Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   10   11   12   13   14   15   16   17   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Korporativ hüquqi münasibətlər 
Birgə sahibkarlıq fəaliyyəti prosesi çərçivəsində formalaşan və inkişaf edən 
münasibətlər zamanla mürəkkəbləşir. İlk öncə münasibətlər iştirakçılar arasında 
formalaşır, sonra isə münasibətlərə digər subyektlər (idarəetmə orqanları, şirkət, 
ayrıca subyekt kimi kreditorlar və s.) daxil olur. Gördüyünüz kimi, sahibkarlıq 
49
iş № 2(006)-1576/2008


38 
birliyində korporativ münasibətlər inkişaf edərək sadə formatdan daha 
mürəkkəb formata keçir. İnkişaf, əsasən, bu mərhələlərdən keçir; əvvəl 
sahibkarlıq birliyi üçün vahid məqsəd (ümumi maraqlar) mövcud olur. Zamanla 
birliyin vahid məqsədi saxlanılaraq idarəetmə münasibətlərində birliyin ayrı-ayrı 
üzvlərinin şəxsi maraqları ortaya çıxır. Bunlar isə birliyin maraqlarına zidd ola 
bilər. Nəticədə birliyin üzvləri arasında, üzvlər və idarəetmə orqanları arasında 
maraqların toqquşması baş verə bilər. İnkişafının müxtəlif mərhələlərində 
birliyin əmlakının xüsusiləşməsi (ayrılması) tempi güclənir və zamanla 
sahibkarlıq birliyinin inkişafı ilə onun üzvlərinin ümumi işləri “birliyin” (yani 
şirkətin) şəxsi işlərinə çevrilir. Nəhayət, sahibkarlıq birliyinin inkişafı ilə onun 
işlərinin idarəsi iştirakçılarının fərdi idarəçiliyindən asılılığını itirərək xüsusi 
orqanlar tərəfindən həyata keçirilir və burada “birliyin” mövqeyi onun 
iştirakçılarının qərarları ilə üst-üstə düşməyə bilər.
50
Tarixən sahibkarlıq birləşməsinin ilk və ən sadə forması sadə ortaqlıqlar olub. 
Azərbaycan təcrübəsində birgə sahibkarlığın bu formatı "birgə fəaliyyət" adı ilə 
daha çox tanınır.
51
Tam ortaqlıqlarda da onun üzvləri ilə yetərli hüquqi 
münasibətlər saxlandığından onu müstəqil subyekt kimi tanımaq olur. Bu 
səbəbdən Almaniya, ABŞ, İngiltərə və bir sıra digər ölkələrdə tam ortaqlıqlar 
ayrıca şəxsiyyətə (subyektliyə) malik deyillər. Fransa, Rusiya, Azərbaycan və bir 
çox MDB ölkələrində isə tam ortaqlıq hüquqi şəxsiyyətə malikdir. Lakin bununla 
yanaşı, ortaqlıqda iştirakçılardan (ortaqlardan) ayrı menecment yoxdur, 
idarəetmə adətən ortaqlar tərəfindən birgə həyata keçirilir. Tam ortaqlığı 
əmlakları ilə biri-biriləri üçün cavabdeh olan şəxslərin birliyi kimi 
qiymətləndirmək olar.
52
Kommandit ortaqlıq da şəxslərin birləşməsidir. Özünün 
50
Степанов П.В. Корпорации в российском гражданском праве // Законодательство. 1999. N 4. 
51
Qanunvericilikdə belə birgə sahibkarlıq formatı haqqında normanın olmamasına baxmayaraq, praktikada 
hüquqşünaslar tərəfindən tez-tez istifadə olunan müqavilə alətidir.
52
Шиткина. Корпоративное право, 2008


39 
bütün əmlakı ilə cavabdeh olan tam ortaqlarla yanaşı, kommanditlər (məhdud 
ortaqlar) də var ki, bunlar yalnız müəyyən sərmayə ilə cavabdehdirlər və 
ortaqlığın idarəetməsində aktiv iştirak etmirlər.
Əsasını şəxsdən daha çox kapitalın təşkil etdiyi səhmdar cəmiyyətini sahibkarlıq 
birliyinin ən ali forması hesab etmək olar. Məhz bu formada kapital elementi 
daha yüksək səviyyədə özünü göstərir.
Şirkət inkişaf etdikcə mülkiyyətin korporasiyanın idarəetməsindən ayrılması baş 
verir. Yəni səhmdarların şirkət üzərində birbaşa idarəçiliyi azalır və rəhbərlik 
digər orqanlar arasında bölünür. Mülkiyyətin idarəetmədən ayrılması şirkətin 
daxilində (səhmdarlarla direktorlar şurası, səhmdarlarla idarə heyəti, majoritar 
minoritar səhmdarlar, idarə heyəti və işçilər arasında), eləcə də səhmdar və 
başqa maraqlı şəxslər – kreditorlar, kontragentlər və b. – arasında fikir ayrılıqları 
əmələ gətirə bilər.
53
Beləliklə, sahibkarlıq birliyinin müxtəlif iştirakçılarının 
maraqlarının reallaşdırılması nəticəsində korporativ münasibətlər meydana 
çıxır.
54
Korporativ münasibətlər – şirkət iştirakçıları (səhmdarlar) və səhmdarlardan 
ayrılmış idarəçilik qurumu (menecment), eləcə də menecment və şirkətin başqa 
maraqlı üzvləri (işçilər, ortaqlar, dövlət qurumları və b.) və şirkət arasında olan 
münasibətlər sistemidir. Korporativ münasibətlər ilk növbədə korporasiyanın öz 
daxilindəki müxtəlif iştirakçı qruplar arasında olan münasibətlərdir. 
Korporasiyanın daxili münasibətlərinin qurulma səviyyəsindən korporasiyanın 
"xarici görünüşü", onun “şəffaflığı” və investorlar üçün cəlbediciliyi asılıdır. 
Korporativ münasibətlərin ikinci vacib komponenti – partnyorlar, kreditorlar, 
53
Фроловский Н.Г. Управление предпринимательскими корпорациями в Российской Федерации (правовой 
аспект): Дис. канд. юрид. наук. Белгород, 2004. С. 47. 
54
Шиткина. Корпоративное право, 2008


40 
birja və fond bazarı mütəxəssisləri və korporasiyanın fəaliyyətini tənzimləyən 
dövlət qurumları ilə xarici münasibətdir.
Elmi doktrinada korporativ hüquqi münasibətlər müxtəlif cür kvalifikasiya 
olunur, bəzi alimlər səhmdə mülkiyyət hüququnun əlamətlərini, digərləri 
öhdəlik, üçüncülər isə hər ikisinin qarışığının əlamətlərini görürlər.
55
Digər 
müəlliflər güman edirlər ki, korporativ hüquqi münasibətlər xüsusi xarakterə 
malikdir və bu, onları əşya və öhdəlik hüququ münasibətlərindən fərqləndirir.
56
Hesab edirik ki, korporativ münasibətlər əşya və mütləq (absolyut) hüquqi 
münasibətlər deyil, çünki korporasiya iştirakçıları öz əmlaklarını səhmə (iştirak 
hissəsinə, paya) dəyişdikdə onlar həmin əmlaka olan mülkiyyət hüququnu 
itirirlər. Bu zaman şirkət (korporasiya) özü əmlakın mülkiyyətçisi olur.
57
Eyni 
zamanda korporativ münasibətlər tam olaraq öhdəlik xarakteri daşıyan 
münasibətlər deyil, çünki öhdəlik hüquqi münasibətlərində səlahiyyətli şəxsə 
qarşı hər hansı hərəkəti icra etməli olan konkret borclu dayanır.
Səhmdarların 
(iştirakçıların) 
şirkətə 
aid 
hüquqları 
öhdəlik 
hüquqları 
kimi 
qiymətləndirilməməlidir. Səhmdarlar (iştirakçılar) və şirkət arasında öhdəlik 
münasibətləri elan edilmiş dividendlərin ödənişinin tələbi və şirkət ləğv 
olunduqda yerdə qalan əmlakın alınması zamanı meydana çıxır. Bu hallarda
demək olar ki, səhmdarların (iştirakçıların) hüquqi statuslarına kreditor statusu 
da əlavə edilir. Hesab edirik ki, dividendlərə
58
və ləğvetmə kvotasına
59
dair 
hüquqlar şirkət və səhmdar (iştirakçı) arasında yaranan yeganə öhdəlik hüququ 
münasibətləridir. Qeyd edilən hüquqi münasibətlərdə səhmdar (iştirakçı) xüsusi 
növ kreditor kimi çıxış edir, çünki onun bu münasibətlər çərçivəsində əmələ 
55
Шиткина. Корпоративное право, 2008 
56
Агарков М.М. Учение о ценных бумагах. М., 1927; Каминка А.И. Очерки торгового права; Гражданское право: 
Учебник : В 2 т. / Под ред. Е.А. Суханова. М., 1998. Т. 1.; Ломакин Д.В. Акционерное правоотношение. 
57
Şəxsin şirkətin kapitalına qoyduğu əmlakın məhv olması onun şirkətlə əlaqəsini kəsmir və onun iştirak payının 
dəyişməsinə səbəb olmur. 
58
Dividend elan olunduqdan sonra 
59
Ləğvetmə prosesi başladıqda


41 
gələn tələb hüququ (kreditor hüququ) ilk növbədə üzvlük münasibətləri ilə 
şərtləndirilir. Yəni səhmdarın (iştirakçının) dividendə və ləğvetmə kvotasına 
olan öhdəlik hüquqları üzvlük hüquqlarına əsaslanır.
60
Şirkət və onun 
səhmdarları (iştirakçıları) arasında olan münasibətlər korporativ təbiətə 
malikdir, əşya və öhdəlik münasibətləri çərçivəsinə sığmır. Korporativ hüquqi 
münasibətlər hüquqla tənzimlənən münasibətlərin ayrıca qrupudur və bu qrup 
mövcud ənənəvi mülki-hüquqi münasibətlər təsnifatına sığmır. Korporativ 
hüquqi münasibətlər kompleks hüquqi münasibətlərdir ki, bunlar da əmlak və 
bununla sıx bağlı olan qeyri-əmlak və təşkilati-idarəetmə münasibətlərinin 
cəmidir. 
61

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin