Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   9   10   11   12   13   14   15   16   17

148
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Qabiliyyət, imkan və qəyyumluq
65
Eyni ifadələr olmasalar da, “qabiliyyət” və “imkan” ifadələrini sinonim ifadələr kimi
işlətmək tendensiyası mövcuddur. İmkan xüsusi olaraq qərarlar qəbul etmək və ya
fəaliyyət proqramında iştirak etmək üçün intellektual bacarıqlarla bağlı olduğu halda,
qabiliyyət intellektual bacarıqlara malik olmamağın hüquqi nəticələri ilə bağlıdır.
Beləliklə, imkan sağlamlıq anlayışı, qabiliyyət isə hüquqi anlayışdır. Şəxslər öz
sağlamlıqları haqqında mühüm qərarlar qəbul etmək iqtidarında olmadıqda, əksər qa‐
nunvericilik sistemləri hər hansı digər şəxsi hüquqi qəyyum kimi onların adından
fəaliyyət göstərmək üçün təyin etməyə imkan verir. Bu cür qərarlar həmişə mümkün
qədər şəxslərin öz həyatları üzərində daha çox nəzarət etmək hüquqları çərçivəsində
qəbul edilməlidir.
İmkan
Xəstənin xüsusi qərar qəbul etmək imkanının qiymətləndirilməsi aşağıdakıların qiymətləndirilməsi deməkdir: 1)
şəxs qəbul etməli olduğu qərar və onu niyə qəbul etməli olduğu haqqında ümumi anlayışa malikdirmi; 2) şəxs bu
qərarı qəbul etməyin və ya etməməyin güman edilən nəticələri haqqında ümumi anlayışa malikdirmi; 3) şəxs ən
azı bir neçə dəqiqə ərzində bu qərara müvafiq məlumatları başa düşmək, saxlamaq, istifadə etmək və
qiymətləndirmək iqtidarındadırmı; və 4) şəxs öz qərarını sözlə ifadə edə bilirmi. İmkanı qiymətləndirərkən,
aşağıdakılar nəzərə alınmalıdır:
l
Xəstənin əqli imkanının olmadığından şübhələnirsinizsə və şəxsin “maksimum maraqları” naminə
müdaxilə həyata keçirmək üzərində düşünürsünüzsə, qərar qəbul etmək üçün xəstənin intellektual
imkanlarını qiymətləndirin.
l
Həddi‐buluğa çatmış şəxsin (adətən yaşı 18 və ya daha çox olan şəxslər, lakin həddi‐buluğa çatma yaşı
ölkədən ölkəyə fərqlənə bilər) müstəqil qərar qəbul etmək üçün tam imkana malik olduğunu (müstəqil
qərar qəbul etmək hüququ) güman etmək lazımdır (qərar qəbulu zamanı şəxsin müstəqil qərar qəbul
etmək imkanının olmaması istisna olmaqla). İnsanlarda intellektual və beyin funksiyaları pozulduqda və
ya psixi xəstəliklər olduqda intellektual imkana (yəni, qərar qəbul etmək bacarığına) malik olmaya bilərlər
və bu cür pozuntu halları və psixi xəstəliklər şəxsin qərar qəbul edə bilməyəcəyi anlamına gəlir. Əlillik öz‐
özlüyündə bu imkanının olmaması demək deyil (bax: Tədbirlər planı 14). İmkanının olmaması kəskin
öyrənmə əlilliyi, ağır psixi sağlamlıq problemləri, beyin xəsarəti və ya spirtli işçilər və ya narkotik aludəçiliyi
kimi səbəblərdən şüur pozulması nəticəsində əmələ gələ bilər. 
l
Bəzi fövqəladə vəziyyətlərdə, şəxs qərar qəbul etmək üçün dəstək alarkən müalicə təxirə salına bilməz.
Qeyri‐fövqəladə hallarda, mümkün dərəcədə şəxsin öz qərarını özü verməsini dəstəkləmək lazımdır. Bu
cür dəstəklə bağlı bir neçə nümunəyə bunlar daxildir: xəstənin özünün rahat hiss etdiyi şəraitdə
olduğundan əmin olmaq; müxtəlif ünsiyyət formalarından (məsələn, qeyri‐verbal ünsiyyət) istifadə
etmək; məlumatları daha əlçatan formada (məsələn, təsvirlər) təqdim etmək; və ya şəxsin imkanlarına
təsir edə biləcək hər hansı xəstəliyi müalicə etmək.
l
Hər hansı şəxsin sadəcə ağıllı qərar qəbul edə bilməməsi səbəbindən imkanlarının olmadığını düşünmək
olmaz. 
l
Xəstəyə mümkün alternativlər haqqında məlumatlar da daxil olmaqla, xüsusi qərar qəbul etmək üçün
lazım olan bütün məlumatların verilməsi təmin edilməlidir.
65
ÜST‐nin Psixi Sağlamlıq, İnsan Hüquqları və Qanunvericilik üzrə resurs sənədi, ÜST, Cenevrə, 2005‐ci il, səh 39‐43.
149
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
Xəstələri suallar verməyə, məlumatları təkrarlamağı və çətin görünən məsələlərə aydınlıq gətirməyi xahiş
etməyə cəsarətləndirmək lazımdır.
l
Şəxsin düşüncə tərzini, davranış və ya ünsiyyətini formalaşdıran mədəni, etnik və ya dini amillərdən
xəbərdar olmaq lazımdır.
Sizin qiymətləndirmələriniz şəxsin verilən məlumatları qavramaq və anlamaq imkanının olmadığını aşkarladıqda,
mütəxəssis rəyindən yararlanmaq olar. Müvafiq imkanlara malik olduğunu düşündüyünüz şəxsin adından hərəkət
etmək və ya qərar qəbul etmək istəyirsinizsə, bunun şəxsin maraqlarını təmin etmək baxımından ən optimal vari‐
ant olduğundan və milli qanunvericiliyə uyğun olduğundan əmin olmalısınız. Sağlamlığı imkan verməyən hər
hansı şəxsin adından atılan hər bir addım və ya qəbul edilən hər bir qərar onun əsas hüquq və azadlıqlarının
qorunmasına xidmət etməli və ya şəxsin maraqlarını təmin etmək baxımından ən optimal variant olmalıdır (bax:
cədvəl).
Uşaq və ya yeniyetməni (18 yaşdan kiçik şəxsi) təmsil edən qanuni qəyyumlar  
Uşaqlar və yeniyetmələr yaşlarına uyğun səhiyyə xidmətlərindən yararlanmaq hüququna malikdirlər. Yaşa uyğun
tibbi yardım onların yaşaması və rifahı üçün vacibdir və fundamental insan hüquqlarından biridir (bax: Tədbirlər
planı 5 və 12). BMT‐nin Uşaq hüquqları haqqında Konvensiyasında ilk növbədə uşaqların maraqlarının maksimum
dərəcədə təmin olunmasına diqqət yetirilməli olduğu bildirilir. Yetkinlik yaşına çatmayanlar üçün qəyyumluq və
onların razılığının alınması ilə bağlı tələblər milli qanunvericiliklə təsbit olunur. Səhiyyə işçiləri müşayiət olunmayan
azyaşlıların hüquqi qəyyumluğu və onların razılığının alınmasını təşkil etmək məqsədilə müvafiq yerli hakimiyyət
orqanları ilə məsləhətləşməlidirlər (bax: cədvəl).
Bəzi hallarda, uşağın qanuni qəyyumu zorakı valideyn və ya qohum və ya uşağı insan alverçisinə satmış şəxs ola
bilər. Uşağa qarşı valideynləri və ya qohumları tərəfindən zorakılıq edildiyinə və ya edilə biləcəyinə güman etməyə
səbəb olduqda, hüquqi məsləhət almaq və yerli hakimiyyət orqanlarından uşağın adından qərarlar qəbul edə və
onun maraqlarına uyğun hərəkət edə biləcək hüquqi qəyyum təyin etməyi tələb etmək vacibdir.
l
Uşağın həyatının birbaşa təhlükədə olduğu hallar istisna olmaqla, hər hansı tibbi müayinə və ya prose‐
durlar üçün hüquqi qəyyumların icazəsini alın.
l
Uşağın maraqlarını ən yaxşı şəkildə təmin etdiyinizi hesab etdiyinizdə belə, səhiyyə işçisi kimi qəyyumluq
funksiyasını avtomatik olaraq öz üzərinizə götürmək və uşağın adından qərarlar qəbul etmək fikrinə
düşməyin.
l
Şəxsiyyəti təsdiq edən həqiqi sənədlərin olmaması tibbi xidmətə mane ola bilər və fövqəladə hallarda
şəxsiyyəti təsdiq edən sənədlər əldə oluna bilər. 
Səhiyyə və tibbi yardımı tənzimləyən qanunlarla bağlı bir çox mürəkkəb etik və inzibati məsələlər vardır. Müxtəlif
ölkələrdə fərqli qanunvericilik və normativ aktlar mövcuddur. Bu qanunlar da zamanla dəyişə bilər. İnsan alverinə
məruz qalmış şəxslərin (o cümlədən, uşaqların, sənədsiz miqrantların, əlilliyi olan şəxslərin, yerli dildə danışa
bilməyən şəxslərin) müxtəlif olması səbəbindən, tibb işçiləri özlərinin peşə öhdəlikləri haqqında məlumat əldə
etmək üçün yerli resurslara müraciət etməli və hüquq ekspertləri ilə məsləhətləşməlidirlər. Həmçinin, səhiyyə
işçiləri ixtisaslaşdırılmış hüquqi dəstəyə ehtiyac olduqda xəstələrini hara yönləndirməli olduqlarını bilməlidirlər
(bax: Tədbirlər planı 10).
150
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

İSTİNADLAR VƏ RESURSLAR
Hossain, M. və digərləri
2005
Recommendations for Reproductive and Sexual Health Care of Trafficked Women in Ukraine:
Focus on STI/RTI care, First Edition, London School of Hygiene & Tropical Medicine and the In‐
ternational Organization for Migration, 2005. (Ukraynada insan alverinə məruz qalan qadınların
reproduktiv və cinsi sağlamlığına dair tövsiyələr: STI/RTI Qayğı, birinci nəşr, London Gigiyena və
Tropik Təbabət Məktəbi və Beynəlxalq Miqrasiya Təşkilatı, 2005‐ci il)
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (İnsan
alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin təlimat sənədi, BMqT, Cenevrə, 2007)
İnsan Hüquqları naminə həkimlər
2001
Examining Asylum Seekers: A health professional’s guide to medical and psychological evaluation
of torture, PHR, Cambridge, Massachusetts, USA, August 2001. (Sığınacaq axtaran şəxslərin
müayinə edilməsi: İşgəncələrlə bağlı tibbi və psixoloji müayinələrin aparılması üçün səhiyyə
mütəxəssisinin təlimatı, PHR, Kembric, Massaçusetts, ABŞ, avqust 2001‐ci il.)
BMT‐nin Uşaq Fondu
2003
Guidelines for the Protection of the Rights of Children Victims of Trafficking in South Eastern Eu‐
rope. Unpublished draft. (Cənub‐Şərqi Avropada insan alverinin qurbanı olmuş uşaqların
hüquqlarının müdafiəsi ilə bağlı təlimatlar. Nəşr olunmamış versiya.)
2006
Action to Prevent Child Trafficking in South Eastern Europe, preliminary assessment, UNICEF and
Terre des homes Foundation, Geneva, June 2006. (Cənub‐Şərqi Avropada uşaq alverinin
qarşısının alınmasına yönəlik tədbirlər, ilkin qiymətləndirilmə, UNICEF və “Terre des homes Foun‐
dation”, Cenevrə, iyun 2006.)
BMT‐nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
2002
Recommended Principles and Guidelines on Human Rights and İnsan alveri, Report of the United
Nations High Commissioner for Human Rights to the Economic and Social Council
(E/2002/68/Add.1), United Nations Economic and Social Council, New York, 20 May 2002. (İnsan
hüquqları və insan alveri ilə bağlı tövsiyə olunan prinsiplər və təlimatlar, BMT‐nin İnsan Hüquqları
üzrə Ali Komissarının İqtisadi və Sosial Şuraya tədqim etdiyi hesabat, (E/2002/68/Add.1), BMT‐
nin İqtisadi və Sosial Şurası, Nyu‐York, 20 may, 2002)
1989
Convention on the Rights of the Child, Adopted and Open for ratification by General Assembly
Resolution 44/25 of 20 November 1989, entry into force 20 September 1990. See in particular
Articles 3 and 24. (Uşaq Hüquqları haqqında Konvensiya, Baş Assambleyanın 44/25 saylı qərarı
ilə 20 noyabr 1989‐cu il tarixində qəbul edilmiş və ratifikasiya üçün açıq elan edilmiş, 20 sentyabr
1990‐cı il tarixində isə qüvvəyə minmişdir.)
Ümumdünya Səhiyyə Təşkilatı
2005
WHO Resource Book on Mental Health, Human Rights, and Legislation, WHO, Geneva, 2005.
(ÜST‐nin Psixi Sağlamlıq, İnsan Hüquqları və Qanunvericilik üzrə resurs sənədi, ÜST, Cenevrə,
2005‐ci il.)
2003
Guidelines for medico‐legal care for victims of sexual violence, WHO, Geneva, 2003. (Cinsi
zorakılıq qurbanları üçün tibbi‐hüquqi qayğı ilə bağlı təlimatlar, ÜST, Cenevrə, 2003.)
1999
Ethical Practice in Laboratory Medicine and Forensic Pathology, WHO Regional Publications, East‐
ern Mediterranean Series, no. 20, WHO Regional Office for the Eastern Mediterranean, 1999.
(Laboratoriya Təbabəti və Patoloji Məhkəmə xidmətləri, ÜST‐nin Regional Nəşrləri, Şərqi Aralıq
Dəniz nəşrləri,  № 20, ÜST‐nin Şərqi Aralıq Dənizi hövzəsi üzrə Regional Ofisi, 1999.)
151
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Ümumdünya Səhiyyə Təşkilatı və BMT‐nin Qaçqınlar üzrə Ali Komissarlığı
2004
Clinical Management of Rape Survivors: Developing protocols for use with refugees and internally
displaced persons, revised edition, WHO and UNHCR, Geneva, 2004. (Zorlama qurbanlarına kliniki
nəzarət: qaçqın və məcburi köçkünlər üçün istifadə olunan protokolların hazırlanması, yenidən
işlənmiş nəşr, ÜST və BMTQAK, Cenevrə, 2004.)
152
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 17:
Hüquq‐mühafizə orqanları 
ilə əlaqələr
PLANI
ON YEDDİ

Tədbirlər Planı 17:
Hüquq‐mühafizə orqanları ilə əlaqələr
Əsaslandırma
İnsan alverinə hücum, qaçırılma, şantaj, qəsb, qanunsuz həbs, immiqrasiya cinayətləri, sutenyorluq, zorlama və
azyaşlıların zorlanması kimi müxtəlif cinayət əməlləri daxildir. İnsan alveri qurbanı cinayət qurbanı və ya şahid
qismində hüquq‐mühafizə ilə təmasda ola bilər. Təəssüf ki, bəzi qurbanların həm də qanunsuz miqrasiya,
fırıldaqçılıq və ya fahişəlik kimi cinayət pozuntularına görə səhvən cəzalandırılır və mühakimə olunurlar. Bu cür
şəxslərin müdafiəsinə kömək etmək üçün yerli insan hüquqları və ya hüquqi yardım təşkilatlarından dəstək almaq
lazım gələ bilər (bax: Tədbirlər planı 10).
Müəyyən hallarda, insan alveri qurbanlarına tibbi yardım göstərərkən səhiyyə işçiləri polis və ya immiqrasiya
rəsmiləri kimi hüquq‐mühafizə orqanlarının əməkdaşları ilə təmasda ola bilərlər. Bu təmas birbaşa və ya dolayı
yolla baş verə bilər:
l
İnsan alveri qurbanları polis reydi və ya immiqrasiya prosedurundan sonra tibbi yardım üçün
yönləndirilirlər.
l
Tibb işçisi cinayət təqibində iştirak edən şəxsləri müalicə edir.
l
Tibb işçisindən polis təhqiqatı, məhkəmə və ya sığınacaqla bağlı müraciətlərlə əlaqədar tibbi arayış və
ya ekspert ifadəsi vermək tələb olunur.
l
Tibb işçisi insan alverinə məruz qalmış xəstə cinayət istintaqında və ya məhkəmədə iştirak etdikdə
psixoloji dəstək təmin edir. 
Tibb işçiləri həmçinin daha az ürəkaçan, daha qeyri‐əlverişli şəraitlərdə (məsələn, aşağıdakı hallarda) immiqrasiya
və ya polis orqanları ilə təmasda ola bilərlər:
l
Tibb işçisi qanunsuz miqrantları müvəqqəti saxlama mərkəzləri, cəzaçəkmə müəssisələri və ya hüquq‐
mühafizə orqanlarının nəzarətində olan təcridxanalarında saxlanılan insan alveri qurbanlarını müalicə
edə bilər.
l
Tibb işçisi insan alveri üzrə istintaqın hədəfi ola biləcək şəxsləri (məsələn, insan alveri hallarında
cinayətkarlarla əməkdaşlıq etməkdə şübhəli bilinən xəstələri) müalicə edə bilər.
l
Tibb işçisi gizli yaşayan (məsələn, deportasiya olunmamaq üçün gizlənən, tənzimlənməyən və ya qanun‐
suz əmək fəaliyyəti ilə məşğul olan) şəxsləri müalicə edə bilər.
l
Tibb işçisi korrupsioner və ya insan alveri qurbanının maraqlarına xidmət etməyən polis və ya immiqrasiya
rəsmiləri ilə təmasda ola bilər.
Bu təmasların bir çoxu insan alveri qurbanları və tibb işçiləri üçün stresli ola bilər. Bəzi təmaslar hüquqi tələblər
və müdafiə öhdəlikləri barədə çətinliklər yarada bilər.
ZƏRURİ TƏDBİRLƏR
İnsan alveri qurbanlarının hüquq‐mühafizə orqanları ilə təmasda olduqları hallarda tibb işçisi kimi vəzifələrinizdən
və etik öhdəliklərinizdən tam aydın şəkildə xəbərdar olmalısınız. Tibbi etika və xüsusilə xəstənin təhlükəsizliyi və
155
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

məxfiliyi ilə bağlı qaydalar olduqca mühümdür (bax: Fəsil 3). Bu prinsiplər hüquq‐mühafizə və ya immiqrasiya
rəsmilərinin tələbləri ilə ziddiyyətli olduqda onlara riayət etmək çətin ola bilər.
Məxfiliyin təmin edilməsi
Rəsmi orqanlardan bəzi hallarda səmimiyyət, bəzi hallarda isə təzyiq görə bilərsiniz. Xəstə qarşısında vəzifələriniz
və təhqiqat və ya immiqrasiya işi ilə əlaqədar dövlət rəsmilərinə lazım ola biləcək məlumatların tələb edilməsi
arasında qaldıqda, tibbi davranış etikası həkimdən xəstənin məxfiliyinə və qərarlarına hörmət etməyi tələb edir.
Xəstə ilə ünsiyyətin təfərrüatları və fayllar məxfidir və xəstənin icazəsi və ya məhkəmə qərarı  olmadan dövlət
orqanlarına açıqlana bilməz (bax: Tədbirlər planı 9).
Eynilə, insan alveri qurbanlarını “müdafiə etməyə” cəhd göstərərkən, onlara sübutları gizlətmək və ya açıqlamaq
və ya müstəntiqlərə imtina etmək və ya onlarla əməkdaşlıq etmək üçün təzyiq göstərməyin. Xəstələrinizə
variantları aydın və qərəzsiz şəkildə izah edin və onlara sərbəst seçim etmək imkanı verin.
Obyektivlik və mərhəmət göstərmək
İnsan alveri qurbanı və dövlət orqanı arasında vasitəçi mövqeyində olarkən, qərəzsiz və mərhəmətli davranın.
İnsan alveri qurbanlarına tibbi xidmətlər göstərən şəxslərin insan alveri qurbanı haqqında məlumat əldə etməyə
çalışan rəsmilərlə peşəkar və ya maliyyə münasibətlərinin (məsələn, polis tərəfindən qorunma, saxlama
mərkəzlərinə giriş və ya sosial xidmətlərin maliyyələşdirilməsi) olması qeyri‐adi deyil. Bu münasibətlər, xüsusilə
yazılı hesabatları tərtib edərkən və ya insan alveri qurbanı haqqında ifadə verərkən, sizin peşəkarlığınıza və
obyektivliyinizə təsir etməməlidir.
“Hüquqi rəy” verməyin, hüquq məsləhətçisinə yönləndirin
Səhiyyə işçiləri insan insan alverinə məruz qalmış şəxslərə hüquqi məsləhət verməyə cəhd göstərməməlidirlər.
Tibb işçiləri dəqiq məsləhət və yardım təmin edə biləcək hüquq mütəxəssislərinə yönləndirməni təşkil etməlidirlər
(bax: Tədbirlər planı 10). Əksər hallarda insan alveri qurbanları, məsələn, istintaq prosesində insan alverçisinə
(alverçilərinə) qarşı şahid qismində çıxış etmək və ya bundan imtina etmək və onlara qarşı törədilən cinayətlərə
görə təzminat tələb etmək hüququna malik olduqlarından, bu cür yönləndirməni həyata keçirmək vacibdir.
Şəxsi vasitəçilik və ya yardım təklif etməyin
İnsan alveri qurbanlarının çox zaman yalnız, bəzən güclü təhlükə qarşısında və təcili yardıma ehtiyaclı görünürlər.
Siz onlara sığınacaq və ya şəxsi əlaqə məlumatları kimi şəxsi yardım təklif etmək ehtiyacı hiss edə bilərsiniz. Bu
cür qeyri‐peşəkar dəstək sizin üçün təhlükə törədə, həyata keçirilməsi mümkün olmayan gözləntilər yarada və
davamlı olmayan və nəticə etibarı ilə destruktiv əlaqələrə səbəb ola bilər. Bunun əvəzinə, təhlükəsiz və səmərəli
dəstək əsasında yönləndirmələr həyata keçirmək və mümkün olduqda ekspertlər qrupunun dəstəyinə nail olmaq
üçün çalışmalısınız (bax: Tədbirlər planı 8 və 10).
Cinayət barədə məlumat verməzdən və ya insan alveri qurbanları adından hüquq‐mühafizə
orqanlarından yardım və ya müdafiə tələb etməzdən əvvəl qurbanlarla məsləhətləşin
Tibbi yardım üçün müraciət edən şəxsin insan alveri qurbanı olduğundan şübhələnirsinizsə və ya bu barədə sizə
məlumat verilmişdirsə, insan alveri qurbanının aşkar razılığı olmadan polis və ya digər rəsmi şəxslərə (məsələn,
156
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

konsulluq əməkdaşlarına) müraciət etməməlisiniz.
66
Tibbi yardım etdiyiniz şəxslərə kömək etmək və ya onları
müdafiə etmək üçün rəsmilərlə əlaqə saxlamaq istəyə bilərsiniz, lakin bu qərar xəstə ilə məsləhətləşmədən
verilməməlidir. Bəzi yerlərdə, vəzifəli şəxslər korrupsioner və ya şəxsi istismar edən insan alverçiləri və ya digər
şəxslərlə sövdələşmiş ola biləcəklərindən, bu xüsusilə vacibdir. Bəzi qurbanlar mövcud vəziyyətdə insan alveri
vəziyyətini tərk etməyin özləri və ya ailə üzvləri üçün təhlükəsiz olmadığını düşünə bilərlər. İnsan alveri
qurbanlarının fikirlərini müzakirə etmək üçün adekvat informasiya və imkan təmin edildikdə,  adətən riskləri və
faydaları qiymətləndirmək və ya dövlət orqanlarına müraciət etmək baxımından məhz qurbanlar ən yaxşı
mövqedə olurlar. Eynilə, insan alveri qurbanlarının verdikləri məlumatların hüquq‐mühafizə orqanlarına
açıqlanması yalnız insan alveri qurbanının razılığı əsasında baş verməlidir (bax: Tədbirlər planı 6).
Xəstənin cinayət və ya istintaq icraatında iştirak etmək imkanına dair ədalətli, 
yaxşı düşünülmüş qiymətləndirmə təqdim edin
Tibb işçiləri, xüsusilə psixoloqlar və psixiatrlara insan alveri qurbanının dindirilmə, məhkəmədə ifadə və ya im‐
miqrasiya müraciətlərinə baxılma kimi hüquqi icraatlarda iştirak etmək üçün fiziki və ya psixoloji qabiliyyəti
haqqında qərarların verilməsi ilə əlaqədar rəy vermək imkanı verilə bilər. Psixi sağlamlıq üzrə mütəxəssislərin
məhkəmə icraatlarında iştirak edən şəxslərə insan alveri sonrası reaksiyaların yaddaş, xatırlama və idrak
proseslərinə zərər verə biləcəyini izah etməsi xüsusilə vacibdir. Tibb mütəxəssisi kimi öz vəzifələrini yerinə
yetirərkən, həkimlər şəxsin məhkəmə icraatında iştirak imkanını və tələb olunan iştirak səviyyəsi nəticəsində
yarana biləcək potensial zərəri qiymətləndirə bilərlər. Mümkün olduqda, tibb işçisi bu cür icraatlar zamanı şəxsdə
yaranan psixoloji reaksiyalara dəstək vermək üçün hazır olmalıdırlar.
Məhkəmə‐tibbi ekspertiza rəyi
Məhkəmə‐tibbi ekspertiza nəticələrinin əhəmiyyəti barədə məlumatlı olmaq lazımdır. Yerli hüquqi tələblər və
laboratoriya imkanları ekspertiza sübutlarının toplanılmasının zəruri olub‐olmadığını və hansı dəlillərin və kimlər
tərəfindən toplanmasının lazım olduğunu müəyyən edir. Əgər mümkündürsə, məhkəmə‐tibbi ekspertiza
dəlillərinin xüsusi təlim keçmiş məhkəmə‐tibbi ekspertiza mütəxəssisləri tərəfindən toplanması ən optimal
variantdır. Səhiyyə işçiləri emal edilə bilməyən və ya istifadəsi mümkün olmayan dəlilləri toplamamalıdırlar.
Məhkəmə‐tibbi ekspertiza həyata keçirilməzdən əvvəl şəxsin məlumatlı razılığını almaq; hər hansı müayinəni
həyata keçirməzdən əvvəl xəstəyə həmin müayinənin məqsədini izah etmək vacibdir. Müayinələr şəxsin növbəti
dəfə travma almamasını və onunla ağrılı və ya həyat üçün təhlükəli hadisələrlə üzləşmiş şəxs kimi rəftar
olunmasını təmin etmək üçün ciddi həssaslıqla həyata keçirilməlidir.
İnsan alverinin nəticələrinin və insan alveri vəziyyətindən xilas olduqdan sonrakı
simptomların sağlamlığa təsirləri haqqında məlumatlılığın artırılması
İnsan alveri qurbanlarının sağlamlıq riskləri və xüsusiyyətləri, insan alveri vəziyyətindən sonrakı reaksiyalar və ya
ağır və ya xroniki travma təsirləri ilə tanış olarkən, insan alveri qurbanları ilə məşğul olan digər xidmətlər və
orqanlarla təmas qurmağa cəhd edin. Baxmayaraq ki, insan alverinin sağlamlıqla bağlı fəsadları insan alverinin
qarşısının alınması, istintaqı və qurbanların müdafiəsi ilə bağlı tədbirlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilsə
də, bu fəsadlar və müvafiq tibbi yardım ehtiyacları insan alverinin nisbətən nəzərdən qaçırılmış və ya gözardı
edilmiş aspektləridir. 
Hüquqi icraat həyata keçirilərkən xəstəyə tibbi yardım göstərmək cəhdləri zamanı xəstənin immiqrasiya statusu
ilə bağlı hüquq‐mühafizə orqanlarının tələbləri və ya təzyiqləri mürəkkəb, hətta bəzən stresverici və ya məyusedici
66
Qabiliyyət, imkan və qəyyumluqla bağlı xüsusi mülahizələr üçün bax:  Tədbirlər Planı 16.
157
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

ola bilər. Bu vəziyyətlərdə tibb işçiləri üçün özlərinin, eləcə də xəstələrinin hüquq və vəzifələri haqqında hüquqi
məsləhət almaq faydalı ola bilər.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin