BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə18/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   14   15   16   17   18   19   20   21   ...   542
ZAMANƏNİN  NƏBZİ  DUYULAN  BÖLGƏ. 

 

BURA  BƏRDƏDİR 

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uy-



ğun olaraq məmləkətimizin hər yerində iqtisadiyyatın dirçəldilməsi, həya-

tın yeni axara düşməsi, bir sözlə, yeni nəfəs, yeni ruh duyulmaqdadır. Bu 

da təbiidir. Çünki Ulu Öndərimizin iqtisadi-siyasi kursu bütün zamanlar 

üçün strateji proqramdır və onun tətbiqi mütləq mənada həyatımıza yeni 

nəfəs, yeni baxış gətirir. 

Bu gün döyüş bölgəsinə yaxın ərazi sayılan Bərdədə də həyat öz 

qaynarlığı ilə seçilir. Bu qaynarlığın da kökündə  məhz Azərbaycan Pre-



 

50

zidenti İlham Əliyevin tətbiq etdiyi 2004-2008-ci illəri əhatə edən Regi-

onların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı dayanır. Həmin 

proqramdan çıxış edən yerli icra strukturları, özəl qurumlar birmənalı ola-

raq işlərini günün tələbləri səviyyəsində qururlar. Məhz bunun nəticəsidir 

ki, bu gün Bərdədə yenidənqurma, tikinti-abadlıq, iqtisadiyyatın səmtində 

müstəqillik və coşqunluq özünü büruzə verir.   

Bu günlərdə Bərdəyə yolu düşən hər kəsin diqqətini rayon mərkə-

zinə xüsusi yaraşıq verən Heydər Əliyev muzeyi çəkir. Ulu Öndərin adına 

layiq şəkildə yüksək arxitektura zövqü ilə tiklmiş bu binada Ulu Öndəri-

mizin Bərdə ilə bağlı  təəssüratları,  şəkilləri, eləcə  də onun böyük ömür 

yolunu əks etdirən fotolar öz əksini tapıbdır. Onu da qeyd etmək lazımdır 

ki, rayon mərkəzi ilə yanaşı, Bərdənin kəndlərində də tikinti-abadlıq, ye-

nidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Burada məktəb 

tikintisinin, təhsil ocaqlarının təmir və bərpasına xüsusi önəm verilir. Belə 

ki, rayonun Gülgəzli kəndində 360 şagird yerlik məktəbin, Göyüşlü kən-

dində isə 160 şagird yerlik əlavə sinif otaqlarının tikintisi başa çatdırıl-

mışdır. Artıq bu məktəblər şagirdləri öz qoynuna almışdır. 

Eyni zamanda Bərdədə zamanın tələblərinə cavab verən diaqnos-

tika mərkəzinin, həmçinin, 880 şagird yerlik məktəbin və 9 mərtəbəli 72 

mənzilli yaşayış evinin tikintisi də keyfiyyətlə və sürətlə davam etdirilir. 

Xüsusi qeyd etmək lazımdır ki, Bərdədə şəhid ailələrinə və Qarabağ əlil-

lərinə yanaşmada xüsusi bir qayğıkeşlik, diqqət özünü büruzə verir. Məhz 

bunun nəticəsidir ki, rayon mərkəzində 36 mənzilli yaşayış binasının ti-

kintisi də sürətlə aparılır. Bunlar isə  təkcə rayon ictimaiyyətinin deyil, 

həm də şəhid ailələrinin və Qarabağ əlillərinin dövlətə olan inamına, necə 

deyərlər, əlavə bir inam da əlavə edir. 

Bərdədə  həyatın öz ritmi var. Məhz bunun nəticəsidir ki, bu gün 

bərdəlilər hər gün öz yaşadıqları  ərazidə yeniliklərlə üz-üzə  gəlirlər. Bu 

yeniliklərin sırasında mədəniyyət, təhsil, səhiyyə obyektləri, eləcə də iaşə 

obyektləri var. Bütün bunlar bərdəlilərin sağlamlığı, həyat səviyyəsinin 

yüksəldilməsinə xidmət edir. Birmənalı olaraq vurğulamaq lazımdır ki, 

Bərdədə insanların iş problemi də diqqət mərkəzindədir. Təkcə bu ilin 9 

ayında 2028 iş yeri açılmışdır ki, bunun da 218-i daimi, 1810-u isə mü-

vəqqəti və mövsümi işlər olmuşdur. Hər kəsə yaxşı məlumdur ki, iş yeri 

ailələrin güzəranının təmin edilməsi, həyat səviyyəsinin yüksəldilməsi 

üçün ən vacib amildir. Ölkə başçısının icra strukturlarından və məmurlar-

dan tələbi məhz hər bir ailənin güzəranının yaxşılaşdırılması, işlə  təmin 

edilməsidir. 

Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi altında bu gün Bər-

dədə "əmək yarmarkaları"nın təşkili iş axtaranlar üçün müəyyən imkanlar 

yaradır. Rəqəmlərin dili ilə desək, son yarmarkada 31 idarə və müəssisə 

tərəfindən 82 boş  iş yeri təqdim olunmuş  və  nəticədə 65 nəfər münasib 



 

51

işlə  təmin edilmişdir. Rayon əhalisi üçün kreditlərin verilməsi, müxtəlif 

kimyəvi pereparatlarla təminat, kənd təsərrüfatının daha sürətli inkişafına 

və bolluq yaradılmasına təkan verir. Ümumiyyətlə, kənd yerlərinin kre-

ditləşdirilməsi istiqamətində atılan hər bir addım kənd rayonu olan Bər-

dədə insanların torpağa bağlılığını bir az da artırır. Bu da həm adamların 

maddi durumunun yaxşılaşması, həm də bütövlükdə bərdəlilərin ölkə hə-

yatında özünəməxsus yerinin bir az da möhkəmlənməsi deməkdir. 

Bərdə öz əvvəlki  şöhrətini qaytarmaq istiqamətində  əzmlə geniş-

miqyaslı inkişaf yolunu tutub. Bu gün həmin görülən işlərin bir qismini 

təqdim etməklə bir daha vurğulamaq istəyirəm ki, Bərdə bütün dövrlərdə 

olduğu kimi, yenə də öz böyük tarixinə, öz böyük ənənəsinə sadiqlik nü-

mayiş etdirməkdədir. Necə deyərlər, işləri avand, yolları uğurlu olsun.  


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin