Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


 Fərdi kompüterlərin aparat-texniki təminatı



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə24/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   20   21   22   23   24   25   26   27   ...   61
Gasimov-informatika-darslik

3.2. Fərdi kompüterlərin aparat-texniki təminatı 

Müasir  fərdi  kompüterlər  ən  müxtəlif  sahələrdə  -  iş 

yerlərinin  avtomatlaşdırılması,  informasiyanın  toplanması,  emalı, 



 

40 


ötürülməsi və digər məqsədlər üçün stolüstü işçi alət kimi istifadə 

edilir.  Ümumiyyətlə,  kompüter  texnikasının  tərkibinə  müxtəlif 

qurğular  daxil  ola  bilər,  lakin  standart  halda  fərdi  kompüterlər 

aşağıdakı komponentlərdən ibarət olur. 



3.3. Sistem bloku 

Sistem  bloku  kompüterin  əsas  komponentlərini  özündə 

birləşdirir  və  onun  özəyini  təşkil  edir.  Sistem  blokuna  əsasən 

aşağıdakılar daxil olur. 



3.3.1. Ana plata  

Ana  plata  –  kompüterin  əsas  elektron  sxemidir.  Bütün 

qurğular  və  elementlər:  prosessor,  soprosessor,  əməli  yaddaş 

qurğusu, xarici qurğuların qoşulması üçün interfeys portları, audio 

və  video  kartlar,  disk,  disket  qurğusu  və  s.  ana  plataya  qoşulur. 

Ana  platanın  və  prosessorun  (eləcə  də  soprosessorun)  tipi 

kompüterin  əsas  xarakteristikasını  müəyyən  edir.  Məsələn,  əgər 

kompüterin  xarakteristikası  Intel  Pentium  IV  1,76Ghs… 

şəklindədirsə,  bu  o  deməkdir  ki,  o,  Intel  Pentium  IV  tipli 

prosessora, 1,76Ghs tezliyinə və müvafiq ana plataya malikdir.  

Qeyd  etmək  lazımdır  ki,  hər  bir  qurğu  və  platanın  ana 

plataya  qoşula  bilməsi  üçün  onun  üzərində  müxtəlif  "yuvalar", 

yəni xüsusi yerlər olur. Hər bir qurğunun qoşulması üçün nəzərdə 

tutulmuş  yer  digərlərindən  fərqlənir,  yəni  "yuvalar"  öz  növlərinə 

görə  unikal  olurlar  və  bir  qurğunu  digər  qurğu  üçün  nəzərdə 

tutulmuş yerə qoşmaq mümkün deyil. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin