Waidid Az?rbaycana g?lir



Yüklə 94,79 Kb.
Pdf görüntüsü
tarix28.12.2016
ölçüsü94,79 Kb.
#3767


 

 

 



 

 

 



  

  

  



Mətbuat çıxışı

 

  



  

  

WAidid Azərbaycana gəlir: Bakıda Mikrobiologiya və İmmunologiya 



Cəmiyyəti (ASSMI) ilə əməkdaşlıq razılaşması imzalanmışdır.

 

 

 

Professor  Suzanna  Espozitonun  sədrlik  etdiyi  Yoluxucu  Xəstəliklər  və  İmmunoloji  Pozğunluqlar 

(

www.waidid.org

)    üzrə  Dünya  Assossasiyası  –  Waidid,  elmi  tədqiqatlara  istiqamətlənmiş  

təşəbbüslərə  təkan  vermək,  həmçinin  uşaq  və  yetgin  yaşlarda  yoluxucu  xəstəliklər  sahəsində 

peşəkar  hazırlıq  məqsədilə  Azərbaycan  Respublikasının  Tibbi  Mikrobiologiya  və  İmmunnologiya 

Cəmiyyəti, ASSMI ilə elmi əməkdaşlıq haqqında razılaşma imzalamışdır. 

 

Milan,  12  fevral  2015-ci  il  –  Bu,  uzun  illər  ərzində  İtaliya  və  Azərbaycan  arasında  olan  uğurlu 

siyasi  və  iqtisadi  əlaqələrə  əsaslanan,  bu  gündən  isə  iki  elmi  araşdırma  institutu,  yəni  Milanın 



Waidid  və  Azərbaycan  Tibb  Universitetinin  Mikrobiologiya  və  İmmunologiya  Kafedrasının 

müdiri  Professor  Zakir  Qarayevin  başçılıq  etdiyi  və  Bakı  şəhərində  fəaliyyət  göstərən  ASSMI 

arasında həyata keçiriləcək əməkdaşlıq lahiyəsi ilə səciyyələnən möhkəm bir dostluqdur.  

  

Layihənin  başlıca  məqsədi  yoluxu  xəstəlik  və  immunoloji  pozğunluqlar  sahəsində  həkimlərin 



hazırlanması  və  elmi  tədqiqatlara  istiqamətlənmiş  təşəbbüslərin  təşviqi,  eyni  zamanda  hər  iki  ölkə 

də hələ də geniş yayılmış bəzi xəstəliklərə dair düzgün ictimai fikir formalaşdırmaqdır. 



 

 

“  Azərbaycan  və  ASSMI  ilə  əməkdaşlığımızın  yaranması  haqqında  məlumat  vermək  mənim  üçün 

böyük  bir  fəxrdir  –  bu  sözləri  Waididi-in  prezidenti  və  Milan  Xəstəxanasının  İntensiv  terapiya 

Pediatriya şöbəsinin müdiri prof. Suzanna Espozito deyərək davam etmişdir: “Mən əminəm ki, biz 

birlikdə  hər  iki  ölkədə  infeksiologiya  səhəsində  informasiya  və  elmi  tədqiqatlara  təkan  verməyə 

yardım  edəcək  nəhəng  layihələr  həyata  keçirəcəyik.  Məsələn,  azərbaycanlı  həkimlərin  Milanın 

yüksək  səviyyəli  səhiyyə  mərkəzlərində  peşəkar  ixtisaslaşması,  eyni  zamanda  həm  İtaliya,  həm  də 

Azərbaycanda 

beynəlxalq 

elmi 

“workshop”ların 

təşkil 

olunması 

nəzərdə 

tutulmuş 

təşəbbüslərdəndir.  Bundan  əlavə,  biz  WAidid-in  vərəmlə  əlaqədar  yaradılmış  beynəlxalq  işçi 

qrupuna azərbaycanlı bir mütəxəssisi cəlb etməkdən məmnun olardıq”.  

 


Professor Zakir Qarayev isə əlavə edərək bildirmişdir: “Biz doğrudan da Waidid  və  İtaliya  ilə  bu 

yeni  əməkdaşlığa  başlamağımıza  görə  çox  xoşbəxtik.  Bizim  məqsədimiz  ondan  ibarətdir  ki,  biz 

bütün  dünya  ölkələri  ilə,  bu  dəfə  isə  məhz  İtaliya  ilə  olan  əlaqələrimizi,  xüsusən  də  səhiyyə 

sahəsində  mövcud  əlaqələrimizi  davam  etdirək  və  möhkəmləndirək.  Həmçinin  mən  əminəm  ki, 

həyata keçirəcəyimiz layihələr ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsinə öz böyük töhvəsini 

verəcək və səhiyyənin ən yüksək səviyyəyə çatmasına imkan yaradacaq”. 

  

 



2016-cı  ilin  fevral  ayında  Milanda  infeksiologiya  səhəsi  üzrə  Waidid-in  ilk  illik  konqresi  baş 

tutacaq. Dünyanın ən  yaxşı ekspertlərinin iştirak edəcəyi bu tədbirə  Azərbaycan səhiyyə sahəsinin 

də görkəmli nümayəndələri təşrif buyuracaqlar. 

 

 



 

 

Waidid mətbuat ofisi

 

GAS Kommunikasiya 



Françeska Rossini – Manuela İndrakkolo – Sara Berlanda 

Tel 


06 68134260

  

 



f.rossini@gascommunication.com

m.indraccolo@gascommunication.com



s.berlanda@gascommunication.com



 

 

 



 

Yüklə 94,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin