Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə12/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
bim imt sual cavab (1) yeni

Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhə miyyətli həcm də dövriyyədən yığılması, ya xud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edil məsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.
Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar öl kə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir.
Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.

16. Valyuta məhdudiyyətləri.Valyuta blokları
Valyuta məhdudiyyətləri
Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə bağlı əməliyyatlarda qadağalar, limitləş­mə, nizama salma, ləngimə və ya onların sərəncamları şəklində istifadə olunur. Valyuta nəza­rətinin və valyuta məhdudiy­yətlərinin əsas məq­sədləri kimi aşağı­dakıları göstərmək olar:

  • iqtisadi təhlükəsizliyin təmin edilməsi;

  • xarici iqtisadi əlaqələrdə inkişafın stimul­laş­dı­rıl­ma­sı;

  • ölkənin valyuta ehtiyatlarının formalaşması;

  • ölkənin beynəlxalq öhdəliklərinin yerinə yeti­rilməsi.

Valyuta məhdudiyyətləri aşağıdakı faktorların nə­zərə alınması ilə tətbiq olunur:

  • ölkənin iqtisadi inkişaf səviyyəsinin və onun valyuta bazarının nəzərə alınması;

  • ödəniş balansının vəziyyəti;

  • rəsmi qızıl-valyuta ehtiyatlarının səviyyəsi və dina­mi­kası;

  • milli pul vahidinin dönmə rejimi;

  • idxalın həcmi və ona olan tələb;

  • Iqtisadi üstünlüklər;

  • milli istehsalın qiymət və həcmlərinin səviyyəsi.

Valyuta nəzarətinin əsas tələbi valyuta qanun­veri­ci­liyi­nə riayət olunmasıdır. Bu qanunvericilik, bir qayda olaraq, kapi­talın hərəkəti ilə əlaqədar olan (ödəniş balan­sının struk­turu üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetiril­mə­sinə nəzarət üzrə tədbirlər kompleksini nəzərdə tutur. Val­yu­ta nəzarətinin və valyuta məhdu­diy­yətlərinin forma­ları uy­ğun olaraq bu əlamətə görə cari (mal sövdə­ləşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı və neytral sövdələşmələr) forma­larına bölü­nürlər.
Valyuta blokları. Dünya valyuta sistemi valyuta bloklarına ayrıldı. Müəyyən şərtilik dərəcəsi ilə valyuta bloklarının aşağı­dakı xarakterik cəhətlərini ayırmaq olar: – asılı valyutaların məzənnəsi qrupa başçılıq edən ölkərin valyutasına bağlanır; – bloka daxil olan ölkələrin beynəlxalq hesablaşmaları hegemon ölkərin valyutasında həyata keçirilir; – blok üzvlərinin valyuta ehtiyatları hegemon ölkədə saxlanılır; – asılı valyutaların təminatçısı rolunda hegemon ölkənin xəzinədarlıq vekselləri və dövlət istiqrazları çıxış edir. Valyuta blokları kimi, sterlinq, dollar və qızıl bloklarını fərqləndirirlər. Sterlinq bloku Böyük Britaniyada qızıl standartının (1931-ci il), dollar bloku isə ABŞ-da həmin standartın (1933-cü il) ləğvindən sonra yaranmışdır. Sterlinq blokuna aşağıdaki dövlətlər daxil idi: keçmişdə İngiltərənin müstəmləkələri olan bir-sıra dövlətlər, həmçınin Misir, İraq, Portuqaliya, Danimarka, Norveç, İsveç, Finlandiya, Yunanistan, İran, Yaponiya. Dollar blokuna Kanada, Mərkəzi və cənubi Amerikanın bir-sıra ölkələri daxil idi. 1933-cü ilin iyununda qızıl bloku yarandı. Bura Fransa, Belçika, Niderland, İsveçrə, İtaliya, Cexoslavakiya və Polşa daxil idi. Blok 1935-ci ildə parçalandı və Fransa qızıl stan­dartını ləğv etdikdən sonra (1936-ci il sentyabr) öz fəaliyyətini başa vurdu. İkinci dünya müharibəsi ərəfəsində valyutaların deval­vasiyası . 1937-ci ildə dünya valyuta sistemi yeni iqtisadi böhranın təsirinə məruz qaldı. Həmin ilin sentyabrının 25-dən ABŞ, Böyük Britaniya və Fransa arasında üç tərəfli məs-ləhətləşmələr aparılırdı. Bir çox ökələrdə valyutalar qiymətdən düşürdü. 1936-1938-ci illərdə frank üç dəfə devalvasiya olundu. ABŞ dolları, funt-sterlinq və isveç frankının qızıl məzmunu xeyli aşağı düşdü. İkinci dünya müharibəsi ərəfəsində demək olar ki, dayanıqlı valyuta qalmamışdır. ABŞ və Avropa ölkələri ikinci dünya müharibəsinə qeyri-sabit valyuta sistemi ilə başladılar. 2. 2. Genuya valyuta sistemindən Bretton -Vuds valyuta sisteminə keçid. Üçüncü dünya valyuta sistemi 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində valyuta-maliyyə konfransında rəsmiləşdirilmişdi. Formasına görə Bretton-Vuds pul sistemi özünəməxsus dövlətlər arası qızıl-deviz standartı kimi fəaliyyət göstərirdi. Bu sistemin əsas xarakterik cəhətləri aşağıdakılardır: – qızıl dünya pulu funksiyasını yerinə yetirirdi. O ölkələr arasında hesablaşmaların vasitəsi və ictimai sərvətin ümumi təcəssümü kimi çıxış edirdi; – beynəlxalq ödəniş dövriyyəsində qızıldan başqa ABŞ-ın və Böyük Britaniyanın milli pul vahidləri də istifadə olunurdu. Bununla belə ABŞ dollarının və ingilis funt-sterlinqinin fəaliyyət dairəsi xeyli dərəcədə məhdud idi; – 1934-cü ildən başlayaraq mərkəzi banklar və ökələrin hökumet idarələri tərəfındən təqdim olunan ABŞ dolları ABŞ xəzinəsində rəsmi şəkildə müəyyənləşdirilmiş nisbətlə qızılla dəyişdirilirdi. Bunun nəticəsində azad bazarda qızılın qiyməti ABŞ-ın qoyduğu rəsmi qiymət əsasında formalaşırdı. Demək olar ki, 1968-ci ilə qədər kənarlaşma baş verməmişdir. – milli pul vahidləri mərkəzi banklar vasitəsilə dollara dəyişdirilirdi. Ölkələr arasında milli pul vahidlərinin mübadiləsi isə Beynəlxalq Valyuta Fondunun təyin etdiyi möhkəm nisbətlər əsasında həyata keçirilirdi. Bütün dönərli milli pul vahidləri dolların vasitəçiliyi ilə qızılla çevrilə bilirdi. Bu isə ölkəlerarası çoxtərəfli hesablaşmaları mümkün edirdi. 1971-1973-cü illərdə bütün pul vahidlərinin qiymətliliyi etalonu olmaq etibarilə ABŞ dolları iflasa uğradı. Bunun aşağıdaki səbəbləri var idi: – xarici bazarda ABŞ-ın mövqeyinin zəifləməsi; – qızıl ehtiyatının azalması; – inflyasiyanın güclənməsi; – tədiyə balanslaının qeyri-stabilliyi. Nəticədə ABŞ dolları dünyanın yeganə ehtiyat valyutası rolunu oynamaq iqtidarını itirdi. Ehtiyat valyuta rolunu Almaniya Federativ Respublikasının markası, yapon ieni, SDR və eküdə oynamağa başladı. 1971-ci ilin avqustun l-dən etibarən dolların qızıla dəyişdi­rilməsi prosesi dayandırıldı. Nəhayət, qızılın rəsmi dollar qiyməti ləğv edildi. 70-ci illərin ortalarından başlayaraq, bir sıra ölkələrin mər­kəzi bankları tərəfindən kollektiv valyuta müdaxiləsi həyata keçirilirdi. 1974-cü ilin may ayında ABŞ, AFR, İsveçrə (sonradan Fransa da bu sazişə qoşuldu) tərəfindən kollektiv valyuta müdaxiləsi haqqında Bazel sazişi imzalandı. Rambuye müşavirəsində (1975-ci il) altı ölkə başçısı birgə valyuta siyasəti üzrə razılığa gəldilər. 1975-ci ilin dekabrından isə «on ölkə qrupu» «svon» razılaşması əsasında birgə valyuta müdaxiləsini tətbiq etdilər. Bretton-Vuds valyuta sistemi dövründə təsbit olunmuş valyuta məzənnələrini dəstəkləmək üçün mütəmada olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta məzənnəsi sisteminə keçilməsi ilə valyuta müdaxiləsi kəskin məzənnə dəyişməlerinin qarşısının alınmasına yönəldilirdi. Bretton-Vuds valyuta sisteminin böhranı aşağıdaki forma­larda özünü büruzə verirdi: – qeyri-stabil valyutadan qızıla keçmək və müntəzəm olaraq onun qiymətini artırmaq; – valyuta məzənnələrinin gözlənilən dəyişməsinə nəzərən qiymətli kağızların dəyərdən düşməsi; – kütləvi şəkildə valyutaların devalvasiyası və revalvasiyası (rəsmi və qeyri-rəsmi); – mərkəzi bankların fəal valyuta müdaxiləsi; – rəsmi qızıl-valyuta ehtiyatlarında kəskin tərəddüdlər; – xarici kreditlərdən istifadə; – Bretton-Vuds valyuta sisteminin struktur prinsiplərinin pozulması; – milli və dövlətlərarası valyuta tənzimlənməsinin fəallaşdırılması. Valyuta böhranı ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda və fərqli şəkildə özünü göstərirdi. Bretton-Vuds valyuta sistemi böhranını şərti olaraq bir-neçə mərhələyə bölmək olar: funt-sterlinqin devalvasiyası, ikili qızıl bazarlarının yaranması, fransız frankının devalvasiyası, alman markasının revalvasiyası və ABŞ dollarrının devalvasiyası. Funt-sterlinqin devolvasiyası ölkənin valyuta-iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq 18 noyabr 1967-ci ildə həyata keçirilmişdir. Funt-sterlinqin qızıl məzmunu 14,3 % aşağı salınmışdır. Böyük Britaniyanin ardınca onun ticarətdəki 25 tərəf müqabili müxtəlif nisbətlərdə öz valyutasını devalvasiya etmişdir. «Qızıl həyacanı və «İkili qızıl bazarının» yaranmasının əsas səbəbi dolların qızıla satılması ilə əlaqədar olmuşdur.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin