Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Tənzimlənmə (ing.: 
regulate

Korporativ hüququ dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi
ümumi hüququn bir sahəsi kimi götürsək, tənzimlənməyən sahə sayılır. 
Hüququn və ya biznesin konkret sahəsi
72
münasibətində “tənzimlənən” sahə 
dedikdə dövlətin bu sahəyə daha çox və birbaşa müdaxilə etməsini nəzərdə 
tuturuq və adətən həmin sahəyə gündəlik nəzarət edən hansısa dövlət orqanı 
mövcud olur. Misal üçün, bank, sığorta və ya qiymətli kağızlar sahəsi 
tənzimlənən sahələrdir: bunları tənzimləyən çoxsaylı qanun, qaydalar və konkret 
70
ABŞ-da hüquqi şəxslərə aid ümumi qanunvericilik, yəni Azərbaycan Mülki Məcəlləsinin IV fəslində nəzərdə tutulan 
müddəalar kimi məsələlər ştat qanunvericiliyidir (federal deyil). Yəni ABŞ-da hər 50 ştatın ayrı-ayrılıqda hüquqi şəxslərə 
aid qanunvericiliyi var.
71
Qısa müzakirə üçün baxın: W. Allen et al Commentaries and Cases on the Law of Business Organizations 3rd Ed, səh. 88-92
72
“Sahə” dedikdə hüquqi şəxslər, müqavilə, daşınmaz əmlak, banklar, qiymətli kağızlar və s. nəzərdə tutulur. 


45 
dövlət orqanı mövcuddur. Ancaq korporativ hüquq hüququn bir çox digər 
sahələri kimi (misal üçün, müqavilə hüququ) tənzimlənməyən sahədir.
Əlbəttə, “tənzimlənən” və ya “tənzimlənməyən” sözlər hüquqi anlayış deyil, 
bunlar sadəcə hər hansı sahəni ümumi şəkildə təsvir etmək üçün istifadə olunan 
ifadələrdir. Bu anlayışlar nisbi xarakter daşıyır
73
. Biz bu yazıda korporativ 
hüquqa münasibətdə ilk növbədə “tənzimlənən” dedikdə imperativ normaları 
başa düşürük.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 
korporativ hüquq, demək olar ki, tənzimlənməyən sahədir – Azərbaycanda 
hüquqi şəxslərə gündəlik nəzarət edən hər hansı dövlət orqanı mövcud deyil. 
Ancaq bizdə bəzən başqa təsəvvür yaranır. Bunun da bir sıra səbəbləri var. 
Səbəblərdən biri Azərbaycanın hüquqi şəxslərə dair qanunvericiliyində 
imperativ normaların bir qədər çox olmasıdır. Buna qeydiyyat orqanı olan 
Vergilər Nazirliyinin özünün qeydiyyat funksiyasına ciddi yanaşmasını əlavə 
etsək, deyə bilərik ki, korporativ hüququn tənzimlənən sahə olması təəssüratı 
heç də əsassız deyil. 
Bəs fərqi nədir: tənzimlənir, yoxsa tənzimlənmir? Bu məqamda məsələnin 
iqtisadi aspektinə və bir qədər də nəzəriyyəyə (söz verirəm, nəzəriyyə çox 
olmayacaqdır!) diqqət yetirək. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin