Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq valyuta münasibətləri və valyuta sistemi



Yüklə 109,82 Kb.
səhifə14/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
bim imt sual cavab (1) yeni

18. Beynəlxalq valyuta münasibətləri və valyuta sistemi
Beynəlxalq valyuta –maliyyə münasibətləri BİM-in əsas formalarından biri kimi XX yüz illiyin ortalarından yeni inkişaf vüsəti almışdır.
Bütövlükdə valyuta-maliyyə münasibətlərinin xarakteri beynəlxalq iqtisadi münasibətlərin vəziyyətindən asılıdır. Çünki valyuta-maliyyə münasibətləri ümumilikdə BİM çərçivəsində yaranır və formalaşır.
Məlumdur ki, son dövrlərdə açıq iqtisadiyyat quruculuğu yaradılmasının ümumi istiqamət götürməsi genişlənmişdir. Bu vəziyyət beynəlxalq əmtəə mübadiləsinin intensivləşməsinə, beynəlxalq maliyyələşdirmənin inkişafına güclü zəmin yaratmışdır. Buradan da yeni valyuta bazarlarının əmələ gəlməsinə,müxtəlif ölkələr arasında valyuta-maliyyə münasibətlərinin genişlənməsinə obyektiv qanunauyğun zərurət yaranmışdır.
Valyuta münasibətləri pulun dünya pulu kimi fəaliyyəti ilə bağlı iqtisadi münasibətlərin məcmusundan ibarətdir.
Pul dünya pulu olmaqla xarici ticarətə və xidmətlərə, kapitalın hərəkətinə,mənfəətlərin investisiyaya çevrilməsinə xidmət edir. Eyni zamanda,borc verilməsini ,maliyyə yardımı göstərilməsini,elmi –texniki mübadilənin,turizmin,hər cürə pul köçürmələrinin genişlənməsini həyata keçirir.
Valyuta münasibətləri istər milli və istərsə də beynəlxalq səviyyələrdə həyata keçirilir.
Milli səviyyədə bu münasibətlər ancaq mlli valyuta sistemini əhatə edir. Milli valyuta sistemi (MVS) hər bir ölkənin valyuta münasibətlərinin təşkili forması olub ,onun valyuta qanunçuluğu ilə müəyyən edilir.
MVS-in əsas cəhəti hər bir ölkənin iqtisadiyyatının inkişaf dərəcəsi və xüsusiyyəti ilə əks olunur.Həmçinin başqa ölkələrlə olan xarici iqtisadi əlaqələrdə öz əksini tapır.

19. Valyuta bazarlarının funksiyaları
Valyuta bazarı, onun funksiyaları və xüsusiyyətləri
Valyuta bazarı dedikdə valyuta ilə alqı-satqı əməliyyatının məcmusu başa düşülür. İnstitusional nöqteyi-nəzərindən valyuta bazarı valyuta əməliyyatını həyata keçirən institusional iştirakçıların məcmusunu ifadə edir. Təşkilati – texniki nöqteyi – nəzərindən valyuta bazarı dedikdə valyuta bazarının iştirakçılarının öz aralarındakı əlaqədə olan kommunikasiya sistemlərinin məcmusu başa düşülür.
Valyuta bazarı dedikdə valyuta və valyuta dəyərlərinin alqı-satqısı cəmlənən rəsmi mərkəz nəzərdə tutulur.Bir valyutanın digər valyutaya mübadiləsi həyata keçirilən valyuta bazarının fəaliyyətinin mövcudluğunun zəruriliyi beynəlxalq hesablaşmalarda vahid ödəniş vəsaitinin olmaması üzündən irəli gəlir.
Valyuta bazarının funksiyaları aşağıdakılardır :
• Beynəlxalq hesablaşmaların öz vaxtında həyata keçirilməsinin təmin edilməsi ;
• Valyuta risklərinin sığortalanması ;
• Valyuta ehtiyyatlarının diversifikasiyası ;
• Milli valyutanın sabitliyinin qorunub saxlanılması;
• Valyuta əməliyyatlarından mənfəət əldə edilməsi.
Valyuta risklərinin sığortalanması dedikdə valyuta əməliyyatları həyata keçirilərkən valyuta riskini aşağı salmağa yönəldilən tədbirlər başa düşülür. Valyuta riski valyuta kursunun enib –qalxmasından irəli gələn itkilər riskidir.
Valyuta ehtiyatlarının diversifikasiyası dedikdə onların bir valyutada saxlanması deyil, bir neçə valyutada saxlanması, habelə riskin azaldıması məqsədilə valyuta dəstinin dəyişilməsi başa düşülür.
Milli valyutanın sabitliyinin qorunması məqsədilə Mərkəzi Bank valyuta müdaxiləsi (valyutanın alqı-satqı əməliyyatı) həyata keçirir ki , onun vasitəsilə kəskin artıb – azalmanı yumşaldır və mübadilə məzənnəsinin hərəkətinə nəzarət edir.
Pul –kredit siyasətinə təsirin dərəcəsinə görə valyuta intervensiyasının aşağıdakı növləri fərqləndirilir :
• “sterilizə edilmiş” ;
• “qeyri-sterilizə edilmiş” ;
“Sterilizə edilmiş” valyuta intervensiyası pul –kredit siyasətinə , o cümlədən tədavüldə pul kütləsinin həcminin və ya faiz dərəcəsinin dəyişilməsi sahəsinə əsaslı təsir göstərmir. Daha mürəkkəb və geniş tətbiq edilən “qeyri –sterilizə” edilmiş valyuta intervensiyası valyuta bazarında tələb və təklifin elə dəyişilməsinə səbəb olur ki, bu , pul –kredit siyasətində əsaslı dəyişikliyə gətirib çıxarır.
Valyuta məzənnəsindən (fərqdən) mənfəət möhtəkir valyuta əməliyyatı həyata keçirildikdə əldə edilir.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin