Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   2   3   4   5   6   7   8   9   10   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Əkrəm Həsənov 
hüquqşünas 
IJS Hüquq Firmasının Partnyoru 


14 
Müəllifdən 
Bu kitabın ərsəyə gəlməsində dəstək olan şəxslərə dərin minnətdarlığımı 
bildirirəm. Xüsusilə hüquqşünas həmkarlarıma Əkrəm Həsənova, Rəşid Əliyevə, 
Tural Piriyevə, PhD Nadir Adilova və mətn korrektoru Rəna Kərimovaya böyük 
təşəkkürümü bildirirəm. Ümid edirəm bu kitab korporativ hüququn tədrisində 
istifadə üçün uğurlu material olacaq. 
İstənilən iqtisadiyyatın effektivliyi ilk növbədə həmin ölkənin hüquq 
sistemindən və xüsusən qanunçuluq prinsipinə riayət olunmasından asılıdır. 
İnkişaf 
edən 
ölkələrdə 
həyata 
keçirilən 
sosial-iqtisadi 
islahatlarının 
uğursuzluğunun əsas səbəbi xüsusi (özəl) mülkiyyətin və sahibkarlığın hüquqi 
təminatsızlığıdır.
2
Azərbaycanın əldə etdiyi siyası və iqtisadi uğurları ölkənin daha böyük templə 
inkişafı üçün güclü əsas formalaşdırıbdır. Qeyri neft sektorunun inkişafına 
yönəlmiş addımlar ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və 
regionda daha da güclü mövqeyə sahib olmasına yönəlibdir. Lakin, 
iqtisadiyyatın inkişafı üçün onun əsasını təşkil edən hüquq sisteminin və onun 
daxilində korporativ qanunvericiliyin islahatı çox önəmlidir. Müasir 
iqtisadiyyatın əsas elementlərindən bir isə şirkətlərdir. 
Şirkət (hüquqi şəxs) insan təfəkkürünün yaratdığı bir alətdir və onun 
mövcudluğu yalnız onun varlığı faktının qəbul edilməsi ilə mümkündür. 
Korporativ hüquq şirkətlərin hüquqi təbiətini, idarə edilməsini, onlara nəzarətin, 
səhmdarların (iştirakçıların) hüquqlarını və rəhbərlərin öhdəliklərini əhatə edir.
Öncə kitabın əvvəlində, hüquqi şəxslərə aid olan və bir çoxlarımız üçün artıq adi 
və təbii görünən - ayrıca hüquqi şəxsiyyət (separate legal personality) prinsipi 
haqqında məlumat verilir. Sonradan kitabda şirkətin strukturu, qurulması və 
idarə olunması izah olunur. Həmçinin kitabda şirkət rəhbərlərinin şirkət 
2
Hernando De Soto, The mystery of capital. Why capitalism triumphs in the West and fails everywhere else. Basic Books, 
2009


15 
qarşısında daşıdığı (fidusiar) öhdəlikləri və səhmdarların (iştirakçıların) 
hüquqları əhatə edilir. 
Bu kitab əsasən korporativ hüququnu öyrənənlər üçün hazırlanıb, lakin 
kitabdakı bəzi fikirlər təcrübəli hüquqşünaslar üçün də maraqlı olar. Kitabda çox 
təkrarlamaya yol verməmək üçün tək "səhmdar" sözündən istifadə olunur. 
"Səhmdar" dedikdə həmçinin "iştirakçı" nəzərdə tutulur və müəyyən yerlərdə 
həmin ifadələrdən bir mötərizədə göstərilir. Xüsusi hallarda, Səhmdar 
cəmiyyətinin səhmdarlarına aid məsələlər Məhdud məsuliyyətli cəmiyyətin 
iştirakçılarına aid olan məsələlərdən fərqləndiyindən, müvafiq olaraq "səhmdar" 
və "iştirakçı" ayrı-ayrı qeyd edilir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin