Korporativ şəxsiyyət
İnsanların müəyyən birlik yaradaraq hər hansı fəaliyyət göstərmələri (ticarət,
kənd təsərrüfatı) haqqında məlumatlar qədim Roma hüququ və İngiltərə orta əsr
hüququna aid materiallarında qeyd edilibdir.
44
Həmin birliklər (assosiasiya,
gildiyalar və s.) korporasiyaya xas olan müəyyən xüsusiyyətlərə malik
olmalarına baxmayaraq, müasir anlamda qəbul edilən korporasiyalardan
(şirkətlərdən) çox uzaq idi. Korporasiyalara (şirkətlərə) münasibətin
dəyişməsinə,
korporativ
formalardan
istifadənin
genişlənməsinə
və
42
İmtiyazlı səhmlər fərqli imtiyazlar təqdim edən bir neçə "seriya"dan (classes) ibarət ola bilər.
43
MM-in 106.2 maddəsi
44
Maximilian Koessler, The Person in Imagination or Persona Ficta of the Corporation, 9 La. L. Rev. (1949), Abatino,
Depersonalization of Business in Ancient Rome, Oxford Journal of Legal Studies, Vol. 31, No. 2, 2011, J. Patterson, The
Development of the Concept of Corporation from Earliest Roman Times to A.D. 476
Accounting Historians Journal. Vol. 10, No. 1. Spring 1983
35
ümumiyyətlə, hüquqda yeni istiqamətin – korporativ hüququn – formalaşmasına
əsas təkan verən hadisələrdən biri 1897-ci ildə Britaniyanın Lordlar Palatasının
45
Salamon v. Salamon & Co. iş üzrə qəbul etdiyi qərardır.
46
Həmin qərara əsasən
şirkət onu təsis edən (yaradan) şəxsdən ayrıca müstəqil şəxs kimi tanınmalıdır.
Bu işdə çəkməçilik və ticarət ilə məşğul olan şəxs Aron Salomon "Aron Salomon
Co" adlı şirkət təsis edərək öz biznesini həmin şirkətə ötürür və əvvəlki tək öz
biznesi ilə məşğul olurdu. Yeganə fərq onda idi ki, artıq o, çəkməçi Aron
Salomon kimi deyil, "A.Salomon Co." adı altında çalışırdı. Biznesində yaranan
maliyyə problemləri səbəbindən kreditorlar tələblərinin icra olunmasını məhz
Aron Salomondan tələb edirdilər. Nəticədə məhkəmə belə qərara gəldi ki,
kreditorlar (biznesin kreditorları) öz tələblərini Aron Salomona deyil, yalnız
şirkətə qarşı yönəldə bilərlər. Bu mövqe müasir biznesin əsas ideyalarından
birinin böyüməsinə səbəb oldu. Həmin ideya inkişaf edərək və bütün dünyaya
yayılaraq korporativ şəxsiyyət (hüquqi şəxsiyyət) institutunu (və doktrinasını)
formalaşdırdı. Beləliklə, şirkət yaratdıqda onun iştirakçıları öz aralarında “birlik”
yaratmış olurlar, ancaq bu “birlik” özü ayrıca hüquqi şəxsiyyətə və hüquqi
qabiliyyətə malik olur.
Korporativ qanunvericiliyin böyük hissəsi şirkətin idarə edilməsi məsələsinə
həsr edilib. Qanunvericilikdə şirkətin qeydiyyat məsələləri, idarəetmə
orqanlarının funksiyaları, şirkət daxili qərar vermə mexanizmləri və şirkətlərin
ictimaiyyətə açıqlamalı olduğu məlumatları əhatə edən normalar mövcuddur.
Şirkətlər öz nizamnamələrinə əsasən fəaliyyət göstərirlər, yəni nizamnamələri ilə
nəzərdə tutulmuş fəaliyyətlə məşğul ola bilərlər.
47
Başqa sözlə desək, şirkət onun
fəaliyyət qabiliyyəti ( capacity) imkan verən fəaliyyətlə məşğul ola bilər.
45
2009-cu ilədək Lordlar Palatası BB hüququnda ən son (ali) məhkəmə instansiyası hesab edilirdi. Beləliklə, qeyd edilən
qərarın BB Ali Məhkəməsi tərəfindən qəbul edildiyini demək olar.
46
Bu iş haqqında yuxarıda da qeyd etmişdik.
47
Bir sıra fəaliyyətlərlə məşğul olmaq üçün şirkətlər dövlətdən xüsusi icazə almalıdır, məs., bank, sığorta, brokerlik.
36
Korporasiyanın iştirakçıları öz istəklərinə uyğun nizamnaməyə müəyyən
məhdudiyyətlər əlavə edərək şirkətin fəaliyyət qabiliyyətini məhdudlaşdıra və
ya əksinə, heç bir məhdudiyyət qoymadan müxtəlif fəaliyyətlərlə məşğul ola
bilərlər. Beləliklə, fəaliyyət qabiliyyəti dedikdə şirkətin nəyisə etmək hüququnun
olub-olmaması başa düşülür.
Digər, lakin əlaqəli məsələ şirkətin orqanının (idarəetmə və icra orqanı)
səlahiyyətidir. Bildiyiniz kimi, şirkətlər müəyyən orqanların vasitəsilə idarə
olunur və iradə ifadə edirlər. İdarəetmə və icra orqanları şirkət adından
müəyyən hərəkətlərin (işlərin görülməsi) edilməsi üçün səlahiyyətləndirilirlər.
Beləliklə, korporasiyanın direktorları, müdirləri və digər şəxsləri onlara verilmiş
səlahiyyətlər daxilində şirkət üçün məcburi olan hərəkətləri etmək imkanına
malikdirlər.
Lakin şirkətin fəaliyyət qabiliyyətini onun rəhbər şəxsinin səlahiyyətdən
fərqləndirmək lazımdır. Çünki şirkət hər hansı hərəkəti etmək imkanında ola
bilər, lakin müəyyən şəxsin (orqanın) səlahiyyəti çatmadığından həmin hərəkətə
dair şirkəti üçün məcburi olan öhdəlik yarada bilməz. Bu öhdəliyin şirkətin
fəaliyyət qabiliyyətinə zidd olmamasına rəğmən.
Korporasiya ayrıca (müstəqil) hüquq subyekti olduğundan onun nizamnamə
kapitalına qoyulan əmlak və maliyyə vəsaiti verilən andan korporasiyanın
(şirkətin) mülkiyyəti hesab edilir. Bununla yanaşı, şirkətin əldə etdiyi gəlir və
fayda mülkiyyət hüququ əsasında yalnız şirkətə məxsus olur. Korporativ
hüquqdan uzaq olan bəzi insanlar iştirakçısı olduğu şirkətin əmlakına
hüquqlarının olduğunu düşünürlər.
48
Müəyyən hallarda şirkətin əmlakına
mülkiyyət hüququnun məhz şirkətə məxsus olduğunu sahibkarlara izah etmək
48
Bir neçə il əvvəl bir SC-in ümumi yığıncağında iştirak edərkən iki səhmdar arasında düşən mübahisənin şahidi
olmuşduq. Həmin mübahisədə səhmdarlardan biri digərini qorxutmaq məqsədi ilə belə söylədi: “Şirkətin səhmlərinin
25%-i mənə məxsusdur və istəsəm, indi şirkətin 25%-ni ayıraraq heç kəsi ora buraxmaya bilərəm, çünki həmin ərazidə
olan hər şey mənimdir”. Korporativ hüquqdan anlayışı olan digər səhmdar birinci səhmdara ritorik sual verdi: “Sən
ərazinin hansı 25%-ni ayırmağı düşünürsən? Tullantılar olan hissəni, yoxsa istehsalat sahəsini?”
37
çətin olur. Həmin insanlar ümumi paylı mülkiyyət konsepsiyasını hüquqi şəxsə
də tətbiq etdiklərindən belə qərara gəlirlər. Onlar düşünürlər ki, bir neçə şəxs
birləşərək özlərinə məxsus əmlak və pulla şirkət yaradıblarsa, şirkətə yatırdıqları
vəsaitlər həmin şəxslərə məxsus olaraq qalır. Əlbəttə ki, bu, yanlış fikirdir və
ümumi paylı mülkiyyət konsepsiyası şirkətin əmlakına tətbiq edilə bilməz.
Səhmdar tərəfindən şirkətə qoyulan vəsaitə aid səhmdarın əşya hüquqlarına
şirkətə ötürülən andan xitam verilir. Şirkətin fəaliyyəti dövründə əldə edilən
əmlak və mənfəətin səhmdarlar (iştirakçılar) arasında bölüşdürülməsi haqqında
qərar qəbul edilənədək hər şey şirkətin mülkiyyəti hesab olunur. Səhmdarlar
şirkətin idarəetməsində iştirak edə, şirkətin fəaliyyəti ilə bağlı qərarlar qəbul edə,
səhmdarlara aid digər hüquqları həyata keçirə və mənfəətin bölüşdürülməsi
qərara alındıqda onlara düşəcək hissəni tələb edə bilərlər. Lakin Azərbaycanda
şirkətin əmlakının səhmdarların ümumi paylı mülkiyyəti hesab edildiyi
məhkəmə qərarlarına da rast gəlmək olar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi
49
2009-cu ildə “Azaqrotreyd” ASC-ni paylı mülkiyyət hesab edərək minoritar
səhmdarlara kompensasiya verilərək mülkiyyət hüquqlarına xitam verilməsini
qət etmişdir. Məhkəmə bu işdə iddiaçının tələbini təmin edərək belə qənaətə
gəlmişdir ki, təşkilati hüquqi statusuna görə səhmdar cəmiyyəti olan hüquqi şəxs
mülki hüquq baxımdan hər bir səhmdarın payı müəyyənləşdirməklə paylı
mülkiyyət forması kimi qəbul edilməlidir və ASC-in səhmdarları paylı
mülkiyyət formasının iştirakçıları statusuna malikdirlər.
Dostları ilə paylaş: |