BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə10/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   6   7   8   9   10   11   12   13   ...   542
 

“Kommunizm yolu” qəzeti,  

28 may 1974-cü il      

 

 

 

 

BƏRDƏLİLƏRİN  YENİ  ÖHDƏLİYİ: 

 

Dövlətə 53 min ton pambıq verəcəyik 

        


Bərdə pambıqçıları onuncu beşilliyin ilk ilində görkəmli  əmək 

qələbəsi qazanmışlar. Ölkəyə 50 min tondan çox ağ qızıl verilmiş, qəbul 

olunmuş əlavə öhdəliklər artıqlamasıyla yerinə yetirilmişdir. Bu qələbəyə 

həsr olunmuş rayon zəhmətkeşləri fəallarının yığıncağı keçirilmiş, yığın-

cağın işində Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev iştirak 

edərək nitq söyləmişdir: 

– Bu gün Bərdədə böyük bayramdır. Çünki rayonun zəhmətkeşləri 

partiyamızın XXV qurultayının qərarlarını  həyata keçirmək uğrunda so-

sializm yarışını genişləndirərək nəinki rayonun tarixində, habelə respubli-

kanın rayonları arasında ilk dəfə olaraq dövlətə 50 000 ton məhsul satmış 

və öz əlavə öhdəliklərini layiqincə yerinə yetirmişlər. Bu böyük qələbə 

münasibətilə sizi, rayonun bütün əməkçilərini Azərbaycan KP MK, Azər-

baycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Respublika Hökuməti adın-

dan səmimi qəlbdən təbrik edir, sizin hamınıza xoşbəxtlik və səadət arzu-

layıram.  

Pambıqçılıq iqtisadiyyatımızda mühüm rol oynayır. Son zamanlar 

həqiqətən pambıqçılıqda böyük dönüş yaranmışdır. Pambıq özü mürək-

kəb bitkidir və Azərbaycan şəraitində çətin başa gəlir. Bizim şəraitdə bol 

məhsul yetişdirmək əsl hünər tələb edir. Respublikamızda pambıqçılığın 

inkişaf etdirilməsində Bərdə rayonunun rolu böyükdür. Rayonun zəhmət-




 

24

keşləri partiyanın aqrar siyasətini dönmədən həyata keçirərək çox yüksək 

əmək nəticələrinə nail olmuşlar.  

Mən qabaqlar da sizin rayonda olmuşam. 1973-cü ildə 40 min ton 

pambıq satmaq vəd edilmişdi. Lakin cəmi 20 min ton məhsul istehsal 

olundu. Ancaq rayon partiya komitəsinin həyata keçirdiyi tədbirlər nəticə-

sində son üç ildə pambıqçılıqda böyük dəyişikliklər əmələ gəlmişdir. Bu 

ilin nəticələri daha sevindiricidir. 50 min tondan çox pambıq istehsal et-

mək, bu, sıçrayışdır. Özü də sizin rayon bu il həm pambığı qısa müddətə 

yığıb təhvil verməkdə, həm də gündəlik artım sahəsində ciddi dönüş ya-

ratmışdır. Hər gün tədarük məntəqələrinə 2 min tondan artıq pambıq gön-

dərilmişdir. Heç vaxt heç bir rayon bu nəticəyə nail olmamışdır. Eyni za-

manda təkcə kəmiyyət məsələləri deyil, keyfiyyətə də ciddi fikir verilmiş-

dir. İstehsal olunmuş pambığın çox hissəsi birinci növ kimi qəbul edilmiş-

dir. Siz bu təcrübənizi daha da artırmalısınız.  

Mənə rayonun qabaqcıl adamlarının adlarını yazıb veriblər. Lakin 

mən oxumaq istəmirəm. Çünki bu qələbədə hamının payı vardır, elə sizin 

hamınız qabaqcılsınız. 243 briqadadan 236-sı öhdəlik hesabına işləyir. 

Məni sevindirir ki, Tərlan Musayeva öz maşını ilə 315 ton pambıq yığıb. 

Mənə elə gəlir ki, bu, rekord nəticədir. Buna görə də biz sizin hamınızın 

işinə yüksək qiymət veririk.  

Mən bir daha sizi ürəkdən təbrik edir və kənd təsərrüfatı məhsulla-

rının istehsalını artırmaqda sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.  

 

“Kommunizm yolu” qəzeti,  



7 oktyabr 1976-cı il 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin