Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə86/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   78   79   80   81   82   83   84   85   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası 
QKDK aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydaların 2-ci maddəsinin 2.2 
yarımbəndinə müvafiq olaraq, bağlanmasına maraq olan (aidiyyəti şəxs ilə) əqd 
onun bağlanmasından əvvəl şirkətin direktorlar şurası və ya səhmdarların 
ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. Beləliklə, şirkət tərəfindən 
aidiyyəti olan şəxslə əqdlərin bağlaması üçün idarəetmə orqanının (direktorlar 
şurasının və ya səhmdarların ÜY) müvafiq qərarı tələb olunur. Lakin bununla 
yanaşı, 
şirkətin 
aidiyyəti 
şəxslərlə 
imzaladığı 
əqdlərin 
sonradan 
347
QKDK Aidiyyatı şəxslərlə əqdlərin bağlanması qaydalarında müəyyən edilmiş 6000 manatdan aşağı olan hədd 


231 
təsdiqlənməsinin mümkünlüyü haqda məsələ qanunvericilikdə birbaşa həll 
edilməyib. Əlbəttə, müəyyən edilmiş tələblərin pozulması ilə bağlanmış əqdi 
mübahisələndirilən əqdlər kateqoriyasına aid etmək olar. Lakin bu kimi əqdlər 
səlahiyyətli şəxs və ya orqan tərəfindən bəyənildikdən sonra etibarlı əqd hesab 
olunur. Qeyd etmək lazımdır ki, qanunda istifadə olunan “bəyənilmə” termini 
adətən sonrakı təsdiqlənmə mənasında istifadə edilir, bu da şəxs (orqan) 
tərəfindən artıq həyata keçirilmiş hərəkətin təsdiqlənməsidir.
348
Düşünürük ki, aidiyyəti şəxslər ilə əqdlərin sonrakı bəyənilməsini tənzimləyən 
normaları bilavasitə korporativ hüquq normaları arasına daxil etmək düzgün 
olardı. 
Aidiyyəti şəxslərlə əqdlərin direktorlar şurası tərəfindən təsdiqlənməsi 
Yuxarıda qeyd olunduğu kimi, ümumi qaydaya görə aidiyyəti şəxslərlə əqdlər 
həmin əqdlərin bağlanmasından əvvəl direktorlar şurası və ya səhmdarların 
ümumi yığıncağı tərəfindən təsdiqlənməlidir. Aidiyyəti şəxs ilə əqdin 
təsdiqlənməsi haqqında qərarda əqdin tərəfi olan aidiyyəti şəxs (şəxslər), 
faydalanan şəxs (şəxslər), qiymət, əqdin predmeti və onun digər əhəmiyyətli 
şərtləri qeyd olunmalıdır.
SC-də aidiyyəti şəxs ilə əqdin dəyərindən asılı olaraq, onun təsdiqlənmə 
(bəyənilmə) qaydaları fərqlənir. Əqdin dəyəri şirkətin aktivlərinin 5 faizindən 
çox təşkil etmirsə, əqdin təsdiqi haqqında qərar onun bağlanmasında marağı 
olmayan direktorlar şurasının üzvləri tərəfindən qəbul edilir.
349
Direktorlar şurasının iclasın keçirilməsinin ümumi qaydalarından irəli gələrək 
hesab edirik ki, əqdin təsdiqlənməsi haqqında qərar əqddə marağı olmayan 
direktorların sadə səs çoxluğu ilə qəbul edilməlidir.
348
MM-nin 357 və 360-cı maddələri
349
İnvestisiya qiymətli kağızların emitentləri tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması və məlumatın açıqlanması 
Qaydaları, maddə 2.2 


232 
Aidiyyəti şəxslə əqdin dəyəri şirkətin aktivlərin 5 faizindən çoxunu təşkil edərsə 
və ya əqd təkbaşçı icra orqanı ilə əlaqəli olduqda, əqdin təsdiqlənməsi haqqında 
qərar şirkətin ümumi yığıncağı tərəfindən qəbul edilir.
350
Baxmayaraq ki, bu 
halda da qanunvericilikdə səsvermə qaydası müəyyən edilməyib, ümumi 
qaydadan irəli gələrək hesab edirik ki, qeyd edilən kateqoriyaya aid əqdlərin 
təsdiq edilməsi haqqında qərar əqddə marağı olmayan (əqdə aidiyyəti olmayan) 
bütün səs verən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilə bilər. Bir hala 
xüsusi diqqət yetirmək lazımdır. Aidiyyəti əqdlərin ümumi yığıncaq tərəfindən 
təsdiqi zamanı yığıncaqda iştirak edən səhmdarların deyil, əqddə marağı 
olmayan bütün səhmdarların səs çoxluğu gərəkdir.
Aidiyyəti şəxslər ilə əqdlərin bağlanması prosedurlarına riayət olunmadıqda, 
həmin əqd şirkət və ya səhmdarın (iştirakçının) iddiası ilə etibarsız sayıla bilər. 
Bununla yanaşı, QKDK aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydalarında 
qeyd edilib ki, aidiyyəti şəxs şirkətə vurulmuş zərərə görə məsuliyyət daşıyır.
351
Aidiyyəti şəxslərlə əqdin etibarsız hesab edilməsi haqqında iddia hüququna (icra 
orqanı şəxsində) şirkət, direktorlar şurasının üzvü, səhmdarlar malikdir. Əqdin 
etibarsız hesab edilməsi haqqında iddia şəxsin əqdin etibarsız qəbul edilməsi 
üçün əsas hal barədə xəbər almasından və ya xəbər almalı olduğu gündən üç il 
ərzində təqdim edilə bilər.
352
Lakin nəzərə almaq lazımdır ki, minoritar səhmdarların maraqlarının məhkəmə 
müdafiəsi imkanı məhduddur, çünki əqdin etibarsız qəbul edilməsi üçün 
müəyyən şəxslərin həmin əqdin bağlanmasında (aidiyyəti olması) maraqlı 
350
Bax: yuxarı 310,
351
QKDK-ın İnvestisiya qiymətli kağızların emitentləri tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması və məlumatın 
açıqlanması Qaydaları, maddə 4 
352
MM-nin 373.3-cü maddəsi


233 
olması haqqında müvafiq məlumata malik olmaq zəruridir. Reallıqda isə, 
minoritar 
səhmdarlar 
nəinki 
şirkətin 
bağladığı 
əqdlər 
barəsində 
məlumatsızdırlar, onların səhmdarların yığıncaqlarında iştirakı belə bir çox 
hallarda təmin edilmir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin