Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə28/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   24   25   26   27   28   29   30   31   ...   61
Gasimov-informatika-darslik

(maye 

kristallı)monitorlar 

–  tamamilə  yeni 

texnologiyaya əsaslanmış monitordur. Bu monitorlarda maye 

kristalın  elektrooptik  xassələri  istifadə  olunur.  Maye  kristal 

elektrik  sahəsində  -  iki  şüşə  lövhə  arasında  yerləşdirilir. 

Monitorda  informasiyanın  əks  olunması  üçün  kənar 

mənbənin işığından istifadə olunur. Maddənin maye və bərk 



 

47 


formalarının  aralıq  vəziyyətində  olan  maye  kristal  onda 

yaradılmış  gərginlik  və  ya  temperaturdan  asılı  olaraq  kənar 

mənbədən  düşən  işığı  ya  keçirir,  ya  da  keçirmir.  Müəyyən 

hissələrdə  gərginlik  və  ya  temperaturu  idarə  etməklə  daha 

işıqlı  və  ya  zəif  təsvirlər  yaratmaq,  rəngləri  dəyişmək  olar. 

LCD  monitorlar  çox  nazik  hazırlana  bilər  və  olduqca  az 

elektrik  enerjisi  tələb  edir.  Eyni  zamanda  bu  monitorlarla 

bağlı  aşağıdakı  problemlər  hələ  də  həll  edilməmiş  qalır: 

kontrastlılıq  (əks  olunma),  görünüş  bucağının  artırılması, 

kifayət qədər yüksək qiymət və s. 

-  TFT  LCD  (nazik  təbəqəli  tranzistorlu  maye  kristallı) 

monitorlar  –  nazik  təbəqəli  yarımkeçirici  maye  kristallı 

monitorlarda  maye  kristal  iki  şüşə  təbəqəsi  arasında 

yerləşdirilir.  Material  və  enerji  sərfinin  az  olması, 

elektromaqnit  şualanmasının  səviyyəsinin  aşağı  olması  bu 

monitorları  yüksək  keyfiyyətli  və  "ekoloji  baxımdan  təmiz" 

edir.   

Monitorların  ekranlarının  ölçüsü  müxtəlif  olur.  Standart 

monitorlar  14  dyüm  ölçüyə  malik  olur.  Müasir  kompüterlərin 

tərkibinə  əsasən  14,  15  və  17  dyüm  ölçülü  monitorlar  daxil  olur. 

Xüsusi hallarda daha böyük monitorlar istifadə edilir. 

Kompüterlərin  video  materialı  emal  etməsi  sürəti  istifadə 

olunan video adapterdən çox asılıdır. Belə ki, qrafik informasiyanı 

ekrana çıxarmaq üçün daha çox vaxt tələb olunur. Problemi aradan 

qaldırmaq məqsədilə videoadapterlər yaddaşla təmin edilirlər. Bu 

yaddaş nə qədər böyük olarsa, informasiyanın ekrana çıxarılması 

sürəti və keyfiyyəti bir o qədər yüksək olar. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin