Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   26   27   28   29   30   31   32   33   34

mart hadisələri ilə nəticələndi. Erməni təşkilatları və silahlı birləşmələri 

ilə ittifaqa girmiş Bakı Soveti, başda S. Şaumyan olmaqla, 1918-ci ilin mart 

ayında Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinin kütləvi surət-

də fiziki cəhətdən məhv edilməsi üçün birbaşa məsuliyyət daşıyır. Bu ha-

disələr Bakı Sovetinin proletar diktaturası orqanı kimi fəaliyyətini şübhə 


377

QEYDLƏR


altına qoyur. Belə ki, S.Şaumyanın başçılığı altında Sovet sinfi deyil, milli 

mənsubiyyətə görə mübarizə aparmış və əsas zərbəni proletariatın sinfi 

düşmənlərinə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı yönəltmiş-

dir. Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft-mədən rayon-

larında hakimiyyətini möhkəmlətmiş Bakı Sovetinin qarşısında İcraiyyə 

Komitəsinin əvvəlki tərkibinin dəyişdirilməsi məsələsi qalxmışdır. 1918-ci 

il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin iclasında 

Bakı Xalq Komissarları Soveti təşkil olunmuşdur. 

15

“Astoriya” – mehmanxana, Krasnovodskaya (S.Vurğun) və Bolşaya 



Morskaya (Bülbül) küçələrinin arasında, Molokanskaya (Xaqani) küçəsinin 

tinindəki binada, Qış İctimai Cəmiyyəti binasının yanında yerləşirdi. M.

Nağıyevə məxsus idi. Şəhərin ən dəbdəbəli mehmanxanası sayılırdı, 1917-ci 

ildə bu binada müxtəlif siyasi təşkilatlar, Sovet dövründə - Dənizçilər klu-

bu, hazırda ofis və mənzillər yerləşir.

16

Hərbi İnqilab Komitəsi (HİK) – Bakı şəhəri Müvəqqəti Hərbi İnqi-



lab Komitəsi – Bakı fəhlə və hərbi deputatlar Sovetinin 1917-ci il 12 dekabr 

fövqəladə yığıncağında yaradılmış və şəhərdə inqilabi qayda-qanunun 

bərpa olunması üçün ən geniş səlahiyyətlər verilmiş hakimiyyət orqanı. 

HİK hakimiyyəti Bakı qarnizonuna və bütün şəhərə şamil olunurdu, onun 

əmrləri mütləq xarakter daşıyırdı. HİK öz tərkibindən hərbi-inqilabi məh-

kəmə yaratmışdı. Mart hadisələri ərəfəsində - 1918-ci il martın 30-dan 31-

nə keçən gecə, “Bakı şəhəri və onun rayonlarında ali hərbi-siyasi orqan” 

elan edilmiş İnqilabi Müdafiə Komitəsi yaradılmışdır. Komitəyə S.G.Şaum-

yan, Q.Korqanov, P.Caparidze və İ.Suxartsev daxil olmuşlar. Onun tərkibinə 

həmçinin sağ eserlərin lideri S.Saakyan, “Daşnaksütun” partiyası Bakı təş-

kilatının rəhbəri S.Melik-Yeolçyan da dəvət olunmuşdular. Bu komitədə 

azərbaycanlıların yeganə nümayəndəsi N.Nərimanov idi. Bakı şəhərinin 

Müvəqqəti Hərbi-İnqilab Komitəsi öz fəaliyyətini 1918-ci il mart günlərin-

də Bakı şəhərinin müsəlman əhalisinin kütləvi qırğın siyasətini həyata ke-

çirən İnqilabi Müdafiə Komitəsinin tərkibində davam etdirmişdir.

17

Avakyan Baqdasar Ayrapetoviç – (1883-1918), Bakının bolşevik xa-



dimlərindən biri, Hərbi deputatlar Sovetinin üzvü, Bakı fəhlə və hərbi de-

putatlar Soveti İcraiyyə Komitəsinin katibi. Mart hadisələri zamanı Qırmızı 

Ordu və erməni dəstələrinin fəaliyyətini nizamlayırdı. Bakı qarnizonunun 

rəisi, daha sonra Bakı şəhərinin komendantı təyin edilmişdir. 20 sentyabr 

1918-ci ildə Zakaspi eser hökuməti tərəfindən 26 Bakı Komissarları sırasın-

da güllələnmişdir.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

378


18

Müsəlman diviziyası – “Evelina” gəmisində öz zabit yoldaşları 

Məhəmməd Tağıyevin dəfninə gəlmiş keçmiş Qafqaz “Dikaya diviziyası”-

nın süvari polkunun zabit və əsgərləri nəzərdə tutulur. Həmin hərbçilərin 

tərksilah edilməsi azərbaycanlılara qarşı silahlı mübarizənin və 1918-ci il 

mart hadisələrinin başlanması üçün bəhanə olmuşdur.

19

Kazımzadə Abbasqulu – (1882 - 1947), Azərbaycan milli azadlıq hərə-



katının fəal iştirakçısı, Azərbaycan Milli Şurasının üzvü. 1905-ci ildən Ru-

siya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü, 1911-ci ildə “Müsavat” parti-

yasını yaradanlardan biri. Azərbaycan Parlamentinin deputatı, “Müsavat” 

və “bitərəflər” fraksiyasının üzvü. Mart hadisələri günlərində Azərbaycan 

xadimlərinin tərkibində azərbaycanlı əhalinin qırğınlarının qarşısının 

alınması və dayandırılması üçün tədbirlər görmüşdür.

20

Behbud xan Cavanşir – (1886-1921), Azərbaycan Xalq Cümhuriyyə-



tinin dövlət və siyasət xadimi, mühəndis, İngiltərə və Almaniyada təhsil 

almış, elmi fəaliyyətlə məşğul olmuşdur. “Rusiya Texniki cəmiyyəti”nin 

üzvü, “Müsəlman Xeyriyyə cəmiyyəti”nin rəhbərlərindən biri. 1917-ci ildə 

Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü. 1918-ci ilin 

iyun-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində Daxi-

li işlər naziri, oktyabr ayından həm də Ticarət və sənaye naziri vəzifələrini 

icra etmişdir. Azərbaycan Parlamentinin deputatı, bitərəflər fraksiyasının 

üzvü. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesin-

də çalışmışdır. 1921-ci ildə avadanlıq almaq üçün İstanbula məzuniyyətə 

göndərilmiş, orada erməni terrorçusu Toplaqyan tərəfindən odlu silahla 

yaralanmış, xəstəxanada vəfat etmişdir. Ölüm ayağında demişdir: “Mənim 

şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər”.

21

Rus-Qafqaz Gəmiçiliyi Birliyi - 1913-cü ildə təməli qoyulmuş, konto-



ru və limanları Petrovskaya Naberejnaya meydanında (Neftçilər prospekti) 

yerləşirdi, 10-dan çox gəmisi var idi. Həmin gəmilərdən biri - “Evelina”da 

“Dikaya diviziya”nın zabitləri və hərbi qulluqçuları Lənkərana qayıtmalı 

idilər. Bu gəminin saxlanılması və azərbaycanlı zabitlərin tərksilah olun-

ması Bakıda 1918-ci il mart hadisələrinin başlanması üçün bəhanə olmuş-

dur.


22

“İsmailiyyə” - Azərbaycanın memarlıq abidələrindən birinin adı, Ni-

kolayevskaya küçəsində (İstiqlaliyyət) yerləşir. Neft sənayeçisi Musa Na-

ğıyev tərəfindən həyatdan vaxtsız getmiş oğlu Ağa İsmayılın xatirəsinə 

Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikilmişdir. Bina polşalı memar və 

mülki mühəndis İ.Ploşkonun layihəsi əsasında 1907-1913-cü illərdə inşa 



379

QEYDLƏR


edilmişdir. Mart hadisələri ərəfəsində “İsmailiyyə”də Bakı müsəlman cə-

miyyətinin nümayəndələri şəhərdə yaranmış mürəkkəb vəziyyəti müza-

kirə etmiş, erməni icmasının nümayəndələri, müxtəlif heyətlərlə danışıq-

lar aparmış, gərginliyi azaltmaq üçün tədbirlər görmüşlər. “İsmailiyyə”nin 

özündə növbətçilər keşik çəkmiş, martın 30-da axşam şəhərdə atışma baş-

layanda binanın ətrafında xəndəklər qazılmış, azsaylı və yalnız tüfənglərə 

silahlanmış müsəlman müdafiəçiləri top və pulemyotlardan atılan atəşlərə 

və yaxşı silahlanmış erməni dəstələrinə bir gün yarım ərzində müqavimət 

göstərmişlər. Atəşkəs haqqında müqavilə bağlandığı xəbərini alan “İsma-

iliyyə”nin sağ qalmış müdafiəçiləri İçərişəhər Qalasına keçdikdən sonra, 

müsəlmanların ictimai-mədəni və dini mərkəzi olan bu bina erməni qul-

durları tərəfindən talan edilərək tamamilə yandırılmışdır. 1924-cü ildə “İs-

mailiyyə”nin adı dəyişdirilərək “Maarif sarayı” adlandırılmışdır. Hazırda 

binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

23

Erməni Milli Şurası (EMŞ) –Erməni Milli Komitəsi – Rusiyada Fev-



ral İnqilabından sonra erməni siyasi təşkilatlarının təşəbbüsü və maddi 

yardımı ilə Azərbaycanın şəhərlərində (bütün Cənubi Qafqazda olduğu 

kimi) yaradılan və fəaliyyət göstərən milli təşkilatlar. Öz hərbi və terrorçu 

dəstələri var idi. Siyasi vəzifələrin yerinə yetirilməsi, ilk növbədə Azərbay-

can, Gürcüstan və Türkiyənin ərazilərində erməni dövlətçiliyinin yaradıl-

ması məqsədilə “Daşnaksütun”la birgə erməni əhalisinin birləşdirilməsi 

və səfərbərliyi uğrunda geniş təbliğat, təşviqat və təşkilati işlər aparırdılar. 

Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasına erməni cəmiyyətinin bü-

tün tanınmış nümayəndələri, ziyalılar, iri neft sənayeçiləri, milyonçuları 

daxil idi. Onların vəsaiti ilə Şuranın sağ cinahı ifrat millətçiliyi ilə seçilən 

“Naşe vremya» qəzetini buraxırdı. 1918-ci ilin əvvəlindən EMŞ özəyi ermə-

nilərdən ibarət olan bolşevik Bakı Soveti ilə sıx əməkdaşlıq edir, azərbay-

canlı qüvvələrlə qarşıdurmaya, həmçinin müsəlman əhalisinin qırğınına 

hazırlaşırdı. Məhz EMŞ tanınmış və zəngin bakılı-müsəlmanların, iranlı 

təbəələrin siyahılarını hazırlamış, ünvanlarını dəqiqləşdirmiş, bu siyahılar 

üzrə mart günlərində erməni əsgərləri bir neçə gün evlərdə talanlar, qarət-

lər və qətllər törətmişlər. Mart hadisələri ərəfəsində öz bitərəfliyini elan et-

miş EMŞ, qırğınlar başlanan andan erməni silahlı dəstələrin fəaliyyətinə 

rəhbərlik etmiş, onları istiqamətləndirmişdir. EMŞ-nın bir çox görkəmli 

üzvləri, o cümlədən erməni ziyalıları şəxsən qırğınlarda iştirak etmişlər. 

Mart hadisələri günlərində EMŞ-in qərargahı tanınmış erməni milyonçu-

su və ictimai xadimi Ambarsum Melikovun evində yerləşirdi və əsir götü-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

380


rülmüş tanınmış azərbaycanlılar oraya gətirilirdilər. EMŞ həmçinin mart 

hadisələri zamanı azərbaycanlıların qarət olunmuş əmlakının yerləşdiril-

məsinə nəzarət etmiş, bu məqsədlə qabaqcadan ermənilərə məxsus anbar-

lar və binalar hazırlanmışdır. Mart hadisələrindən sonra Bakının yüksək 

erməni cəmiyyəti hər vəchlə azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə 

ermənilərin iştirakını inkar etməyə çalışmışdır. Lakin Fövqəladə Təhqiqat 

Komissiyası tərəfindən Bakı, Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlə-

rinin dinc müsəlman əhalisinə qarşı cinayətlər törətdiklərinə görə həbs 

edilmiş və axtarışa verilmiş şəxslər arasında EMŞ-nın bir çox rəhbərləri və 

tanınmış xadimləri var idi. 

24

Daşnaksütun (İttifaq) – Erməni milli-burjua partiyası, 1890-cı ildə 



Tiflisdə yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif 

təbəqələri, liderləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. ya-

radılarkən partiyanın əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi 

və Türkiyə ərazisində müstəqil erməni dövlətinin yaradılması ideyasında 

ifadə olunmuş, bu ideyanın həyata keçirilməsi uğrunda bütün mübarizə 

üsulları, silahlı mübarizə və terror da daxil olmaqla, məqbul sayılmışdır. 

Birinci dünya müharibəsi dövründə çar hökumətinin militarist-hərbçi si-

yasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz cəbhəsi 

rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnak-

lar Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu 

oynamışlar. Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermə-

nilərinin “vahid, ümumi vətəninin” yaradılması ideyasını irəli sürməklə, 

silahlı çıxışlar və terror aktları yolu ilə, həmçinin Qərb dövlətlərinin kömə-

yi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, Türkiyənin – əraziləri hesa-

bına “Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq dənizinədək ––dövləti 

yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından sonra Zaqafqazi-

ya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər. Partiya-

nın Bakı təşkilatının öz Mərkəzi Komitəsi və rus dilində “Vperyod” adlı çap 

orqanı var idi. 1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şu-

rasının 50 üzvündən 17 nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri 

olmuşdur. Bakı Kommunasının hakimiyyəti qurulan dövr S.Şaumyan baş-

da olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 1918-ci ilin mart hadisələrində 

birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha sonra Azərbaycanın digər 

qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 1918-ci ilin may 

ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan hökuməti-

ni təşkil və ona başçılıq etmişlər. AXC dövründə Bakıda öz mövqeyini və 



381

QEYDLƏR


təsirini itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrı-

ca fraksiya ilə təmsil olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixində 

Ermənistan Respublikasında hakim partiya olmuşdur. Ermənistan sovet-

ləşdirildikdən sonra qeyri-leqal vəziyyətə keçmiş, üzvlərinin əsas hissəsi 

mühacirət etmişdir.

25

Parapet – Bakı şəhərinin mərkəzində meydan (Kolyubakinskaya m., 



Karl Marks m., Fəvvarələr m.), şəhərin işgüzar və ictimai mərkəzini təş-

kil edən element kimi şəhər esplanadasında 1860-cı illərin əvvəllərində 

yaranmışdır. Parapetdə – o zaman artıq Kolyubakinskaya meydanında 

(1863-1872-ci illər Bakı qubernatoru M.P.Kolyubakinin şərəfində)  bağça ya-

radılmasına 1891-ci ilin sonlarından başlansa da uzun illər burada demək 

olar ki, yaşıllıq salmaq mümkün olmamışdır. Yalnız XX əsrin əvvəllərində 

nazik yaşıl zolaq meydana gəlmişdir. Bakılılar kinayə ilə onu “Quru bağ” 

adlandırırdılar. Parapetin tikililəri əsasən arxitektor Qasım bəy Hacıbaba-

bəyovun yaradıcılığı ilə təmsil olunur, onun layihələri əsasında meydanda 

bir neçə ikimərtəbəli binalar – karvansara (“Araz” kinoteatrı), “Metropol” və 

Qrand-otel” mehmanxanaları (Nizami muzeyi, yaşayış və ticarət obyekt-

lərinin binası), yaşayış evləri inşa edilmişdir. 1905-1907-ci illərdə burada 

tez-tez fəhlə mitinqləri və yığıncaqları keçirilmişdir. 1920-ci ildə meydana 

K.Marksın adı verilmişdir. Meydanın və bağın yenidən qurulmasına 1950-

ci illərdə başlanmış, nəticədə o, geniş və müxtəlif ağaclardan ibarət yaşıllıq 

olan meydan-bağa çevrilmişdir. 1984-cü və 2000-ci illərdə bağ-meydanda 

bir daha yenidən qurulma işləri aparılmış, yaşıllıqların tərkibi yeniləşdiril-

mişdir. Meydan-bağın ayrılmaz hissəsini fəvvarələr təşkil edir, onun yeni 

adı da bununla bağlıdır. 

26

Erməni kilsəsi – Kolyubyakinskaya (N.Rəfibəyli) küçəsində, Parapet 



(Fəvvarələr meydanı) meydanının yaxınlığında yerləşirdi. Bakıda 1860-

cı illərdə memar Gippiusun layihəsi əsasında tikilmişdi. Mart hadisələri 

ərəfəsində kilsənin zirzəmiləri erməni hərbi birləşmələrinin silah anbar-

larına çevrilmişdi. 

27

Bolşeviklərin ultimatumu – 1918-ci il mart hadisələri günlərində bol-



şevik liderləri tərəfindən “Müsavat” partiyasına və digər Azərbaycan təşki-

latlarına təqdim edilmiş ultimatum nəzərdə tutulur. Ultimatumda Bakı So-

vetinin hakimiyyətinin açıq və qeyd-şərtsiz tanınması, Azərbaycan hərbi 

hissələrinin, ilk növbədə “Dikaya diviziya”nın Bakı və onun rayonlarından 

çıxarılması, həmçinin Bakıdan Tiflisə və Bakıdan Petrovskadək dəmir yo-

lunun açılması üçün təcili tədbirlərin görülməsi tələb olunurdu.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

382


28

Caparidze Prokofiy (Alyoşa) Apraksionoviç – (1880–1918), tanın-

mış bolşevik xadimi, 1917-ci il Fevral inqilabından sonra RSDFP(b) Bakı 

Komitəsinin və Bakı fəhlə və əsgər deputatları Sovetinin tərkibinə daxil 

olmuşdur. 1917-ci ilin iyulunda RSDFP(b)-nın VI qurultayında Bakı bolşe-

vik təşkilatından nümayəndə. 1917-ci ilin sentyabrında Bakı neft sənayesi 

fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. 1917-ci il dekabr ayından 

Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci il yanvar ayından 

- onun sədri. 1918-ci il mart ayında bolşeviklərin ali hərbi-siyasi orqanı – 

İnqilabı Müdafiə Komitəsinin üzvü. Bakıda 1918-ci il mart hadisələri gün-

lərində Azərbaycan milli qüvvələrinə qarşı bolşevik-daşnakların mübarizə-

sini dəstəkləməklə yanaşı şəhərin dinc müsəlman əhalisinin qırılması və 

qan tökülməsinin qarşısının alınması üçün müəyyən fəaliyyət göstərmiş-

dir. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutundan sonra 

“Sentrokaspi” hökuməti tərəfindən həbs edilmişdir. 20 sentyabr 1918-ci il 

tarixində 26 Bakı Komissarları sırasında Zakaspinin eser hökuməti tərə-

findən güllələnmişdir.

29

Mərkəzi həbsxana – Bakının “Şamaxinka” adlanan hissəsində, 1-ci 



Kanitapinskaya (Salatın Əsgərova) küçəsində yerləşən, H.Z.Tağıyev tərəfin-

dən 1909-cu ildə ilkin olaraq dəyirman kimi tikilmiş bina. Nargin adasında 

saxlanılan məhbus qohumları ilə görüşməkdə çətinlik çəkən bakılıların 

şikayətlərini nəzərə alan H.Z.Tağıyev binanı həbsxanaya çevirərək şəhər 

hakimiyyətinə vermişdi. Sovet dövründə binada karamel fabriki yerləşmiş-

dir. Hazırda – yaşayış binası.

30

Təkinski Məmməd Xan – (1880-1938), AXC dövründə dövlət xadimi, 



hüquqşünas, andlı iclasçı. Milliyətcə türkmən, Axal-Təkə qalasına hücum-

dan sonra, 1881-ci ildə Göytəpə rayonunda gedən rus-türkmən döyüşlə-

ri zamanı rus ordusunun polkovniki Ehsan Xan Naxçıvanski tərəfindən 

xilas edilmiş və övladlığa götürülmüşdür. 1901-ci ildə 1-ci Tiflis kişi gim-

naziyasını bitirmiş, 1901-1908-ci illərdə fasilələrlə Novorossiyski Univer-

sitetinin əvvəlcə fizika-riyaziyyat, sonra hüquq fakültəsində oxumuşdur. 

Cənubi Qafqazın şəhərlərində, o cümlədən Bakıda məhkəmə orqanların-

da işləmişdir. Azərbaycan cəmiyyətinin kübar dairələrinə daxil idi. 1918-ci 

ilin sentyabrında andlı iclasçı kimi AXC hökuməti tərəfindən yaradılmış 

Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın 

Bakı və kəndlərində, Şamaxıda 1918-ci il mart hadisələrini araşdıran is-

tintaq qruplarında işləmişdir. FTK-nın sədri Ə.Xasməmmədov müvəqqəti 

olmadıqda onun vəzifəsini yerinə yetirmişdir. 29 yanvar - 10 oktyabr 1919-


383

QEYDLƏR


cu il tarixində AXC-nin Ermənistanda diplomatik nümayəndəsi olmuşdur. 

1919-cu ilin 11 oktyabr - 1920-ci il 28 aprel tarixinədək AXC Xarici işlər na-

zirinin müavini olmuşdur. Azərbaycan sovetləşdirildikdən sonra, əvvəlcə 

Azərbaycan SSR XİXK-da işləmiş, 1922-ci ildən Ədliyyə XK yanında Müda-

fiəçilər Kollegiyasının üzvü olmuşdur, 1926-cı ildə onun tərkibindən çıxa-

rılmışdır. Sovet dövlət idarələrində hüquq məsləhətçisi işləmişdir. 1937-ci 

il 18 noyabr tarixində Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən 

guya əks-inqilabçı, milli, qiyamçı-terror təşkilata mənsub olmaqda ittiham 

edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 15 mart 1938-ci il 

tarixində Az.SSR DİXK Xüsusi Üçlük tərəfindən ən yüksək cəzaya-güllələn-

məyə məhkum edilmiş, hökm həmin il martın 21-dən 22-nə keçən gecə ye-

rinə yetirilmişdir. 1955-ci ildə bəraət almışdır.

31

Aleksandroviç (Litovski) Aley Adamoviç - (1882- ?), hüquqşünas, 



milliyətcə Litva tatarlarından. 1919-cu ilin sentyabrında Azərbaycan dairə 

Məhkəmə Palatasının andlı iclasçılar sırasına daxil edilmişdir. 5 dekabr 

1918-ci ildə Məmməd Xan Təkinskinin məsləhəti ilə AXC Hökumətinin ya-

ratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-

nın Bakı qrupunda işləmişdir, Komissiyanın yazışmalarını aparmışdır, 

dövlət qulluğunda işləməmişdir. Komissiya 1919-cu ilin noyabrında ləğv 

edilənədək onun tərkibində qalmışdır. Sovet hakimiyyətinin ilk illərində 

Ali Tribunal yanında İstintaq Komissiyasının üzvü olmuşdur. Sonrakı ta-

leyi məlum deyil.

32

Kluge Aleksandr Yevgenyeviç – (1879-1919), hüquqşünas, kollec ases-



soru, milliyətcə alman, Novorossiyski Universitetinin hüquq fakültəsini 

bitirmişdir, 1903-1906-cı illərdə Tiflis Məhkəmə Palatasında müxtəlif və-

zifələrdə, 1906-cı ilin iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəmə-

sinin Aleksandropol şöbəsinin Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 

1908-ci il yanvar-noyabr aylarında Aleksandropol qəzasının 2-ci istintaq 

şöbəsinə, Bambak İstintaq-barışdırıcı şöbəsinə rəhbərlik etmişdir. 1908-

ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci Poletski qəza 

şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8 

dekabr 1908-ci ildən ölümünə qədər Bakı dairə məhkəməsində prokuror 

köməkçisi işləmişdir. 1918-ci ilin iyul ayında AXC hökumətinin yaratdı-

ğı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. Bakı və 

kəndlərində, Şamaxıda 1918-ci ilin mart hadisələrini araşdıran istintaq 

qrupunda işləmişdir. FTK-nın sədri Ə.Xasməmmədov müvəqqəti olmadıq-

da onun vəzifəsini yerinə yetirmişdir. İşlərin azalması ilə əlaqədar olaraq 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

384


1919-cu ilin may ayının 8-də FTK üzvlüyündən azad edilmiş və Bakı Dairə 

Məhkəmə Prokurorunun müavini vəzifəsinə qayıtmışdır. 28 oktyabr 1919-

cu il tarixində Bakı şəhərində qarın yatalağı xəstəliyindən vəfat etmişdir.

33

Əsədullayev Əli Şəmsi oğlu – (1888 - ? ), Azərbaycan ordusunun zabiti, 



birinci müsəlman süvari polkunda yüzbaşı, azərbaycanlı neft sənayeçisi, 

milyonçu Şəmsi Əsədullayevin kiçik oğlu. Azərbaycan milyonçusu H.Z.Ta-

ğıyevin qızı Leyla xamımla evli idi. Mart hadisələri günlərində “Evelina” 

gəmisində tərksilah edilən zabit və əsgərlərin komandiri, bolşevik-erməni 

birləşmələrinə silahlı müqavimət göstərmişdir. Sovet hakimiyyətinin ilk 

illərində ailəsi ilə birgə mühacirət etmişdir. İkinci Dünya müharibəsi baş-

layarkən iki oğlu ilə birlikdə alman qoşunlarının tərkibində sovet ordusu-

na qarşı vuruşmuşdur. Hər üçü həlak olmuşdur.

34

İlk müsəlman süvari polku – ilk milli hərbi hissələrindən biri. Əv-



vəllər çar ordusunun birləşmələrindən birinin - “Qafqazın yerli müsəlman 

əhalisinin nümayəndələrindən təşkil edilmiş “Qafqaz yerli süvari diviziya-

sı”nın tərkibinə daxil idi.

35

Tatar Süvari Diviziyası – Azərbaycan Süvari Diviziyası nəzərdə tutu-



lur. Bax: İlk müsəlman süvari polku.

36

Məhəmməd Tağıyev – Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeyna-



labdin Tağıyevin oğlu nəzərdə tutulur. Lənkəranda, yeni yaradılan Azər-

baycan ordusunun sıralarında xidmət edirdi. Silahla ehtiyatsız davranışı 

nəticəsində həlak olmuşdur. Onun Bakıda keçirilən dəfninə gələn hərbi 

silahdaşlarının tərksilah edilməsi 1918-ci il mart hadisələrinin başlanması 

üçün bəhanə kimi istifadə edilmişdir.

37

Müsəlman Korpusu – Zaqafqaziya Komissarlığı dövründə təşkilinə başlan-



mış müsəlman hərbi birləşməsi. Yaradılması barədə dekret Zaqafqaziya Komis-

sarlığı tərəfindən 1917-ci il dekabrın 11-də verilmişdir. Əsasən, azərbaycanlılardan 

ibarət idi. Zabit heyətində ruslar əksəriyyət təşkil edirdi. General-leytenant Əlia-

ğa Şıxlinski korpusun komandiri təyin olunmuşdu. Azərbaycanlı zabitlər arasın-

da Həbib bəy Səlimov (AXC dövründə general-mayor rütbəsinədək yüksəlmişdir), 

Murad Gəray Tlexas, Süleyman bəy Əfəndiyev, Əmənulla Mirzə Qacar, həmçinin 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin