Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   26   27   28   29   30   31   32   33   34

bir neçə generallar – general-leytenant Ə.Şıxlinski, general-mayor H.Talışınski 

və general-mayor Ağausubov var idi. 1917-ci ilin sonu -1918-ci ilin əvvəlində qə-

rargahı Tiflisdə yerləşirdi. 26 iyun 1918-ci il tarixində Müsəlman korpusunun 

əsasında Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri yaradılmışdır.

38

Lalayev Stepan Balabəyoviç – (1892-1919), Rus ordusunun keçmiş za-



biti (kornet), 1905-ci ildə Bakıda erməni-müsəlman toqquşmalarının fəal 

385

QEYDLƏR


iştirakçısı və təşkilatçısı, həmin toqquşmalarda öldürülmüş tanınmış daş-

naksakan və millətçi Balabəy Lalayevin oğlu. «Daşnaksütun» və Erməni 

Milli Şurasının üzvü. 1918-ci ildə mart-iyul aylarında Bakıda və Şamaxı-

da, sentyabr-noyabr aylarında Petrovskda müsəlman qırğınlarında silah-

lı erməni dəstələrinə rəhbərlik etmiş, yüzlərlə insanı, o cümlədən öz ta-

nışlarını, şəxsən, xüsusi qəddarlıqla öldürmüş, doğramış, öz qurbanlarına 

görünməmiş zülmlər vermişdir. Şamaxıda törətdiyi dəhşətli cinayətlərinə 

görə bolşeviklərin Fövqəladə Hərbi-İstintaq Komissiyası tərəfindən həbs 

olunmuş, lakin S.Şaumyanın şəxsi göstərişi ilə dərhal azad edilmişdir. 

1918-ci ilin sonunda Bakıda Fövqəladə Təhqiqat Komissiyasının təqdimatı 

əsasında ingilislərin Müttəfiq qoşunları tərəfindən yenidən həbs edilərək 

Azərbaycan Cümhuriyyətinin istintaq-məhkəmə orqanlarına təhvil veril-

mişdir. 1919-cu il noyabr ayının sonunda Gəncə həbsxanasında ölmüşdür.

39

Nikolayevski kilsəsi nəzərdə tutulur. 1858-ci ildə İçərişəhərdə - Qala-



da, qala qapılarının qarşısında tikilmiş, 1920-ci illərin sonlarında dinə qarşı 

kampaniya gedişində Sovet hökuməti tərəfindən sökülmüşdür.

40

“Kaspi”- ictimai-siyasi, ədəbi qəzet, 1881-1919-cu illərdə Bakıda rus 



dilində nəşr olunmuşdur, əvvəlcə ayda 2 dəfə, 1881-ci ilin iyulundan həftə-

də 3 dəfə, 1884-cü ildən isə gündəlik çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin 

redaktorları və naşirləri V.Kuzmin, V.Liçkus-Xomutov, A.Vaynberq, Ə.M.b.

Topçubaşov, H.b.Məlikov(Zərdabi), Ə.b.Hüseynzadə və b. olmuşlar. Ticarət 

- sənaye burjuaziyasının maraqlarını əks etdirirdi. 1897-ci ildə H.Z.Tağıyev 

qəzeti almış və qəzetin redaktorluğunu Ə. M.b.Topçubaşova həvalə etmişdir. 

XIX əsrin 90-cı illərindən etibarən qəzetin istiqaməti getdikcə milli çalar-

lar almış, milli maraqların birliyi ideyası tərənnüm edilmişdir. Azərbaycan 

ziyalılarının görkəmli nümayəndələri H.b.Məlikov(Zərdabi), F.b.Köçərli, M.

Mahmudbəyov, Ə.Ağayev(Ağaoğlu), M.Şahtaxtinski, C.Məmmədquluzadə 

və b. qəzetlə yaxından əməkdaşlıq etmişlər. 1905-1907-ci illərdə Ermənis-

tan-Azərbaycan qarşıdurması zamanı qəzet baş vermiş hadisələrin mahiy-

yətini açıqlamış, təkzibolunmaz faktlar əsasında erməni ideoloqlarının ya-

lan, təxribatçı təbliğatını ifşa etmiş, yalnız Qafqazın deyil, bütün Rusiyanın 

rusdilli cəmiyyətinə əsl həqiqəti çatdırmışdır. Bunun nəticəsi olaraq bəzi 

erməni müəlliflər “Kaspi” vasitəsi ilə üzrxahlıq etmək məcburiyyətində 

qalmışlar. 1917-1918-ci ilin yanvarında qəzet Sovet hakimiyyətinə və bolşe-

vik partiyasına qarşı çıxmışdır. 1918-ci il Bakıda mart hadisələri zamanı 

Nikolayevskaya küçəsində (İstiqlaliyyət) “Kaspi” qəzetinin redaksiyasının 

və mətbəəsinin yerləşdiyi, həmçinin “Müsavat” partiyasının rəsmi orqanı 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

386


“Açıq söz” qəzetinin nəşr olunduğu bina erməni silahlı dəstələri tərəfindən 

tamamilə yandırılmışdır. Sonralar bina uçurulmuş və yerində M.Ə.Sabir 

adına bağ salınmışdır. Qəzet öz nəşrini 1919-cu ildə, maliyyə səbəblərindən 

dayandırmışdır.

41

Melikov Ambarsum Sergeyeviç – (? -?) Erməni neft sənayeçisi, Zuğul-



ba su kəmərinin sahibi. Erməni Milli Şurasının və “Daşnaksütun” partiya-

sının Bakı Komitəsinin rəhbərlərindən biri. 1918-ci il mart hadisələri zama-

nı “Daşnaksütun”un qərargahı onun Bakıdakı mülkündə yerləşirdi və əsir 

götürülmüş tanınmış azərbaycanlılar bura gətirilirdilər. Mart qırğınlarının 

təşkilatçılarından biri, oğlanları – Georgi və Sergeylə birlikdə azərbaycanlı-

ların öldürülməsində şəxsən iştirak etmişdir. 1918-ci ilin sentyabrında Ba-

kının Türk-Azərbaycan qoşunları tərəfindən azad edilməsi ərəfəsində Həş-

tərxana qaçmış, oğlunun ifadəsinə görə orada bolşeviklər tərəfindən həbs 

edilmişdir. Oğlanlarından biri – Georgi Ambarsumoviç Melikov Fövqəladə 

Təhqiqat Komissiyası tərəfindən həbs olunmuşdur.

42

“Hümmət”- müsəlman dünyasında ilk sosial-demokrat təşkilatı. 



1904-cü ilin oktyabrında bir qrup inqilabı ruhlu azərbaycanlı ziyalının 

səyləri ilə yaradılmışdır. Təşkilatın Bakı özəyi 11-12 nəfərdən ibarət olmuş, 

1905-1907-ci illərdə fəal üzvlərinin sayı 60 nəfərə çatmışdır. Bakı təşkila-

tının şöbələri Yelizavetpol, Şuşa, Naxçıvan və Culfada fəaliyyət göstərir-

di. Bir sıra mətbu orqanları var idi. Üzvlərinin sayına və siyasi fəallığına 

görə 1905-ci ildə yaranmış Tiflis şöbəsi daha nüfuzlu hesab edilirdi. Tiflis 

“Hümmət” təşkilatı formal olaraq Gürcüstan sosial-demokratları üçün sə-

ciyyəvi olan menşevik təmayüllü idi. Menşevik “Hümmət” bolşeviklərdən 

fərqli olaraq 28 may 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilli-

yinin elan olunmasında iştirak etmiş və Milli Şurada öz fraksiyalarını ya-

ratmışdır. Mübarizənin parlament üsullarına üstünlük verən Tiflis “Hüm-

mət” təşkilatının görkəmli üzvləri Azərbaycan Respublikasının 7 dekabr 

1918-ci ildə işə başlamış ilk parlamentinin sosialist fraksiyasına da daxil 

olmuşlar. 1920-ci ilin yanvarında bolşevik “Hümmət”, RK(b)P Bakı təşkilatı 

və “Ədalət” İran Sosial-Demokratik Partiyası Azərbaycan Kommunist par-

tiyasında birləşmişlər. Tiflis “Hümmət” təşkilatının bəzi nümayəndələri də 

1920-ci ildə bolşeviklərin sırasına qoşulmuşdur. 1918-ci il mart hadisələrin-

dən tam çaşqınlıq halına gələn bolşevik “Hümmət”in rəhbərləri şəhərin 

və onun ətrafının dinc müsəlman əhalisinin qırğınına qarşı etirazla çıxış 

etmişdir. Ümumiyyətlə götürdükdə isə, mart hadisələrinin qiymətləndiril-

məsində Bakı Sovetinin rəhbərlərinin mövqeyini dəstəkləmiş və baş ver-


387

QEYDLƏR


miş qanlı hadisələrin törədilməsində “Müsavat” partiyasını əsas müqəssir 

hesab etmişlər.

43

Milli Tatar polku - ilk milli (azərbaycanlı) hərbi hissələrindən biri. 



Bax: İlk müsəlman süvari polku.

44

Qlaz və Koqan xəstəxanası – tibbi müəssisə, Spasskaya küçəsi (Zər-



gərpalan) 2 ünvanında yerləşirdi. Hazırda həmin ünvanda Uroloji klinika-

nın binası yerləşir. 

45

Finkelşteyn Boris Konstantinoviç – tanınmış həkim, cərrah, tibb 



elmləri doktoru, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının xəstəxana-

sında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən açı-

lan universitetdə tibb fakültəsinin professoru olmuş, hökumət tərəfindən 

müasir tibb avadanlığının alınması üçün Qərbi Avropaya ezam olunmuş-

dur. Həmin ezamiyyətdən sonra öz səfəri və Qərbi Avropa tibb elminin na-

iliyyətləri haqqında ətraflı hesabat yazmışdır.

46

Şaumyan Stepan Georgiyeviç – (1878-1918), tanınmış bolşevik xadi-



mi, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri. 1917-ci ilin martında qi-

yabi surətdə Bakı fəhlə deputatları Soveti rəyasət heyətinin sədri seçilmiş, 

həmin ilin dekabrında Rusiya Sovet Federativ Sosialist Respublikası  Xalq 

Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə müvəqqəti fövqəladə ko-

missar təyin olunmuşdur. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları 

Sovetinin sədri. 1918-ci il martın 30-dan 31-nə keçən gecə azərbaycanlıla-

ra qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün “Bakı və onun rayon-

larında ali hərbi-siyasi orqan” adı ilə “İnqilabi Müdafiə Komitəsi” yarat-

mışdır. 1918-ci il Bakı mart hadisələri günlərində Bakı və onun ətraflarında 

azərbaycanlı əhalinin kütləvi qırğınlarını həyata keçirən bolşevik-erməni 

birləşmələrinin fəaliyyətini bilavasitə idarə etmişdir. Onun göstərişi ilə 

həmin günlər erməni-molokan qüvvələri Şamaxı və onun kəndlərində 

azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1918-ci il aprel ayının sonla-

rı-mayın əvvəlində onun təşəbbüsü ilə Amazaspın cəza dəstələri Quba qə-

zasına göndərilmiş və qəzanın müsəlman əhalisi kütləvi qırğınlara məruz 

qalmışdır. Azərbaycanlı qırğınlarına dair özünün nifrət dolu açıqlamaları 

ilə məşhurdur. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutun-

dan sonra “Sentrokaspi diktaturası” hökuməti tərəfindən həbs olunmuş, 

20 sentyabr 1918-ci il tarixində 26 Bakı komissarları sırasında Türkistanda, 

Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir. 

47

Seyidov Mir Əbdül Əziz Mir Seyfəddin oğlu (Əziz Alpoud) – (1895-



1988), Azərbaycan milli hərəkatının iştirakçılarından biri, hüquqşünas, 

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

388


Tartu və Xarkov universitetlərində təhsil almışdır. «Əhrar” partiyasının 

üzvü. 1918-ci il Bakıda mart hadisələri günlərində, Lənkəranda yerləşən 

müsəlman süvari polkunun zabiti kimi Bakıda ezamiyyətdə olmuş, bolşe-

vik-erməni hərbi hissələrinə silahlı müqavimət göstərmişdir, həmin ha-

disələr zamanı əmlakı qarət olunmuşdur, Fövqəladə Təhqiqat Komissiya-

sına ifadə vermişdir. 1918-1921-ci illərdə Azərbaycan Dəmir yol idarəsində 

hakim işləmişdir, 1921-ci ilin oktyabrında Bakıda bolşevik hakimiyyətinə 

qarşı üsyan hazırlayan gizli təşkilatın üzvü olmuş, üsyan ərəfəsində digər 

yoldaşları ilə birlikdə həbs olunmuşdur. Günahı sübut edilməsə də Sibirə 

sürgün edilmişdir. 4 il düşərgə həyatından sonra Azərbaycan milli qüvvələ-

rinin gizli təşkilatının köməyi ilə sürgündən azad olmuş, başqa adla Ba-

kıya gəlmiş və tezlikdə İrana mühacirət etmişdir. 1925-ci ilin sonlarında 

Türkiyəyə, daha sonra Almaniyaya getmişdir. 1926-27-ci illərdə Saksoniya-

da, Freyberq dəriçilik institutunda təhsil almış, dəri emalı üzrə mütəxəs-

sis kimi Türkiyəyə qayıtmışdır. Mustafa Kamal Atatürklə şəxsən tanış idi. 

1937-ci ildə Berlinə getmiş, Qafqazın mühacir təşkilatlarının fəaliyyətində 

iştirak etmişdir. 1939-cu ildə Türkiyəyə qayıtmış, ömrünün sonuna qədər 

burada yaşamış, öz ixtisası üzrə təcrübəli mütəxəssis kimi tanınmış, elmi 

fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan siyasi mühacirətinin Türkiyə və 

Avropadakı mərkəzləri ilə sıx təmas saxlamışdır. Türkiyənin Milliyyətçi 

Hərəkat Partiyasının üzvü olmuşdur. Bir neçə elmi əsərlərin və ədəbi tər-

cümələrin müəllifidir. Bütün həyatı boyu gündəlik yazmış, sonralar onla-

rı nəşrə hazırlamışdır. Həmin əlyazmalardan birinin əsasında 2011-ci ildə 

Bakıda Əziz Alpoud adı ilə “Həyatımın hekayətləri” adlı xatirələr kitabı (Za-

kir Sadaxlının tərcüməsi və tərtibi ilə) nəşr olunmuşdur. Böyük və taleyük-

lü hadisələrlə zəngin bir dövrü əhatə edən bu əsər parlaq publisist-memuar 

ədəbiyyatı nümunəsi olmaqla yanaşı, faktoloji baxımdan tarixi-mənbəşü-

naslıq əhəmiyyətinə də malikdir.

48

“Fantaziya” – hamam, Suraxanskaya küçəsində, Armyanskaya küçə-



sinin tini (Dilarə Əliyeva-Mirzə İbrahimov) yerləşirdi. 1918-ci il mart qır-

ğınları zamanı müsəlmanları əsir kimi oraya gətirmiş və işgəncələr ver-

mişlər. Hazırda – fəaliyyət göstərir. 

49

İran konsulu – Məhəmməd Said əl-Vəzarə Marağayi (1881- 1974) 



nəzərdə tutulur. İranın tanınmış siyasi və dövlət xadimi, 1940-cı illərdə baş 

nazir. 1918-ci ildə İranın Bakıda konsulu. Əslən Azərbaycan şəhəri Marağa-

dandır, uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası 

burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi 



389

QEYDLƏR


(Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və 

konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun 

binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S.Marağayi kon-

sulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə 

birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qır-

ğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehran-

da nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində 

şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və 

həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edil-

məsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən 

artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, 

bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart ha-

disələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi 

şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır. M.S.Marağayi böyük çətin-

liklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən 

sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə al-

mışdır. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələ-

ri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər 

şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki, 

Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunma-

sı sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək da-

vam etmişdir. 

50

Əmirov Tatevos Minayeviç – (1873-1918), “Daşnaksütun” partiyası-



nın üzvü, anarxist, terrorçu əməliyyatların rəhbəri. Qardaşı bolşevik Arsen 

Əmiryanın təsiri altında bolşeviklərlə əməkdaşlıq etmiş, süvari dəstəsinin 

komandiri olmuşdur. 1918-ci ildə Bakı və Şamaxıda xüsusilə ağır cinayətlər 

törətmiş erməni silahlı dəstələrinin rəhbərlərindən biri, müsəlmanların 

xeyriyyə cəmiyyəti binasını - “İsmailiyyə”ni şəxsən yandırmışdır. Stepan 

Lalayanla birlikdə Şamaxı şəhərinin üzərinə ikinci hücuma rəhbərlik et-

miş, şəhərin dağıdılmasında, yaşayış məhəllələrinin və məscidlərin yandı-

rılmasında, dinc əhalinin öldürülməsində şəxsən iştirak etmişdir. Bakının 

Türk-Azərbaycan qoşunları tərəfindən azad olunması ərəfəsində Bakı ko-

missarları ilə birlikdə “Türkmən” gəmisində Bakını tərk etmişdir. Gəminin 

kapitanı onun Həştərxana üzmək əmrini yerinə yetirməmiş və gəmi Kras-

novodska gəlmişdir. Burada komissarlarla birgə həbs edilmiş və 20 sent-

yabr 1918-ci il tarixdə 26 Bakı komissarları sırasında Zakaspi eser hökuməti 

tərəfindən güllələnmişdir.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

390


51

Qafqaz müsəlmanlarının qurultayı – 1917-ci il 15-20 aprel tarixdə 

Bakıda keçirilmişdir. Qurultayın təşəbbüskarlarından və təşkilatçıların-

dan biri 1917-ci il martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşki-

latlarının Müvəqqəti Komitəsi olmuşdur. Azərbaycanın siyasi partiyaları 

və ictimai təşkilatlarından başqa qurultayda Şimali Qafqaz, Gürcüstan, 

Ermənistan müsəlmanlarının nümayəndələri iştirak etmişlər. Qurultay-

da müzakirə olunan əsas məsələ Rusiyanın gələcək siyasi quruluşu və ki-

çik xalqların hüquqları idi. Rusiyanın siyasi quruluşu haqqında məruzə-

ni M.Ə.Rəsulzadə etmişdır. Qafqaz müsəlmanlarının milli-siyasi idealları 

ifadə olunan bu məruzə əsasında Qurultayın qəbul etdiyi qətnamədə Ru-

siya dövlət quruluşunun forması kimi müsəlman xalqlarının mənafeyini 

təmin edən federativ əsaslarla demokratik respublika hesab edilmişdir. 

Qurultayda həmçinin Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, mü-

haribəyə, Rusiyanın digər xalqlarına münasibəti, xalq təhsili, qadınların 

vəziyyəti, fəhlə və torpaq haqqında məsələlər də müzakirə olunmuşdur.

52

Təzəpir – Bakıda monumental cümə məscidi, Nabat xanım Rzayeva-



nın vəsaiti  hesabına, mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi 

əsasında 1905-1914-cü illərdə Nijnyaya Tazapirskya (Aşağı Təzəpir - Mirzə 

Fətəli) küçəsində tikilmişdir. Mart hadisələrinin elə ilk saatlarında “Təzə-

pir”in binası və məscidin ətrafındakı məhəllələr top atəşinə tutulmuşdur. 

“Təzəpir” məscidinin ətraf küçələri və həyətləri sakinlərin meyitləri ilə 

dolu idi. Qırğınlar qurtardıqdan sonra bütün meyitlər məscidin həyətinə 

yığılmış və  öz yaxınlarının cəsədlərini axtaran insanlar buraya gəlirmiş-

lər. Hazırda – fəaliyyətdə olan məscid.

53

Tağıyev Hacı Zeynalabdin Məhəmmədtağı oğlu - (1838-1924), Azər-



baycan sahibkarlığının görkəmli nümayəndəsi, neft sənayeçisi, milyonçu, 

ictimai xadim, xeyriyyəçi, maarifçi. 1877-ci ildə 2-ci, 1882-ci ildə 1-ci gildiya 

tacir rütbəsi almışdır. 1870-ci illərin sonunda 3 neft zavodunun sahibi idi. 

1886-cı ildə “H.Z.A.Tağıyev” şəxsi ticarət evi tikdirmiş, 1890-cı illərdə Şu-

şa-Yevlax dəmir yolu çəkilişi üzrə layihə təklif etmiş, “Kaspi” qəzetini almış, 

milli ziyalıları onun rəhbərliyinə cəlb etmiş, milli tekstil sənayesi, tikinti, 

kənd təsərrüfatı, balıqçılığın inkişafına sərmayə qoymuşdur. Bakıda telefon 

xətlərinin və şollar suyunun çəkilişi, ticarət pasajı (indiki Bakı univerma-

ğı), bank binası, Tağıyev teatrı (indiki Musiqili komediya teatrı), müsəlman 

qızları üçün ilk təhsil məktəbi (indiki AMEA Əlyazmalar İnstitutu) bina-

larının inşası onun adı ilə bağlıdır. Azərbaycan ziyalılarının bir çox nü-

mayəndələrinin, gələcək dövlət və siyasi xadimlərin – Nəriman Nərimanov, 



391

QEYDLƏR


Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Məşədi Əzizbəyov, Beh-

bud Ağa Cavanşir, Qarabəy Qarabəyov, Mirzə Davud Hüseynov, Xudadat bəy 

Məlik-Aslanov, Mir Həsən Vəzirov, Şövkət Məmmədova, Ruhulla Axundov 

və d. - təhsil haqqını ödəmiş, İran və Təbrizdə məşrutə hərəkatının (1905-

1911) iştirakçılarına maddi yardım göstərmişdir. AXC dövründə müstəqil 

milli hökumətin milli müstəqillik siyasətini dəstəkləmiş, təntənəli dövlət 

tədbirlərində iştirak etmişdir. 1918-ci ilin mart ayının ortalarında H.Z. Ta-

ğıyevin ailəsində baş vermiş faciə, müsəlman “Dikaya diviziya” polkunun 

zabiti olan oğlunun ölümü və dəfni, bolşevik-daşnak qüvvələri tərəfindən 

Bakı və Şamaxıda mart hadisələrinin törədilməsi üçün bəhanə kimi is-

tifadə edilmişdir. Bütün azərbaycanlılar üçün bu ağır vaxtda H.Z.Tağıyev 

İrandan gəmilərlə ərzaq məhsulları və ilk tələbat malları gətirdərək zərər-

çəkənlərə, Bakı və ətraf kəndlərin məzlum hala salınmış əhalisinə, habelə 

Şamaxı qaçqınlarına zəruri yardım göstərmişdir. Azərbaycanda Sovet ha-

kimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdiril-

mişdir. Ona Mərdəkandakı bağında yaşamağa izn verilmiş, Tağıyev 1924-cü 

il sentyabr 1-də həmin bağda vəfat etmişdir. H.Z.Tağıyevin Qorçakovskaya 

(H.Z.Tağıyev) küçəsi, 4 ünvanda yerləşən və bütün məhəlləni əhatə edən 

malikanəsi 1893-1902-ci illərdə mülki mühəndis İ.V.Qoslavski tərəfindən 

tikilmişdir. AXC dövründə bu evdə hökumətin ən hörmətli qonaqları qəbul 

olunmuşdur. Hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiya-

sının Azərbaycan tarixi muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi 

yerləşir.

54

Kaqanın müalicəxanası – qadınlar üçün tibbi müəssisə, M.F. Kaqa-



na məxsus idi, Kolyubakinskaya küçəsində, Mariinskaya küçəsinin tini, 

(N.Rəfibəyli- Rəsul Rza) yerləşirdi. 

55

Şamaxı məscidi – “Şirvanlılar” – Kamenistaya 103 (Bəşir Səfər oğlu), 



Persidskaya, (M.Muxtarov) küçələrinin tinində yerləşirdi. 1897-ci ildə, şəhə-

rin bu hissəsində məskunlaşan, xüsusilə Şamaxıda 1902-ci il zəlzələsindən 

sonra, şamaxılılar tərəfindən tikilmişdir. 1918-ci ilin mart hadisələrindən 

sonra on minlərlə Şamaxı qaçqını üçün sığınacaq yeri olmuşdur. Hazırda 

fəaliyyət göstərmir. 

56

Doktor Nərimanov – Nərimanov Nəriman Nəcəf oğlu – (1870 - 1925), 



görkəmli ictimai, siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim nəzərdə 

tutulur. Odessada Novorossiysk universitetində oxumuşdur. “Hümmət” 

təşkilatının üzvü, İran “İctimaiyyun-Amiyyun “Mücahid” partiyasının 

əsasını qoyanlardan biri. 1909-cu ilin əvvəllərində İranın inqilabi hərəka-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

392


tında iştirakına görə Tiflisdə həbs edilmiş, həmin ildə Həştərxana sürgün 

olunmuş, burada geniş ictimai-siyasi fəaliyyətini və həkimlik təcrübəsini 

davam etdirmişdir. Həştərxan Xalq universitetinin idarə heyətinin səd-

ri, 1919-cu ildə Həştərxan şəhər Dumasının üzvü olmuşdur. 1913-cü ildə 

Bakıya qayıtmışdır. 1917-ci ilin martında “Hümmət” (bolşevik) təşkilatı 

komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir, Bakı 

Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə daxil idi. 1917-ci il iyu-

lun 3-dən “Hümmət” qəzetinin redaktoru, oktyabrından Bakı şəhər Duma-

sının üzvü. 1917-ci il payızından - 1918-ci il yazına kimi Bakı bolşeviklə-

rini müdafiə etmiş, 1918-ci il mart hadisələri günlərində bolşevik-erməni 

qüvvələri tərəfindən həyata keçirilən və bütün Azərbaycan xalqına qarşı 

silahlı müharibəyə çevrilən milli düşmənçilik siyasətinin qarşısını alma-

ğa çalışmışdır. Qarşıdurmanın və şəhərdəki gərginliyin güclənməsinə yol 

verməmək məqsədilə onun martın 30-da təşkil etdiyi müsəlman sosia-

listləri ilə Şaumyan və Caparidzenin birgə yığıncağı nəticə verməmişdir. 

Nərimanovun öz mənzili erməni silahlı dəstələri tərəfindən basqına mə-

ruz qalmış, onun özü gizlənə bilmiş, qardaşı əsir götürülmüşdür. Sonradan 

yazdığı kimi, “bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə “Sovet 

hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Azərbaycan 

əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gələn Nərimanov Şaum-

yana, Caparidzeyə, Stalinə məktublarında mart hadisələrinə, sonradan isə 

bu cinayətlərin qəzalarda davam etdirilməsinə görə “1918-ci ildə Bakıdakı 

Sovet hakimiyyəti cavab verməlidir” yazmış, bu hadisələrin “Sovet haki-

miyyətini gözdən saldığını və ləkələdiyini” bildirmişdir. Bununla belə, hə-

min hadisələrin ümumən qiymətləndirilməsində bolşeviklərin mövqeyin-

dən çıxış etmiş, əsas müqəssirlər kimi milli partiyaları – “Daşnaksütun” 

və “Müsavat”ı göstərmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı 

şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü kimi silahlı er-

məni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstəri-

şini imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi müxa-

lifətdə olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsinin 

ilk günlərində AXC-nin bir çox siyasi və dövlət xadimlərinin sovet rəhbər-

liyi tərəfindən fiziki məhv edilməsi və repressiyalara məruz qalmasının 

qarşısını almış, onların mühacirət etməsinə şərait yaratmışdır. Azərbaycan 

Müvəqqəti İnqilab Komitəsinin sədri, sonra Azərbaycan SSR Xalq Komis-

sarları Sovetinin sədri olmuş, 1922-ci ilin martından Zaqafqaziya Sovet Fe-

derativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri olmuşdur. 


393

QEYDLƏR


1922-ci ilin dekabr ayından SSRİ MİK-nin 4 sədrindən biri - ZSFSR-dən sədr 

– seçilmişdir. 1925-ci il martın 19-da Moskvada vəfat etmiş, orada, Kreml 

divarının önündə dəfn edilmişdir.     

57

Mantaşev A.İ. və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1899-cu ildə 



təsis olunmuşdur. İdarə heyəti Tiflisdə idi, istehsalat fəaliyyətinin mərkəzi 

Bakı şöbəsi idi. Balaxanı, Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var 

idi. Keşlə kəndində neftayırma zavoduna, Ağ şəhərdə kerosin-yağ zavoduna 

və s. malik idi. Xaricə neft və neft məhsulları ixrac edirdi. Azərbaycan İnqi-

lab Komitəsinin 27 may 1920-ci il tarixli dekreti ilə milliləşdirilmişdir. 

58

1905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman 



(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz 

ərazisini əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı 

toqquşmalar nəzərdə tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrə-

van quberniyalarında 158 azərbaycanlı və 128 erməni kəndi dağıdılmış, 

müxtəlif hesablamalara görə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordu-

bad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 3 mindən 10 minədək insan, o 

cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.

59

Pitoyev və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1907-ci ildə təsis 



olunmuşdur. Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. 1920-ci 

ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

60

“Müsavat” - (ərəbcə bərabərlik), Azərbaycan milli-demokratik par-



tiyası, 1911-ci ildə Bakıda yaradılmışdır. İlk özəyini keçmiş hümmətçilər 

Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu) 

təsis etmişlər. Partiyanın ilk proqramı və nizamnaməsi qeyri-leqal kitab-

ça şəklində 1912-ci ildə nəşr olunmuşdur. 1913-cü ildən partiyanın dəyiş-

məz lideri Məhəmməd Əmin Rəsulzadə - Azərbaycanın görkəmli siyasi 

və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, Azərbaycan Milli Şurası-

nın sədri, Azərbaycan Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının 

sədri, jurnalist, siyasi publisist – olmuşdur. Məhəmməd Əmin Hacı Mol-

la Ələkbər oğlu Rəsulzadə (1884-1955), rus-tatar məktəbini və Bakı texniki 

məktəbini bitirmişdir. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adlı gənc 

azərbaycanlı gənclər dərnəyini yaratmış, 1904-cü ildə RSDFP nəzdində 

“Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak 

etmişdir, bu dövrün mətbuatında (“Hümmət”, “Təkamül”, “Yoldaş”, “İrşad”, 

“Tərəqqi” qəzetləri) fəal nəşr olunmuşdur. 1908-1911-ci illər İran inqilabın-

da iştirak etmiş, İran Demokrat Partiyasının yaradıcılarından biri, bu par-

tiyanın MK-nin üzvü, ilk Avropa tipli İran qəzetinin – “İrane-nou” – redak-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

394


toru olmuşdur. 1911-ci ildə Türkiyəyə mühacirət etmiş, burada “Türk ocağı” 

təşkilatına daxil olmuş, “Türk yurdu” jurnalında nəşr olunmuşdur. 1913-cü 

ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumi-

dən sonra Bakıya qayıtmış, “Müsavat” partiyasının rəhbərliyinə keçmiş-

dir. 1915-1918-ci illərdə “Açıq söz” qəzetini - “Müsavat” partiyasının faktiki 

orqanını buraxmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Qafqaz 

müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva 

(1917, may) qurultaylarında iştirak etmiş, onun məruzələri əsasında Ru-

siyanın federativ dövlət quruluşunun zəruriliyi haqqında qurultay qət-

namələri qəbul edilmişdir. 1917-ci ilin iyun ayında “Müsavat” “Türk Ədə-

mi-Mərkəziyyət” partiyası (1917-ci ilin aprel ayında Gəncədə yaradılmışdır) 

ilə birləşdikdən sonra, “Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın I qu-

rultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin sədri seçilmiş-

dir. Zaqafqaziya Seyminin işində iştirak etmiş, AXC-nin yaradıldığını elan 

edən Azərbaycan Milli Şurasının sədri seçilmişdir. Osmanlı dövləti ilə Ba-

tum danışıqlarında və müqaviləsinin bağlanmasında   (1918, 4 iyun) iştirak 

etmiş, bu müqaviləyə əsasən Türkiyə tərəfi Bakı Sovetinin bolşevik-daşnak 

hökuməti tərəfindən kütləvi qırğınlara məruz qalmış Azərbaycan xalqına 

hərbi yardım göstərmişdir. Beynəlxalq İstanbul konfransında (1918, iyun) 

Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Parlamenti-

nin yaradılmasında fəal iştirak etmiş, onun açılışında (1918, 7 dekabr) par-

laq nitq söyləmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

həbs edilmiş, Stalin tərəfindən azad edilərək Moskvaya göndərilmiş, orada 

Milli İşlər Xalq Komissarlığında işləmişdir. 1922-ci ildə gizli yolla Finlandi-

yaya keçərək oradan da Türkiyəyə mühacirət etmişdir. Mühacirət illərində 

(1922-1955) “Azərbaycan Milli Mərkəzini” (İstanbulda), “Müsavat” Partiya-

sının Xarici Bürosunu yaratmış, partiyanın Azərbaycandakı gizli təşkilat-

larının işini istiqamətləndirmiş, Parisdə “Prometey” təşkilatının yaradıl-

masında (1926) fəal iştirak etmiş, İkinci Dünya müharibəsinin ərəfəsində 

və illərində Azərbaycan mühacirətinin Polşada, Fransada, İsveçrədə, Alma-

niyada, Rumıniyada fəaliyyətinə rəhbərlik etmişdir. 1947-ci ildə Türkiyəyə 

qayıdaraq Azərbaycan Milli Mərkəzini (Ankara, 1949) yaratmış, Ümumi 

Qafqaz Konfransının (Münhen, 1952) işində fəal iştirak etmiş, 1953-cü ildə 

ABŞ-a səfər edərək “Amerikanın səsi” radiosu ilə AXC yaradılmasının 35 il-

liyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan siyasi 

publisistikasının parlaq nümayəndəsidir. 1903-1920-ci illərdə yalnız Azər-

baycan mətbuatında 1200-dən artıq məqalə nəşr etdirmişdir. Mühacirətdə 


395

QEYDLƏR


“Yeni Qafqasya” (1923), “Azəri türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” 

(1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1950) jurnallarını və “İs-

tiqlal” (1932) qəzetlərini buraxmış, bu nəşriyyələrdə yüzlərlə məqaləsi dərc 

olunmuşdur. “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Siyavuşu”, “Çağdaş 

Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Stalinlə ixtilal xa-

tirələri”, “İran türkləri”, “Qafqaz türkləri” və s. kitabların, “Azərbaycan şairi 

Nizami” elmi əsərinin müəllifidir. 1955-ci il martın 6-da Ankarada vəfat et-

mişdir. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası 1917-ci il Oktyabr inqi-

labından sonra milli-ərazi muxtariyyəti mövqeyində duraraq Azərbayca-

nın müstəqilliyi uğrunda çıxış etmişdir. Partiya Azərbaycan, Ermənistan 

və Gürcüstanın daxil olacağı Cənubi Qafqaz dövlətləri Konfederasiyası 

şəklində muxtariyyəti məqbul saymışdır. Partiyanın I qurultayında (1917, 

25-31 oktyabr) qəbul edilmiş proqramı fəhlə və torpaq, milli və dini, mülki 

hüquqlar və s. məsələləri əhatə edən 9 bölmədən və 76 bənddən ibarət idi.  

“Müsavat”ın fəal iştirakı ilə Zaqafqaziya Komissarlığı Seymi - Zaqafqaziya 

Demokratik Federativ Respublikası, ən nəhayət 1918-ci il 28 may tarixdə 

Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 1918 (sentyabr) – 1920 (aprel) 

illərdə partiya AXC koalisiya hökumət kabinələrinin özəyini təşkil etmişdir. 

Azərbaycan sovetləşdirildikdən sonra (1920, 28 aprel) respublikada partiya-

nın gizli təşkilatları fəaliyyət göstərmiş, onların üzvləri 1920-30-cu illərdə 

Sovet hakimiyyəti tərəfindən təqiblərə və həbslərə məruz qalmış, 1937-ci 

il repressiyalarından sonra partiyanın daxildə fəaliyyətinə son qoyulmuş-

dur. Partiyanın Xarici Bürosu Türkiyə, İran, Polşa və Fransanın müxtəlif 

şəhərlərində öz təşkilatlarını yaratmışdır. 1936-cı ildə Varşavada keçirilən 

partiyanın qurultay səlahiyyətli konfransında onun yeni proqramı qəbul 

edilmiş və yeni icra orqanı – Divan – seçilmişdir. Xarici Büro Azərbaycan 

mühacirətini vahid təşkilat ətrafında birləşdirməyə, Sovet rejimi və bolşe-

vizmə qarşı mübarizə aparan başqa xalqların xarici nümayəndəlikləri ilə 

əməkdaşlıq etməyə nail olmuşdur. 1918-ci il Bakıda mart hadisələri ərəfə-

sində “Müsavat” partiyası bolşevik hakimiyyəti ilə açıq hərbi qarşıdurma-

ya hazır olmadığı üçün toqquşmaların qarşısını almağa çalışmış, əhaliyə 

təmkinli olmaq, təxribatlara uymamaq çağırışları ilə müraciətlər etmişdir. 

Bir çox faktlar və hadisələrin gedişi mart qırğınlarının məhz “Müsavat” 

partiyası tərəfindən təhrik edildiyi kimi ittihamları təkzib edir. Partiyanın 

özü bu hadisələrin xarakterini Cənubi Qafqazın bütün müsəlman əhalisi-

nin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasət kimi müəyyən etmiş-

dir. Partiyanın mühacir mətbuatında, eləcə də M.Ə.Rəsulzadənin əsərlərin-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

396


də 1918-ci il hadisələri geniş və hərtərəfli işıqlandırılmış, siyasi mühacirət 

hər il 31 mart tarixini ümummilli matəm günü kimi qeyd etmiş, xatirə 

gecələri keçirmiş, “İstiqlal” qəzetinin (Münhen) 1933-cü il 1 aprel tarixli 31-

ci sayı tamamilə Bakıda 1918-ci mart hadisələrinin 15-ci ildönümünə həsr 

olunmuşdur.     

61

Aşurbəyov Bala-bəy Teymur-bəy oğlu - (1882—1937), tanınmış Azər-



baycan zadəgan nəslinin nümayəndəsi, neft sənayeçisi, milyonçu, xeyriy-

yəçi. Qardaşı Əli-bəylə birlikdə “Ə.-b. Və B.-b. Aşurbəyov qardaşları” neft-

çıxarma kompaniyasının sahibi. 1901-ci ildə təsis edilmiş bu kompaniya 

1914-cü il üçün ildə 1 milyon 684 pud neft hasil edirdi, mədənlərdə 200 

nəfərdən artıq fəhlə çalışırdı. Xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Aşurbə-

yov təqaüdçüləri arasında gələcək ictimai xadimlər – Mir Əsədulla Mirqa-

sımov, Hənifə Pirverdiyev, Ruhulla Axundov və b. var idi. Bakı şəhərində 

və ətrafında (Mərdəkanda) bir neçə mülkün sahibi idi. 1918-ci il mart ha-

disələrində ailəsi ilə birgə Sabunçuda gizlənməyə məcbur olmuşdu. Yaşadı-

ğı şəhər mülkünü tam talanlardan qızlarının mürəbbiyəsi fransız J.Qreylo 

xilas etmiş, evin girişinə Fransa bayrağı sancmaqla mülkün böyük hissəni 

qorumağa müvəffəq olmuşdu. Lakin erməni əsgərləri Bala-bəy və Əli-bəyin 

mənzillərini talan etmişdilər. Yalnız yarım ildən sonra, AXC hakimiyyəti 

zamanı B.b.Aşurbəyov ailəsi ilə birgə evinə qayıda bilmişdir. FTK-na ifadə 

vermişdir. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Aşurbəyovla-

rın bütün mülkiyyəti müsadirə edilmiş, hər iki qardaş həbs olunmuşlar. Az 

sonra N.Nərimanovun köməyi ilə həbsdən azad olunmuş və ailəsi ilə birgə 

İstanbula getmişdir. 1925-ci ildə ailəsi ilə vətənə qayıtmış, 1935-ci ildə keç-

miş sahibkar kimi həbs olunmuş və Karakandaya sürgün edilmişdir. 1937-

ci ildə Karakanda vilayəti üzrə UDİXK yenidən həbs olunmuş, həmin il 

avqustun 13-də Xüsusi Üçlük tərəfindən vətənə xəyanətdə ittiham edilərək 

ən yüksək  cəzaya – güllələnməyə məhkum edilmişdir. Ölümündən sonra 

bəraət almışdır.

62

Əsədullayev Mirzə Şəmsi oğlu - (1875 - 1936), sahibkar, ictimai xadim. 



Azərbaycanın neft sənayeçisi, milyonçu Şəmsi Əsədullayevin böyük oğlu. 

Əmək fəaliyyətinə atasının neft mədənlərində başlamışdır. Bakı müsəlman 

xeyriyyə cəmiyyətinin sədri. 1917-ci il fevral inqilabından sonra Müsəlman 

Milli Şurası Müvəqqəti İcraiyyə komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən 

Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri. Bu Şuradan Azərbaycan 

Cümhuriyyət Parlamentinə üzv seçilmişdir, “Müsavat” və bitərəflər fraksi-

yasına daxil idi. 3-cü Hökumət kabinəsində ticarət və sənaye naziri (1918, 


397

QEYDLƏR


dekabr –1919, mart) vəzifəsini icra etmişdir . Azərbaycan milyonçusu Musa 

Nağıyevin qızı ilə evli idi. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilmiş-

dir, qısa müddətdən sonra azad edilmiş, hökumətin rəsmi icazəsi ilə Fran-

saya getmişdir, Parisdə vəfat etmişdir.   

63

Şəmsi Əsədullayev – (1841–1913), iri sahibkar, neft sənayeçisi, icti-



mai xadim. Bakıda bir neçə neftayırma emalatxanası, Suraxanı, Sabunçu 

və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan 

gəmiləri vardı. Xeyriyyəçiliklə məşğul olmuşdur. “Nəşri-maarif” müsəl-

man maarifçilik cəmiyyətinin fəal üzvü. 1903-cü ildə Moskvaya köçmüş, 

Moskvada və Peterburqda sahibkarlıq fəaliyyəti, həmçinin xeyriyyəçiliklə 

məşğul olmuş, bir neçə mülk tikdirmiş, yoxsul təbəqələrin uşaqları üçün 

məktəb açdırmışdır. Moskvada Malaya Tatarskaya döngəsində tikdirdiyi 

evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamış-

dır. Bu binada tatar məktəbi, kitabxana, konsert salonu və yetimlər üçün 

uşaq evi fəaliyyət göstərmişdir. Ümumrusiya müsəlmanlarının 1-ci qurul-

tayında (1905, Nijni - Novqorod) iştirak etmişdir. Sahibkarlıq fəaliyyətinin 

coğrafiyası Xəzər dənizinin İran sərhədlərindən tutmuş Lodza qədər əhatə 

etmişdir. 1913-cü ildə Yaltada vəfat etmişdir.  

64

Qacar Mansur Mirzə Xanbaba Xan oğlu, şahzadə – (1869- 1931), hər-



bçi, türk-azərbaycanlı şah sülaləsi - Qacarlar nəslinin nümayəndəsi. Yeliza-

vetqradda (Kirovoqrad şəhəri, Ukrayna) kornet rütbəsində süvari məktəbi-

ni bitirmişdir. 1905-ci il Rys-Yapon müharibəsinin iştirakçısı, Port-Arturda 

döyüşmüş, iki ordenlə - ikinci dərəcəli Müqəddəs Anna və Müqəddəs Vla-

dimir – təltif olunmuşdur. Yaralanandan sonra Qafqaz hərbi dairəsinə 

xidmətə göndərilmişdir. Birinci Dünya müharibəsinin iştirakçısı. Döyüş 

meydanında göstərdiyi şücaətə görə qızıl silahla təltif olunmuş, 12 saylı 

Tver qusar polkunda xidmət etmişdir. 1917-ci il Fevral inqilabından sonra 

Bakıya qayıtmışdır. AXC dövründə ordu sıralarında xidmət etmişdir. Sovet 

hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Komissarları Sovetində 

müxtəlif mülki vəzifələrdə çalışmışdır. Mart hadisələri zamanı erməni əs-

gərləri tərəfindən saxlanılmış, dostlarının köməyi ilə ölümdən xilas olmuş, 

əsir aparılmışdır. Şahid və zərərçəkən qismində FTK-na ifadə vermişdir.

65

Kələntərov pasajı – Aşumovskaya meydanındakı (Gənclər meydanı) 



binada yerləşirdi, mağazaların üz tərəfləri eyni zamanda Nikolayevskaya 

(İstiqlaliyyət) və Olqinskaya (M.Ə.Rəsulzadə) küçələrinə çıxırdı. Sonralar 

binanın üst mərtəbələri tikilmişdir Sovet dövrüdə və hazırda bu binada 

Azərbaycan Həmkarlar İttifaqları Şurası yerləşir.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

398


66

“Dikaya diviziya”- “Vəhşi diviziya” - Birinci Dünya müharibəsi  döv-

ründə (1914-1918) Qafqazın yerli müsəlman əhalisindən təşkil edilmiş sü-

vari diviziya. Çar hakimiyyəti devrildikdən sonra diviziya Azərbaycana qa-

yıtmış və yaranmaqda olan milli silahlı qüvvələrin bir hissəsi olmuşdur.

67

“Dağıstan” – mehmanxana, Vrangelevskaya, Bazarnaya və Çelyayev-



skaya küçələrinin (Ə.Cavad, Azərbaycan və M.Dilbazi) kəsişməsində, Xan-

larovun evində yerləşirdi, “müsəlman” mehmanxanası sayılırdı, mart 

hadisələri günlərində tamamilə yandırılmışdır. Hazırda onun yerində beş-

mərtəbəli yaşayış binası yerləşir. 

68

Ermansın apteki – Velikoknyajeskaya küçəsində (M.E.Rəsulzadə) La-



layev pasajında yerləşirdi.

69

Hacı Əjdər bəy məscidi – “İttifaq” - Hacı Əjdər bəy Aşurbəyovun və-



saiti ilə, mülki mühəndis Zivər-bəy Əhmədbəyovun layihəsi əsasında 1912-

1913-cü illərdə Kanitapinskaya rayonunda, Krasnovodskaya və 8-ci Kani-

tapinskaya (S.Vurğun və Dağıstan) küçələrinin tinində tikilmişdir. Mart 

hadisələri günlərində məsciddə qonşu məhəllələrin sakinləri, əsasən, qa-

dınlar və uşaqlar gizlənsələr də, təqiblərdən qurtarmamış və erməni qul-

dur dəstələrinin zorakılığının qurbanı olmuşlar. Hazırda – fəaliyyətdə olan 

məscid.

70

Karvansara - Sisianovskaya küçəsində (Təbriz Xəlilbəyli) Lalayevlər 



ailəsinə məxsus binada yerləşən və öz icarədarının adı ilə tanınan “Abbas 

Eyvazovun karvansarası” nəzərdə tutulur. Bütün məhəlləni əhatə edən hə-

min binada müxtəlif kontorlar, idarələr, mağazalar da yerləşirdi. Sovet döv-

rü və hazırda həmin binada “Araz” kinoteatrı, ticarət obyektləri, mənzillər 

yerləşir. 

71

Doktor Nəriman bəy Nərimanov - Azərbaycanın görkəmli ictimai, si-



yasi dövlət xadimi, tazıçı, publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov 

nəzərdə tutulur. Ətraflı bax: Doktor Nərimanov. 

72

“Təbriz” – mehmanxana, Hacı Hacıağaya mənsub idi, “müsəlman” 



mehmanxanası hesab edilirdi. Nikolayevskaya (İstiqlal) küçəsindəki bina-

da, “İsmailiyyə”nin yaxınlığında yerləşirdi. Sonradan sökülmüşdür. İndi 

həmin yerdə - M.Ə.Sabır bağı yerləşir. 

73

«Evropa” – “Avropa” mehmanxana, Lalayevski keçidində (Natəvan 



döngəsi) Lalayevlər ailəsinə məxsus ikimərtəbəli binada yerləşirdi. Onun 

yaxınlığında, Milyutinskaya küçəsində (T.Əlyarbəyov) Musa Nağıyev tərə-

findən “Novo-Evropa” adlı yeni üçmərtəbəli mehmanxana tikildikdən son-

ra, “Staro-Evropa” adlandırılmışdır. Hazırda – yaşayış evi. Üstü yenidən ti-



399

QEYDLƏR


kilmiş “Novo-Evropa” – “Göy-göl” mehmanxanasının binasında “Luk-oyl” 

Rusiya neft şirkətinin Bakı nümayəndəliyi yerləşir.

74

İngilis qoşunlarının qərargahı nəzərdə tutulur. 1918-ci il avqustun 



əvvəllərində Sentrokaspi Diktaturası hökumətinin dəvəti ilə Şimalı İranda 

Britaniya qoşunlarının komandiri general-mayor Denstervilin rəhbərliyi 

altında Bakıya gəlmişdir. Bu qoşunlar Türk-Azərbaycan hərbi qüvvələrinə 

qarşı Bakının müdafiə olunmasında  hökumətə kömək etməli idi. 1918-

ci il sentyabrın 14-də Bakının azad edilməsi ərəfəsində cəbhə xəttini tərk 

edərək İrana qayıtmışlar. 

75

Mirbax Vilgelm – (1871-1918), qraf, alman diplomatı. 1915-1917-ci illərdə 



Afinada alman səfiri. Brest-Litovskda Sovet Rusiyası ilə danışıqlarda iştirak 

etmişdir. Brest sülhü imzalandıqdan sonra, 1918-ci ilin aprelindən - Mos-

kvada alman səfiri. 1918-ci il 6 iyulda sol “eserlər” tərəfindən – bu yolla Al-

maniya ilə Sovet Rusiyası arasında silahlı münaqişə yaratmaq məqsədi ilə 

- öldürülmüşdür. FTK sənədləri arasında Mirbaxın qatillərinin ermənilər 

olduğuna dair şəhadət vardır. 

76

“Bibiheybət” – şiə müsəlmanların möhtəşəm ziyarətgahı – qədim Bi-



biheybət məscidi. Xəlifələrin təqibindən qaçan Yeddinci imam - Musa Ka-

zımın qızı Həzrəti Həkimə xanımın sərdabəsi üzərində tikilmişdir. Müqəd-

dəs qəbirlərin sayına görə - burada Məhəmməd Peyğəmbərin nəslinin dörd 

nümayəndəsi dəfn olunmuşdur – islam dünyasında bənzər ziyarətgahlar 

arasında üçüncü yeri tutur. Məscidin VIII əsrin sonlarına aid olan ilkin ti-

kilisi qalmamışdır. Keçən əsrlər ərzində məscid-kompleks Səfəvi hakimləri, 

Şirvanşahlar tərəfindən bir neçə dəfə bərpa edilmişdir. XX əsrin əvvəllərin-

də Bakı xeyriyyəçisi Dadaşovun vəsaiti ilə sərdabədən şimalda yeni məscid 

binası tikilmiş, sərdabə və köhnə məscid yenidən qurulmuşdur. 1936-cı ilin 

sentyabr ayında Sovet hakimiyyətinin dinə qarşı apardığı kampaniyanın 

gedişində Bibiheybət məscidi partladılmışdır. 1998-ci ildə Azərbaycan Pre-

zidenti Heydər Əliyevin sərəncamı ilə məscidin yenidən tikilməsinə baş-

lanmışdır. 14 iyul 2008-ci il tarixdə “Bibiheybət” kompleksinin  açılışı ol-

muşdur.


77

«Rekord” – kinoteatr, Bolşaya Morskaya (Bülbül pr.) küçəsi, Birjevaya 

meydanında (Sahil) yerləşirdi. 1912-ci ildə dairəvi formada taxtadan tikil-

miş bina əvvəlcə sirk üçün nəzərdə tutulmuş, 1914-cü ildə yenidənqurma 

işlərindən sonra 2000 nəfər tamaşaçı tutumu olan kinoteatra çevrilmiş-

di. Mart hadisələri günlərində kinoteatrın binasına əsir götürülmüş azər-

baycanlılar gətirilirdi. Erməni əsgərlərinin binanı, içərisindəki insanlarla 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

400


birlikdə yandırmaq cəhdinin qarşısı qırmızı qvardiyaçılar, rus əsgərləri 

tərəfindən alınmışdır. Kinoteatrın binası 1923-cü ildə, yerləşdiyi keçmiş 

Birjevaya meydanının (1917-ci ildən “Hürriyyət” meydanı, 1920-ci ilin 

sentyabr ayında Aşqabaddan Bakıya gətirilmiş komissarların cəsədlərinin 

dəfnindən sonra 26 Bakı Komissarı meydanı) genişləndirilməsi və yenidən 

qurulması ilə əlaqədar sökülmüşdür.

78

“İsgəndəriyyə” – mehmanxana, Bazarnaya və Kolyubakinskaya 



küçələrinin kəsişməsində (Azərbaycan, N.Rəfibəyli) yerləşirdi, Hacı Məm-

məd Sadıq Zərbəliyevə məxsus idi, “müsəlman” mehmanxanası sayılırdı. 

1918-ci il mart hadisələri günlərində bütünlüklə yandırılmışdır. Hazırda bu 

binanın yerində çoxmərtəbəli yaşayış binası yerləşir.  

79

“İslamiyyə” – mehmanxana, Bazarnaya küçəsində, Quberniya və Poç-



tovaya küçələrinin kəsişməsində (Azərbaycan, Nizami, S.Tağızadə) yerləşir-

di. 1884-1885-ci illərdə mülki mühəndis N.P.Tverdoxlebov və A.S.Kandinov 

tərəfindən tikilmişdir. Hacı Mustafa Rəsulova məxsus idi, “müsəlman” 

mehmanxanası sayılırdı. 1918-ci il mart hadisələri günlərində bütünlüklə 

yandırılmışdır. Hazırda bu binada mənzillər, ticarət obyektləri yerləşir.   

80

“Hacınski-Çələkən” – aksioner cəmiyyəti, tanınmış Bakı sənayeçisi 



və xeyriyyəçi İsa bəy Hacınskiyə (1861-1919), məxsus idi. Bakı şəhər Duma-

sının və Bakı qradonaçalnikliyində Barışdırıcı komissiyanın üzvü, Bakı 

birjasında arbitraj komissiyasının üzvü, fəxri barışdırıcı hakim İ.b.Hacıns-

ki bir neçə neft sənayesi və ticarət firmalarının və kompaniyalarının, Ab-

şeronda və Çələkən yarım-adasında (Zakaspi vilayəti) neft mədənlərinin, 

kerosin zavodu, balıq vətəgələri və s. mülkiyyətçisi idi. “Hacınski-Çələkən 

neft kompaniyası”na 1.25 milyon funt-sterlinq ingilis kapitalı mənsub idi.   

81

Yeni gömrük – yeni, ikinci Bakı gömrükxanasının binası 1-ci Çernoqo-



rodskaya və 2-ci Zavodskaya (Y.Səfərov – F.Qəmbərov) küçələrinin tinində 

yerləşirdi. Köhnə gömrükxana – Naberejnaya II Aleksandra (Neftçilər pros-

pekti), 47 ünvanda idi. Mart qırğınlarından sonra yaxın küçələrdən meyit-

lər bu binanın həyətinə yığılmışdı və öz doğmalarını axtaran insanlar ora-

ya gəlirdilər. 

82

“Vulkan” – mexaniki çuqun-mis tökmə zavodu, Çornıy Qorodda (Qara 



şəhər), 10-cu Zavodskaya (Ələddin Quliyev) küçəsi 10-da yerləşirdi. Mart ha-

disələrindən sonra erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə öldürül-

müş minlərlə insanın meyitləri bu zavodun həyətinə yığılmışdı. Onların 

çoxunu tanımaq mümkün deyildi. Öz doğmalarını axtaran insanlar bura-

ya gəlirdilər.


401

QEYDLƏR


83

“Bahi” – minarəsiz məscid, yaxud ibadət evi. XIX əsrin ikinci yarısın-

da İranda yaranmış “bəhailik” dini təliminin tərəfdarlarına mənsub idi. Bu 

təlimin banisi – Bəhaulla kimi tanınan Mirzə Hüseyn Əli, müqəddəs kitabı 

– “Kitab-e Əqdəs” olmuşdur. Məscid-mədrəsə bəhailərin, o cümlədən Bakı 

neft sənayeçisi Musa Nağıyevin vəsaitinə tikilmiş, Çadrovaya küçəsi (Mir-

zağa Əliyev) 216 saylı kiçik bir evdə yerləşirdi. Küçə tərəfdən evin baş qapısı 

üzərində fikrə dalmış nurani bir qocanın - bir növ Şeyx Bəhaullanın qo-

relyefi həkk edilmişdi. Sənəddə göstərilən ərazidə - “Poxlı Dərə”də bu adda 

məscid olmamışdır. Güman etmək olar ki, söhbət ibadət evindən gedir.

84

“Neft” – Ruskoye Tovarişestvo – Rus Birliyi - şirkət, 1883-cü ildə təş-



kil olunmuş, fəaliyyətə nəqliyyat və ticarət müəssisəsi kimi başlamış, son-

ralar Bakı mədən rayonunda mədənlər və zavodlar almış, neft hasilatı və 

emalı ilə məşğul olmuşdur. Bakının Sabunçu, Suraxanı kəndlərində, həm-

çinin Qroznı, Fərqanə və Uxtada mədənləri var idi, baş idarəsi Peterburqda 

yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin dekreti ilə 27 may 1920-ci il ta-

rixdə milliləşdirilmişdir.

85

Hürriyyət meydanı – 1918-ci ildə Birjevaya meydanı adlanırdı, hazır-



da Sahil bağı. 

86

Mixaylovskaya xəstəxanası – Balaxanskaya küçəsində, Tatarskaya 



küçəsinin tini, (Füzuli, Əlimərdan bəy Topçubaşov) yerləşirdi. Bakıda ən 

qədim tibb müəssisəsi, müqəddəs Nina məktəbi Nikolayevskaya küçəsin-

dəki yeni binaya köçdükdən sonra, onun binasını tutmuşdu. Xəstəxananın 

geniş ərazisində müxtəlif vaxtlarda (1881-1913) N.A. fon der Nonne, İ.V.Qos-

lavski, Zivər bəy Əhmədbəyovun layihələri əsasında ayrı-ayrı korpuslar 

tikilmişdir. Hazırda – binada doğum evi yerləşir. 1918-ci il mart qırğınları 

qurtardıqdan sonra  ətraf ərazilərdə öldürülmüş müsəlmanların meyitləri-

ni xəstəxananın həyətinə yığmışlar, qohumları öz yaxınlarının cəsədlərini 

burada axtarırdılar.  

87

Tağıyev pasajı – H.Z. Tağıyevə mənsub ticarət müəssisəsi, Velikoknya-



jeskaya – Olqinskaya (M.Ə.Rəsulzadə) küçəsində, Merkuryevskaya və Bara-

tinskaya (Z.Əliyeva, Ə.Əlizadə) küçələrinin tinində 4 saylı binada yerləşirdi. 

1896-1898-ci illərdə mülki mühəndis K.B.Skureviç tərəfindən tikilmişdir. 

Sovet dövründə - Bakı univermağı, hazırda – mağazalar şəbəkəsi. Pasajla 

üzbəüz Velikoknyajeskaya – Olqinskaya küçəsində yerləşən və 1912-ci ildə 

mülki mühəndis K.A.Borisoqlebski tərəfindən tikilmiş “Olqinskaya cər-

gələri”ndə ticarət-məişət obyektləri, restoranlar və s. yerləşirdi. Sovet döv-

ründə və hazırda bu binada Xəzər Gəmiçiliyi idarəsi yerləşir. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

402


88

Şəhər Nəqliyyatı müəssisəsi (Qorodskoy oboz) – 5-ci və 6-cı Kanita-

pinskaya küçələrinin arasında, Tatyaninskaya küçəsinin tinində (V.Plotni-

kov, Y.Tağızadə, S. Hacıbəyli) yerləşirdi. 

89

Müqəddəs Nina məktəbi – Bakıda qadın təhsil müəssisəsi. Nikolayev-



skaya küçəsi, (İstiqlaliyyət) 33 ünvanlı binada yerləşirdi. Keçmiş xəstəxana 

binası, 1880-cı ildə mülki mühəndis D.Buynov tərəfindən yenidən qurul-

muş, bir neçə korpus birləşdirilərək Müqəddəs Nina təhsil müəssisəsi üçün 

yararlı edilmişdir. Hazırda - 132 və 134 saylı orta ümumtəhsil məktəblərinin 

binası.

90

Biçeraxovun dəstəsi - Birinci Dünya müharibəsində çar Rusiyasının 



İran ərazisində apardığı hərbi əməliyyatlarda iştirak edən kazak dəstə-

si. Oktyabr çevrilişindən sonra buraxılmışdır. İrandakı ingilis hərbi qüv-

vələrinin komandanlığı polkovnik L.Biçeraxovun (osetin kazaklarından) 

başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsini öz tərəfinə çəkmişdir. İngilis 

generalı Denstervilin gizli tapşırığını yerinə yetirən Biçeraxovun dəstəsi 

Bakı Xalq Komissarlar Sovetindən türk qoşunlarına qarşı birgə əməliyyat 

aparmaq üçün razılıq alaraq, 1918-ci il 5 iyulun 5-də Ələt stansiyası yaxın-

lığında Xəzər sahilinə çıxmışdır. Ermənilərdən ibarət Qırmızı Ordu tərə-

findən hərbi yardım almayan Biçeraxovun dəstəsi, məğlubiyyətə uğramaq 

təhlükəsi qarşısında iyulun 30-da ona tapşırılmış cəbhə xəttini tərk etmiş 

və Dağıstanda antisovet qoşunları ilə birləşmək üçün Port-Petrovsk (Ma-

haçqala) istiqamətinə yönəlmişdir. General Biçeraxovu həmin qərarın qə-

buluna sövq edən səbəblərdən biri də Şaumyanın başçılıq etdiyi Bakı Xalq 

Komissarlar Soveti ilə əlaqələrinin həddindən artıq pozulması idi. İngilis 

generalı Denstervilin şəhadətinə görə “Bakıda onun hərəkətlərini məkrli 

hesab edir, özünü isə xain adlandırırdılar; ancaq biz özümüz də bu insan-

ların hansı qəbildən olduğunu yalnız sonralar anladıq və qoşunlarımızı 

faydasız qurban getməkdən xilas etmək üçün Bakını tərk etməyə məcbur 

olduq”. 1918-ci il noyabrın 17-də Biçeraxovun hərbi dəstəsi ingilis qoşun-

ları ilə birgə yenidən Bakıya daxil olmuşdur. Bu dəfə onun hərbi qüvvəsi-

nin əksəriyyəti Bakı azad edildikdən sonra şəhərdən qaçmış ermənilərdən 

ibarət idi. Dəstə ilə birlikdə Bakı, Şamaxı və Petrovskda müsəlman qırğınla-

rının bəzi təşkilatçıları da Bakıya qayıtmışlar. Nəzarətsiz dəstə Bakı və ətraf 

kəndlərin sakinlərinə qarşı öz azğınlığı və qəddarlığı ilə fərqlənmiş, hətta 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də təhqir etmək hal-

larına yol vermişdir. Denikinin Könüllü ordusu komandanlığına tabe olan 

Biçeraxovun dəstəsinin Bakıda qalmasında maraqlı olmayan ingilis ko-


403

QEYDLƏR


mandanlığı, Biçeraxovun dəstəsinin və erməni hərbi hissələrinin tərksilah 

olunması və şəhərdən çıxarılması haqqında AXC Hökumətinin notasını 

dəstəkləmişdir. L. Biçeraxov təltif olunmaq adı ilə Londona dəvət edilmiş, 

onu əvəz edən general Erdeliyə isə 1919-cu il fevralın 28-də öz qoşunlarını 

24 saat ərzində Azərbaycan ərazisindən çıxarmaq haqqında ultimatum ve-

rilmişdir. Ultimatum dərhal yerinə yetirilmişdir.

91

Şaxsey- vaxsey - Kərbəla döyüşündə (680-ci il) dördüncü xəlifə Əlinin 



oğlu İmam Hüseynin öldürülməsi münasibətilə şiə müsəlmanların məş-

hur dini matəm ayini (qəməri təqviminin birinci ayı  – məhərrəmin ilk on 

günü keçirilir). Şaxsey-vaxsey ayini Əli və Hüseynin həyatından bəhs edən 

və Kərbəla qırğınları təsvir olunan şəbihlər və “Şah Hüseyn, Vay-Hüseyn” 

qışqırıqları ilə özünə işgəncə verməklə  Hüseynin dəfnini təqlid edən mə-

rasimlə müşayiət olunur. 

92

Yefimov qardaşlarının sirki - taxta bina, Birjevaya küçəsində (Üzeyir 



Hacıbəyov) yerləşirdi. 1920-ci illərin sonlarında sökülmüşdür. Hazırda hə-

min yerdə Rabitə Nazirliyinin binası yerləşir.

93

Vəzirov Mir Həsən Seyid Kazım oğlu - (1889-1918), siyasi xadim, sol 



eser. 1917-ci ildən bolşeviklərlə əməkdaşlıq etmişdir. Müsəlman ictimai təş-

kilatları İcraiyyə Komitəsinin katibi (1917-ci il 14 iyuldan), Bakı Sovetinin 

yeni İcraiyyə Komitəsinin üzvü (1917-ci ilin noyabrından), Bakı qəzası kəndli 

deputatların I qurultayının İcraiyyə Komitəsi sədrinin müavini (may 1918). 

Bakı Xalq Komissarları Sovetinin tərkibində torpaq komissarı kimi torpaq 

haqqında dekreti imzalamışdır. 1918-ci il 20 sentyabr tarixində 26 Bakı ko-

missarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir. 

94

Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil oğlu – (1864 - 1928), ta-



nınmış maarifçi, pedaqoq, Bakı şəhər Dumasının üzvü. Sultan Məcid Qəni-

zadə ilə birlikdə Bakıda 1887-ci ildə rus-tatar məktəbinin yaradıcılarından 

biri, İçəri şəhərdə (Qalada) ilk rus-tatar məktəbinin direktoru, 1905-1916-cı 

illərdə 2-ci dərəcəli Bakı şəhər məktəbinin direktoru. Bakı şəhər Dumasın-

da məktəblər komissiyasının üzvü, Azərbaycan müəllimlərinin I qurul-

tayının nümayəndəsi. 1916-cı ildən pedaqoji fəaliyyətdən uzaqlaşmışdır. 

Sovet hakimiyyətinin ilk illərində (1921-1927) Ali pedaqoji institutun direk-

tor müavini işləmişdir. 1928-ci ildə Bakıda vəfat etmişdir. 1918-ci il Bakıda 

mart hadisələri günlərində onun evi ermənilər tərəfindən qarət olunmuş-

dur, qızı FTK-na ifadə vermişdir.  

95

Bakı Neft Sənayeçiləri Qurultayı Şurası - Bakı neft sənayeçiləri qu-



rultayının daimi icra orqanı, Rusiya burjuaziyasının 1884-cü ildə Bakıda 

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

404


yaradılmış ilk sahibkar təşkilatlarından biri. Həmin il Bakıda keçirilmiş 

Bakı neft sənayeçilərinin I qurultayında yaranmışdır. Hər il çağırılan qu-

rultayların məqsədi bütövlükdə Bakı neft sənayeçilərinin geniş maraq da-

irəsinə daxil olan məsələlərin müzakirəsi və neft sənayeçilərinin məna-

feyinin hökumət orqanları qarşısında müdafiə edilməsi idi. Əvvəllər Şura 

neft istehsalçılarının geniş dairəsinin maraqlarını əks etdirmişdir. Lakin 

tezliklə senz sisteminin (hüquqi məhdudiyyətlər) tətbiqi nəticəsində qu-

rultaylarda və onların orqanlarında rəhbər mövqelər iri firmalara keçmiş-

dir. Uzun illər ərzində (1890-cı ildən başlayaraq) Şuraya ermənilər, o cümlə-

dən P.O. və A.O.Qukasov qardaşları rəhbərlik etmişlər. 1918-ci ildə Bakı Xalq 

Komissarları Soveti onun fəaliyyətini nəzarətə götürmüşdür. Azərbaycan 

İnqilab Komitəsinin 1920-ci il 27 may tarixli fərmanı ilə ləğv edilmişdir. 

96

Tatarlar – azərbaycanlılar nəzərdə tutulur. Çar Rusiyası hakimiyyəti 



dövründə azərbaycanlıları belə adlandırırdılar.

97

Aleksandr-Nevski kilsəsi - pravoslav kilsə, 1888-1898-ci illərdə Persi-



dskaya küçəsində (M.Muxtarov ) memarlıq üzrə akademik R.R. Marfeldin 

layihəsi (Novoafon kilsəsinin surəti) əsasında, mülki mühəndis İ.V. Qoslav-

ski tərəfindən inşa edilmişdir. 1888-ci ildə Bakıda kilsənin təməl qoyma 

mərasimində Rusiya imperatoru III Aleksandr iştirak etmişdir. Kilsə 1920-

ci illərin sonlarında Sovet hökumətinin dinə qarşı mübarizə kampaniya-

sının gedişində partladılmış, onun bünövrəsində 1950-ci illərdə bir neçə 

məktəb binaları tikilmişdir. Hazırda həmin binalarda 189, 190 nömrəli və 

Bülbül adına məktəblər yerləşir.

98

Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu- (1863-1934), görkəmli 



ictimai, siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilə-

rindən biri. AXC parlamentinin sədri (1918-ci il 7 dekabr - 1920-ci il 28 ap-

rel). “Kaspi” qəzetinin baş redaktoru, Bakı şəhər Dumasının üzvü, Rusiya 

imperiyasının müsəlman liderlərindən biri, Rusiya imperiyasının müsəl-

man qurultaylarının təşkilatçısı və fəal iştirakçısı, Bakı Quberniyasından 

I Dövlət Dumasının deputatı. AXC dövründə yerinə yetirdiyi vəzifələr: hö-

kumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, 1918-ci il avqustun 20-

dən xarici işlər naziri. Avqustun 23-dən AXC-nin fövqəladə səfiri və səla-

hiyyətli naziri kimi İstanbula ezam olunmuşdur. 1918-ci il dekabrın 7-də 

qiyabi olaraq Azərbaycan Parlamentinin sədri seçilmişdir. 1918-ci ilin de-

kabrın 28-də Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin 

sədri təyin olunmuşdur. 1919-cu il mayın 28-də AXC-nin yaranmasının bi-

rinci ildönümü günü ABŞ prezidenti Vudro Vilsona Memorandum və Cə-


405

QEYDLƏR


nubi Qafqazda ilk demokratik müsəlman dövləti haqqında materialları, o 

cümlədən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini təqdim etmişdir. 

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

Parisdə mühacirətdə qalmış, Azərbaycan mühacirətinin siyasi həyatında 

fəal iştirak etmişdır. 1934-cü ildə Parisdə vəfat etmişdir. Mart hadisələri za-

manı erməni əsgərləri tərəfindən həbs olunmuşdur.

99

Mamona - bəzi qədim xalqlarda sərvət, dövlət allahı, tamahkarlıq, ac-



gözlük mənasında da işlədilir.

100


Larionovun xəstəxanası – doktor P.A.Larionovun cərrahlıq və qadın 

xəstəxanası, Bazarnaya və Qubernskaya küçələrində (Azərbaycan və Niza-

mi) yerləşən tibbi müəssisə. Bakının keçmiş İctimai Şəhər rəisi, andlı ic-

lasçı Y.N.Smirnovun xanımına məxsus idi. Hazırda – stomatoloji klinika.

101

Korqanov (Korqanyan) Qriqori Nikonoviç – (1886-1918), bolşevik 



xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu təşkilat-

larının yaradılmasında fəal iştirak etmişdir. 1918-ci il martın 30-dan 31-

nə keçən gecə azərbaycanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmək 

üçün “Bakı və onun rayonlarında ali hərbi-siyasi orqan” adı ilə yaradılmış 

“İnqilabi Müdafiə Komitəsi”nə daxil idi. Bakıda 1918-ci ilin mart hadisələri 

günlərində dinc azərbaycanlı əhalisinə qarşı şəhərin müsəlman hissələ-

rində hərbi əməliyyatlar aparan Qızıl Ordunun bolşevik-daşnak briqadala-

rının hərbi əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı 

Xalq Komissarları Sovetində hərbi-donanma işləri üzrə xalq komissarı. Şa-

umyanla birlikdə Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilmə-

si haqqında qərar qəbul etmişdir. Bakının azad olunması uğrunda gedən 

döyüşlərdə Türk-Azərbaycan silahlı qüvvələrinə qarşı hərbi əməliyyatların 

təşkilatçılarından biri olmuşdur. 1918-ci il sentyabrın 20-də 26 Bakı Komis-

sarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir. 

102

Əhmədov Əsədulla – (?-?), tanınmış ictimai-siyasi xadim, Bakı şəhər 



Dumasının üzvü. Bakı müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 

“Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin təsisçilərindən biri. 

Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü. Azər-

baycan Xalq Cümhuriyyəti dövründə AXC Parlamentinin deputatı. Bitərəf-

lər fraksiyasına daxil idi, bu fraksiyada baş vermiş parçalanmadan sonra 

“Müsavat” fraksiyasına keçmişdir.

103

Kojemyako D.İ. – ( ? - ? ), bolşevik, RSDFP üzvü, peşəsi üzrə çilingər, 



bir sinifli xalq məktəbini bitirmişdir. Partiya tapşırığı ilə həmkarlar ittifaq-

larında, həmçinin istintaq orqanları, hərbi tribunallar, əmək məhkəmələ-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

406


rində müstəntiq işləmişdir. 1918-ci ildə Bakıda bolşevik hakimiyyətinin 

Bakı və Şamaxı hadisələrindən sonra, əsasən müsəlman əhalisini, xüsusilə 

Bakıya və Azərbaycanın digər qəzalarına axışmış minlərlə Şamaxı qaçqın-

larını sakitləşdirmək məqsədilə yaratdığı Fövqəladə Hərbi Təhqiqat Komis-

siyasının (FHTK) sədri təyin edilmişdir. Komissiya Stepan Lalayev başda 

olmaqla erməni hərbi hissələrinin Şamaxının dinc müsəlman əhalisinə 

qarşı törətdikləri amansız vəhşilikləri, o cümlədən içi qadın və uşaqlarla 

dolu Şamaxı məscidinin tamamilə yandırılması faktlarını araşdırmalı idi. 

Komissiyaya daxil olan, o cümlədən Şamaxının rus keşişindən alınmış 

sənəd-şəhadətlər əsasında Kojemyako istintaq apararaq S.Lalayevi həbs et-

mişdir. Lalayev elə kabinetdən S.Şaumyana zəng etmiş, Kojemyakonu tele-

fona çağıran Şaumyan onu “bu nə oyunlardır, Lalayevi həbs etmək ayıbdır” 

deyə məzəmmət etmişdir. S.Lalayev azadlığa buraxılmış, bir neçə gündən 

sonra FHTK ləğv edilmişdir. Sovet dövrü Kojemyako yenidən Ədliyyə Xalq 

Komissarlığı (ƏXK) orqanlarında işə göndərilmişdir. Hüquq kurslarında 

dərs demiş, Sovet Ticarət İşçiləri İttifaqında hüquq məsləhətçisi işləmiş-

dir. 1926-cı ildə ƏXK-da qanunvericilik şöbəsinə hüquq məsləhətçisi təyin 

edilmişdir. 1927-ci ilin yanvarında bu sahədə zəruri nəzəri və praktiki bilik-

lərə malik olmadığını əsas gətirərək işləməkdən imtina etmişdir: “Mənim 

ƏXK-na öz iradəmlə deyil, partiya tərəfindən göndərildiyim üçün... hesab 

edirəm ki, mən kommunist kimi partiya qarşısında bütün öhdəliklərimi 

yerinə yetirmişəm və mənim ƏXK-da bundan sonrakı fəaliyyətim onun bü-

dcəsi üçün artıq xərcdir. Məvacib alıb, heç bir fayda gətirməməyi isə mən 

namuslu kommunist kimi bacarmıram...” Lakin, ƏXK Az.KP MK-nın razılı-

ğı olmadan Kojemyakonun işdən azad olunmaq barədə xahişini yerinə ye-

tirməmiş, onun özbaşına işə gəlməməyi isə partiya intizamının pozulması 

kimi qiymətləndirilmişdir. Kojemyakonun Bakı şəhəri üzrə Xalq hakimi 

vəzifəsinə keçirilməsi məsələsi - bu orqanda “bir nəfər də partiya üzvünün 

olmadığı” nəzərə alınmaqla – müzakirə olunmuşdur. Sonrakı taleyi məlum 

deyildir.      

104

Heydərov İbrahim Qasım bəy oğlu – (1879 - ?), yol mühəndisi, Dağıs-



tandan və Zaqatala dairəsindən III Dövlət Dumasının deputatı, sosial-de-

mokrat fraksiyasına daxil idi, sonra müsəlman fraksiyasına keçmişdir. 

Bakı şəhər idarəsinin üzvü. 1907-ci ildən “Nəşri-maarif” müsəlman maa-

rifçilik cəmiyyətinin idarə heyətinin üzvü. 1914-cü ilin yanvarından “Səfa” 

müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martın-

dan “Nicat” müsəlman xeyriyyə cəmiyyətinin sədr müavini. Qafqaz müsəl-



407

QEYDLƏR


manları qurultayında (1917, 15-20 aprel) rəyasət heyətinin üzvü seçilmişdir. 

1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Dağıstan vilayətində 

Müvəqqəti hökumətin komissarı təyin edilmişdir. Zaqafqaziya Seymində 

sosialistlər blokuna daxil idi, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqazi-

ya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri 

postunu tutmuşdur. Bakıda mart hadisələri ilə əlaqədar, 1918-ci il aprelin 

20-də Zaqafqaziya Seymi tərəfindən Bakı Soveti ilə danışıqlar aparmaq 

üçün Bakıya ezam olunmuş, burada bolşeviklər tərəfindən həbs edilmiş-

dir. Şimali Qafqaz Dağlı Respublikasında poçt-teleqraf naziri. Paris Sülh 

Konfransına danışıqlara göndərilən nümayəndə heyətinə daxil idi. Dağlı 

Respublikası hökuməti dağıldıqdan sonra Bakıya qayıtmış, AXC-nin icti-

mai-siyasi həyatında fəal iştirak etmiş, xeyriyyə işləri ilə məşğul olmuşdur. 

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

Fransaya mühacirət etmişdir.

105

Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. Bolşevik 



hökuməti tərəfindən 1918-ci ildə əsasən Şamaxı hadisələrini təhqiq etmək 

üçün yaradılmışdır. 1918-ci ilin mart-aprel aylarında şəhərin və qəzanın 

müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törədilmiş, Şamaxı 

şəhəri isə tamamilə yandırılmışdır. FHTK sədri D.İ.Kojemyako tərəfindən 

Şamaxı qırğınlarının əsas təşkilatçılarından biri Stepan Lalayev həbs edil-

miş, lakin S.Şaumyanın şəxsi müdaxiləsindən sonra azadlığa buraxılmış-

dır. Bu hadisədən az sonra FHTK ləğv edilmişdir. Bakılıların şikayətinə görə 

saxlanılmış digər ermənilər də azadlığa buraxılmışlar. Ətraflı bax: Kojem-

yako D.İ.

106


Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. 

107


Rus-tatar məktəbi (rus-müsəlman məktəbi) – XIX əsrin ikinci yarı-

sında rus ictimai-pedaqoji fikrinin və mütərəqqi məktəb təcrübəsinin tə-

siri ilə Azərbaycanda yaradılan xüsusi məktəb növü. İlk məktəblər 1875-ci 

ildə Qazax qəzası, Salahlı kəndində, 1887-ci ildə isə Bakıda açılmışdır. Son-

radan bütün Azərbaycanda yayılmış bu məktəblərin yaradılması və inki-

şafı müəllimlər Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin 

adı ilə bağlıdır. Əvvəlcə 1 sinifli (tədris müddəti -2 il), sonra ikisinifli (təhsil 

müddəti - 4 il) olan məktəblərdə azərbaycanlı şagirdlər ana dilində təhsil 

alır, Azərbaycan, fars və rus dilləri, hesab, coğrafiya, tarix və şəriət tədris 

edilirdi. Oğlanlar və qızlar ayrı oxuyurdular. 

108

Şah məscidi - şəhərin tarixi hissəsi olan İçəri şəhər Qalasında Şir-



vanşahlar sarayının ansamblına daxildir (XV-XVI əsrlər). Mart hadisələri 

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

408


zamanı məscidin minarəsi artilleriya mərmilərindən zədələnmişdir.

109


“Şərq cəmiyyəti” – “Vostoçnoye obşestvo”, əmtəə anbarlarının, əmtəə 

mallarının borca verilməklə sığortalanması, daşınması cəmiyyəti, 1893-cü 

ildə yaradılmışdır, malların saxlanması üçün anbarları vardı, Rusiyaya və 

xaricə dəmiryolu, su və maşın yolları vasitəslə malların daşınması, neft 

məhsullarının satışı, borc verilməsi ilə məşğul olmuş, malların alış-verişi 

üzrə komisyon tapşırıqlarını yerinə yetirmişdir. İdarəsi Peterburqda, kon-

toru Bakıda yerləşirdi. 1917-ci ilin yanvar ayından “Qafqaz və Merkuri” cə-

miyyəti ilə birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən 

ləğv edilmişdir.

110


Qafqaz və Merkuri - gəmiçilik cəmiyyəti, 1859-cu ildə Xəzər dənizin-

də və Volqa, Oka, Kama çaylarında yük və sərnişin daşınması məqsədilə 

təsis edilmişdir. İdarəsi Peterburqda, kontoru Bakıda yerləşirdi. Cəmiyyət 

1917-ci ilin yanvar ayının 1-dən “Əmtəə anbarlarının Şərq cəmiyyəti” ilə 

birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən ləğv edil-

mişdir.


111

Srvantsyan Amazasp – (1873-1921), rus ordusunun keçmiş zabiti, 

“Daşnaksütun” partiyasının üzvü, qatı millətçi, terrorçu. Osmanlı İmpe-

riyası Van şəhərində anadan olmuşdur. Gənc yaşlarından erməni millət-

çi-terror hərəkatında iştirak etmiş, Türkiyə hakimiyyətinin təqiblərindən 

qorxaraq İrəvana, sonra isə Şuşa şəhərinə getmişdir. 1905-1907-ci illərdə 

türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı qanlı təcavüzkar 

əməlləri ilə tanınmışdır. 1908-ci ildə digər daşnak xadimlərlə birlikdə çar 

hökuməti tərəfindən həbs edilmiş və 15 il müddətinə Sibirə sürgün edil-

mişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914-

cü ildə Konstantinopola getmişdir. Birinci Dünya müharibəsi zamanı 3-cü 

erməni könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və 

Xizən döyüşlərində iştirak etmiş, yeli türk əhalisinə qarşı qırğınlar törət-

mişdir. 1917-ci ilin fevralında Rusiyada, Alaşkert rayonunda polis dəstələri-

nin başçısı təyin edilmişdir. 1918-ci ilin əvvəlində Bakıya gəlmiş, burada er-

məni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda Erməni Milli Şurasının 

üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi 1918-ci 

il mart-sentyabr aylarında Bakıda və Azərbaycanın regionlarında erməni 

silahlı dəstələrinin dinc müsəlman əhaliyə qarşı hücumlarına rəhbərlik 

etmişdir. 1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman 

qırğınları törətmişdir. Xüsusi qəddarlığı ilə ad çıxarmışdır. Başçılıq etdiyi 

silahlı dəstəni “cəza dəstəsi”, özünü erməni xalqının qəhrəmanı və onun 



409

QEYDLƏR


maraqlarının müdafiəçisi adlandırırdı. Hücuma keçən və 1918-ci ilin sent-

yabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların 

hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini başsız qoyaraq 

İrana qaçmışdır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənis-

tana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandi-

ri təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 

həbs edilmiş, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kom-

munistlər tərəfindən öldürülmüşdür.

112

Rus-Asiya Bankı – Bakı şöbəsi 1910-cu ildə açılmışdır, idarə heyəti 



Peterburqda yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun 

tarixli dekreti ilə ləğv edilmişdir. Bankın 1903-1905-ci illərdə tikilmiş bina-

sı Qorçakovskaya küçəsi, 3 ünvanda (Hacı Zeynalabdin Tağıyev) yerləşirdi. 

Hazırda həmin binada Azərbaycan Beynəlxalq Bankının Mərkəzi şöbəsi 

yerləşir. 

113


Diktatura dövrü - 1918-ci il avqust ayının 1-də, Bakıda Sovet hakimiy-

yətinin süqutundan sonra yaradılmış “Sentrokaspi Diktaturası” – “Mərkəzi 

Xəzər və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsinin Diktaturası” adlanan 

hökumətin hakimiyyətdə olduğu vaxt – 1918 ci il, 1 avqust - 15 sentyabr – 

nəzərdə tutulur. Partiya mənsubiyyətinə görə bu hökumət daşnaklar, sağ 

eser və menşeviklərdən, milli mənsubiyyətinə görə erməni və ruslardan 

ibarət idi. Hərbi qüvvələrini, əsasən Bakı Kommunası dövründə formalaş-

mış erməni-daşnak dəstələri təşkil edirdi. Bakının müsəlman əhalisinə 

qarşı son dərəcə kəskin münasibət tutmuş, bu dövr erməni özbaşınalıqla-

rı, müsadirə adı ilə talanlar, qarətlər və qətllər davam etmişdir. Diktatura 

liderləri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam 

Ordusunun Bakıya doğru irəliləyişinin qarşısını almaq üçün İrandakı in-

gilis hərbi qüvvələrini Bakıya dəvət etmişlər. 1918-ci il 4 və 17 avqust ta-

rixlərdə Şimali İranda Britaniya qoşunlarının komandanı general Dens-

tervillin rəhbərliyi ilə Bakıya daxil olan ingilis qoşunları, artıq bir aydan 

sonra “heç bir qüvvənin Bakını türklərdən xilas etmək iqtidarında olma-

dığına” inanmışlar. Həmin dövr General Denstervillin xatirələrində ətraflı 

təsvir edilməklə, erməni-rus oyuncaq Diktatura hökuməti və onun əsasən 

ermənilərdən ibarət ordusu haqqında geniş təsəvvür yaradır. “Öz ordula-

rını mənasız yerə qurban verməkdən xilas etmək xətrinə Bakıdan getmək 

məcburiyyətində qalan” ingilislər sentyabrın 15-nə keçən gecə ağır döyüş-

lərdən sonra cəbhə xəttini tərk edərək gəmilərə yüklənmiş və İrana – Ən-

zəliyə qayıtmışlar. Diktatura hökuməti ingilislərin bu hərəkətini satqınlıq 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

410


kimi qiymətləndirmiş, onların gəmilərini atəşə tutmuş, lakin elə həmin 

gün məğlubiyyətlərini dərk edərək Bakıdan qaçmışdır. 1918-ci il sentyabrın 

15-də Bakı şəhəri Qafqaz İslan Ordusu tərəfindən azad edilmişdir. 

114


Tomson Ser Uilyam Montqomeri - (1877-1963) nəzərdə tutulur. İngi-

lis zabiti, general-leytenant, 1917-1918-ci illərdə Böyük Britaniya ekspedi-

siya korpusunun İranda ali komandanı. 1918-ci il noyabrın 17-də Mudros 

barışıq müqaviləsinə əsasən Bakıya yeridilmiş Müttəfiq qoşunlara başçılıq 

etmişdir. Qafqazı və Azərbaycanı Rusiyanın (qeyri-bolşevik) bir hissəsi he-

sab edirdi. Bakıya daxil olduqdan sonra özünü şəhərin general-qubernato-

ru elan etmiş, Bakı şəhərində və quberniyasında bütün inzibati, məhkəmə 

və icra hakimiyyətini öz nəzarəti altına almışdır. Şəhərdə hərbi vəziyyət 

tətbiq olunmuşdur. Generalın Azərbaycan Cümhuriyyətinə olan ilkin mən-

fi münasibəti, Bakıda siyasi vəziyyətlə və AXC rəhbərliyi ilə tanışlıqdan 

sonra qısa müddət ərzində dəyişmişdir. 1918-ci il dekabrın 28-də Azərbay-

can hökuməti Azərbaycan ərazisində müttəfiq komandanlıq və İngiltərə 

hökuməti tərəfindən yeganə qanuni hakimiyyət kimi tanınmışdır. 1919-cu 

ilin mayında Böyük Britaniya hökumətinin ingilis qoşunlarının Qafqaz-

dan çıxarılması haqqında,  şəxsən razı olmadığı, qərarına əsasən Azərbay-

canı tərk etmişdir.

115

Aleksandr-Nevski pasajı – Aleksandr-Nevski cərgələri – Vrangel-



skaya küçəsi 19 (Əhməd Cavad) ünvanda yerləşirdi, 1911-1913-cü illərdə 

mülki mühəndis A.A.Nikitin tərəfindən tikilmişdi. Sovet dövrü bu binada 

trikotaj fabriki yerləşirdi. Hazırda həmin binanın yerində yaşayış binası 

tikilmişdir. 

116

Məmmədzadə Mirzə Bala oğlu – (1898-1959), Azərbaycan milli azad-



lıq hərəkatının xadimi, publisist, jurnalist. 1914-cü ildə Bakıda rus-tatar 

məktəbini bitirmiş, təhsilini Bakı texniki sənaye məktəbində rus dilində 

davam etdirmişdir. Dövri mətbuatda məqalələrlə çıxış etmişdir. Azərbay-

canda Xalq Cümhuriyyəti yarandıqdan sonra “Azərbaycan” qəzetinin müx-

biri, “Gənclər yurdu” jurnalının (Müsavat Partiyasının “Gənclər cəmiyyə-

ti”nin orqanı)  redaktoru, Azərbaycan Parlamentində stenoqrafçı. 1919-cu 

ilin oktyabr ayından “Müsavat” partiyasının Bakı komitəsinin üzvü. Azər-

baycan sovetləşdirildikdən sonra “Musavat”ın gizli təşkilatının rəhbəri. 

1920-ci illərdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi, orta 

məktəblərdə müəllim işləmiş, “Yeni yıldız” jurnalında Azərbaycan tarixi 

haqqında silsilə məqalələrlə çıxış etmiş, “Azərbaycan türk mətbuatı” (1922) 

kitabını nəşr etdirmişdir. Sovet orqanları tərəfindən “İstiqlal” qəzetinin giz-



411

QEYDLƏR


li mətbəəsi aşkar edildikdən sonra həbs edilmiş, lakin azadlığa çıxmışdır. 

1924-cü ildə siyasi mühacirət etmişdir. “Yeni Qafqaziyyə”(1923-1927), “Azəri 

türk” (1925-1929), “Odlu yurd” (1929-1933), “İstiqlal”(1932-1934) və s. müha-

cirət mətbuatında fəal iştirak etmişdir. 2000-dən artıq məqalənin, bir neçə 

kitabın, o cümlədən “Milli Azərbaycan hərəkatı” (1938) - əsərinin müəllifi-

dir. 1949-cu ildə Ankarada yaradılmış “Azərbaycan kültür dərnəyinin” təş-

kilatçılarından biri. M.Ə. Rəsulzadənin vəfatından sonra (1955) “Müsavat” 

partiyasının və Azərbaycan Milli Mərkəzinin rəhbəri.  1954-1959-cu illər-

də Münhendə SSRİ-ni öyrənən İnstitutda müxtəlif vəzifələrdə işləmişdir. 

Münhendə “Azadlıq” radiosunda çalışmışdır. İstanbulda vəfat etmişdir. 

117

“Molot”- 1903-cü ildə təsis olunmuş mexaniki və çuquntökmə zavod-



ları birliyi. Balaxanı, Ramana və Qroznıda mexaniki zavodları var idi. 1920-

ci ilin may ayında  Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

118

12 aprel nəzərdə tutulur. Sənəddə bütün tarixlər köhnə təqvimlə - 13 



gün fərqlə verilir. 

119


“Vperyod”- qəzet, “Daşnaksütun” partiyası Bakı Mərkəzi Komitəsi-

nin orqanı. 1919-cu ilin yanvar - aprel aylarında Bakıda çap olunmuşdur. 41 

sayı çıxmışdır.

120


Tarix düzgün göstərilməyib. Qafqaz müsəlmanlarının qurultayı 1917-

ci il, 15-20 aprel tarixdə Bakıda keçirilmişdir.

121

Müsəlman dili - Azərbaycan dili nəzərdə tutulur



122

Azərbaycan Respublikası Hökumətinin Fövqəladə Təhqiqat Komissi-

yasının səlahiyyətlərinin artırılmasına dair 21 mart 1919-cu il tarixli qərarı 

nəzərdə tutulur. Bu qərara əsasən  FTK məhkəmə-istintaq hakimiyyətinin 

cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla tə-

min edilirdi.

123

Azərbaycan Respublikası Ədliyyə nazirinin Fövqəladə Təhqiqat Ko-



missiyasının sədrinə 25 iyun 1919-cu il, 3166 № li məktub-təklifi nəzərdə 

tutulur. Bu məktubda FTK üzvlərinin məruzələri əsasında Qərarların ha-

zırlanması və istintaq aktlarının bu qərarlarla birlikdə sonrakı icraat üçün 

Azərbaycan Məhkəmə Palatası Prokuroruna göndərilməsi təklif olunurdu.   

124

Tomson Ser Uilyam Montqomeri nəzərdə tutulur. Bax: qeyd 113.



125

F.P. Kokkerel nəzərdə tutulur. Polkovnik, 1916-1918-ci illərdə İranda 

ingilis Xüsusi müstəmləkə polisinin rəisi. İngilis polis hakimiyyəti İran-

dan İraqadək əraziləri əhatə edirdi. 1918-ci ilin noyabrında Müttəfiq qoşun-

ların tərkibində Bakıya gəlmiş, Bakıda Müttəfiq dövlətlərin polis komissarı 

təyin edilmişdir.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

412


126

Qanun ixtisarla verilir - yalnız müvafiq maddələr göstərilir.

127

Cəfərov Məmməd Yusif Hacıbala oğlu – (1885-1938), görkəmli icti-



mai-siyasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti 

sədrinin köməkçisi. Bakı kişi gimnaziyasını və Moskva Universitetinin 

hüquq fakültəsini bitirmişdir. IV Dövlət Dumasının deputatı, Rusiyada Fev-

ral inqilabından sonra Müvəqqəti hökumət tərəfindən yaradılmış Xüsusi 

Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları qurultayının işində 

iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya Komissarlı-

ğında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman 

fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Mü-

vəqqəti Milli Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci 

il tarixdə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan 

Milli Şurasının üzvlərindən biri. Birinci Azərbaycan Hökumətində ticarət 

və sənaye naziri, 1918-ci ilin iyununda hökumət istefaya getdikdən sonra 

Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi (iyun 1918-ci il – mart 

1919-cu il). Dördüncü Azərbaycan Hökumətində Xarici işlər naziri. 1920-ci 

ilin fevralından aprel ayınadək Azərbaycan Parlamenti Sədrinin birin-

ci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra 

təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı 

şəhərində vəfat etmişdir.

128

Vəkilov Məmməd Ağa Mustafa Ağa oğlu – (1862-1941), maarifçi, icti-



mai xadim. Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1883-cü ildə 

Qori gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori 

seminariyasında müəllim işləmişdir. Kutaisi hərbi Qubernatorluğunda 

mülki müşavir rütbəsində, Qafqaz Canişininin dəftərxanasında, hərbi-xalq 

məsələləri üzrə İdarənin Xüsusi şöbəsində mülki kollec asessoru rütbəsin-

də tərcüməçi işləmişdir. Qafqaz canişini Vorontsovun təşəbbüsü ilə 20 fev-

ral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman danışıqlarında Qafqaz 

türk-müsəlman xalqlarının nümayəndə heyətinə daxil idi. 1912-ci ildən 

Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş, bi-

rinci dünya müharibəsi dövründə müxtəlif tədris müəssisələrində müəl-

limlik etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Parlamentində dəftərxana 

müdiri olmuşdur. Sovet hakimiyyətinin ilk illərində qızlar gimnaziyasında 

dərs vermiş, təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.


413

COĞRAFİ ADLARIN GÖSTƏRİCİSİ




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin