Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Təminedici üsullar 
Korporativ mübahisələrdə xüsusi diqqət mütənasiblik prinsipinə uyğun olan 
təminedici tədbirlərə ayrılmalıdır. Əks halda, təminedici tədbirlərin əsassız 
tətbiq edilməsi iştirakçıların və şirkətin hüquqlarının pozulmasına səbəb olur. 
Təminedici tədbirlər qarşılıqlı əmlak tələblərinə mütənasib olmalıdır. Məsələn, 
şirkətin idarəetmə orqanlarının fəaliyyətinin məhdudlaşdırılması bir sıra ağır 
nəticələrə səbəb ola bilər. Təcrübədə hüquqşünaslar arasında təminedici tədbir 
qismində səhmdarların ümumi yığıncağının keçirilməsi qadağasının tətbiqinin 
mümkün olub-olmaması sualı mövcuddur. Azərbaycan məhkəmə təcrübəsində 
səhmdarların ümumi yığıncağının keçirilməsinə dair məhkəmə qadağasının 
qoyulması hallarına rast gəlmək olar.
305
Təəssüf ki, məhkəmələr şirkətlərin ÜY-ın 
konkret məsələ üzrə qərar qəbul etmək imkanını məhdudlaşdırmaq əvəzinə tam 
olaraq ÜY-ın fəaliyyətinə qadağa qoyurlar və bununla da faktiki olaraq şirkətin 
fəaliyyət göstərməsinə qadağa qoymuş olurlar. Hesab edirik ki, ümumi 
yığıncağın keçirilməsinə qadağa öz mahiyyətinə görə təminedici tədbirlərin 
təbiətinə ziddir. Çünki təminedici tədbirin məqsədi ərizəçinin maraqlarının 
müdafiəsidir, digər şəxsi öz qanuni fəaliyyətini həyata keçirmək hüququndan 
məhrum etmək deyil. Məhkəmənin təminedici tədbirləri şirkətin öz fəaliyyətini 
həyata keçirməsinin faktiki mümkünsüzlüyünə və ya onun fəaliyyətinin 
305
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1880/2012 saylı 14 may 2012-ci il tarixli qərardadı, Bakı Apelyasiya 
Məhkəməsinin № 2-1(103)-421/2012 saylı 01 avqust 2012-ci il tarixli qərardadı.


206 
əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb olmamalıdır. Bununla yanaşı, 
məhkəmə tərəfindən ayrı-ayrı məsələlər üzrə (əgər bu məsələlər mübahisə 
predmetidirsə və ya onlarla bilavasitə bağlıdırsa) ümumi yığıncağa qərarlar 
qəbul etməyi qadağan etmək məqsədəuyğun görünür.
306

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin