58
Ortaqlıqların şirkətlərdən əsas fərqləri aşağıdakılardır:
- Ortaqlığın borcları üçün iştirakçılar birgə məsuliyyət daşıyır, borclarını
ödəmək üçün ortaqlığın əmlakı çatışmadıqda öz əmlakları ilə cavabdeh olurlar.
Şirkətin borclarına isə onun səhmdarları (iştirakçıları) cavabdeh deyillər və
ancaq onlara aid olan hissələrin (səhmlərin) dəyəri həddində zərər riski
daşıyırlar. Şirkət öz kreditorları qarşısında səhmdarların (iştirakçıların) əmlakı
ilə deyil, yalnız özünə aid əmlakla cavabdehdir.
- Şirkətdə iştirak ortaqlığa nisbətən daha sərbəst ötürülür. Səhmdarların
(iştirakçıların) öz səhmlərini (paylarını) kənar şəxslərə özgəninkiləşdirməklə
şirkətdən çıxışı onların azad iradə ifadəsinə əsaslanır və digər səhmdarların
(iştirakçıların) və idarəetmə orqanlarının razılığını tələb etmir. QSC-də və MMC-
də səhmlərin və payın alınmasında üstünlük hüququ öz səhmlərini və ya
paylarını
satan
iştirakçının
digərlərinin
razılığını
alması
kimi
qiymətləndirilməməlidir. Bu, satılan səhmlərin (payın)
üçüncü şəxsə təklif
olunan qiymətə almaq hüququnu özündə əks etdirir. MMC-də payların azad
ötürülməsinə daha sərt məhdudiyyətlər qoyulub, lakin bu da son nəticədə
iştirakçıların öz paylarını güzəşt etməsini və şirkətdən çıxmasını istisna etmir.
Səhmdarlar (iştirakçılar) tərkibinin dəyişməsinə rəğmən, şirkətlər öz
fəaliyyətlərini davam etdirirlər.
Ortaqlıqlarda isə şəxs (fərd) elementi çox əhəmiyyətli
olduğundan təsis
müqaviləsində və ya qalan ortaqların razılaşmasında başqa şey nəzərdə
tutulmadığı halda, ortaqların tərkibinin dəyişməsi ortaqlığın fəaliyyətinin
dayandırılması ilə nəticələnir.
- Ortaqlığın işlərini bilavasitə ortaqlar özləri aparırlar. Ümumi qaydaya görə
şirkətin əksəriyyət qərarları iştirakçılar deyil, idarəetmə orqanları tərəfindən
verilir. Şirkəti idarə etmək hüququnu səhmdarlar yalnız nəzarət orqanlarında və
ya onların formalaşmasında iştirak yolu ilə həyata keçirə bilərlər. Məsələn,
59
ümumi yığıncaqda iştirak etməklə və ya DŞ-na öz nümayəndəsini
seçmək yolu
ilə. Bu qaydadan istisna yalnız “yeganə iştirakçısı olan şirkətin” idarəetməsinin
təşkili hesab olunur ki, burada şirkətlər öz yeganə iştirakçısının (səhmdarının)
vasitəsilə hüquq və öhdəliklər əldə edə bilər.
87
- Ortaqlıqlar haqqında qanunvericilik, şirkətlərə aid qanunvericiliklə
müqayisədə daha liberaldır və dispozitiv normalar da çoxdur.
Əsas və yeganə
təsisedici sənəd ortaqlığın nizamnaməsidir hansını müəyyən formada ortaqlar
arasındakı müqavilə kimi qiymətləndirmək olar. Şirkətlər mürəkkəb idarəetmə
strukturuna malik olan korporativ strukturdur, fəaliyyətini qanunvericiliyin
imperativ normaları
və nizamnaməsi, bir sıra hallarda isə daxili sənədlərlə
tənzimləyir. Çox sayda səhmdarları (iştirakçıları) olan şirkətlərdə səhmdarlar
idarəetmədən uzaq olduqlarından onların maraqlarını qorumaq məqsədi ilə bir
çox məsələlər imperativ normalarla tənzimlənir.
Azərbaycan biznes təcrübəsində ortaqlıqlar geniş yayılmamışdır. Hesab edirik
ki, onun səbəbi ortaqlığın öhdəliklərinə görə iştirakçıların
birgə məsuliyyəti
olduğu zaman qanunvericilikdə bu təşkilati-hüquqi formalar üçün imtiyazların
(əsasən də vergi) olmamasıdır. Əvvəl qeyd etdiyimiz kimi, bəzi ölkələrdə
ortaqlıqlar hüquqi şəxs hesab edilmir, lakin həmin ölkələrin qanunvericilikləri
ortaqlıqları tənzimləyən xüsusi normalarla yanaşı,
vergi qoyma məsələsində
daha liberal yanaşaraq korporasiyalara aid vergi növlərini ortaqlıqlara tətbiq
etmirlər. Ortaqlıqların hüquqi şəxs kimi tanındığı bir sıra xarici yurisdiksiyalarda
belə, ortaqlıqların vergiyə cəlb edilməsi korporasiyaların (şirkətlərin) vergiyə
cəlb olunmasından fərqlidir. Əsas xüsusiyyət ondan ibarətdir ki, ortaqlıqlar
(hüquqi şəxs hesab edilib-edilmədiyindən asılı olmayaraq) adətən şirkətlərə aid
mənfəət vergisini ödəmir. Həmçinin əldə olunmuş mənfəət ortaqlar arasında
bölüşdürüldükdə,
həmin
məbləğlərdən
dividend
vergisi
tutulmur.
87
Yeganə iştirakçısı olan şirkətlərdə adətən bütün idarəetmə orqanlarının funksiyalarını məhz həmin yeganə iştirakçı
həyata keçirir.
60
Azərbaycanda isə ortaqlıqların hüquqi şəxs hesab edilməsi ilə yanaşı,
ortaqlıqlara mənfəət və dividend vergisi kimi korporativ
vergi növləri tətbiq
olunur. Nəticədə sahibkarlıq fəaliyyəti üçün ortaqlıqlardan istifadəyə heç bir
iqtisadi lüzum qalmır.
Dostları ilə paylaş: