Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə32/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   28   29   30   31   32   33   34   35   ...   61
Gasimov-informatika-darslik

3.7. Siçan qurğusu 

"Siçan"  (ingiliscə  "Mouse")  xüsusi  göstərici,  idarəetmə  və 

daxiletmə qurğusudur. Ona "siçan" adı xarici görünüşünün siçana 

oxşamasına  görə  verilmişdir.  O,  ekranda  kursorun  asan  və  tez 

hərəkət  etdirilməsi,  lazımi  obyektin  seçilməsi,  köçürülməsi, 

sürüşdürülməsi  və  s.  işlərin  yerinə  yetirilməsini  çox  asanlaşdırır. 

Tamekranlı  və  qrafik  rejimlərdə  işləyən  (məsələn,  Microsoft 

Windows,  Macintosh  və  s.)  sistemlərdə  siçan  əvəzsiz  rol  oynayır 

və işi xeyli asanlaşdırır. 

Hazırda  siçan  qurğularının  bir  neçə  növü  istifadə  olunur. 

Mexaniki  qurğular  siçanın  altında  olan  sərbəst  fırlanan  kürələrin 

vasitəsilə  göstəricini  idarə  edir.  Siçanı  müstəvi  səth  üzərində 

hərəkət etdirdikdə kürə sürtünmə nəticəsində fırlanır, fırlanmaların 

sayı və istiqaməti işığa həssas xüsusi elementlər vasitəsilə oxunur 

və  kompüterə  ötürülür.  Siçanın  hərəkət  istiqamətinə  müvafiq 

olaraq  göstərici  də  proqram  təminatının  köməyi  ilə  ekranda 

hərəkət etdirilir. 

Optik siçanlarda isə xüsusi həssas və əks etdirici ekran olur. 

Ekranın  üzərində  barmağı  hərəkət  etdirməklə  və  ya  siçanı  səth 

üzərində  sürüşdürməklə  göstəricini  idarə  etmək  olur.  Bu  zaman 

barmağın  ekran  və  ya  siçanın  səth  üzərindəki  hərəkəti  (istiqamət 

və  məsafə)  ekranın  üzərinə  çəkilmiş  xüsusi  ştrixlər  vasitəsilə 

müəyyən  edilir  və  onlara  uyğun  olaraq  ekranda  göstərici  də 

hərəkət edir. 

Klaviaturaya  analoji  olaraq,  siçanlar  da  sistem  blokunun 

arxasında onun üçün nəzərdə tutulmuş "yuva"ya qoşulurlar. Lakin 

son  zamanlar  infraqırmızı  şüaların  köməyi  ilə  işləyən  siçanlar  da 

istifadə olunmağa başlanmışdır. 




 

53 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin