Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   26   27   28   29   30   31   32   33   34

QEYDLƏR

369

QEYDLƏR


olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul 

edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində 

baş vermiş və “Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış” 

bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir 

sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR 

məhkəmə orqanları tərəfindən xətm olunmuşdur. 

2

Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875 - 1931), Azərbaycan 



Xalq Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı real-

nı məktəbini, Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada 

Şəmsi Əsədullayevin neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci 

ildə Bakı şəhər idarəsinin tikinti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə 

(qısa müddətdə) başçılıq etmişdir. 1902 – 1917-ci illərdə Bakı şəhər duma-

sının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” sosial-demokrat müsəlman 

təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman maarif cəmiyyətinin 

təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə heyəti-

nin və Müsəlman xeyriyyə cəmiyyəti mərkəzi komitəsinin üzvü. “Müsa-

vat “ partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların 

Bakı Şurasının İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai 

təşkilatlarının Bakı Şurasının Müvəqqəti Komitəsinin sədri seçilmişdir. 

Qafqaz müsəlmanları qurultayının (1917-ci il, aprel, Bakı) və Rusiya müsəl-

manları qurultayının (1917-ci il, may, Moskva) işində iştirak etmişdir. “Mü-

savat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) Mərkəzi 

Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya 

Komissarlığında ticarət və sənaye komissarının müavini olmuş, Rusiya Tə-

sisedici yığıncağın üzvü seçilmişdir. “Müsavat” partiyasından Zaqafqaziya 

Seyminin üzvü. Zaqafqaziya Demokratik Federativ Respublikasının hö-

kumətində Ticarət və sənaye naziri. 1918-ci ilin may ayının 27-də Azərbay-

canın müstəqillik Aktını qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü. AXC 

I və II hökumət kabinetlərinin tərkibində Xarici işlər naziri, eyni zamanda 

6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan maliyyə nazirli-

yinə rəhbərlik etmişdir. AXC Parlamentinin üzvü olmuş, “Müsavat” frak-

siyasına daxil idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyə-

tinin tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən Xarici işlər naziri, 

18 fevral 1920-ci il tarixdən Sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra 

etmişdir. 30 mart 1920-ci il tarixdə Parlament M.H. Hacınskiyə yeni kabine-

tin yaradılmasını tapşırmışdır. 22 aprel 1920-ci il tarixdə Parlamentə yeni 

kabinetin yaradılmasının mümkünsüzlüyünü, özünün “Müsavat” parti-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

370


yasından çıxdığını və bolşevik partiyasına daxil olduğunu bəyan etmişdir. 

AXC-nin süqutundan və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbay-

can SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində 

müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1930-cu illərdə siyasi repressiyalara 

məruz qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan 

milli mərkəzinin iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı iş-

gəncələrə dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir. 

3

Xasməmmədov Ələkbər bəy Hacıbaba oğlu – (1870 - 1925), Azərbaycan 



Xalq Cümhuriyyəti dövründə tanınmış ictimai və dövlət xadimi. Gəncənin 

kübar ailəsinə mənsub olmuşdur. Moskva Dövlət Universitetini bitirmiş-

dir. Hüquqşünas, andlı iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşü-

nas və ictimai xadim, AXC dövrü görkəmli siyasi və dövlət xadimi Xəlil bəy 

Xasməmmədovun böyük qardaşı. Gəncə müsəlman xeyriyyə cəmiyyətinin, 

habelə “Difai” partiyasının mərkəzi komitəsinin üzvü. 15 iyul 1918-ci il ta-

rixdən – AXC Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sədri, 

24 fevral 1919-cu ildən – Azərbaycan Məhkəmə Palatasının baş sədri. Azər-

baycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan SSR 

Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun 

1920-ci il tarixdə Y rayonun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə 

təyin edilmişdir. 1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və 

güllələnmişdir.

4

Şahmalıyev İsmayıl bəy Nəsrulla bəy oğlu – (1883-1938), hüquqşünas, 



titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə No-

vorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fev-

ral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentin-

də məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu 

il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quber-

niya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş 

namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzası-

nın Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında is-

tefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, 

İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 

fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi 

Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın 

mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tap-

şırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekab-

rında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin 


371

QEYDLƏR


yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust 

1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 

1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-

siyasının tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay 

qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında ci-

nayət işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il 

tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edil-

mişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən 

azad edilmişdir. Sovet dövründə Gəncədə və Bakıda vəkil kimi çalışmış, Əd-

liyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının üzvü 

olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir. 

1938-ci il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən 

guya əks-inqilabçı, millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham 

edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 2 iyun 1938-ci il 

tarixində Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən İslah-Əmək Düşərgəsində 

(İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 noyabr 1938-ci il ta-

rixində Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət almışdır.  

5

Novatski Andrey-Klimentiy Fomiç – (1866- ?), hüquqşünas, saray müşavi-



ri, milliyətcə polyak, Varşava Universitetini bitirmiş, 1899-1902-ci illərdə Varşa-

vanın məhkəmə-istintaq orqanlarında işləmiş, 1903-1907-ci illərdə – Bakı Da-

irə Məhkəməsinin Şamaxı şöbəsinin Barışdırıcı Hakiminin köməkçisi olmuş, 

eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir. 

1907-ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq 

bölməsinin rəisi olmuşdur. 1908 -1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı 

məhkəməsində barışdırıcı hakimin köməkçisi işləmişdir. 1918-ci ilin fevralın-

da Yelizavetpol dairə məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci 

il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının 

tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən biri olmuş

Şamaxı və Quba qəzalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran 

istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər istintaq qruplarının fəaliy-

yətində iştirak etmişdir. Azərbaycanın erməni millətçiləri tərəfindən talana 

məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların nəticələri 

üzrə çıxarılmış qərarların çoxu onun tərəfindən hazırlanmışdır. 1919-cu ilin 

aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzvü təyin olunmuşdur. 1920-ci 

ilin may ayından etibarən Azərbaycan SSR Ədliyyə Xalq Komissarlarının məh-

kəmə orqanlarında işləmiş, Y rayonun Xalq Hakiminin (Ələkbər Xasməmmə-

dovun) katibi olmuşdur. Sonrakı taleyi məlum deyil.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

372


6

Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu – (1884- ?), hüquqşünas, 

kollec katibi, Petroqrad Universitetinin hüquq fakültəsini bitirmişdir, xid-

mətə 6 fevral 1912-ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə 

vəzifələrinə kiçik namizəd kimi başlamış, cinayət və mülki bölmələrində 

çalışmış, 18 mart 1913-cü il tarixindən Quberniya Katibi, 17 oktyabr 1913-

cü il tarixindən – Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələ-

rinə baş namizəd, həmin ilin noyabrından Yelizavetpol (Gəncə) şəhəri 

müstəntiqinin köməkçisi işləmişdir. 1914-1917-ci illərdə müxtəlif vaxt-

larda Yelizavetpol qəzasının 1-ci, 2-ci, 3-cü, 5-ci və Şəhər istintaq nahiyələ-

rinə, habelə Zəyəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər 

şöbəsinin Barışdırıcı Hakiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra 

etmişdir. 1917-ci il dekabrın 11-də Yelizavetpol Dairə Məhkəməsi Prokuro-

runun müavini təyin edilmişdir. 31 avqust 1918-ci il tarixində AXC hö-

kumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının birinci heyətinə 

daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək öz 

ərizəsi ilə Komissiya üzvlüyündən azad edilmişdir. 18 yanvar 1919-cu il-

dən – Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorunun Köməkçisi, 

1919-cu ilin 26 fevralından – Gəncə Dairə Məhkəməsinin Prokuroru ol-

muşdur. Sonrakı taleyi məlum deyil.

7

Mixaylov Nikolay Mixayloviç – (1867-1920), hüquqşünas, mülki müşa-



vir, milliyətcə rus, Xarkov Universitetinin hüquq fakültəsini bitirmiş, 1892-

1893-cü illərdə İrəvan Dairə Məhkəməsinin cinayət şöbəsində xidmətə baş-

lamışdır. Sonradan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı 

şöbəsində və Bakı Dairəsinin özündə (1894-1896), Yekaterinodar Dairəsində 

(1896-1898), Kutaisi Dairəsində (1898-1899), Novouz qəzasında (1899-1900), 

Qoridə (1900-1902) Dairə məhkəmələrinin katibinin köməkçisi və katibi, 

Barışdırıcı hakim, müstəntiq, Zemstvo rəisi və Köçürülmə Divanxanası-

nın üzvü vəzifələrində çalışmışdır. 12 iyun 1902-ci il tarixində Yelizavetpol 

quberniyasının Əkinçilik və Dövlət Mülkiyyətləri İdarəsi yanında xüsusi 

tapşırıqlar məmuru, 5 dekabr 1903-cü ildən – köçürülmə işləri üzrə Yeli-

zavetpol Quberniya Divanxanasının üzvü, 21 fevral 1908-ci ildən – Yeliza-

vetpol Dairə Məhkəməsinin Fəxri Barışdırıcı hakimi olmuşdur. 1913-cü 

ilin fevralında kəndli məsələləri üzrə Kutaisi Quberniya Divanxanasının 

üzvü vəzifəsinə keçirilmişdir. 14 oktyabr 1916-cı ildə müharibə qanunlarına 

görə Türkiyənin işğal edilmiş əyalətlərinin General Qubernatoru yanında 

Qara Kilis Dairə rəisinin köməkçisi təyin edilmişdir. 1917-ci il martın 22-

dən – Aşin Dairəsi rəisinin köməkçisi, 1917-ci il dekabrın 30-dan köçürülmə 


373

QEYDLƏR


məsələləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü olmuşdur. 17 

fevral 1919-cu il tarixində Bakı Dairə Məhkəməsinin üzvü təyin edilmiş, 

10 iyun 1919-cu ildən Gəncə Dairə Məhkəməsinə keçirilmişdir. 31 avqust 

1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komis-

siyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən işgüzar və fəal üzvlərindən 

olmuş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol 

quberniyası qəzalarının talan edilməsinə dair cinayət hallarını araşdıran 

istintaq qruplarına rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında FTK ləğv 

edildikdən sonra, Komissiya Sədrindən “Komissiyanın işində göstərdiyi 

fədakar və səmərəli fəaliyyətinə görə” təşəkkür almışdır, 25 noyabr 1919-cu 

ildə Gəncə Dairə Məhkəməsində öz vəzifəsinə qayıtmışdır. 1920-ci ilin may 

ayının sonunda Gəncə üsyanı zamanı öz mənzilində naqafil güllədən hə-

lak olmuşdur.

8

Qudvillo V.V. – (?-?), Barışdırıcı Hakimlər Qurultayının sədri, Həqiqi 



Mülki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixində AXC hökuməti-

nin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı 

– Maliyyə Nazirliyində hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar ola-

raq FTK üzvlüyündən azad edilmişdir. Sovet hakimiyyətinin ilk illərində 

Azərbaycan SSR-nın məhkəmə orqanlarında işləmişdir, sonrakı taleyi mə-

lum deyil. 

9

Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875 – 1920), Azərbaycanın 



görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ya-

radıcılarından biri. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, əslən 

Cənubi Azərbaycanın Xoy şəhərindən və Şəki xanı Cəfərqulu xanın nəs-

lindəndir. Gəncədə (Yelizavetpolda) klassik gimnaziyanı, Moskva Univer-

sitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirmişdir (1897-ci il). 

Gəncə, Kutaisi dairə məhkəmələrində işləmiş, Zuqdidi Barışdırıcı hakimin 

köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü Yekate-

rinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokuro-

runun müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır 

(1904). 20 fevral 1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət duma-

sına deputat seçilmişdir. II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış, 

Tiflis məhkəmə palatasının Yelizavetpol dairə məhkəməsinin andlı iclas-

çıları sırasına daxil edilmişdir. 1913-cü ildə Bakıya köçmüş, Bakı dairə məh-

kəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral inqilabından sonra Ba-

kıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə komitəsinin 

üzvü seçilmiş, müsəlmanların Ümumqafqaz qurultayının (1917-ci il, aprel, 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

374


Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı 

şəhər Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya sey-

minin deputatı olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respubli-

kası hökumətində xalq təhsili naziri vəzifəsini tutmuşdur. 27 may 1918-ci 

ildə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan Mil-

li Şurasının üzvü olmuş, Azərbaycanın ilk hökumətinin sədri seçilmişdir. 

Hökumətin ilk kabinetində baş nazir və daxili işlər naziri, ikinci kabinet-

də Baş nazir və Ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr 1918-ci ildə 

açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış, 

bu hökumətdə iki – Baş nazir və Xarici işlər naziri vəzifələrini tutmuşdur. 

Hökumət 25 fevral 1919-cu ildə istefaya getdikdən sonra, N.b.Usubbəylinin 

başçılıq etdiyi dördüncü hökumət 14 aprel 1919-cu ildə formalaşdırılana-

dək öz vəzifələrini icra etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi prob-

lemlərin həllində deputat kimi iştirak etmiş, region dövlətləri arasında 

sərhəd mübahisələrinin tənzimlənməsinə həsr edilmiş Qafqaz konfran-

sının hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir. 22 dekabr 

1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış 

beşinci hökumət kabinetində Xarici işlət naziri vəzifəsini tutmuşdur. Azər-

baycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 

19 iyun 1920-ci il tarixində orada muzdlu erməni terrorçusu tərəfindən öl-

dürülmüşdür.

10

Mart hadisələrinin xronologiyası Rusiya İmperiasında işlənən və 



Avropa Qriqorian təqvimindən 13 gün geri qalan köhnə təqvim ilə verilir. 

Sovet Rusiyası 1918-ci il 14 fevral tarixindən Qriqorian təqviminə keçmiş-

dir. AXC dövründə də ölkə ərazisində Qriqorian təqvimi tətbiq edilmişdir. 

Bu təqvimə əsasən Bakıda mart hadisələri 1918-ci il 30 mart-2 aprel ta-

rixinə düşür.

11

Nağıyev Musa Hacı Əli oğlu (1842-1919) — tanınmış Azərbaycan sa-



hibkarı, milyonçu, xeyriyyəçi. Sahibkarlıq fəaliyyətinə XIX əsrin sonların-

da manufaktura ticarətindən başlamışdır. Balaxanı, Sabunçu, Əmircan və 

Ramanada neft yataqları ilə zəngin torpaq sahələrini icarəyə götürmüşdür. 

1887-ci ildə yaratdığı “M.Nağıyev” neftçıxarma firması 1913-cü ildə Bakı-

nın ən gəlirli firmalarından biri sayılırdı. Neftayırma zavodlarının, mexa-

niki emalatxananın, buxar qazanları istehsal edən zavodun, neft daşıyan 

gəmilərin, Sabunçu, Suraxanı və Ramanada neft mədənlərinin, iri mülklə-

rin sahibi idi. 1914-cü ildə H.Z.Taqıyevlə birlikdə Bakı Ticarət Bankını təsis 

etmişdir. Bakı şəhərində 70-dən çox bina, o cümlədən “İsmailiyyə”, şəhər 


375

QEYDLƏR


təcili yardım xəstəxanası, lüteran kilsəsi və s. monumental binalar onun 

vəsaiti hesabına inşa edilmişdir.

12

Qış İctimai Cəmiyyətinin binası nəzərdə tutulur. Krasnovodskaya 



(Səməd Vurğun) və Birjevaya ( Üzeyir Hacıbəyov) küçələrinin kəsiyində 

yerləşırdı. Bina 1890-cı ildə mühəndis A.S.Kandinov tərəfindən tikilmiş, 

Musa Nağıyevə məxsus olmuşdur. Sovet dövründə - Zabitlər evi, hazırda bi-

nada müxtəlif ofislər, ticarət obyektləri yerləşir.

13

Sosialist - inqilabçılar (eserlər) – Rusiyada ən iri burjua partiyaların-



dan biri, 1901-1902-ci ilin əvvəlində yaranmışdır. 1906-cı ildə partiyadaxili 

parçalanma nəticəsində iki hissəyə bölünmüşdür: sağ cinah xalq sosialist-

ləri partiyasını yaratmış, radikal sol cinah isə maksimalist sosial - inqilab-

çılar ittifaqında birləşmişdir. 1917-ci il Oktyabr çevrilişindən sonra sağ eser-

lər “Vətənin və inqilabın xilası komitəsi”nə daxil olmuş, 1918-1920-ci illər 

vətəndaş müharibəsi dövründə Sovet hakimiyyətinə qarşı silahlı mübarizə 

aparmışlar. Zakaspi Müvəqqəti Hökumətinin (Kaspi-Qafqaz hökuməti) 

yaradılmasında iştirak etmişlər. Hökumətin sədri eser F.Funtikov idi. Ba-

kıda eser təşkilatları 1903-cü ilin yayında yaradılmış,  daha sonra Gəncə, 

Şuşa və d. şəhərlərdə təşkilatları meydana gəlmişdir. 1910-cu ilin əvvəlində 

Şura və İcraiyyə komitəsi tərəfindən idarə edilən Bakı eser təşkilatı əsasən 

sənətkarlar, Xəzər ticarət gəmiçiliyinin dənizçiləri və qismən neft sənayesi 

fəhlələri (ruslar) arasında nüfuza malik idi. Bakıda həmçinin müsəlman 

eser təşkilatı – “İttifaq” və 1907-ci ilin yayında “Daşnaksütun” partiyasın-

dan ayrılaraq eserlərin sırasına daxil olmuş gənc daşnaklar qrupunun ya-

ratdığı “Sosialist-inqilabçılar partiyasının erməni təşkilatı” mövcud idi. 

1918-1920-ci illərdə eserlər özlərini beynəlmiləlçi partiya elan edərək heç 

bir Milli komitəyə (şuraya) daxil olmamış, Azərbaycan parlamentində yer 

almaq və müstəqil fraksiya yaratmaq iddiası ilə çıxış etmişlər. Mart ha-

disələri ərəfəsində bolşeviklərin Azərbaycan milli qüvvələrinə qarşı müba-

rizəsini dəstəkləmişlər. Mart hadisələrindən sonra şəhərdə bolşevik haki-

miyyətinə qarşı açıq çıxış etmiş, “Sentrokaspi Diktaturası” hökumətinin 

tərkibinə daxil olmuşlar.

14

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti – Bakıda fəaliyyət 



göstərmiş hakimiyyət orqanı (1917-ci il, mart –1918-ci il, iyul). 6 mart 1917-

ci il tarixində ilkin olaraq Bakı rayonu fəhlə və əsgər deputatları kimi təşkil 

edilmişdir. 53 min fəhlə və qulluqçu tərəfindən seçilmiş, tərkibi 52 deputat-

dan ibarət olmuşdur. Onlardan 9-u bolşevik, qalanları menşevik və eserlər 

idi. Rəyasət heyətinin sədri qiyabi olaraq S.G.Şaumyan (sürgündən martın 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

376


8-də qayıtmışdır) seçilmişdir. Elə həmin gün Bakı qarnizonu hərbi his-

sələrindən seçilmiş Əsgər Deputatlar Soveti və Zabit deputatlar Soveti də 

formalaşmış, martın sonlarında hər iki sovet Hərbi Deputatlar Sovetində 

birləşmişlər. Bolşeviklər Bakı Sovetində rəhbərlik uğrunda qızğın mübarizə 

aparırdılar. Rusiyada Oktyabr inqilabı haqqında alınmış xəbərdən sonra 

1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin geniş 

fövqəladə yığıncağı keçirilmiş və bolşeviklərin kəskin etirazına baxmaya-

raq, ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin yaradıl-

ması haqqında qərar qəbul edilmişdir. Oktyabrın 31-də mədən-zavod, polk 

və donanma komitələri üzvlərinin dəstəyinə arxalanaraq, bolşeviklər ye-

nidən Sovetin geniş yığıncağını çağırmışlar və yığıncaq Bakıda Sovet hö-

kumətinin qurulması haqqında qətnamə qəbul etmişdir. Noyabrın 2-də 

geniş tərkibli Bakı Soveti menşeviklərin və eserlərin müqavimətinə bax-

mayaraq, hakimiyyəti faktiki olaraq öz əllərinə keçirmək proqramını qəbul 

etmişdir. Yaranmış şəraitdə bolşeviklər müsavatçılar, Xəzər ticarət gəmiçi-

liyi, həmkarlar ittifaqları və şəhər qarnizonunun nümayəndələri tərəfin-

dən dəstəklənmişlər. Sovetin İcraiyyə Komitəsi ali hakimiyyət orqanı elan 

olunmuş, Fəhlə və Əsgər Deputatları Sovetinin adı dəyişdirilərək Fəhlə, əs-

gər və matros deputatları Soveti olmuşdur. İcraiyyə Komitəsinin sədri S.

Şaumyan idi. Digər hakimiyyət orqanları - İctimai Təhlükəsizlik Komitəsi 

və İctimai Təşkilatların İcraiyyə Komitəsi ləğv edilmişdir. Yalnız Fətəli xan 

Xoyskinin rəhbərlik etdiyi Şəhər Duması qalırdı. 1917-ci il dekabrın 12-13-də 

dəyişdirilmiş seçki qaydaları əsasında Bakı Sovetinə yeni seçkilər keçirildi. 

1917-ci il oktyabr seçkilərindən fərqli olaraq bu seçkilərdə bolşeviklər səs 

çoxluğu qazandılar (Oktyabr seçkilərində bolşeviklər müsavatçılar, eserlər 

və daşnaklardan sonra yalnız 4-cü yerə çıxmışdılar). Yeni İcraiyyə komitə-

sinə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daxil oldu. 1917-ci 

ilin dekabrında S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqə-

ladə komissar təyin edilməsi ilə əlaqədar olaraq Bakı Sovetinin sədri vəzifə-

sini P.A.Caparidze tutdu. 1918-ci ildən başlayaraq Sovet orqanları Bakının 

idarə olunmasında həlledici vəzifələri ermənilərə verməklə Azərbaycan 

milli qüvvələrinə qarşı açıq qarşıdurmaya keçdilər, bu da 1918-ci il faciəli 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin