Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə1/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
  1   2   3   4   5   6   7   8   9   ...   44
bim imt sual cavab (1) yeni


Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı :
1. Beynəlxalq maliyyənin məzmunu
Beynəlxalq maliyyə - anlayışını izah etməzədn əvvəl ümumiyyətlə maliyyə kateqoriyasını yaranmasını və iqtisadi mahiyyətini araşdırmaq lazımdır. Bildiyimiz kimi maliyyəiqtisadi kateqoriyadır,yəni anlayışdır.Hər bir iqtisadi kateqoriya geniş məzmuna malikdir və müəyyən dövrlərin ictimai-iqtisadi təlabatından irəli gəlir.Bu mənada maliyyə kateqoriyası əmtəə-pul münasibətləri zəminində yaranmışdır.Həmin dövrdə dövlətlərin müəyyən iqtisadi funksiyalarından və təlabatından irəli gəlirdi. Ümumi şəkildə maliyyə anlayışı latın “finans” sözünü ifadə edir. Bu da öz növbəsində dövlətin gəliri,yəni tədiyyə ödənişləri deməsidir.
Maliyyə anlayışı tarixən ilk əvvəllər XII – XV əsrlərdə İtaliyada işlədilmişdir. Həmin dövrlərdə Florensiya,Venesiya,Genuya və digər sahələrdə ticarət və bank işi geniş yayılmışdır. Hətta bu şəhərlər Avropada ticarət və bank işi baxımından daha mərkəz rol oynayırdılar.
Vaxt keçdikcə, bu iqtisadi kateqoriya digər ölkələrdə də yayılmış və beynəlxalq xarakter almışdır.
Aydındır ki, orta əsrlərdə hər bir dövlətin gəlirləri – natural xarakter daşıyırdılar. Daha doğrusu, pul şəklində,dəyər şəklində ifadə edilmirdi. Hər bir dövlətin təlabatları natural qayda(məsələn 1 ton taxıl 100 baş malqara) ödənilirdi. Feodolizm cəmiyyətinin dağılması və onun daxilində kapitalist münasibətlərinin yaranması ilə dövlətlərin gəlirləri və xərclərinin hesablanması daha böyük tələbata çevrilmişdi.
Əmtəə- pul münasibətlərinin genişlənməsi ilə əlaqədar olaraq bu proses daha da güclənmişdi. Qeyd etməliyik ki, həmin dövrlərdə dövlətlərin iqtisadi funksiyaları daha da artırdı.
Dövlətin iqtisadi funksiyalarının müəyyənləşməsində maliyyənin əhəmiyyəti böyük bir tələbata çevrilmişdir. Onu da qeyd etməliyik ki, həmin dövrdə dövlət xəzinəsi monarxların şəxsi xəzinəsindən ayrıldı ,yəni fərqləndirildi.
Beləliklə dövlət maliyyəsi və eləcə də dövlət büdcəsi anlayışları yaranmağa başlamışdır.Müasir şəraitdə isə maliyyə anlayışı daha geniş mənada işlədilir. Bu tərəfdən isə müəssisələrin, şirkətlərin maliyyəsi nəzərdə tutulur. Hətta bir çox hallarda ayrı ayrı şəxslərin gəlir və xərclərin hesablanması da maliyyə anlayışından istifadə edirlər. Beləliklə maliyyə anlayışı iqtisadi kateqoriyaya almaq lazımdır.Müəyyən dövrdə pul vəsaitlərinin mərkəzləşməsi və xərclənməsi kanallarının məcmusunu ifadə edir. Eyni zamanda pul vəsaitləri fondunun münasibətləri əks etdirir.Deməli, burada ümumdaxili məhsulun bölgüsü və yenidən bölgüsü nəzərdə tutulur. Qeyd etməliyik ki,digər iqtisadi kateqoriyalar kimi maliyyə anlayışı barədə də müəyyən nəzəri müddəalar vardır.
Burada ilk elmi fikir Yunan filosofu olan Ksenofant (b.e.ə 430-355 illər) işlətmişdir. O Afina Respublikasının gəlirlərinə dair əsər yazmışdır. Bu barədə onun fikirləri Aristotel tərəfindən davam etdirilmişdir.
Aristotel özünün siyasət (politika) və “Afina poltiyası” əsərlərində maliyyə sistemi barədə , dövlət maliyyəsi barədə gözəl fikirlər işlətmişdir. Afina dövlət maliyyə sisteminin mənzərəsini açmaq üçün xəzinədarları 10 qrupa ayırmışdır. Beləliklə, dövlət gəlirlərinin əsas mərhələsini müəyyənləşdirmişdir.
Maliyyə sistemi barədə məlum NəsrəddinTusinində (XIII əsrdə) çox qiymətli fikirləri olmuşdur. O, maliyyə traktatı adlı əsər yazmışdır. Nəsrəddin Tusi Astronom, Riyaziyyat, Filosof və İqtisadçı kimi tanınmış böyük şəxssiyyətdir. Onun iqtisadi nəzəri və praktiki fikirləri “ əxlaqi Nasiri” və “Maliyyə” haqqında tədqiqat adlı əsərlərində ifadə olunmuşdur. Deməli, N.Tusi hələ o dövrdə hər bu dövlətin maliyyə sistemi haqqında fikirlər irəli sürmüşdür.
Son dövrlərdə daha doğrusu XVIII əsrdə Klassik Siyasi Iqtisad elminin baniləri olan A.Smit, D.Rikardo və Milliu əsərlərində maliyyə sisteminə dair daha geniş nəzəri müddəalar vardır.
Onların fikirlərinə görə dövlət maliyyə sisteminin formalaşması prinsipləri öz əksini tapmışdır. Burada maliyyə sistemi dövlətin pul fondlarının yaranması və istifadəsinin ,eləcə də Bank işi kredit münasibətləri, vergi sistemi və s. birlikdə öyrənilirdi. Digər iqtisadçılarda maliyyə sisteminin ayrılıqda deyil, pul vəsaitləri fondunun yaranması və istifadəsi ilə birlikdə araşdırmışlar. C.M.Keyns və M.Fridmanın əsərlərində də maliyyə pul sisteminin ümumi nəzəri əsasları hərtərəfli tədqiq edilmişdir.
Son dövrlərdə inhisarçı birliklərin yaranması ilə maliyyə sahəsində də ciddi fikir dəyişiklikləri yaranmışdır.Məsələn Con Meynart Keynesin fikirlərinə görə maliyyə sistemi ehtiyatların təklifi baxımından deyil,tələb baxımından təhlil edilmişdir.Daha doğrusu burada hər cür ehtiyatların satışının hesablanması nəzəerdə tutulur.Deməli burada tələb təklif nəzəriyyəsi ön plana çəkilir.Eyni zamanda Keynesin dövlətin iqtisadiyyatın tənzimləməsinə yansıması fikrində öz əksini tapır.Beləliklə dövlət maliyyə sistemi,qiymətlər və s. vasitəsi ilə iqtisadiyyatın tənzimlənməsinə kömək etməlidir.Dövlət maliyyəsi barədə olan nəzəriyyə Keynesin əlavə fikirləri olmuşdur.O, dövlət xərclərinin artırılmasında borc sistemindən də istifadə edilməsini nəzərdə tuturdu.Keynesin fikirlərini davam etdirənləri iqtisadçılar bu prinsipi maliyyələşmənin çatışmazlığı prinsipi adlandırmışlar.Beləliklə borc vasitəsi ilə həyata keçirilən maliyyələşmədə investisiya problemlərinin həlli nəzərdə tutulurdu.Beləliklə Keynes prinsipcə yeni maliyyə nəzəriyyəsi işləyib hazırlamışdır.Burada Dövlət inhisarçı kapitalizm şəraitində iqtisadiyyatın tənzimlənməsi nəzərdə tutulur.Keynesin Maliyyə Siyasəti barədə olan araşdırması və praktiki baxımdan həyata keçirilməsi bəzi iqtisadçılar tərəfindən daha geniş təhlil edilmişdir.Burada ABŞ-da Xarrod,Böyük Britaniyada Vayisman,Fransada Perru,Yaponiyada Emi və sair kimi iqtisadçıları qeyd etmək olar.1940-1960-cı illərdə onların fikirləri kifayət qədər əhəmiyyətli nəticələr vermişdir.Həmin dövrdə Qərbi Avropanın bir çox dövlətlərində Dövlət tənzimlənməsi müvəffəqiyyətlə həyata keçirilirdi.Bu sistemin əsasında da təhsil sisteminə, səhiyyə sisteminə,sosial təminat və digər sahələrə ayrılan vəsait gözə çarpacaq dərəcədə artmışdır.Beləliklə 1970-ci illərədək qabaqcıl Qərb ölkələrində bu sahədə Keynesin maliyyə nəzəriyyəsi əsas götürülmüşdür.Aydındır ki, vaxt keçdikcə yeni klassik baxışlar da yaranırdı.Burada pul amili daha ön plana çəkilirdi.Bu fikrin tərəfdarları ingilis iqtisadiyyatçısı Xiks və Amerika iqtisadçısı Pol Samuelsondur.Onların fikirlərinə görə,pul kredit siyasəti vasitəsi ilə iqtisadiyyatın tənzimlənməsini həyata keçirmək olar.Samuelsona görə,maliyyə siyasətinin əsas vəzifəsi ictimai məhsulda təklif dairəsini tənzimləməkdən ibarətdir.XX əsrin əvvəllərindən mikromaliyyə- müəssisə üzrə olan maliyyə problemləri də araşdırılmışdır.Burada pul axınlarının roluna üstünlük verilmişdir.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin