Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   26   27   28   29   30   31   32   33   34

Sənəd № 1013

QƏRAR

1919-cu il, 24 iyul. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat 

Komissiyası Bakı şəhərinin talan edilməsi haqqında iş üzrə Komissiyanın 

üzvü A.E.Klugenin məruzəsi ilə əlaqədar, hazırkı işə baxaraq, hesab edir 

ki, Komissiyanın apardığı təhqiqatın əldə etdiyi sübutlarla – Klugenin adı 

çəkilən məruzəsində şərh olunan, həm şahidlərin: Abbas Eyvazovun (v. i.1 

s. I), Əbdül Cabbar Babayevin ( v.i. 3 s. I), Mirzə Əhməd Hüseynzadənin 

(v.i. 5 s. I), Mansur Şahzadə Qacarın (v.i. 6, s. I), Məşədi Əhməd Rəhim oğ-

lunun (v.i.21 s. I), Ağa Hüseyn Səlim oğlu Nəcəfovun (v.i. 22 s. I), Məşədi 

Hüseyn Səfərəliyevin (v.i. 25 s. I), Teymur Səlimovun (v.i.56 s. I), Ağa Əli 

İsmayılovun (v.i. 91 s. I), Əli Övsəd Davudzadənin (v.i.112 s. I), İmamver-

di Zeynalovun (v.i. 113 s. I), Məmməd Tağı Kərimovun (v.i. 124), s. I), Nəsir 

Kərbəlayı Əzim oğlunun (v.i. 125, s. I), Məşədi Məmməd Sadıq Talıbovun 

(v.i. 162, s. I), Ağa Hüseyn Tağıyevin (v.i. 1 s. II), Yankel Slavinskinin (v.i. 

45 s. II) və Məşədi Məmməd Sadıq Həsənovun (v.i.176), s. II) ifadələri ilə, 

həm də işə əlavə edilmiş baxış protokolları, ekspertiza protokolları və foto 

şəkillərlə müəyyən edilmişdir ki, Bakı şəhərinin sakinləri: 1. Stepan Lala-

yev, 2. Artyom Nikolayeviç Ter Akopov, 3. Fridun Antonov, 4. Jorj Melikov, 

İşxan Qarabəyov, 6. İşxan Qarabəyovun qaynı Nikolay, 7. Asatur Vaçyans, 

8. Tatevos Əmirov, 9. Yequş Samvel oğlu (baqqal), 10. Hayk Yeramış oğlu 

(dərzi), 11. İsaak Baqdasarov (çəkməçi), 12. Aleksandr Ter-Qazarov, 13. Le-

von Ter-Qazarov, 14. Arşak Avetisov (bərbər), 15. Levon Arutyunov Qaraxan-

yans, 16. Sergey Melikov, 17. Levon Varşamyan, 18. Ambarsum Melikov, 19. 

Xristofor Dildarov, 20. Xaçatur Martirosov, 21. Yeqiş Paxlavuni, 22. Levon 

Saatsazbəyov aşağıdakı əməllərdə kifayət qədər ifşa olunmuşlar: müsəl-

man əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn məqsəd-

lərlə, öz aralarında və istintaq tərəfindən hələ müəyyən edilməmiş digər-

ləri ilə razılaşma əsasında və birləşmiş qüvvələrlə odlu və soyuq silahla 

silahlanmış bir neçə min nəfərdən ibarət quldur dəstəsi yaratmış və bu 

dəstə müsəlman əhalisinin qırılması, eləcə də onun əmlakının qarət və 

məhv edilməsi məqsədi ilə 1918-ci ilin mart ayının 18-də Bakı şəhərində 

şəhərin müsəlmanlar yaşayan hissəsinə basqın etmiş və onları bir neçə 

gün ərzində talan edərək, 1. bu müddət ərzində 11000 nəfərə yaxın müsəl-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

356


man kişi, qadın və uşaqları qətlə yetirmişdir, qətllər xüsusi qəddarlıqla, 

qadınların zorlanması, döşlərinin kəsilməsi, diri-diri alovun içinə atıl-

ması, südəmər körpələrin süngülərə keçirilməsi və s. ilə müşayiət olun-

muşdur; 2. əhalinin 400 milyon rubldan az olmayan məbləğdə müxtəlif 

əmlakını qarət etmişdir və 3. bir neçə rayonda, məs., Məmmədli rayonun-

da və yaxud bazarda müsəlmanların məskunlaşdığı binaların demək olar 

ki hamısını, həmçinin müsəlmanlara məxsus olan digər ictimai və şəxsi 

binaları: “Kaspi” qəzetinin redaksiyası binasını, “İsmailiyyə” Müsəlman 

Xeyriyyə Cəmiyyətinin binasını və müsəlmanlara məxsus “Dağıstan”, “İs-

gəndəriyyə”, “İslamiyyə” mehmanxanalarını yanğınlarla məhv etmişdir, 

buna görə də: Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə, Azər-

baycan Respublikası Hökumətinin 21 mart 1919-cu il tarixli qərarına

122

 

və Ədliyyə Nazirinin həmin ilin 25 iyun tarixli və 3066 №-li təklifinə



123

 

əsaslanaraq, Fövqəladə Təhqiqat Komissiyası QƏRARA ALIR: yuxarıda 



adları çəkilən Bakı şəhəri sakinləri Stepan Lalayev, Artyom Nikolayeviç 

Ter Akopov, Fridun Antonov, Jorj Melikov, İşxan Qarabəyov, İşxan Qara-

bəyovun qaynı Nikolay, Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel 

oğlu, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon 

Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Me-

likov, Levon Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur 

Martirosov, Yeqiş Paxlavuni və Levon Saatsazbəyov Cəza haqqında Qanun 

Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə itti-

ham edilərək, hazırkı iş üzrə müttəhim qismində cinayət məsuliyyətinə 

cəlb olunsunlar. İş üzrə və Klugenin həmin məruzəsində adları çəkilən 

və şahidlərin ifadələrinə görə həmçinin yuxarıda göstərilən cinayətlərin 

törədilməsində iştirak etmiş: doktor Tiqran Ter-Zaxaryanın denşiki, zabit 

Sergeyev, adı məlum olmayan Ter-Qazarov, soyadı məlum olmayan Alek-

sandr, tələbə Paronyan, praporşik Dovlatov, adları məlum olmayan tələbə 

Popovyan və praporşik Avakyanın müttəhim qismində cinayət məsuliy-

yətinə cəlb edilməsi məsələsi isə,

 onların şəxsiyyətləri dəqiq aydınlaşdırılana qədər açıq saxlanılsın.

Sədr: Ə. Xasməmmədov (imza)

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: 

Ç.B.Klossovski, А.А. Аleksandroviç (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 27, v. 25-26;


357

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ



Sənəd № 1100

Bakı şəhərindəki Müttəfiq Qoşunların 

Komandanı Cənablarına

124


9 dekabr 1919-cu il.

Fövqəladə Təhqiqat Komissiyasının Stepan Lalayevin fəaliyyəti ilə bağ-

lı işi haqqında Sizin Zati-Alilərinizə məlumat verirəm.

Bakıda dindirilən şahidlərin ifadələrindən görünür ki, Lalayev bu ilin 

mart ayının 19-da, bazar ertəsi günü erməni əsgərlərinin Nikolayevska-

ya küçəsindəki basqınlarına rəhbərlik etmişdir, belə ki, onun dəstəsindən 

olan əsgərlər evlərə soxulmuş və silahsız müsəlmanları qətlə yetirmişlər.

Şahidlərin digər qrupunun ifadələri ilə müəyyən edilmişdir ki, həmin 

Lalayev yoldaşları Tatevos Əmirov, Seryoja Melikov və Arzuman Tərcuma-

novla birlikdə başçılıq etdiyi kiçik silahlı erməni dəstəsi ilə Şıx Balayevin 

Nijnyaya-Priyutskaya küçəsindəki evinə gəlmiş və öz əsgərlərinə Bala-

yevin mənzilini qarət etmək əmri vermişdir və bu əmr icra olunmuşdur. 

Bu dəstə Balayevin evinə yaxınlaşarkən yolda Balayevin qohumları Tələt 

Hüseynovu və Ağa Dadaş Ağa Qurban oğlunu güllə ilə yaralamışdır. Ba-

layevin evindən çıxıb gedəndən sonra həmin dəstə Ağa Dadaşın qonşu-

luqdakı mənzilinə girmişdır; bu vaxt artıq adları çəkilən yaralılar da evə 

gətirilmişdi; erməni əsgərləri burada yaralı Ağa Dadaşın özünü və onun 

atası Hacı Qurbanı qətlə yetirmişlər.

Petrovskdan gəlmiş bir qrup şahidin ifadələrinə görə, Azərbay-

can-Türk qoşunları gəldikdən sonra öz dəstəsi ilə Bakıdan həmin şəhərə 

qaçmış Stepan Lalayev buradakı İran təbəələrinə - həm yerli, həm də 

təxminən noyabrın 2-də Həştərxandan Petrovsk şəhərinə gələnlərə - 

müntəzəm olaraq işgəncələr vermiş və onları qətlə yetirmişdir. Sayı 850 

nəfərə yaxın olan bu müsəlmanlar Petrovsk şəhərinə “Poseydon” gəmi-

si ilə gəlmiş və “Kornilov” gəmisində baş vermiş yanğınla əlaqədar ola-

raq üç gün limanın girəcəyində dənizdə dayanmalı olmuşlar. Dördüncü 

gün, qoca, qadın və uşaqları “Evelina” gəmisinə keçirərək Bakıya yola 

salmışlar. Təxminən 750 nəfərə yaxın 18-45 yaşlarında qalan müsəlman-

ları isə Petrovsk şəhərində sahilə çıxarmış, kasıb müsəlmanları məscid-

lərdə, imkanı olanları isə mehmanxanalarda və şəxsi mənzillərdə yer-

ləşdirmişlər. 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

358


Stepan Lalayev, Ruben Ağamalıyans və şahidlərin adlarını bilmədiyi, 

lakin müttəfiq dövlətlərin qoşunları Bakıya girdikdən sonra dəfələrlə Er-

mansın Olqinskaya küçəsindəki aptekinin yanında və Şamaxinkada gör-

dükləri digər şəxslərin başçılığı altında erməni əsgərləri gün ərzində bir 

neçə dəfə həmin müsəlmanların yanına gəlmişlər. Bu dəstələr hər dəfə 

10-15 nəfər müsəlmanı özləri ilə götürür, onları gah həbsxanaya, gah da 

şəhər kənarına, yaxınlıqda yerləşən bağlara aparmışlar. 

Onlar orada müsəlmanları dözülməz işgəncələrə məruz qoyur və qətlə ye-

tirirdilər. 8-10 nəfəri bir-birinə bağlayır və kimin tüfənginin gülləsi daha çox 

insanı deşib keçəcəyindən mərc gəlirdilər. Bundan əlavə, onlar müsəlmanla-

rı zəncir kimi (əl-ələ) bağlayır və sonra qıraqdakından başlayaraq, xəncərlə 

baş, qarın və sinəsinə zərbələr endirərək, insanları bir-birinin ardınca öldü-

rürdülər. Bəzilərini üz-üzə bağlayır və hər ikisinin başını bir qılınc zərbəsi ilə 

üzməyə cəhd edirdilər. Sonuncu üsulla 50 nəfərə yaxın adam öldürülmüşdür 

və türk qoşunları Petrovk şəhərinə gəldikdən sonra onların cəsədləri bir-bi-

rinə bağlı şəkildə aşkar edilmişdir. Lalayevin dəstəsi tərəfindən qətlə yeti-

rilmiş müsəlmanların cəsədləri, kəllə sümükləri parçalanmış, əlsiz, ayaqsız 

şəkildə olmaqla, dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Sağ qalmış bəzi 

müsəlman şahidlərin ifadələrinə görə, onlara yalnız türk qoşunları artıq Pet-

rovsk şəhərinə daxil olduğu üçün növbə çatmamışdır və Lalayev yoldaşları ilə 

birlikdə şəhəri tərk etməli olmuşlar. Türk qoşunları işgəncə verilmiş və qətlə 

yetirilmiş müsəlmanların sayının dəqiqləşdirilməsi, habelə onların fotoşə-

killərinin çəkilməsi ilə məşğul olmuşlar. Həmin şahidlərin ifadələrinə görə 

eybəcər hala salınmış xeyli cəsəd həbsxananın xüsusi otağında aşkar edil-

mişdir, Lalayev yoldaşları ilə birlikdə müsəlmanlara qarşı bağlarda və həbsxa-

nanın arxasında törətdiklərini eyni ilə burada da törətmişdir.

Stepan Lalayev başçılıq etdiyi böyük erməni əsgərlərinin dəstəsi, Samson 

Əmirov və Saatsazbəyov ilə Şamaxıya gəlmiş, adları çəkilən şəxslərlə və yerli 

sakinlərdən Arzumanov, Gülbəndov və başqaları ilə birlikdə şəhərdəki bütün 

məscidlərin istisnasız olaraq hamısının mühasirəyə alınmasını əmr etmiş-

dir; Müsəlmanların adətlərinə görə qadınların, qoca və uşaqların gizləndiyi 

bu məscidlərə od vurmaq, bayıra qaçmağa cəhd edənləri öldürmək əmri ve-

rilmişdir; Beləliklə məscidlərdə gizlənənlərin hamısı diri-diri alov içində ya-

naraq dəhşətli ölümlə həlak olmuşlar. Şamaxı şəhərinin müsəlmanlar yaşa-

yan hissəsi də demək olar ki, eyni üsulla tamamilə məhv edilmişdir. 

Lalayevin əmri ilə onun əsgərləri gənc müsəlman qızlarını Lalayevin 



359

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

Şamaxıdakı xüsusi evinə aparır, onları soyundurur, zorla içirdərək sərxoş 

edir, zurnanın sədaları altında rəqs etməyə məcbur edirdilər; sonra isə 

qızları zorlayaraq, bəzilərini yerindəcə qətlə yetirir, o birilərini isə hündür 

balkondan aşağı atır və bu yolla öldürürdülər. Lalayevin bu üsulla namusu 

ləkələnmiş qurbanlarından yalnız 7 nəfər qız türk qoşunlarının Şamaxıya 

gəlməsi nəticəsində xilas ola bilmişdir.

Sizin arzu etdiyiniz təqdirdə şahid ifadələrinin əslindən çıxarışlar təq-

dim oluna bilər.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).

Komissiya üzvü: Aleksandroviç (imza). 

Komissiya üzvü: А.Kluge (imza)

AR Pİİ SSA, f. 1061, s. 1, iş 99, v. 6-8.



Sənəd № 1101

Müttəfiq Dövlətlər Polisinin Komissarı

125


4 fevral 1919-cu il. Bakı şəhəri

Ədliyyə Naziri Cənablarına

(surəti Dairə Məhkəməsinin Sədri Cənablarına)

İttifaq Hərbi Məhkəməsi tərəfindən Stepan Lalayevin işinin araşdırıl-

ması ilə bağlı yaranmış texniki çətinliklər, yəni yerli hakimiyyət orqanları 

vasitəsilə şahidlərin dəvət edilməsi, onların hakimlərin tanış olmadığı dil-

lərdə dindirilməsi, şahid ifadələrinin bu şəkildə təkrar edilməsi səbəbindən 

məhkəmə prosesinin uzanması və s. nəticəsində Müttəfiq Qoşunların Bakı 

şəhərindəki Ali Baş Komandanı adı çəkilən zabiti yerli hakimiyyətin məh-

kəmə orqanlarına vermək qərarına gəlmişdir.

Adı çəkilən müttəhimin məndən alınmasının Sizin üçün nə zaman əl-

verişli olacağı barədə məni vaxtında xəbərdar etmənizi, eləcə də mənim 

həmin bu məktubun surətini göndərdiyim Dairə Məhkəməsinin cənab 

Prokurorunu xəbərdar etmənizi lütfən xahiş edirəm.

Bununla, məndə olan və bu işə aid bütün sənədləri də əlavə edirəm.

Polkovnik (imza)

Komissarın adyutantı: Kapitan (imza)

AR Pİİ SSA, f. 1061, s. 1, i. 99, v. 9.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

360


Sənəd № 1136

QƏRAR

1919-cu il, 20 noyabr. 

Mən – Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Aleksandroviç, Bakı 

şəhərinin və onun ətrafının talan edilməsinə dair işə baxaraq, və iş üzrə 

müttəhim qismində Stepan Lalayevin, Georgi Melikovun, Astvasatur Vaç-

yansın, Yequş Quliyansın, Levon Varşamyansın və digərlərinin cinayət 

məsuliyyətinə cəlb edildiyini, və Stepan Lalayevə, Georgi Melikova, Ast-

vatsatur Vaçiansa, Yequş Quliyansa, Levon Varşamyansa qarşı ittiham irə-

li sürüldüyünü, və işdən göründüyü kimi, digər müttəhimlərin: Artyom 

Nikolayeviç Ter Akopovun, Fridun Antonovun, İşxan Qarabəyovun, İşxan 

Qarabəyovun qaynı Nikolayın, Tatevos Əmirovun, Hayk Yeramış oğlunun 

(dərzi), İsaak Baqdasarovun (çəkməçi), Aleksandr Ter-Qazarovun, Levon 

Ter-Qazarovun, Arşak Avetisovun (bərbər), Levon Arutyunov Qaraxanyan-

sın, Sergey Melikovun, Ambarsum Melikovun, Xristofor Dildarovun, Xaça-

tur Martirosovun, Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun axtarılıb 

tapılmadığını və onların yaşayış yerinin məlum olmadığını, iş üzrə cəlb 

edilənlər müttəhimlər barəsində Cinayət Prosessual Məcəlləsinin 448-ci 

maddəsinin tələbinin hər bir müttəhimə ayrı-ayrılıqda ona aid olan istin-

taq materiallarının açıqlanması mənasında yerinə yetirildiyini, Cinayət 

Prosessual Məcəlləsinin 386-cı maddəsinə uyğun olaraq iş üzrə ittiham 

olunanların axtarılması üçün təcili tədbirlərin görüldüyünü, dindirilən 

müttəhimlərin istinad etdiyi şahidlərin çağırıldığını və onların arasında 

tapılanların dindirildiyini, müttəhimlər dindirmə zamanı iştirak etməsə 

də, onların CPM-nin 476-cı maddəsinə uyğun olaraq öz şahidlərini məh-

kəmə istintaqına çağırmaq imkanından məhrum edilmədiyini, müttə-

him E.S.Quliyansın istinadın etdiyi şahid Aleksandr İqnatyeviç Lıkovın 

nə Bakı şəhərində, nə də Tiflisdə tapılmadığını və bu səbəbdən dindiril-

mədiyini, nəzərə alaraq, 

Qərara alıram: hazırkı iş üzrə istintaq başa çatdırılsın və icraatı Fövqə-

ladə Təhqiqat Komissiyasının Sədrinə təqdim edilsin.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü: 

А.Аleksandroviç (imza)

AR Pİİ SSA, f. 277, s. 2, i. 27, v. 334-335.


361

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ



Sənəd № 1137

Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması 

münasibətilə əhaliyə bəxş edilən imtiyazlar haqqında

QANUN

126


Azərbaycan Parlamenti tərəfindən 

9 aprel 1920-ci il tarixdə qəbul edilmişdir

Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması, Azərbay-

can xalqının həyatında zülm və əsarət dövrünə son qoyan, hüquq və azad-

lıq prinsiplərinə əsaslanan yeni dövlət quruluşunun qəti təntənəsi şərə-

finə Parlament cinayət törətmiş şəxslərin qismətini və müxtəlif vergi və 

rüsum ödəyənlərin vəziyyətini aşaşıdakı hallarda yüngülləşdirməyi qəra-

ra alır:


…..

2. Hazırkı qanun qüvvəyə minən günədək milli ədavətdən irəli gələn 

məqsədlərlə cinayət əməlləri törətmiş şəxslərin hamısı təqibdən və cəza-

dan azad edilsin.

…..

10. Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hü-



dudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq 

hallarının təhqiq olunması üçün 15 iyul 1918-ci il tarixdə təsis edilmiş 

Fövqəladə Təhqiqat Komissiyasının icraatında olan bütün cinayət işlərinə 

həmişəlik xitam verilsin.

Parlamentin Sədri əvəzi Baş müavin: M.Y.Cəfərov

127


 

Katib: B.Rizayev

Dəftərxana rəisi: M.Vəkilov

128


AR DA, f. 895, s. 3, iş 301, v. 16-17.

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

362


Sənəd № 1138

QƏRAR

Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 

1636-cı maddələri ilə ittiham olunan Bakı şəhər sakinləri Stepan Lalayev, 

Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov, Jorj (Georgi) Melikov, 

İşxan Qarabəyov, İşxan Qarabəyovun qaynı Nikolay (soyadı məlum deyil-

dir), Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel oğlu Quliyans, Hayk 

Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon Ter-Qaza-

rov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Melikov, Levon 

Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur Martirosov, 

Yeqiş Paxlavuni, Levon Saatsazbəyov barəsində cinayət işinə xitam ve-

rilməsi haqqında.

Avropa müharibəsi başlandığı vaxtdan Cənubi Qafqazın hüdudları 

daxilində müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakı-

lıqların araşdırılması üçün 1918-ci ilin iyul ayının 15-də təsis edilmiş 

Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Bakı şəhərinin və onun ətra-

fının talan edilməsi haqqında iş üzrə Bakı şəhəri sakinləri Stepan Lala-

yev, Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov, Jorj (Georgi) Meli-

kov, İşxan Qarabəyov, İşxan Qarabəyovun qaynı Nikolay (soyadı məlum 

deyildir), Asatur Vaçyans, Tatevos Əmirov, Yequş Samvel oğlu Quliyans, 

Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter-Qazarov, Levon 

Ter-Qazarov, Arşak Avetisov, Levon Arutyunov Qaraxanyans, Sergey Me-

likov, Levon Varşamyan, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur 

Martirosov, Yeqiş Paxlavuni, Levon Saatsazbəyov Cəza haqqında Qanun 

Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 1636-cı maddələri ilə 

1919-cu ilin 24 iyul tarixində müttəhim qismində cinayət məsuliyyətinə 

cəlb edilmişlər.

Adları çəkilən müttəhimlərdən Komissiya tərəfindən Stepan Lalayev, 

Jorj Melikov, Asatur Vaçyans, Yequş Quliyans və Levon Varşamyans dindi-

rilmişdir, belə ki, bu şəxslərin iş üzrə istintaqdan yayınmasının və istin-

tanqdan digər yayınma vasitələrinin qarşısının alınması məqsədilə aşa-

ğıdakı tədbirlər görülmüşdür: Lalayevin və Quliyansın barəsində – həbsdə 

saxlanılması, Melikov və Vaçyans barəsində – birincisinə görə girov, ikin-

cisinə görə zəmanət kimi hər biri üçün 100.000 rubl tələbi və Varşamyans 


363

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

barəsində – 5000 rubl məbləğində zəmanət tələbi. Digər müttəhimləri 

tapmaq mümkün olmamışdır. 

İşin icraat müddətində müttəhim Stepan Lalayev ölmüşdür və bu 

barədə həbsxana rəisinin məlumatı təqdim olunmuşdur.

Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması müna-

sibətilə verilmiş amnistiya haqqında qanunun 10-cu bəndinə əsasən, irəli 

sürülmüş icraatla adları sadalanan müttəhimlərə qarşı cinayət işinə, Ste-

pan Lalayevə qarşı isə, onun, yəni Lalayevin ölümünə görə, xitam verilmə-

li olduğunu nəzərə alaraq, 

Qərara alıram:

Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 1453, 1607, 1633 və 

1636-cı maddələri ilə Bakı şəhərinin və onun ətraf kəndlərinin talan edil-

məsində ittiham olunan Bakı şəhərinin sakinləri Stepan Lalayevə, Art-

yom Nikolayeviç Ter-Akopova, Fridun Antonova, Jorj (Georgi) Melikova, 

İşxan Qarabəyova, İşxan Qarabəyovun qaynı Nikolaya (soyadı məlum de-

yildir), Asatur Vaçyansa, Tatevos Əmirova, Yequş Samvel oğlu Quliyansa, 

Hayk Yeramış oğluna, İsaak Baqdasarova, Aleksandr Ter-Qazarova, Levon 

Ter-Qazarova, Arşak Avetisova, Levon Arutyunov Qaraxanyansa, Serqey 

Melikova, Levon Varşamyana, Ambarsum Melikova, Xristofor Dildaro-

va, Xaçatur Martirosova, Yeqiş Paxlavuniyə və Levon Saatsazbəyova qar-

şı cinayət işinə xitam verilsin; istintaqdan və məhkəmədən yayınmala-

rın qarşısının alınması üçün müttəhimlər barəsində görülmüş tədbirlər: 

Yequş Quliyansın həbsdə saxlanılması, Jorj Melikov barəsində 100.000 

rubl məbləğində girov, Asatur Vaçyans barəsində 100.000 rubl məbləğin-

də zəmanət, Leon Varşamyans barəsində 5000 rubl məbləğində zəmanət 

– ləğv edilsin.

 523-cü maddəyə əsasən hazırkı qərar Bakı Dairə Məhkəməsi tərəfin-

dən baxılmalıdır. 

 Bakıda, 20 fevral 1920-ci il tarixində tərtib edilmişdir.

 Prokuror köməkçisi: P.X. Tumbil (imza)

 AR Pİİ SSA, f. 277, s. 2, i. 15, v. 33-34.

 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

364


“Azərbaycanlıların soyqırımı haqqında”

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın ta-

rixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. 

Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təh-

rif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı 

dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-

mış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-

ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan 

xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını 

qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaq-

larının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək er-

mənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata ke-

çirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə 

çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskun-

laşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təş-

kil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni 

vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə 

süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovul-

ması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənis-

tan» ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan 

torpaqlarında yaradılmasına «bəraət qazandırmaq məqsədilə» erməni 

xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqram-

lar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olun-

ması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. «Böyük 

Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-

1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksi-

yalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbay-

canı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. 

Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbay-

canlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin 

mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə 

maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin 

avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsi, Ru-

siyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə is-



365

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

tifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırma-

ğa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə 

mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quber-

niyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan hə-

yata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri ci-

nayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə 

dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. 

Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memar-

lıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, 

Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların 

soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçı-

vanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla 

həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetiril-

miş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edil-

mişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart 

hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-

də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Dindirmə Komissiyasının yara-

dılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mər-

hələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin 

törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri 

çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti 

tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azər-

baycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən tor-

paqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəh-

di idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa 

çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin 

məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azər-

baycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. 

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi si-

yasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bu-

nun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan 

SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in 

Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü 

illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-

yasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarları-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

366


nın köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin 

mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında 

müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimi-

zin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin er-

məni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda 

onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını forma-

laşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalq»ının surəti-

ni yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə 

təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qur-

banları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı 

olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaş-

larımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların 

hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil al-

masına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azər-

baycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli 

görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş 

verir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda bö-

yüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Bö-

yük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyə-

ti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni 

ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatı-

na, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təca-

vüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı si-

yasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet 

mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılır-

dı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı 

illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbay-

can Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 1988-ci il-

dən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsin-

də yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da 

respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qara-

bağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqın-

da ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vi-

layəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən 

çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyala-

ra əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mi-



367

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

tinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azər-

baycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun 

nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatı-

nı boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv 

və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin 

fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan 

tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlər-

lə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edil-

məsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladı-

ğı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq 

soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından di-

dərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 

faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətən-

daşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş 

verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilə-

rin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi 

soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələ-

rin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi 

göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 

Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların 

məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcu-

nu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bü-

tün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram: 

 

1.  31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 



2.  Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, 

Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş 

xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

 

Heydər Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 1998-ci il



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

368


1

Fövqəladə Təhqiqat Komissiyası (FTK) – I dünya müharibəsi baş-

lanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı 

törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 

1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfin-

dən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliy-

yət göstərmişdir.  FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik 

tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin 

istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb 

edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, 

litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan 

– peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 

15 iyul 1918-ci il noyabr 1919-cu il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) 

ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən 

Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zora-

kılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, 

Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda er-

mənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi. Azərbay-

can Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri 

genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquq-

ları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar 

layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bi-

linən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca 

onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan 

Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 

noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər 

Ə.b.Xasməmmədov və FTK üzvü Ç.B.Klossovski 1920-ci il yanvarın sonuna 

qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqan-

larına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda 

mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs 

haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublika-

nın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarış-

da elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azər-

baycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin