BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə12/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   8   9   10   11   12   13   14   15   ...   542
 

“Kommunizm yolu” qəzeti,  

3 sentyabr 1973-cü il 



 

26

Rayon partiya-təsərrüfat fəalları yığıncağında Sov.İKP MK  

Siyasi Bürosu üzvlüyünə namizəd,  Azərbaycan KP MK-nın  

birinci katibi H.Ə.Əliyevin nitqi 

 

     – Ən əvvəl, sizi 1979-cu ildə əldə etdiyiniz böyük müvəffəqiy-

yətlər və kənd təsərrüfatı sahələrinin ən məsul, ən həlledici mərhələsi olan 

pambıq yığımına başlamağınız münasibətilə ürəkdən, səmimi qəlbdən 

təbrik edirəm.  

Bizim Sovetlər ölkəsi iri addımlarla kommunizmə doğru irəliləyir. 

Sov.İKP XXV qurultayının qərarları, onuncu beşilliyin plan və tapşırıqla-

rı müvəffəqiyyətlə  həyata keçirilir. Ölkənin hər yerində  qızğın iş gedir, 

yeni zavodlar, fabriklər işə salınır, dəmir yolları çəkilir. Qəhrəman fəhlə 

sinfi qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Kənd təsərrüfatı 

əməkçiləri yetişdirilmiş məhsulu sürətlə toplayırlar. Sovet adamlarının ri-

fahı yaxşılaşır. Ölkəmizin iqtisadiyyatı, müdafiə potensialı, böyük Vətəni-

mizin beynəlxalq miqyasda tutduğu yer getdikcə daha da möhkəmlənir. Sovet 

İttifaqının sülh siyasəti yeni-yeni nailiyyətlər qazanır. Bütün bunlar hamı-

nın – fəhlələrin, kolxozçuların və ziyalıların fədakar əməyinin bəhrəsidir. 

Bütün ölkədə olduğu kimi, bizim respublikamızda da onuncu beş-

illiyin planları və sosialist öhdəlikləri layiqincə yerinə yetirilir. Beşilliyin 

3 il 8 ayında sənayedə planlar xeyli artıqlaması ilə  həyata keçirilmişdir. 

Azərbaycanın fəhlə sinfi yeni-yeni müvəffəqiyyətlər qazanır. Beşilliyin 3 

ilində sənaye istehsalı 21 faiz əvəzinə 17 faiz artmışdır. Bu ilin 3 ayında 

istehsalda keçən ilin müvafiq dövrünə nisbətən artım 8,7 faiz olmuşdur.  

Respublika zəhmətkeşlərinin rifahı get-gedə yaxşılaşır. Mən bura-

da ancaq bu beşilliyin göstəricilərindən danışmaq istəyirəm. Keçən doq-

quzuncu beşillik də bizim üçün çox gözəl beşillik oldu. Biz artıq on ildir 

ki, inkişaf yolundayıq. Bizim üçün ən böyük müvəffəqiyyət ondan ibarət-

dir ki, respublikamızda çox gözəl, sağlam siyasi iqlim yaranmış,  ədalət, 

həqiqət, düzgünlük bərqərar olunmuşdur. Bütün bunlar irəliləyişimizin 

əsas səbəblərindəndir. Buna görə də Azərbaycan xalqının, respublika par-

tiya təşkilatının Ümumittifaq miqyasda müfuzu artır.  İndi respublikanın 

hər bir vətəndaşı ölkənin harasında olursa-olsun özünü fəxrlə azərbaycan-

lı kimi təqdim edir. Respublikamızın  əldə etdiyi nailiyyətlər partiya və 

hökumət tərəfindən yüksək qiymətləndirilir. Biz doqquz dəfə Sov.İKP 

MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ  və  ÜİLKGİ MK-nın keçici 

Qırmızı bayrağını almışıq. Doqquz il dalbadal Azərbaycan üzərində Qır-

mızı bayraq dalğalanıb. Doqquz il dalbadal Azərbaycan Qırmızı bayraqlı 

respublika olmuşdur. Biz əminik ki, bu il də Azərbaycan zəhmətkeşləri 

qabaqkı illərdən daha yaxşı işləyəcək, yenə də respublikamız qabaqcıllar 

cərgəsinə  çıxacaq və onuncu dəfə  Vətənin keçici Qırmızı bayrağını ala-

caqdır. 

Bu gün biz tarlaları gəzərkən kolxozçular və burda yığıncaqda çı-

xış edənlər də  məhz bu fikirdə olduqlarını bildirdilər. Deməli, biz birik. 



 

27

Həm xalq, həm də onların rəhbərləri yekdildir. Burada çıxış edən yoldaş-

lar məni ürəkdən təbrik etdilər, ünvanıma xoş sözlər dedilər. Bu sözlər 

çox səmimidir, onlar ürəkdən gəlir. Bu onu göstərir ki, mənə verilmiş mü-

kafat bütün respublika zəhmətkeşlərini sevindirir. Bunun üçün sizin hamı-

nıza və sizin simanızda bütün Azərbaycan zəhmətkeşlərinə öz minnətdar-

lığımı bildirirəm. 

İcazə verin bir daha əmin olduğumu bildirim ki, Bərdə rayonunun 

kommunistləri və bütün zəhmətkeşləri 1979-cu ilin planlarını və sosialist 

öhdəliklərini, bütövlükdə onuncu beşilliyin tapşırıqlarını müvəffəqiyyətlə 

yerinə yetirmək üçün əllərindən gələni  əsirgəməyəcək, respublikamızın 

nailiyyətlərinə yaxından kömək göstərəcəklər. 

 

“Kommunizm yolu” qəzeti,  



15 sentyabr 1979-cu il 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin