BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə16/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   12   13   14   15   16   17   18   19   ...   542
42

 

PREZİDENT  İLHAM  ƏLİYEV  BƏRDƏ  RAYONUNA 



SƏFƏR  EDİB 

 

Martın 2-də Prezident İlham  Əliyev Bərdə rayonunda səfərdə 

olub. Dövlət başçısı Bərdə Müalicə diaqnostika mərkəzinin, Bərdə Tarix 

Diyarşünaslıq muzeyinin, yeni musiqi məktəbinin açılışında iştirak edib, 

YAP Bərdə rayon təşkilatının yeni inzibati binası və daxili qoşunların N 

saylı  hərbi hissəsində  əsgərlər üçün yaradılan  şəraitlə tanış olub. 2004-

2008-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət proq-

ramı ölkəmizin bütün bölgələri , o cümlədən Bərdə rayonunun köklü şə-

kildə inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin bu proq-

ramın reallaşmasına  şəxsən xüsusi diqqət yetirməsi, yerlərdə sağlam rə-

qabətə  təkan olub, orijinal ideyaların meydana çıxmasına stimul verib. 

Bərdə rayonunun timsalında da biz bunun əyani  şahidi oluruq. Region-

larda sosial iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə 17 sərəncam 

imzalayan ölkə başçısı ötən beş ildə bölgələrə 127 səfər edib, 6 dəfə Nax-

çıvan MR-da olub. Prezident İlham Əliyev regionlara səfəri zamanı 500-

dək müəssisə və obyektin təməlqoyma və ya açılış mərasimlərində iştirak 

edib. Dövlət başçısı 2003-2008-ci illərdə bir neçə dəfə cəbhə bölgəsində 

yerləşən, Azərbaycanın qədim paytaxtlarından biri olmuş  Bərdəyə  səfər 

edib, Qarabağın bu dilbər guşəsində həyata keçirilən silsilə yenidənqurma 

və abadlıq tədbirləri ilə tanış olub. Ötən 5 ildə Bərdədə 9 min 337 yeni iş 

yeri yaradılıb, bunlardan 5 min 568-i daimidir. 142 mindən çox sakini 

olan, eləcə də 35 minə qədər qaçqın və məcburi köçkünün məskunlaşdığı 

Bərdə respublikamızın ən sürətlə inkişaf edən rayonlarından biridir. 2008-

ci ildə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda ümumi məhsul 

buraxılışı 44,6 faiz artaraq faktiki qiymətlərlə 160,3 milyon manat təşkil 

edib. Sənayedə artım 34 faiz olub. 2008-ci ildə kənd təsərrüfatında artım 

2007-ci il üzrə  həmin göstəricini 35,8 faiz üstələyib.  Əsas kapitala 

yönəldilən investisiyalar 2,1 dəfə çoxalıb. Həmin müddətdə  pərakəndə 

əmtəə dövriyyəsi 12,5 faiz ,pullu xidmətlərin həcmi isə 12,9 faiz artıb. 

Rayonun büdcəsinin gəlirlərinin icrasına 137,3 faiz əməl edilib. Bərdə 

rayonunda infrastrukturun, təhsil, idman və səhiyyənin inkişafı da xüsusi 

diqqətdə saxlanılıb, maddi-mədəniyyət və memarlıq abidələrinin yenidən 

qurulmasına və qorunmasına həssaslıqla yanaşılıb. Son 5 ildə Bərdədə 13 

orta məktəb inşa edilib. Bunlardan 3-ü Heydər Əliyev Fondunun dəstəyi 

ilə  ərsəyə  gətirilib. Bütün məktəblər kompyuterlərlə  və müxtəlif  əyani 

dərs vəsaitləri ilə təmin olunub. Bərdədə abadlıq və yaşıllaşdırma tədbir-

ləri də geniş vüsət alıb.  



 

43

Prezident İlham Əliyev 2009-cu ildə regionlara səfərini cəbhə böl-

gəsindən başlayıb. Dövlət başçısı və xanımı Mehriban Əliyeva Bərdə ra-

yonuna gəliblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu 

öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.  

Bərdə Müalicə Diaqnostika Mərkəzi də  nəfis, orijinal və müasir 

görkəmi ilə diqqəti cəlb edir. Azərbaycanda ulu öndər Heydər  Əliyevin 

ideya və  təşəbbüsü, Prezident İlham  Əliyevin hərtərəfli dəstəyi ilə ölkə-

mizin bütün bölgələrində ərsəyə gətirilən bu tibb ocaqlarının sadəcə ümu-

mi görünüşü ilə tanışlığın özü belə təsirli bir müalicədir. Bərdə Diaqnos-

tika Mərkəzi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivə-

sində ölkə başçısının müvafiq sərəncamına  əsasən tikilib. Burada inşaat 

işləri sürətlə  və peşəkarlıqla həyata keçirlib. Müasirlik və milli üslubun 

uzlaşdırılmasına həssaslıqla yanaşılıb. Respublikamızdakı bu cür möhtə-

şəm səhiyyə ocaqları  Qərbin  ən inkişaf etmiş ölkələrindəki analoji tibb 

müəssisələrindən heç də geri qalmır.  Ətrafdakı abadlıq və yaşıllıq bura 

əlavə yaraşıq gətirir. Mərkəzin ətrafında 6 min kv. m sahədə yaşıllaşdırma 

işləri görülüb. Burada mükəmməl infrastruktur yaradılıb. Tibb ocağının 

ayrıca elektrik enerjisi yarımstansiyası, generator otağı  və qazanxanası 

var. Bütün avadanlıqlar ən son texnologiyalara əsaslanır. Həyətdə 500 ton 

tutumu olan su anbarı da var. Qəbul  şöbəsi birinci mərtəbədədir. Belə 

möhtəşəm tikililər müstəqilliyimizin real töhfələrindəndir. Təbii ki, milli 

maraqların başlıca meyar olması, hərtərəfli dövlət siyasəti və qara qızılın 

xalqın  ən ümdə istək və arzularına yönəldilməsi bu cür xariqələrin ger-

çəkləşməsinin  əsas qayəsidir.  İnşaat işlərində yerli materiallarla yanaşı 

Almaniya, Polşa,  İspaniya, Türkiyə  və digər ölkələrin tikinti materialla-

rından geniş istifadə olunub. Foyedə ulu öndər Heydər Əliyevin və Prezi-

dent İlham Əliyevin tibb sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən 

fotostend qurulub.  

1-ci mərtəbədəki  Şüa-Diaqnostika və Hemodializ şöbələrində 

ideal  şərait yaradılıb. Hemodializ Şöbəsi Prezident Fondundan ayrılan 

vəsait hesabına maliyyələşib. Xəstələr əlavə xərc çəkmədən burada pulsuz 

müalicə olunacaqlar. Artıq Bərdə ilə yanaşı qonşu Ağcabədi, Tərtər, Yev-

lax, Goranboy, Beyləqan, Ağdam və digər rayonlardan müraciətlər daxil 

olmaqdadır. Bu mərkəzdə yalnız ən son elmi texniki yeniliklərə əsaslanan 

avadanlıqlar quraşdırılıb. Mərkəz Azərbaycan Dövlət Neft Şirkətinin və-

saiti hesabına inşa və təchiz edilib. Bu səhiyyə müəssisəsində “OTİS” fir-

masının üç müasir lifti quraşdırılıb. Bu tibb ocağının 2-ci mərtəbəsində 

inzibati, cərrahi stasionar, konsultativ diaqnostik poliklinika şöbələri var. 

Avadanlıqlar Almaniya, Yaponiya və digər ölkələrin ən tanınmış şirkətlə-

rindən alınıb. Dövlət başçısının tapşırığına uyğun bütün müalicə-diaqnos-

tika mərkəzlərində olduğu kimi burada da yalnız ən son avadanlıqlara üs-

tünlük verilir. Prezident İlham Əliyevin təməlini qoyduğu bu səhiyyə oca-



 

44

ğında silsilə tibbi xidmətlər göstəriləcək, 3-cü mərtəbədə konsultativ diaq-

nostik poliklinika, anesteziologiya və reanimasiya şöbələri və  əməliyyat 

bloku fəaliyyət göstərəcək. Bu mərkəz sırf cərrahi profillidir. 260 nəfərin 

çalışacağı səhiyyə ocağında 4 cərrahiyə otağı yerləşir. Mərkəzdə xəstələrə 

xidmət və müalicə tam pulsuz olacaq. Bütün xərcləri Azərbaycan Dövlət 

Neft Şirkəti ödəyəcək. Xəstələrin qidalanmalarına da xüsusi diqqət yetiri-

ləcək. Bu tibb ocağında iki yeməkxana fəaliyyət göstərəcək. Yeməkxana-

larda eyni vaxtda 54 nəfərin qidalanması mümkün olacaq. Mətbəxdə İta-

liyanın müasir avadanlıqları quraşdırılıb. Mərkəzin 4-cü mərtəbəsində 

konfrans zalı, yardımçı otaqlar və  əczaxana yerləşir. Konfrans zalı 150 

nəfərlikdir. Burada xüsusi video-avadanlıq quraşdırılıb. 3-cü mərtəbədəki 

4 cərrahiyə otağının hər birindəki cərrahiyyə əməliyyatını konfrans zalın-

dakı monitorda canlı izləmək mümkün olacaq. Əslində bu cür müalicə 

diaqnostika mərkəzləri Azərbaycan səhiyyəsində  əsl inqilabi xarakter 

daşıyır və tibb sahəsində aparılan islahatların yüksək səviyyəsinə dəlalət 

edir. Bu mükəmməl tibb ocaqları eyni zamanda Prezident İlham Əliyevin 

neft kapitalını insan kapitalına çevirmək istiqamətində  həyata keçirdiyi 

əvəzsiz töhfələrdəndir. Prezident İlham Əliyev və xanımı Mehriban Əli-

yeva martın 2-də Bərdə Müalicə diaqnostika mərkəzinə gəliblər.  

Dövlət başçısı mərkəzin açılışı münasibətilə qırmızı lenti kəsib.  

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 

yeni inşa olunan bu səhiyyə ocağı barədə ölkə başçısına ətraflı məlumat 

verib. Prezident İlham Əliyev mərkəzin yeməkxanası ilə tanış olub. Şüa-

diaqnostika  şöbəsindəki kompüter-tomoqrafiya və rentgen kabinetindəki 

rəqəmsal müayinə aparatlarına baxıb. Dövlət başçısı mərkəzin 3-cü mər-

təbəsində yerləşən reanimasiya zalı, intensiv terapiya palatası və digər şö-

bələri gəzib. Anesteziologiya və reanimasiya şöbəsindəki əməliyyat otaq-

ları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, bura-

da  ən müasir avadanlıqlar quraşdırılıb. Bu şöbədəki  əməliyyat otaqları 

mürəkkəb cərrahiyyə  əməliyyatlarının həyata keçirilməsinə imkan yara-

dır. Ölkə başçısına mərkəzdə yerləşən müxtəlif xəstəliklərin müayinəsi və 

müalicəsi üzrə kabinetlər barədə də məlumat verilib. 2-ci mərtəbədə yer-

ləşən inzibati konsultativ poliklinika şöbələrindəki dünya standartlarına 

cavab verən tibbi avadanlıqla dəqiq diaqnoz qoyulması və hərtərəfli müa-

licə aparılması mümkündür. Prezident İlham  Əliyevə stasionar şöbədəki 

palatalarda yaradılan ideal şərait barədə  də  ətraflı  məlumat verilib. 1-ci 

mərtəbədə tibbin ən son nailiyyətləri ilə seçilən Hemodializ şöbəsi yerlə-

şir. Ölkə başçısı dializ otaqları və dializ zalında olub. Sonra Prezident İl-

ham Əliyev mərkəzin kollektivi ilə görüşüb və açılış münasibətilə ən xoş 

arzularını bildirib. Dövlət başçısı qeyd edib ki, bu mərkəzdə istər Bərdə, 

istərsə  də qonşu rayonlardan olan sakinlər  ən yüksək səviyyədə  səhiyyə 

xidməti ala biləcək.  Əməkdar həkim Zeynəb  Əliyeva kollektiv adından 



 

45

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdırıb. O, ulu öndər Heydər 

Əliyevin Bərdənin hərtərəfli inkişafında və Respublikanın  ən çiçəklənən 

diyarına çevrilməsində müstəsna xidmətlərini vurğulayıb. Zeynəb Əliyeva 

Prezident İlham Əliyevin də Bərdəyə qayğısını əsirgəmədiyini deyib. O, 

Azərbaycanın mədəniyyətinin, təhsilinin, səhiyyəsinin inkişafında Heydər 

Əliyev Fondunun kompleks və ardıcıl xidmətlərini diqqətə çatdırdı  və 

Fondun prezidenti Mehriban Əliyevaya bərdəlilər adından xüsusi minnət-

darlığını bildirdi. Prezident İlham  Əliyev xüsusi vurğulayıb ki, Bərdəyə 

qayğı bundan sonra daha da gücləndiriləcək. Dövlət başçısı son illərdə 

Bərdənin sosial inkişafı ilə bağlı  həyata keçirilən tədbirlərdən razılığını 

bildirib. Prezident İlham  Əliyev dünyada iqtisadi və maliyyə böhranının 

tüğyan etməsinə baxmayaraq, Azərbaycanda quruculuq prosesinin və öl-

kəmizin sosial iqtisadi inkişafının möhkəmləndirilməsinin uğurla davam 

etdiyini söyləyib. Prezident İlham Əliyev regionda strateji mövqeyi olan 

Bərdənin daha da inkişaf etdirilməsi yolunda bərdəlilərə bir daha ən xoş 

arzularını bildirib. Mərasimin sonunda Prezident İlham Əliyev və xanımı 

Mehriban Əliyeva mərkəzin kollektivi ilə xatirə şəkli çəkdiriblər.  

Bərdə Tarix Diyarşünaslıq muzeyinin yenidən qurulmasına 2008-

ci ilin əvvəlində başlanıb, bu tədbirlər həmin ötən ilin sentyabrında ye-

kunlaşdırılıb. Muzeyin layihəsi xüsusi zövqlə işlənib .Ətrafda nəfis yaşıl-

lıqlar salınıb, hərtərəfli abadlıq işləri görülüb. Bərdə Tarix Diyarşünaslıq 

muzeyi, Azərbaycanın zəngin və qədim mədəniyyətinin qorunması və in-

kişaf etdirilməsi və qədərincə təbliği baxımından son illərdə Dövlət səviy-

yəsində aparılan kompleks və ardıcıl tədbirlərə əsaslı töhfədir. Muzey və 

buradakı eksponatlar Qarabağın tarixinə göz dikən ermənilərə tutarlı ca-

vabdır. 5-ci əsrdə Albaniyanın paytaxtı  Qəbələdən Bərdəyə köçdükdən 

sonra bu antik şəhər nəinki qədim Azərbaycanın, o cümlədən Yaxın Şər-

qin siyasi, iqtisadi və  mədəni mərkəzlərindən birinə cevrilir. Bu barədə 

türk, fars, ərəb, gürcü və digər dillərdəki yazılı qaynaqlarda geniş və mü-

fəssəl məlumatlar əksini tapıb. Qədim Bərdənin əzəməti və gözəlliyi dahi 

Nizami Gəncəvinin “İsgəndərnamə”sində də böyük məhəbbətlə vəsf olu-

nur. Muzeydəki iki ekspozisiya zalındakı maddi mədəniyyət nümunələri 

insanda qürur hissi doğurur. Burada çeşidbəçeşid, bir-birindən dəyərli 

2200 eksponat toplanıb. Həmin eksponatlar 19-cu əsrin ikinci yarısından 

aparılan 2006-cı ildən isə xüsusi vüsət alan arxeoloji qazıntılar nəticəsin-

də meydana çıxarılıb. Eksponatlar Bərdədə antik və ilkin orta əsrlər döv-

ründə həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda güclü inkişaf-

dan xəbər verir. Bərdə strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən 

burada həyat daim qaynayıb, tərəqqi başlıca meyar olub. Bərdə Tarix Di-

yarşünaslıq muzeyindəki eksponatlar Qarabağın, doğma Azərbaycanımı-

zın ilkin insan məskənlərindən biri olmasına dəlalət edən danılmaz sü-

butlardır. 



 

46

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə Tarix 

Diyarşünaslıq muzeyinin açılış mərasiminə gəliblər. Dövlət başçısına mu-

zeydə aparılan yenidənqurma tədbirləri barədə geniş  məlumat verilib. 

Qeyd olunub ki, ötən il əsaslı şəkildə yenidənqurulan muzeydə tərtibat iş-

lərinə sentyabr ayında başlanılıb və həmin tədbirlər qısa müddətdə, yük-

sək keyfiyyətlə yekunlaşdırılıb. Bu mədəniyyət ocağı regionların sosial-

iqtisadi inkişafına əvəzsiz töhfələrdəndir. Prezident İlham Əliyevə qədim 

Bərdənin maketi nümayiş etdirilib. Qeyd olunub ki, Bərdə V-X əsrlər ər-

zində intibah dövrünü yaşayıb, yaxın Şərqin o dövr üçün ən əzəmətli ya-

şayış  məskənlərindən sayılan Bağdadla müqayisə edilib. Bu həqiqət bir 

sıra yazılı mənbələrdə, o cümlədən əl-Təbərinin qeydlərində hərtərəfli ək-

sini tapıb. Maraqlıdır ki, məhz Bərdə Tarix Diyarşünaslıq muzeyinin ya-

xınlığında bünövrə qazılarkən burada yeraltı şəhər aşkarlanıb. Bu barədə 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutuna məlu-

mat verildikdən sonra başlanan arxeoloji qazıntılar nəticəsində burada də-

finə, qədim gümüş və qızıl pullar tapılıb. 2006-cı ildən başlayaraq Bərdə-

nin tarixinin daha dərindən araşdırılmasına start verilib. Bərdə Rayon İcra 

Hakimiyyətinin təşəbbüsü ilə yaradılan xüsusi komissiya konkret tədbirlər 

həyata keçirib. Milli Elmlər Akademiyasının ekspedisiya qrupunun səylə-

ri hesabına Bərdənin yaşının 3 min il olduğu müəyyənləşdirilib. 2009-cu 

ildə Azərbaycan Milli Elmlər Akademiyası  Bərdənin 3000 illik yubileyi 

münasibəti ilə elmi praktiki konfrans keçirəcək. Bu möhtəşəm reallığın-

Bərdənin 3000 illik tarixinin konkret faktlarla təsdiqlənməsi Azərbaycan 

torpaqlarını  işğal edən ermənilərin yalan və iftiralarının  əsl mahiyyətini 

bir daha üzə çıxarır. Qarabağın qədim tarixini özündə yaşadan Bərdə tür-

bəsi – Nüşabə qalasının da yaxın vaxtlarda bərpasına başlanacaq. Bu, Pre-

zident İlham Əliyevin xüsusi sərəncamı əsasında reallaşdırılır və artıq la-

yihə smeta sənədləri hazırdır. Prezident İlham  Əliyevə  Bərdənin qədim 

tarixini dolğun ehtiva edən eksponatlar barədə geniş məlumat verildikdən 

sonra dövlət başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Ölkə 

başçısı Azərbaycanın tarixi və  mədəniyyətinə  həssas münasibətin bariz 

nümunəsi olan Bərdə Tarix Diyarşünaslıq muzeyinin daha da zənginləşdi-

rilməsi, rayonda bu cür tədbirlərin genişləndirilməsi barədə tapşırıq və 

tövsiyələrini verib, kollektivə uğurlar arzulayıb. 

Yeni tikilən Bərdə  Şəhər Musiqi Məktəbi də rayonda son illərdə 

həyata keçirilən mühüm tədbirlərdəndir. Məktəb Prezident İlham  Əliye-

vin göstərişi və Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə ərsəyə gəti-

rilib. Bu musiqi ocağının tikintisinə 2008-ci ilin may ayından başlanıb, 8 

ay ərzində inşaat ,tərtibat və təchizat işləri başa çatdırılıb. Bu Bərdədə fəa-

liyyətə başlayan 7-ci musiqi məktəbidir. Məktəbdə 400 şagirdin musiqinin 

sirlərinə yiyələnməsi üçün hərtərəfli  şərait yaradılıb. Foyedəki milli və 

müasir aura insanı elə ilk andaca musiqi dünyasına kökləyir, ruhunu oxşa-



 

47

yır. 1-ci mərtəbədəki Heydər Əliyev guşəsi yeniyetmə və gəncləri xalqı-

mızın ən dəyərli sərvətlərindən olan zəngin musiqi və mədəniyyətinə də-

rindən bağlılığa səsləyir. Məktəbdə 37 otaq var. Burada tar, kamanca, for-

tepiano,skripka, nağara, qarmon və digər alətlərdə ifa bacarığı aşılanacaq. 

Nəzəriyyə  və musiqi ədəbiyyatı otaqları  gənclərin musiqinin fəlsəfəsinə 

daha dərindən yiyələnmələrinə xidmət edir. Hər bir mərtəbədəki səliqə-

sahman göz oxşayır. Bir-birindən maraqlı rəsm əsərləri də buranın yetir-

mələrini orijinal melodiyalara, yaradıcılıq  əhval-ruhiyyəsinə kökləyəcək. 

Məktəbin 3-cü mərtəbəsində saz sinfi fəaliyyət göstərir. Təbii ki, məktəb-

də xalqımızın gələcəyi olan uşaqlara ecazkar, sehrli muğamın incəlikləri 

də tədris olunacaq. 

Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun pre-

zidenti Mehriban Əliyeva Bərdə Şəhər Musiqi Məktəbinin açılış mərasi-

mində iştirak ediblər.  

Prezident  İlham  Əliyevə  Bərdə musiqi məktəbi haqqında  ətraflı 

məlumat verilib. Bildirilib ki, burada gənclərin musiqinin sirlərini öyrən-

mələri üçün hər cür şərait yaradılıb. Dövlət başçısı və xanımı məktəbdəki 

nəzəriyyə  və musiqi ədəbiyyatı otaqlarını  gəziblər, fortepiano otağında 

olublar. Prezident İlham Əliyev foyedə ulu öndər Heydər Əliyevin mədə-

niyyətimizə və incəsənətimizə göstərdiyi diqqətini əks etdirən fotostendlə 

tanış olub. Prezident İlham  Əliyev və xanımı Mehriban Əliyeva musiqi 

məktəbinin zalında da olublar. Burada müxtəlif konsertlərin keçirilməsi 

üçün musiqi alətləri var, xüsusi səs avadanlıqları quraşdırılıb. Dövlət baş-

çısı  və xanımı musiqi məktəbinin  şagirdlərinin hazırladığı gözəl musiqi 

nömrəsini dinləyiblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliye-

va uşaqlara uğurlar arzulayıblar. Dövlət başçısı musiqi məktəbinin kollek-

tivinə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.  

YAP Bərdə rayon təşkilatının yeni inzibati binası müasirliyi ilə 

diqqəti çəkir. 2006-cı ilin aprel ayında burada başlanan yenidənqurma 

tədbirləri başa çatdırılıb, şəhərin mərkəzində yerləşən 2 mərtəbəli yeni bi-

nanın tikintisi yekunlaşdırılıb. Binanın  ətrafla ümumi ansambl təşkil et-

məsinə xüsusi diqqət yetirilib. İnşaat işləri daxili imkanlar hesabına aparı-

lıb.  Ətrafda kompleks abadlıq işləri görülüb. Buranın daxili tərtibatı da 

könül açandır. Layihə mükəmməlliyi ilə diqqəti çəkir. Heydər Əliyev gu-

şəsində ulu öndərin Azərbaycanın müasir tarixindəki müstəsna rolu hər-

tərəfli əksini tapıb. 1-ci mərtəbədə YAP Bərdə rayon təşkilatı sədrinin müa-

vinlərinin, təlimatçıların, uçot bölmə müdirinin iş otaqları yerləşir. Parti-

yanın rayonun təşkilatının gənclər birliyi və qadınlar şurası da bu mərtə-

bədə fəaliyyət göstərir. İş otaqlarında informasiya-kommunikasiya texno-

logiyalarına geniş yer verilib. Rayon təşkilatı  sədrinin iş otağı isə 2-ci 

mərtəbədədir. Bir sıra yardımçı otaqların da yerləşdiyi bu mərtəbədə  ən 

müasir tələblərə cavab verən 60 yerlik akt zalı var. Burada təşkilatın fəa-



 

48

liyyəti ilə bağlı fikir mübadiləsi aparılması, qarşıda duran vəzifələrin dol-

ğun müzakirəsi üçün hərtərəfli şərait yaradılıb. Təşkilatın üzvləri rayonun 

ictimai siyasi həyatında fəal mövqe tuturlar. 

Prezident İlham Əliyev martın 2-də YAP Bərdə rayon təşkilatının 

yeni inzibati binası ilə tanış olub. Dövlət başçısına ulu öndər Heydər Əli-

yevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ideyalarının həyata 

keçirilməsində  fəal mövqeyi ilə seçilən Bərdə rayon təşkilatının yeni iş 

şəraiti və fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, 1993-

cü il martın 13-də yaradılan bu təşkilatın üzvlərinin sayı 7500-ə çatır. Par-

tiya sıralarına qoşulmaq istəyənlərin sayı çoxdur. Təkcə 2009-cu ilin yan-

var və fevral aylarında 300 nəfərə qədər bərdəli YAP Bərdə rayon təşkila-

tının üzvlüyünə qəbul olunub. Yeni inzibati binada yaradılan şəraitlə tanış 

olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib, təşkilatın üzvlərinə üm-

də amallar naminə uğurlar arzulayıb. 

Bərdədə səfərdə olan Prezident İlham Əliyev daxili qoşunların N 

saylı  hərbi hissəsinə  gəlib. Daxili işlər Naziri, general-polkovnik Ramil 

Usubov dövlət başçısı, Ali Baş komandan İlham Əliyevə raport verib. Öl-

kə Prezidenti hərbi hissənin yeni tikilmiş yataqxanasına gəlib və əsgərlər 

üçün yaradılan şəraitlə yaxından tanış olub. Burada hər şey müasir tələb-

lərə uyğun qurulub. Ali Baş komandana hərbçilərin ictimai-siyasi və 

ümumi hazırlığı, yataq şəraiti və istirahət saatlarını  mənalı keçirmələri 

üçün görülən tədbirlər barədə məlumat verilib. Yeni korpusda əyani təb-

liğat vasitələrinə geniş yer ayrılıb. Tərtibat işləri yüksək zövqlə aparılıb. 

Bütün bunlar əsgərlərin yüksək vətənpərvərlik ruhunda xidmət etməsinə 

şərait yaradır.  




Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin