BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə9/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   5   6   7   8   9   10   11   12   ...   542
Heydər Əliyevin Bərdədə keçirdiyi görüşlər zamanı 

söylədiyi nitqlərdən 

 

Heydər Əliyevin Bərdəyə ilk səfəri 1974-cü ilin may ayına təsadüf 

edir. Böyük rəhbər səfəri zamanı rayonun təsərrüfatlarında olmuş, demək 

olar bütün sahələrdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə maraqlanmış-

dır. Sadə adamlarla görüşlər onda zəngin təəssürat yaratmışdır. 

İlk gəlişində Heydər Əliyev rayon partiya və təsərrüfat fəallarının 

yığıncağını keçirtmiş və toplantıda nitq söyləmişdir: 

– Bizim pambıq rayonlarına çıxmağımız və zona müşavirələri ke-

çirməyimizdə məqsəd ondan ibarətdir ki, rayonlarda partiya sovet orqan-

larının apardıqları təşkilatçılıq işlərinin vəziyyətini yoxlayıb, təhlil edək. 

Bu, çox vacibdir. Axı son illər respublika kənd təsərrüfatı məhsulları is-

tehsalını artırmaq sahəsində bir çox nailiyyətlər əldə etmiş, keçici qırmızı 

bayraqlar almışdır. Lakin bütün bunlarla yanaşı bizim işimizdə nöqsanlar 



 

23

və həll edilməmiş problemlər də vardır. İlin əvvəlində işimizi təhlil etmiş

gələcəkdə kənd təsərrüfatını inkişaf etdirməyin yollarını müəyyən etmişik.  

Respublikanın iri rayonlarından olan Bərdənin vəzifəsi daha ağır, 

daha ciddidir. Son zamanlar Mərkəzi Komitə Bərdə rayonuna böyük qay-

ğı göstərir. Lakin hər il rayon pambıqçılıq sahəsində öhdəlik götürür, onu 

yerinə yetirmir. Bu da bizdə inamsızlıq yaradır. Öhdəliklərin yerinə yeti-

rilməməsinin səbəbi isə təşkilatçılıq işinin aşağı səviyyədə olmasıdır. Bər-

də  zəhmətkeşləri işgüzardırlar, ancaq adamları  işlətmək, onlardan tələb 

etmək lazımdır.  

İndi pambığın becərilməsi vəziyyəti yaxşıdır.  Əgər arxayınçılığa 

yol verməsəniz, əlbəttə siz bütün öhdəliklərinizin yerinə yetirilməsinə nail 

olarsınız.  


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin