Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq maliyyə sistemində dünya qiymətli kağızlar bazarının yeri



Yüklə 109,82 Kb.
səhifə16/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   12   13   14   15   16   17   18   19   ...   44
bim imt sual cavab (1) yeni

21. Beynəlxalq maliyyə sistemində dünya qiymətli kağızlar bazarının yeri
Əvvəlcədən qeyd edək ki, Valyuta bazarı həcminə görə dünyanın ən böyük maliyyə bazarı olmaqla onun müxtəlif alətlərinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsində həlledici rol oynayır. Valyuta və bütövlükdə maliyyə bazarının əsasını qiymətli kağızlar bazarı təşkil edir. Dünyada qiymətli kağızlar bazarı pul vəsaitlərini sahibləri ilə istehlakçılar arasında əlaqənin yerinə yetirilməsinə imkan yaradan mexanizmdir. Bu bazarda
-qısamüddətli qiymətli kağızlar
-uzunmüddətli qiymətli kağızlar
-istiqrazlar
-səhmlər formasında ticarət aparılır.
Dünya iqtisadiyyatı üçün kapital bazarı daha səciyyəvidir. Dünya kredit bazarının , dünya fond bazarı ilə sıx əlaqədə fəaliyyət göstərməsi uzunmüddətli kapitalın hərəkəti ilə bağlıdır. Pul vəsaitlərinin səfərbər olmasının mühüm vasitələrindən biri də qiymətli kağızların buraxılmasıdır. Onların vasitəsi ilə investorlar qismində çıxış edən TMK-lar , həm də öz səhər yeməyinin bir hissəsini qiymətli kağızlara çevirən adi qulluqçunun pul vəsaiti birbaşa olaraq əldə edilir.
Qiymətli kağızlar – qiymətli kağız sahibinin gəlir yaxud əmlak üzərində hüquqlarını təsdiq edən hüquqi sənəddir (mülkiyyət tituludur).
Qiymətli kağızlar emitentlə (qiymətli kağızları buraxan şəxs) həmin kağızların sahibləri arasında adətən divident yaxud faiz şəklində gəlir ödəməsinin habelə bu sənədlərdən irəli gələn pul və ya digər hüquqların başqa şəxslərə ötürülməsi imkanını nəzərdə tutan qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırda avroistiqrazlar, avrosəhmlər, avroveksellər və borc vəsaitlərinin cəlb olunmasına xidmət edən əsas fond qiymətli kağızlar qismində çıxış edir.
Sahibkarlıq hüququnun xarakterinə görə qiymətlər kağızların aşağıdakı növləri fərqləndirilir :

  • Bu qiymətli kağız üzərində sahibkarlıq hüququnun reallaşdırılması və təsdiqi üçün onun təqdim edilməsi keyfiyyətidir: bunlara təqdim edən səhmlər, istiqrazlar, təqdim edən çeklər, daxilolma şəhadətnamələri, adi anbar şəhadətnamələri təqdim edən konosamet (yükün nəqletmə üçün qəbulunu təsdiq edən sənəd ) və s. aiddir.

  • Adlı qiymətli kağızlar . Onların saxlanılması,hüquqları, onları saxlayanın hüquqları,qiymətli kağızın mətninə və qiymətli kağızın qeydiyyat kitabına daxil edilmiş sahibinin adı yaxud emitentin qanunvericiliyə uyğun olaraq aparmalı olduğu elektron qeydiyyat əsasında müəyyənləşdirilir. Adlı qiymətli kağızlar arasında , ilk növbədə, adlı səhmlər, istiqrazlar və sertifikatlar fərqləndirilir.

  • Order qiymətli kağızları . Onları saxlyanın hüquqları qiymətli kağızı təqdim edən və bu kağızın üzərində imzalanmış və möhürlənmiş ötürmə qeydlərinin olması ilə təsdiqlənir ; bunların arasında veksellər mühüm rol oynayır.

Əməliyyatların və əqdlərin xarakterindən, habelə buraxılmasının məqsədlərindən aılı olaraq qiymətli kağızların aşağıdakı növləri fərqləndirilir :

  • Fond qiymətli kağızları . Fond birjasında dövriyyədə olan səhmlər və istiqrazlar ;

  • əmtəə dövriyyəsinə və müəyyən əmlak əqdlərinə xidmət edən kommersiya qiymətli kağızları : veksellər, çeklər, konosamentlər, anbar və girov şəhadətnamələri, girov kağızları.

Fond qiymətli kağızları sahibinin əmlak və digər tələbləri göstərilən əsas və adətən gəlirin (dividentin,faizin) alınması ilə əlaqədar olaraq sahibinin əlavə hüquqları,tələblər,şərtlər təsbit olunan köməkçi növlərə bölünür . Köməkçi qiymətli kağızlara mütəmadi gəlir əldə etmək hüququ verən kuponlar və kupon almaq hüququ verən talonlar aiddir. Əsas qiymətli kağız (səhm,istiqraz) adlı olduqda belə ,kuponlar təqdim edənə verilir. Əsasdan ayrılan köməkçi qiymətli kağızlar müstəqil qiymətli kağıza çevrilərək, birjadankənar bazarda dövriyyə edə bilər. Başqa sözlə, bu kağızlar birja dövriyyəsinə çıxarılmır.
Fond birjasında qiymətli kağızların iki kateqoriyası dövriyyədədir :
1.istiqrazlar - faiz dərəcəsi təsbit edilən və borcun əsas məbləğinin gələcəkdə müəyyən tarixdə qaytarılacağı öhdəliyi göstərilən borc qiymətli kağızları ;
2.səhmlər – sahibinin səhmdar kapitalında bilavasitə payını təmsil edən qiymətli kağız .
Qiymətli kağızlar hüquqi şəxslər : dövlət və kommersiya təşkilatları tərəfindən buraxılır. Hüquqi və fiziki şəxslər qiymətli kağızların alıcıları ola bilər. Fond qiymətli kağızlarının emissiyasının (buraxılmasının) məqsədi emitentin (qiymətli kağızı buraxan hüquqi şəxs) kapitalının artırılması üçün pul vəsaitlərinin mərkəzləşdirilməsi və toplanması, onun fəaliyyətinin maliyyələşdirilməsidir. Dövlət qiymətli kağızları büdcə kəsirini örtmək üçün də buraxır.
Qiymətli kağızlar bazarda asanlıqla satılan və alınan maliyyə aktivləridir. Əsasən investisiyaların maliyyələşdirilməsi məqsədilə borc vəsaitlərinin cəlb olunmasında daha geniş istifadə olunan qiymətli kağızlar hökümətlər və şirkətlər tərəfindən buraxılan, geri ödəmələri (borcun faiz artımı ilə qaytarılmasını) nəzərdə tutan istiqrazllardır. Bu sektor dünyanın ən böyük maliyyə bazarına çevrilmişdir və borc alınmasının vasitəsi kimi, dövlət istiqrazlarından daha çox istifadə edir.
İstiqraz – faizi təsbit olunmuş, dövlət yaxud firma tərəfindən borc öhdəliyi qismində buraxılan qiymətli kağız növüdür. İstiqrazlar birjada bazar qiymətləri ilə satılıb – alınır. İstiqrazlar 10 ilədək (qısamüddətli) və 10 ildən çox (uzunmüddətli) müddətə buraxılır.
İstiqrazlar xarici istiqrazlara və avroistiqrazlara bölünür. Xarici istiqrazlara borclanan ölkəsindən kənarda satılsa da, onun valyutasında ifadə olunur.
Avroistiqrazlar bazarı . Avroistiqrazlar beynəlxalq bazarlarda satılan, geniş yayılmış qiymətli kağızlardır. Avroistiqrazların ənənəvi xarici istiqrazlar üzərində əsas üstünlüyü, bir neçə ölkənin bazarlarında yerləşdirilmək imkanının olması və dövlət tənzimlənməsinə nisbətən az məruz qalmasıdır. Əsas satış bazarının Londonda yerləşməsinə baxmayaraq, onların Avropada satılması mütləq deyil.
Avroistiqrazlar bazarı – borcun məbləği, onun geri qaytarılmasının şərtləri və müddətləri ,faizlərin alınma qaydaları təsbit olunmuş , avrovalyuta ilə ifadə edilən borc öhdəlikləri şəklində rəsmiləşdirilmiş dayanıqlı münasibətlər sistemidir. Bu bazar xarici əmanətçilər üçün cəlbedici və əlçatandır. Onun əsas üstünlükləri dövlət tərəfindən sərt nəzarətin olmaması, ssudanın uzunmüddətli (10-15 il) xarakteri və vəsaitləri eyni vaxtda bir neçə ölkədə almaq imkanıdır. Avrokreditlərdən fərqli olaraq, avroistiqrazlar sahibinə borcalanın pul siyasətinə təsir göstərmək imkanı vermir, yəni BVF-in tələblərinə riayət olunur. Buna görə də avroistiqrazlar bazarına krediti qaytarma reytinqi yüksək olan borcalanlar buraxılır.
Korporativ istiqrazlar . İstiqrazlar iri şirkətlər tərəfindən istehsalın genişləndirilməsi və modernləşdirilməsi məqsədilə əlavə kapital cəlb etmək üçün də buraxılır. Qiymətli kağızların müəssisənin əmlakı ilə zəmanət verildiyinə görə, bunlar korporativ istiqraz adlanır. Yalnız iri və məşhur firmalar əhali tərəfindən etimad göstəriləcəyinə ümid bəsləyə bilər.Korporativ istiqrazlar müxtəlif xassələrlə buraxılır:
*indeksləşdirilmiş istiqrazlar
*mənfəətdə iştirak hüququ verən istiqrazlar
*başqa qiymətli kağızlara,ilk növbədə , səhmlərə dəyişdirilə bilən istiqrazlar
*geri qaytarılan (müddət başa çatanadək geri alınan) istiqrazlar
*faizi üzən istiqrazlar və s.
Müştəriyə təklif olunan geniş seçim istiqraz buraxan iri şirkətə öz fəaliyyətinin məqsədyönlü strateji planlaşdırılmasını həyata keçirməyə , işlədiyi sahədə ümumi sabit mühit yaratmağa imkan verir.
Xarici istiqrazlarla ticarətin əsas mərkəzləri Nyu –Yorkda,Sürixdə ,Tokioda, Londonda, Amsterdamda, Frankfurt-Maynda yerləşir. Fond qiymətli kağızlarının emissiyası onların sayı, hər bir qiymətli kağızın (səhmin,istiqtrazın) nominal qiyməti və buraxıldığı məbləğ göstərilməklə,kütləvi xarakterdə olması ilə fərqlənir.
Fond birjalarının əsrlərlə fəaliyyət göstərdiyi ölkələrdə,onların yaranma dövründən başlayaraq, emitentlər və əmanətçilər üçün hüquqi normalar işlənib hazırlanmışdır,qiymətli kağızların buraxılışını və satışını tənzimləyən ciddi qanunlar mövcuddur. Qiymətli kağızların buraxılışının,ilkin yerləşdirilməsinin və təkrar satışının qanunvericiliklə tənzimlənməsinin zəruriliyi baş vermiş birja böhranları,o cümlədən 1929-1933-cü illərin dünyada ən böyük birja böhranı ilə təsdiqlənmişdir.Onun nəticəsində bir çox ölkələrdə qiymətli kağızların buraxılışını və dövriyyəsini tənzimləyən qanunlar qəbul olunmuşdu. ABŞ-da buraxılış proseduru 1933-cü il “Qiymətli Kağızlar haqqında” Qanunu ilə reqlamentləşdirilir.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin