzərdən keçirin; insan alveri qurbanını dəyişiklik naminə motivasiyalarını ifadə
etməyə həvəsləndirmək məqsədi daşıyın. Özünəhörmət hissi yaradın və zorakılıqla əlaqədar günahkarlıq
və utancaqlıq hisslərini aradan qaldırmaq istiqamətində iş aparın. Mövcuddursa, dəstək qrupları bu
məsələlərdə kömək edə bilərlər.
l
Ailə və dostlarla əlaqə yaratmaq məsələsi həll olunmamış qalarsa, xəstə çətin emosiyaların aradan
qaldırmağa başlayarkən, bu məsələ müzakirə mövzusu ola bilər. Xəstənin yaxın əlaqədə olduğu hər hansı
şəxsin insan alverçisi olduqda, potensial təhlükələri nəzərə almaq lazımdır.
l
Müvafiq fəaliyyətlər, dəstək qrupları, dini qurumlar, mənzil təminatı, müvafiq qurumlar, məşğulluq və
təhsil haqqında məlumat verilməlidir. 
Psixi pozğunluqlarla əlaqədar tibbi yardım almaq imkanı
l
Psixi pozğunluqlar insan alveri təcrübəsindən əvvəl yarana, travmadan qaynaqlana və ya daha da
kəskinləşə bilər. Bu cür  pozğunluqlara travma sonrası stresin əlilliyə səbəb olan formaları, depressiya və
narahatlıq; spirtli işçilərdən və ya digər maddələrdən zərərli istifadə nəticəsində yaranan psixi
pozğunluqlar; psixozlar; uşaq və yeniyetmələrdə ağır davranış və emosional pozğunluqlar (bax: aşağıda);
və intihar niyyəti kimi hər hansı digər ağır psixi sağlamlıq problemi və ya ciddi riskli davranış daxildir. 
l
Ciddi simptomları nəzərə alın. Xəstə birbaşa bu barədə danışmaqla və ya əsəb tutması, yata və ya
diqqətini cəmləyə bilməməsi, nitq dolaşıqlığı, özünə qapanma, özünə laqeydlik, özünə zərər və ya nadir
hallarda başqalarına hədə‐qorxu gəlmək və ya zərər vurmaq kimi dəyişik davranışlar vasitəsilə stresli
vəziyyətini aşkar edə bilər (bax: imkanlar haqqında məlumatla bağlı Tədbirlər Planı 16). 
l
Riski qiymətləndirin. Xüsusilə əhval‐ruhiyyənin təsirə məruz qaldığı hallarda, ciddi sosial çətinlikləri
və/yaxud psixi sağlamlıq problemləri olan şəxslərlə işləyən zaman, onlardan soruşun: “Yəni vəziyyət o
dərəcədə pisdir ki, yaşamağın mənasız olduğunu düşünürsünüz?”. Onlar bunu təsdiq edirlərsə, intihar
etməklə bağlı hər hansı cari niyyətlərinin və ya planlarının olub‐olmadığını soruşun. Həmçinin onlardan
uşaqlara qayğı göstərmək işinin öhdəsindən necə gələ bildiklərini soruşun. Onlar çətinlikləri olduğunu
bildirərlərsə, onlardan uşaqlarına zərər vurmaqları ilə bağlı riskin olub‐olmadığını soruşun. İntihar etmək
niyyəti olan və ya uşaqlarına zərər vurmaq riskləri olduğunu qeyd edən şəxsləri yardım üçün
mütəxəssislərin yanına və ya mövcud olan digər yerli sosial xidmətlərə yönləndirin. Xəstələr intiqam al‐
maqla bağlı ciddi qəzəb və niyyət ifadə edə bilərlər; bu hallarda, zorakı, sui‐qəsd xarakterli və ya qanunsuz
hərəkətlərə yol vermək riskini qiymətləndirmək lazımdır. 
114
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
Xəstələri dərmansız müalicə üçün yönləndirin. Ruhi pozğunluqlarla bağlı müdaxilələr adətən ixtisaslı
psixoloji müalicə, sosial dəstək (məsələn, mənzil, iş və ya uşaqlara qayğı ilə bağlı yardım və ya ailə
məsələləri ilə bağlı iş) və bəzən dərmanlarla müalicəni özündə birləşdirir. İnsan alveri qurbanları üçün
xidmətlər psixoloqlar və psixiatrlar kimi ixtisaslaşmış psixi yardım əməkdaşları və mövcud sosial və qeyri‐
formal sistemlərlə əlaqəli şəkildə təşkil edilməlidir. 
l
Resurslar mövcud olduqda, psixi pozğunluqların dəlil əsaslı müalicəsindən xəbərdar olan mütəxəssislərə
müraciət edin. Məsələn, əmək qabiliyyətinin itirilməsinə səbəb olan travmasonrası stres pozuntusu psixi
sağlamlıq mütəxəssisi tərəfindən müalicə olunmalıdır. Travmasonrası stres pozğunluğu zamanı standart
ilkin müalicə kimi dərmanlardan istifadə edilməməlidir. Lakin şəxsin psixoloji müalicəyə başlamaq imkanı
yoxdursa və ya psixoloji müalicə müsbət nəticə vermirsə, psixoloji müalicə ilə birlikdə depressiya əleyhinə
dərmanlar istifadə olunmalıdır. Yüngül depressiyanın müalicəsi (yəni, ağır depressiya simptomları ilə
müşayiət olunan, lakin xəstənin hələ bəzi işlərin öhdəsindən gələ bildiyi hallar) təlim keçmiş terapevt və
ya psixi sağlamlıq mütəxəssisi tərəfindən simptomlar və problem həlletmə yanaşmaları haqqında
məlumatlarla dəstəklənə bilər. 
l
Xəstə psixotrop dərmanlar qəbul  etməyə başlayıbsa, onları təyin olunmuş müalicə rejiminə riayət etməyə
təşviq edin və həmin dərmanları spirtli içkilər kimi potensial təhlükəli maddələrlə qarışdırmaqdan
çəkinməyi məsləhət görün. Xəstə intihar etmək fikrinə düşübsə, psixi müalicə aldığı müddətdə ona
nəzarət edin. 
l
Psixi pozğunluqdan müalicə olunan insan alveri qurbanlarının reabilitasiyasını optimallaşdırmaq
məqsədilə yuxarıda “zəruri tədbirlər” bölməsində qeyd edilmiş ümumi yanaşmalardan istifadə etməklə
onları dəstəkləyin və onların cəmiyyətə inteqrasiyasına yardımı etməyə davam etdirin. Psixoz və ya əmək
qabiliyyətinin itməsi ilə nəticələnən digər psixi pozğunluqlardan əziyyət çəkən insan alveri qurbanı rein‐
teqrasiya proqramı və ya onun ehtiyaclarına uyğunlaşdırılmış digər reabilitasiya tədbiri ilə təmin
edilməlidir.
Psixi sağlamlıq və insan alverinə məruz qalmış uşaqlar və yeniyetmələr
Uşaqlar və yeniyetmələr bir çox məqsədlər, həmçinin, məcburi əmək, cinsi istismar, erkən nikah və ya uşaq
əsgərlər kimi cəlb olunaraq insan alveri qurbanına çevrilə bilərlər. Bir çox uşaqlar üçün insan alverinə məruz qal‐
maq zorakılıqla ilk qarşılaşma olmaya bilər. İnsan alverinin uşaq qurbanlarının insan alverinə məruz qalmazdan
əvvəl zorakılığa məruz qalması, spirtli işçi aludəçiliyi və ya zorakılığa şahid olması gözlənilməz deyil. İnsan alveri
vəziyyəti zamanı uşaq və ya yeniyetmə fiziki və ya cinsi zorakılığa məruz qala və ya ailə üzvlərinin yaralanmasının,
zorlanmasının və ya öldürülməsinin şahidi ola bilər.
İnsan alveri təcrübəsinin hər bir uşağa necə təsir edəcəyi, məsələn, uşağın insan alveri qurbanına çevrildiyi yaş,
uşağın istismar vəziyyətində qaldığı müddət, insan alverinə məruz qalmazdan əvvəl uşağın yaşadığı şərait, baş
vermiş hadisələr və hər bir uşağın öz psixoloji dözümlülüyündən asılı olaraq fərqlidir. Ən ciddi psixoloji fəsadların
bəzisi çoxsaylı və ya uzunmüddətli zorakılıqlara məruz qalma səbəbindən yaranır.
Uşaqlar ailədən təcrid edildikdə və zorakılığa məruz qaldıqda inkişaf çətinlikləri və ya inkişafdan qalma halları
baş verə bilər. Uşağın nitqi inkişafdan qala bilər və ya uşaq narahat olan zaman kəkələməyə başlaya bilər. Qarabas‐
malardan yuxu pozula bilər. Uşaqlar əsəbi və ya dalğın ola bilərlər; onlar tez‐tez ağlaya və ya tərəddüdlü hərəkətlər,
baş barmaqları sormaq və ya saçları dartmaq və ya iştahanın itməsi kimi davranışlar nümayiş etdirə bilərlər. Daha
kiçik uşaqlar gecələr sidik və ya nəciz ifraz etməyə (altlarını islatmağa) başlaya bilərlər. Onlar çaşqın görünə və
keçmiş və ya cari hadisələri anlamaya bilər. Daha böyük uşaqlar isə kədərli, gözüyaşlı və əsəbi, tələbkar, aqressiv
və ya seksuallaşmış ola bilərlər.
Cinsi istismarın xüsusilə dərin və uzunmüddətli psixoloji təsiri, həmçinin, heysiyyət hissinin itirilməsi, qazanılmış
acizlik, identifikasiya, xüsusilə cinsi identifikasiyanın çaşdırılması kimi təsirləri vardır. Böyüklərdə olduğu kimi
uşağın reaksiyalarına depressiya, emosional pozğunluqlar və ya narahatlıq və travmasonrası reaksiyalar daxil ola
115
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

bilər. Daha azyaşlı uşaqlarda əsas travmasonrası simptomlar rəsm və ya oyun, narahat davranış nümayiş etdirmək
və ya əsəb tutmaları vasitəsilə travmatik hadisələrə reaksiya verirlər. Daha böyük uşaqlarda  travmasonrası reak‐
siyalar böyüklərdə rast gəlinən reaksiyalarla oxşardır və cari hadisələrin tətikləməsi nəticəsində yaranan qarabas‐
malar, hadisələri xatırlamaq, travmatik xatirələrdən yaxa qurtarmağa səy göstərmək və hipererauzl vəziyyəti (zəif
konsentrasiya, əsəbilik) ilə müşayiət olunur. Azyaşlı uşaqlar, xüsusilə cinsi istismara məruz qalmış və ya erkən
nikah məqsədilə qaçırılmış qızlarda qidalanma pozuntuları yarana bilər. Cinsi zorakılığa məruz qalmış uşaqlarda
həm də narkotik maddə aludəçiliyi və intihar riski artır.
Uşaqlar, xüsusilə də yeniyetmələr üçün bütün xidmətlərin (o cümlədən, səhiyyə
xidmətlərinin, eləcə də sığınacaq və mühafizə ilə bağlı xidmətlərin) travmatik
təcrübələrdən reabilitasiya olunmağa imkan verəcək ardıcıl tibbi yardım əsasında
tənzimlənməsi olduqca vacibdir. İnsan alverinə məruz qalmış uşaqlara yardım göstərən
digər qurumlarla sıx əməkdaşlıq (bax: Tədbirlər planı 10) psixi sağlamlığın mühafizəsinə
dərhal  başlamaq və hərtərəfli tibbi yardım paketinin digər hissələrinin uşaqlarla
aparılan psixi sağlamlıq işinə mənfi təsirinin qarşısını almaq baxımından vacibdir. Cinsi
zorakılıq, xüsusilə cinsi istismar hallarında, cinsi travma ilə müalicənin başlanması
arasında nə qədər az vaxt keçərsə, uşağın vəziyyəti o qədər tez yaxşılaşa bilər.
Uşağın psixi sağlamlığına dəstək ardıcıl psixoloji yardımdan və psixoloji yardımın sığınacaq, müdafiə, tibbi yardım
və təhsil də daxil olmaqla uşaqların həyat tərzini “normallaşdıran” dəstəyin uşağa uyğun digər formaları ilə
müşayiət olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Etibarlı, sabit mühit uşağın üzücü və ya travmatik
təcrübələrdən psixoloji (və fiziki) reabilitasiyasının əsasını təşkil edir. 
Uşaqları başlarına gələn hadisələrin onların günahı ucbatından baş vermədiyindən; onların hal‐hazırda
istismarçıların əlindən xilas edilmiş olduqlarından; və onların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin
görüləcəyindən əmin etmək lazımdır. Uşağın özünü təhlükəsiz hiss edəcəyi mənzilin müəyyənləşdirilməsi,
zorakılığa məruz qalmış uşaqlarda olduğu kimi, insan alverinə məruz qalmış uşaqlar üçün də prioritet məsələdir.
İSTİNADLAR VƏ RESURSLAR
Day, J.H. və digərləri
2006
Risking Connection in Faith Communities: A training curriculum for faith leaders supporting
trauma survivors, Sidran Institute Press, Baltimore, Maryland, USA, 2006. (Dini icmalarda əlaqə
riskləri: travma almış qurbanlara dəstək verən dini liderlər üçün təlim proqramı, Sidran İnstitunun
Mətbəəsi, Baltimor, Merilend, ABŞ, 2006.)
Inter‐Agency Standing Committee (Qurumlararası Daimi Komissiya)
2007
IASC Guidelines on Mental Health and Psychosocial Support in Emergency Settings, IASC, Geneva,
2007, pp. 116–131. Section 6.1: Include specific psychological and social considerations in pro‐
vision of general health care. Section 6.2: Provide access to care for people with severe mental
disorders. (Fövqəladə vəziyyətlərdə psixi sağlamlıq və psixoloji dəstəklə bağlı təlimat, IASC,
Cenevrə, 2007, səh. 116‐131. Bölmə 6.1: Ümumi tibbi yardımların göstərilməsində spesifik
psixoloji və sosial amillərin nəzərə alınması. Bölmə 6.2: Ağır ruhi xəstəlikləri olan insanlar üçün
tibbi yardımın təşkil edilməsi.)
Beynəlxalq Əmək Təşkilatı
2005
A Global Alliance Against Forced Labour: Global report under the follow‐up to the ILO Declaration
on Fundamental Principles and Rights at Work, International Labour Conference, 93rd Session
2005, Report I (B), International Labour Office, Geneva, 2005. (Məcburi Əməyə qarşı Qlobal
116
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Alyans: BƏT‐in İşdə Fundamental Prinsiplər və Hüquqlar haqqında Bəyannaməsinə riayət
olunmasına nəzarətlə bağlı Qlobal Hesabat, Beynəlxalq Əmək Konfransı, 93‐cü Sessiya, 2005,
Hesabat I (B), Beynəlxalq Əmək Ofisi, Cenevrə, 2005.)
Nikapota, A. və D. Samarasinghe
1991
Manual for Helping Children Traumatized by Conflict, UNICEF, Sri Lanka, 1991. (Münaqişə
nəticəsində travma almış uşaqlara yardım haqqında Təlimat, UNİCEF, Şri‐Lanka, 1991.)
Patel, V.
2003
Where There is No Psychiatrist: A mental health care manual, Gaskell, London, 2003. (Psixiatr
olmadıqda: Psixi sağlamlığın qorunması ilə bağlı Təlimat, Gaskell, London 2003.
Smith P. və digərləri
1999
A Manual for Teaching Survival Techniques to Child Survivors of Wars and Major Disasters, Chil‐
dren and War Foundation, Bergen, Norway, 1999. (Müharibələrdən və irimiqyaslı fəlakətlərdən
zərər çəkmiş uşaqlara sağ qalmaq üsullarını öyrətməklə bağlı Təlimat sənədi, Uşaqlar və
Müharibə Fondu, Bergen, Norveç, 1999.)
BMT‐nin Əhali Fondu
2008
Mental, Sexual & Reproductive Health: UNFPA Emerging Issues, UNFPA, New York, USA, 2008.
(Əqli, Cinsi və Reproduktiv Sağlamlıq: UNFPA, Aktual Məsələlər, Nyu‐York, ABŞ, 2008.)
Ümumdünya Səhiyyə Təşkilatı
2005
Mental Health Atlas, Revised Edition, WHO, Geneva, 2005. 2005   Child and Adolescent Mental
Health Policies and Plans, mental health policy and service guidance package, WHO, Geneva,
2005. (Psixi Sağlamlıq Atlası, düzəliş olunmuş versiyası, ÜST, Cenevrə, 2005. 2005 Uşaq və
Yeniyetmələrlə bağlı Psixi Sağlamlıq siyasəti prinsipləri və planları, psixi sağlamlıq siyasəti və
xidmət təlimat paketi, Cenevrə)
2005
WHO Resource Book on Mental Health, Human Rights, and Legislation, WHO, Geneva, 2005.
(ÜST‐nin Psixi Sağlamlıq, İnsan Hüquqları və Qanunvericiliklə bağlı Sorğu Vəsaiti, ÜST, Cenevrə,
2005.)
1998
Mental Disorders in Primary Care, A WHO Educational Package, WHO, Geneva, 1998. (İlkin tibbi
yardım zamanı psixi xəstəliklər, ÜST‐nin Təhsil Paketi, ÜST, Cenevrə, 1998.)
“Screening and brief intervention for alcohol problems in primary health care”, web information available at
«www.who.int/substance_abuse/ activities/sbi/en/index.html» WHO, Geneva, undated, accessed 3 January
2009. (“İlkin tibbi yardım zamanı alkoqol problemləri ilə bağlı təhlillər və qısa müdaxilə”, veb‐məlumat:
www.who.int/substance_abuse/ activities/sbi/en/index.html, ÜST, Cenevrə, tarixi göstərilməmişdir, giriş tarixi:
3 yanvar 2009.)
117
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 13:
Cinsi və reproduktiv sağlamlıq
PLANI
ON ÜÇ

Tədbirlər Planı 13:
Cinsi və reproduktiv sağlamlıq
ƏSASLANDIRMA
Bir çox insanlar cinsi istismar məqsədilə insan alverinə cəlb olunurlar; digər istismar növlərinə cəlb olunan insan
alveri qurbanları da məcburetmə və nəzarətin bir forması kimi cinsi zorakılığa məruz qala bilər. Nəticədə, insan
alveri qurbanları, cinsindən və ya yaşından asılı olmayaraq, cinsi və reproduktiv sağlamlıqla bağlı inkişaf fəsadları
riski ilə üzləşirlər. Buna görə də, cinsi və reproduktiv sağlamlıq problemlərinin həll edilməsi insan alverinə məruz
qalmış şəxsə tibbi yardım göstərilməsinin mühüm tərkib hissəsidir. Hər bir insan alveri qurbanına sırf cinsi istismar
məqsədilə insan alverinə cəlb edilmiş olmasa belə, vaxtında, müvafiq və hərtərəfli cinsi və reproduktiv sağlamlıq
xidmətləri göstərilməlidir.
49
İnsan alveri qurbanının cinsi və reproduktiv sağlamlıq xidmətlərindən yararlanmaq
məqsədilə tibb müəssisəsinə müraciəti onun sağlamlıq və təhlükəsizliklə bağlı dəstək, tibbi yardım və məlumat
almaq üçün yeganə şansı ola bilər. 
İnsan alverinə, xüsusilə də cinsi istismara məruz qalmış kişilərin, qadınların və uşaqların cinsi və reproduktiv
sağlamlığı onların səhhətinin qiymətləndirilməsi və tibbi yardımın olduqca həssas komponentidir. Reproduktiv
sistemin müayinəsi çətin ola bilər və cinsi zorakılığa məruz qalmış şəxsin təkrar travma alması ilə nəticələnə bilər.
Normal reproduktiv həyata malik olmaq, o cümlədən arzu olunduqda ailə və uşaq sahibi olmaq qabiliyyəti çox
zaman cinsi istismara məruz qalmış bir sıra şəxsləri narahat edən məsələlərdən biridir. Cinsi istismar qurban üçün
olduqca ləkələyici ola bilər. Tibb işçiləri bu cür zorakılıqlara məruz qalmış şəxslərə qayğı göstərməli və psixi
sağlamlığın mühafizəsini təmin edən qurumlarla əlaqəli şəkildə işləməlidirlər.
Tibbi işçiləri tibbi cəhətdən zəruri testlər və müalicə haqqında izahatlar versələr belə, insan alveri qurbanları
onların cinsi və reproduktiv sağlamlıqları ilə bağlı tövsiyə olunan testlərə və müalicələrə riayət etməmək seçiminə
malikdirlər. Bədənləri ilə baş verənlər üzərində müəyyən nəzarətə malik olmaq insan alveri qurbanları üçün
cəsarətləndirici amil ola bilər və travmadan xəbərdar şəkildə tibbi yardım spesifik müdaxilənin xəstəyə ilkin faydası
ilə onun xəstənin müstəqilliyi və cəsarətləndirilməsi ilə bağlı uzunmüddətli faydasi arasında uyğunsuzluğun ola
biləcəyini qəbul edir (bax: Tədbirlər planı 1).
İnsan alverinə məruz qalmış şəxslər bəzən insan anatomiyası və fiziologiyası haqqında çox az biliklərə malik olurlar.
Məsələn, onlar antibiotiklərin və ya kontrasepsiya vasitələrinin onlara necə təsir göstərəcəyindən və ya cinsi yolla
yoluxma hallarının onların orqanizmlərinə nə qədər ziyan vura biləcəyindən və ya onların bəzilərinin müalicə ol‐
unan, bəzilərinin isə müalicəsinin mümkün olmamasından xəbərsiz ola bilərlər. Buna görə də, tibbi problemlər
və prosedurlar haqqında izahatlar aydın və anlaşıqlı olmalıdır.
Nəhayət, insan alverinə məruz insanlar, bir sıra həssas əhali qrupları kimi özlərinin cinsi və reproduktiv
hüquqlarından və üzləşə biləcəkləri sağlamlıq risklərindən xəbərsiz ola bilərlər. Tibb işçiləri müvafiq məlumatları
vermək üçün hazırlıqlı olmalıdırlar.
49
“Uşaqlar və ya yeniyetmələr cinsi zorakılığa və ya istismara məruz qalmış olduqda, psixi sağlamlığın mühafizəsinə mümkün
qədər tez başlamaq lazımdır (bax: Tədbirlər planı 12).
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin