Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Korporativ hüquq nədir? 
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin 
təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının 
xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil 
edir.
Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə 
də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət 
17
Степанов П.В. Корпорации в российском гражданском праве // Законодательство. 1999. N 4. С. 11-15. 
18
Business Structures, D. Epstein, R. Freer./ West, 3ed, 2010.


20 
məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin 
korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların 
üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq 
olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə 
dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir.
19
Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, 
doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ 
münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ 
hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla 
korporativ hüquqi münasibətləri birləşdirir.
Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və 
korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) 
başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ 
münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir.
Korporativ hüququn mənbələri 
Korporativ hüququn mənbələrinə ilk növbədə, korporativ münasibətlərin 
hüquqi tənzimlənməsinin xüsusiyyətləri əks olunan normativ hüquqi aktlar 
daxildir. Tərkibində hüququn müxtəlif sahələrinin normaları (xüsusi və publik) 
olan, korporativ münasibətləri tənzimləyən kompleks normativ hüquqi aktların 
cəmi korporativ qanunvericilik hesab olunur.
Korporativ qanunvericilik ilk növbədə xüsusi hüquq normalarını birləşdirir. 
Məhz bunlar korporativ qanunvericiliyin əsasını təşkil edir. Bundan əlavə, bura 
korporasiyanın dövlət tənzimlənməsi ilə bağlı olan ümumi hüquq normaları da 
daxildir. Məsələn, qanuna görə ASC illik audit keçirməlidir və tələb olunan 
qaydada və həcmdə məlumatı açıqlamalıdır.
19
Гущин В.В., Порошкина Ю.О., Сердюк Е.Б. Корпоративное право. М., 2006. 


21 
Hesab edirik ki, korporativ qanunvericilik biznesə aid yalnız zəruri tələbləri 
müəyyən etməli və sahibkarın şəxsi qərarları üçün geniş imkanlar və azadlıq 
verməlidir. Sahibkarlıq və biznes məhz özünütənzimləmə
20
üçün geniş 
imkanlara malik olduğu mühitdə daha yüksək inkişaf edir.
21
Beləliklə, korporativ 
münasibətlərin qanunvericiliklə tənzimlənməsi ilə özünütənzimləməsi arasında 
müəyyən balans olmalıdır.
Qanunvericilik korporativ münasibətlərin hüquqi tənzimlənməsi üçün yalnız 
təməl yaratmalıdır, korporasiyanın fəaliyyəti ilə bağlı bütün məsələləri hərtərəfli 
və təfərrüatı ilə tənzimləməyə çalışmamalıdır. Korporativ münasibətlərin 
inkişafını və bu münasibətlər çərçivəsində meydana çıxan məsələlərin 
subyektivliyini nəzərə aldıqda aydın olar ki, hətta mükəmməl qanunvericilik 
normaları belə tələb olunan korporativ davranışı və korporativ konfliktlərin 
həllini daim təmin edə bilməz. Başqa sözlə desək, şirkətin dövlət tənzimlənməsi 
və müstəqil və azad fəaliyyəti arasında düzgün balans olmalıdır. Ona görə də 
korporasiyanın daxili aktlarının əhəmiyyəti artır ki, bunlar da korporativ hüquq 
mənbəyinin tərkib hissəsidir. Şirkətlər özləri öz iştirakçıları üçün mütləq 
korporativ normalar müəyyən edə bilər. Bu normalar vicdanlılıq, məntiqlilik, 
ədalətlilik və korporasiyanın bütün iştirakçılarının maraqlarını nəzərə alınması 
kimi ümumi prinsiplərinə əsaslanmalıdır.
Korporativ münasibətlərin tənzimlənməsində əsas akt kimi, sözsüz ki
Konstitusiya çıxış edir. O, sahibkarlıq sahəsində olan münasibətlərin 
nizamlanmasına istiqamətlənmiş normaları əhatə edir. Belə ki, Konstitusiya 
iqtisadi məkanın vahidliyinə əmtəə, xidmət və maliyyə vasitələrinin azad 
yerdəyişməsinə, rəqabətin dəstəklənməsinə və azad iqtisadi fəaliyyətə zəmanət 
20
Özünütənzimləmə dedikdə korporativ münasibətlərin iştirakçılarının öz münasibətlərini imperativ normaların tələbinə 
deyil, kommersiya maraqlarına uyğun tənzimləmələrini ehtiva edirik. Yəni daha çox azadlıq prinsipindən irəli gələrək. 
21
Məsələn, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrin təcrübəsində kommersiya münasibətlərində iştirakçılar öz 
iş birliklərinin qurulmasında və tənzimlənməsində geniş (müqavilə) azadlıqlar verilir.


22 
verir və təmin edir.
22
Korporativ hüququn mənbələri arasında mərkəzi mövqeyi 
Azərbaycanın Mülki Məcəlləsi (sonradan mətndə – MM) tutur. MM 
korporasiyalarla (şirkətlərlə) və ümumiyyətlə, hüquqi şəxslərlə bağlı məsələləri 
müəyyən edir. Azərbaycanda korporasiyaların hüquqi tənzimlənməsinə və 
fəaliyyətinə aid olan mühüm qanunlar arasında Vergi Məcəlləsi, “İnvestisiya 
fondları haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqları və 
qanuni maraqlarının qorunması haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı 
haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Haqsız rəqabət 
haqqında” və digər qanunların adını çəkmək olar. Yuxarıda adları çəkilən, 
korporasiyanın fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar kompleks 
xarakter daşıyır və özlərində sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsini 
təmin edən normalarla yanaşı, mülki-hüquqi normaları birləşdirir.
Korporativ qanunvericiliyə digər çoxsaylı normativ aktlar da daxildir, bunlar: 
Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları və müxtəlif icra 
orqanlarının (nazirliklərin və komitələrin) normativ aktlarıdır. Bunların da 
arasında, fikrimizcə, əsas yeri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 
(QKDK) normativ hüquqi aktları tutur.
Aydındır ki, bazar iqtisadiyyatı mühitində qanunvericilik
23
şirkətin fəaliyyətinin 
hüquqi tənzimlənməsini yetərincə təmin edə bilməz və buna çalışmamalıdır. Bu 
fəaliyyətin çoxşaxəliliyi fərdi əlamətlərinə görə onun daxili korporativ aktlar 
vasitəsilə ayrılması (fərdiləşdirmə) zərurətini yaradır. Daxili korporativ 
(normativ) aktların qəbulu zamanı həmin aktların məzmununu müəyyən edən 
orqan ilk növbədə qanunvericiliyin imperativ tələblərini nəzərə almalıdır. Onu 
da qeyd edək ki, daxili normativ aktlara daxil edilib-edilmədiyindən asılı 
olmayaraq, imperativ normalar tətbiq edilir. Beləliklə, qəbul edilən daxili 
normativ akt qanunvericiliyə zidd olmamalıdır. Həmçinin daxili normativ 
22
Yalnız formal deyil, həqiqi işləyən bu kimi zəmanətlər sahibkarlığın müvəffəqiyyətlə inkişaf etməsində mühüm rol 
oynayır. 
23
Geniş mənada müxtəlif sahəyə aid bütün hüquqi aktların cəmi nəzərdə tutulur.


23 
aktların qəbulu zamanı şirkətin idarəetmə orqanları arasındakı norma yaradıcı 
səlahiyyətin bölünməsi nəzərə alınmalıdır.
Nizamnamə şirkətin əsas normativ 
sənədi olduğundan digər daxili sənədlər nizamnamənin müddəaları əsasında 
hazırlanmalıdır.
Şirkətin orqanlarının fəaliyyətini tənzimləyən daxili normativ sənədlər 
səhmdarların (iştirakçıların) ümumi yığıncağı ilə təsdiq olunur. Bunlara ümumi 
yığıncaq haqqında, direktorlar şurası haqqında, kollegial icra orqanı haqqında, 
təftiş komissiyası (auditor) haqqında əsasnamələr aiddir. Digər daxili normativ 
sənədlər direktorlar şurası və ya əgər onların səlahiyyətinə daxildirsə, şirkətin 
icra orqanları tərəfindən qəbul oluna bilər.
Şirkətin təsis sənədi olan nizamnamənin hüquqi təbiətinə ayrıca nəzər salmaq 
lazımdır. Nizamnamə xüsusi statusa malikdir, bu sənəd onun “daxili həyat”ını 
tənzimləyir və o, daxili (normativ) korporativ aktların iyerarxiyasında başqa 
sənədlərdən üstün mövqedə durur. Qanunvericilikdə nizamnamə üçün xüsusi 
qəbul edilmə və orada dəyişikliklər aparılması rejimi nəzərdə tutulmuşdur. 
Həmçinin 
qanunvericilikdə 
hüquqi 
şəxslərin 
fəaliyyətini 
tənzimləyən 
nizamnamə ilə digər daxili normativ sənəd arasında fərq qoyulur. Məsələn, 
direktorlar şurasının səlahiyyətləri yalnız şirkətin nizamnaməsi ilə genişləndirilə 
bilər, ancaq direktorlar şurası iclasının çağırılması və keçirilməsi qaydası şirkətin 
daxili sənədi (əsasnamə) ilə müəyyən edilə bilər. Beləliklə, əgər qanunvericilikdə 
hər hansı bir məsələnin yalnız şirkətin nizamnaməsində tənzimlənməsi hüququ 
qeyd edilibsə, onda bu məsələ digər daxili normativ sənədlərdə deyil, məhz 
nizamnamədə müəyyən edilməlidir. 
Təcrübədə bir çox hallarda təsisçilər sadəcə qanunvericiliyin ümumi 
müddəalarını nizamnaməyə köçürürlər və nəticədə nizamnamə Mülki 
Məcəllənin müəyyən maddələrinin təkrarı kimi çıxış edir. Sonradan fəaliyyət 
müddəti ərzində müəyyən fərdi xüsusiyyətli hallar əmələ gəldikdə 


24 
nizamnamədə xüsusi yanaşma olmadığından şirkətin fəaliyyəti “pat”
24
vəziyyətinə düşür. Demək olar ki, bu, Azərbaycanda bir çox sahibkarların 
korporativ formada biznes qurduqları anda etdikləri səhvdir. Nizamnamədə 
qanunvericilikdəki maddələri təkrarlayaraq onu qeyri-effektiv sənədə çevirirlər. 
Müəyyən hallarda bunun səbəbi formal tələbi yerinə yetirməkdir, məsələn, kiçik 
biznes quranda detallara əhəmiyyət vermədən, formallıq tələb etdiyi üçün 
nizamnamənin hazırlanması kimi halları göstərmək olar. Lakin hesab edirik ki, 
nizamnamə işlək sənəd olmalıdır və qanunvericilik bir çox məsələlərin şirkətin 
nizamnaməsi ilə həll edilməsinə imkan verir
25

Məhkəmə təcrübəsinin korporativ hüququn inkişafında mühüm əhəmiyyəti var. 
Bütövlükdə sahibkarlıq fəaliyyətinin və o cümlədən korporativ fəaliyyətin 
effektivliyinin yüksəldilməsi ixtisaslı məhkəmə müdafiəsi ilə şərtləndirilir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin