BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə15/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   11   12   13   14   15   16   17   18   ...   542
30


 

31


 

32


 

33


 

34

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  RЕSPUBLIKASININ 

 

PRЕZIDЕNTI  ILHAM  ƏLIYЕV  

 

BƏRDƏDƏ 

 

 

 

 

 

 




 

35

 

 

 

 

 

 

 

 

 

 

 

Bərdə Azərbaycanın dilbər 

guşəsidir. Hər bir azərbaycanlı üçün 

dоğma yеrdir, dоğma məkandır. 

 

 

 

*** 

 

Bərdənin Azərbaycanda xüsusi 

yеri vardır. 

   

 

İlham Əliyеv 

 

 

 

 

 




 

36

 

BƏRDƏDƏ  OLİMPİYA  İDMAN  KOMPLEKSİNİN   

AÇILIŞ  MƏRASİMİ  

 

Azərbaycanın  baş  naziri  İlham  Əliyev mərasimdə   

iştirak  etmişdir 

 

Oktyabrın 7-də  Bərdə  şəhərində Olimpiya idman kompleksinin 



təntənəli açılış mərasimi olmuşdur.  

Azərbaycan Respublikasının Baş naziri İlham  Əliyev mərasimdə 

iştirak etmişdir.  

Tikintisi başa çatdırılmış  Bərdə Olimpiya İdman Kompleksinin 

qarşısında toplaşmış on minlərlə insan Baş nazir İlham  Əliyevi böyük 

səmimiyyətlə  və  hərarətlə qarşıladılar. Onların əllərində respublikamızın 

dövlət bayraqları, Prezident Heydər Əliyevin və Baş nazir İlham Əliyevin 

portretləri və transparantlar var idi.  

Mərasimi giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Elman 

Allahverdiyev açdı. 



 

 

AZƏRBAYCANIN  BAŞ  NAZİRİ   

İLHAM  ƏLİYEVİN  ÇIXIŞI 

 

“Əziz bərdəlilər! Əziz bacılar və qardaşlar!  

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olim-

piya idman kompleksinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edi-

rəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad edilə-

cək və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən sizə söz verirəm 

ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleks-

ləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımı-

zın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindi-

rir. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər bey-

nəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə  təmsil 

edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan 

idmançılarımız Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki, 

Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır. Azərbay-

canın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək 

səviyyədə qura biliblər.  İdmançılarımız bütün beynəlxalq yarışlarda işti-

rak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın mil-

li bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük müka-

fat məhz bunlardır. Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə id-

mançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma təəssüflər olsun




 

37

elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kim-

dir? Bizim müxalifət. Nəyə görə? Çünki onlar hesab edirlər ki, bir halda 

ki,  İlham  Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr 

əlavə siyasi kapital verəcəkdir.  

Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda 

idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə 

böhtanlar atırlar. Bu, bir daha göstərir ki, onların maraqları Azərbaycan 

xalqının maraqları ilə üst-üstə düşmür.  

Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim 

məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı  hərtərəfli inkişaf etdirək. 

Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki, 

bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait 

yaradılmalıdır və biz bu şəraiti yaradırıq. Bu gün burada açılan, bütün 

müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təs-

diqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun. 

Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələ-

rində məşğul olsunlar. Bu, onları fiziki cəhətdən, eyni zamanda, mənəvi 

cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul 

olmaq kütləvi xarakter alacaqdır. Bu, artıq baş verir. Azərbaycanın müx-

təlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə veri-

libdir. Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri 

də Qarabağ torpağında tikilsin. Mən çox xoşbəxtəm ki, biz bunu etmişik 

və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.  

Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün 

doğma yerdir, doğma məkandır. Bərdə çox inkişaf edib, gözəlləşir, abad-

laşır. Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə, 1970-ci illər-

də  də, ondan sonrakı dövrlərdə  də mütəmadi qaydada Bərdəyə  gəlmiş, 

bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə  və  Bərdə camaatına daim diqqət 

göstərmişdir. Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bər-

dəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı 

inkişaf etdirəcəyik.  

Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istə-

yirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin 

salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərir-

lər. Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların 

özlərinin də imkanları məhduddur. Amma o qaçqınlara və  məcburi köç-

künlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bun-

dan sonra da belə olacaqdır.  

Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki, 

Azərbaycanda Ermənistanın işğalı  nəticəsində öz torpaqlarını itirmiş in-

sanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər 

görülür. Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində  məs-



 

38

kunlaşmış insanlar üçün möhtərəm cənab Prezidentin fərmanları ilə yeni 

qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışın-

da iştirak etdim. 2600 ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl 

orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş 

evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır. 

Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz 

bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir 

evlər tikək. Mən sizə söz verirəm ki, bu, belə  də olacaqdır. Bir dənə  də 

çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkün-

lər yeni, müasir evlərə köçürüləcəklər.  

Bütün bu tədbirləri görmək üçün əlbəttə ki, Azərbaycanda gərək 

iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçiri-

lən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cə-

hətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaran-

mışdır. Bu, ona görə baş verir ki, Azərbaycanda islahatlar keçirilir. Aqrar 

islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsər-

rüfatı ilə məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu, nə qədər bö-

yük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirilir və 

on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın 

iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iq-

tisadiyyatını özəl sektor daha fəal formalaşdırır. Ümumi daxili məhsulun 

75 faizi özəl sektorun payına düşür. Bu, çox gözəl nəticədir və Azərbay-

canda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əmək-

daşlıq edən dünyanın aparıcı maliyyə qurumları da bunu qiymətləndirir, 

təsdiq edirlər.  

Azərbaycanda Heydər  Əliyevin neft strategiyası  həyata keçirilir. 

Bunun nəticəsində Azərbaycanın nefti dünya bazarlarına çatdırılır. Neft 

kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri - Bakı-Tbilisi - Cey-

han kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşal-

lah, yaxın gələcəkdə onun açılışında iştirak edəcəyik. Bu, bizə imkan ve-

rəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.  

Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu, o 

məqsədlə yaradılıb ki, neftdən əldə olunan gəlirlər bir yerdə, şəffaf şəkil-

də saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz 

belə  də edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə  məhz Neft 

Fondunun vəsaiti hesabına tikilibdir. Burada, Bərdədə, Ağdamda, işğal-

dan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün 

yeni qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur, 

Heydər Əliyevin neft strategiyası, budur, Heydər Əliyevin neft strategiya-

sının təntənəsi!  

Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının bö-

yük əksəriyyətinin dəstəyinə arxalanıbdır. Eyni zamanda, xatırlatmaq istə-



 

39

yirəm ki, bu məsələlər 1994, 1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məc-

lisdə müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan, 

böhrana salan, sonra qorxaqcasına qaçıb gizlənən müxalifət tərəfindən 

çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır, – o vaxt da Milli 

Məclisin deputatı idim, – "Şahdəniz" layihəsi orada müzakirə olunanda, 

indi sizdən  əbəs yerə  səs istəyən Etibar Məmmədov hətta öz dəstəsi ilə 

Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bi-

lirdi, Azərbaycanda vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən 

İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda Heydər  Əliyevin 

planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün 

olacaqsa, onda əlbəttə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu 

gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət də, – bax-

mayaraq ki, bu sahədə çox da böyük biliyə malik deyillər, amma o qədər 

də ağılsız deyillər, – bilirdi ki, bu tədbirlər Azərbaycana yaxın gələcəkdə 

böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm, 

bir daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə 

istəmir – biri Ermənistan, biri də Azərbaycan müxalifəti.  

Ermənistan ona görə istəmir ki, başa düşür – bu layihələr həyata 

keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli 

dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki, 

Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün bey-

nəlxalq hüquq normalarına əsaslanaraq həll edək.  

Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün 

nəzərdə tutulan məsələlər öz həllini taparsa, Azərbaycan xalqı daha yaxşı, 

daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç 

onların üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin 

maraqları üst-üstə düşür. Amma qoy onlar özlərini yormasınlar. Azərbay-

can qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər  Əliyevin 

siyasətini dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqı-

mızla birlikdə bu siyasəti davam etdirəcəyəm.  

Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu 

ilə  həll etmək istəyirik. Bu məqsədlə danışıqlar aparılır. Düzdür, hələlik 

danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək funk-

siyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki, 

çox zəif fəaliyyət göstərir və onun fəaliyyəti bizi qane etmir. Bütün bunla-

ra baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar pro-

sesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nə-

hayət, Ermənistanı məcbur edəcək ki, o, işğal olunan torpaqlardan çəkil-

sin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilat-

larda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var. 

Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün, ədalətli mövqe nü-

mayiş etdirmişdir.  Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan nümayəndə 



 

40

heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki, Avropa 

Şurasının deputatları  qəbul olunan sənədlərdə Ermənistanı  işğalçı dövlət 

kimi tanıyıblar. Biz hesab edirik ki,bütün bunlar gələcək danışıqlar pro-

sesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən  əminəm ki, biz 

məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma, mən dəfələrlə de-

mişəm və bir daha burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tü-

kənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar, sadəcə olaraq, for-

mal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının 

tam haqqı var ki, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.  

Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf 

bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu 

quruculuğuna daha böyük diqqət göstərək.  

Azərbaycanın sosial problemlərini də uğurla həll edək. İnsanların 

həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Prezidentin 

son sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədə-

niyyət işçilərinin maaşları, pensiyalar artırılıb və bu proses bundan sonra 

da davam edəcəkdir.  

Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik 

enerjisi və qaz təminatı yaxşılaşır. Düzdür, bütün rayon əhalisinə qazın 

verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük 

sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz bilə-

siniz ki, bu məqsədlər üçün Azərbaycan dövləti Rusiyadan alınan qazın 

haqqının ödənilməsinə  hər il 200 milyon dollardan çox vəsait xərcləyir. 

Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə bö-

yük diqqət yetirilir və bundan sonra da yetiriləcəkdir. Mən böyük məmnu-

niyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar 

Bərdə  şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar 

salınıbdır, yeni məktəblər tikilibdir. İnsanlara qayğı çox artıbdır. Bu, se-

vindirici haldır və mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da 

artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalq-

dır. Azərbaycan xalqı, o cümlədən Bərdə camaatı daim Heydər Əliyevin si-

yasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.  

Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qa-

rabağ torpağında gözəl Olimpiya kompleksi açılır. Milli Olimpiya Komi-

təsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən 

inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlam-

lıqlarını möhkəmləndirəcəklər. Amma bütün bu görülən işlərlə yanaşı, 

istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada 

gözəl bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edə-

cəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri tikməyə başlayanda üzgüçü-

lük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə dur-

mur, daim inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə ya-



 

41

naşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya gələrkən dedim ki, bir 

halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir 

və tikiləcəkdir.  

Mənə verilən məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə 

yeni məktəblər tikilibdir. Çox sevindirici haldır ki, buna diqqət göstərilir. 

Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara ca-

vab verən,  ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir 

yeni məktəb də burada tikiləcəkdir. Bu da bizim sizə hədiyyəmizdir.  

Mən qeyd etdim ki, bərdəlilər Heydər  Əliyevə daim böyük hör-

mətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl münasibət göstərmişlər və 

indi də göstərirlər. Onun siyasətini daim, 1970-1980-ci illərdə də dəstək-

ləyiblər, son on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev 

səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə iştirak edə bilməyəcək-

dir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər hə-

mişə olduğu kimi, Heydər Əliyev siyasətinə səs verəcəkdir.  

Əziz bərdəlilər! Əziz bacılar və qardaşlar!  

Mənə göstərdiyiniz çox hərarətli, xoş, səmimi münasibətinizə görə 

sizin hamınıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Sizə söz ve-

rirəm ki, həmişə sizinlə birlikdə olacaq, problemlərinizlə daim məşğul 

olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inki-

şaf etdirəcək, dövlət müstəqilliyimizi möhkəmləndirəcəyik.  

Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət 

yaşayacaqdır. Azərbaycan yaşayacaqdır. Heydər  Əliyev yaşayacaqdır və 

daim yaşayacaqdır. Sağ olun”.  

Respublika hökumətinin başçısına yaxınlaşan sakinlər ona bir da-

ha təşəkkürlərini bildirdilər, eyni zamanda, xahişləri ilə bağlı  ərizə  və 

məktublar təqdim etdilər.  

Baş nazir İlham Əliyev onlara bildirdi ki, narahat olmasınlar, ona 

verilən ərizə və məktublara diqqətlə baxacaq və müraciətlər müsbət həlli-

ni tapacaqdır.  

Sonra Baş nazir İlham Əliyev Olimpiya idman kompleksinin açılı-

şını bildirən qırmızı lenti kəsdi və kompleksin salonları, məşq otaqları ilə 

yaxından tanış oldu. Baş nazir kompleksin ən müasir tələblər səviyyəsin-

də tikilib istifadəyə verilməsindən məmnunluğunu bildirdi. Axırda incəsə-

nət ustalarının və idmançıların çıxışları oldu. Mərasimdə Gənclər, İdman 

və Turizm naziri Əbülfəs Qarayev, Prezidentin İcra Aparatının şöbə mü-

dirləri Yusif Hümbətov və Əli Həsənov, Milli Məclisin deputatları və di-

gər rəsmi şəxslər iştirak edirdilər. 

 

 



Bakı, 08.10.2003, 

AzərTAc 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin