Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   19   20   21   22   23   24   25   26   27

Nəticə 
Müasir dövrümüzdə meyxananın Abşeronun kənd və qəsəbələrində aparıcı mövqe 
qazandığı, meyxana toplularının nəşr edildiyi, meyxana gecələrinin keçirildiyi bir za-
manda bu janr xüsusi bir rövnəqlə icra olunur. Müstəqillik yoluna qədəm qoyduğumuz 
bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir; telekanallarda 
meyxana yarışları keçirilir, ustad sənətkarlarımız el şənliklərinə dəvət olunur, meyxana 
dünyanı gəzib-dolaşır.  
Bu gün meyxana janrının artıq təkcə Bakı və ətraf kəndlərdə deyil, Azərbaycanın 
bir çox bölgələrində və hətta sərhədlərindən kənarda sevilərək tanınması və məşhurlaş-
ması Vahid meyxana məktəbinin layiqli davamçılarının şairin ruhuna məhəbbət və ehti-
ramı deməkdir.  
 
 
Qaynaqlar: 
1.  Əlicanzadə Q. Qəzəl və meyxana sənətində  Məşədbaba Aydəmirov femomeni. Bakı, 
Müəllim, 2011. 
2.  Əsgərli Z. Meyxana yoxsa bədyə? Ədəbiyyat qəzeti, 2010, 18 iyun.  
3.  Səccadi S.C. Fərhənge Loğat-o estelehat ve təbirat-e erfan, 3-cü nəşr. Tehran, 1362. 
4.  Tağısoy N., Zakariyya Z. Meyxanənin poetikası. Bakı, Çaşıoğlu, 2011.  
5.  Vahid Ə. Seçilmiş əsərləri, I c. Bakı, 1975. 
6.  Vahid Ə. Seçilmiş əsərləri, II c. Bakı, 1975. 
 
 
SUMMARY 
Nazile Abdullazadeh 
 
THE SYNTHESIS OF CLASSICAL POETRY AND FOLK GENRE MEYKHANA 
(BASED ON THE CREATIVITY OF ALIAGA VAHID) 
 
The samples of either classical or folk-art activity closed with ethnic-national roots of 
Azerbaijan literature has developed during a long period of time. Folk verse is one of the parts 
of literary- poetic culture of Azerbaijan people who are engaged in creativeness more than 
writing. Folk verse measured in rhyme-style peculiarities of classic poem has penetrated into 
wider auditorium as time goes on and has been popularized as the genre of folk-art activity. As 
folk verse involving of people life and welfare to the any field in content, also to say it extempore 
in difference with the other genres of classical poems.  
Folk verse which its history goes till the remote past is represented poetic reverberation of 
many-colored and various thoughts and senses as well an attitude to the events happening in 
literary-pictorial, cultural-spiritual, social-political and public life of the Azerbaijani Turks.  
The genre of folk verse which has been spreaded at the beginning of the XX century doing 
free from moulds and giving new humour and getting the name of master has been Aliaga Vahid.  
Aliaga Vahid who are able to say bad and good features, hot and colds, shortages by his 
own way has played spiritual bridge between his followers and masters. Saying “We are man of 
ruins, tasted glasses, left out drinking house” the folk verses of Vahid has been differed with its 

 
Sivilizasiya 
 
197
national character, humanism, easy language, originality. The role of Aliaga Vahid phenome-
non is inevitable in wide reputation of the literary genre of folk verse. 
 
Keywords: classic literature, verbal creativity, wine, taverns, Vahid. 
 
 
РЕЗЮМЕ 
Нaзиля Абдуллазаде 
 
СИНТЕЗ КЛАССИЧЕСКОЙ ПОЭЗИИ И НАРОДНОГО ЖАНРА MEYXANA 
(НА ОСНОВЕ ТВОРЧЕСТВА АЛИАГА ВАХИДА) 
 
Образцы  либо  классической  или  фолькорно-художественной  деятельности  полны 
этнонациональными  корнями  азербайджанской  литературы  в  течение  длительного 
периода времени. Фольклорный стих является одним из частей литературно-поэтичес-
кой культуры азербайджанского народа. Мейхана как жанр синтеза классической поэзии 
и народного фольклора проникла в более широкую аудиторию и была популярным фоль-
клоро-художественной  деятельности.  В  содержании  этого  жанра  нашло  отражение 
жизнь и благосостояние людей в любой области, их печаль и радосьт.  
История  народного  стихотворения  мейхана  уходит  до  далекого  прошлого.  Она 
представлена поэтическим образцом многих разноцветных и различных мыслей и чувств, 
а  также  отношением  к  событиям,  которые  происходят  в  литературно-изобразитель-
ной,  культурно-духовной,  общественно-политической  и  общественной  жизни  азербай-
джанских тюрков, 
Жанр  народного  стиха  мейхана,  которая  была  распространена  в  начале XX века, 
связана именем Алиага Вахида. Вахид придал этому жанру свободному от плесени новый 
юмор и получил имя мастера. 
Aлиагa Вахид, был способным экспромтом. Его мейхана расходились с национальным 
характером, гуманизмом, легкой речью, оригинальностью. Роль Алиага Вахид неизбежна 
в широкой репутации литературного жанра мейхана. 
 
Ключевые слова:   классическая  литература,  словесное  творчество,  вино,  трак-
тир, Вахид. 
 

Bakı Avrasiya Universiteti  
 
198
Cavidə MƏMMƏDOVA

 
 
İNGİLİS ƏDƏBİYYATINDA CORC POEZİYASI 
 
Açar sözlər:  
Corc poeziyası, Bruk, Qreyvz, Lourens  
 
Ötən əsrin əvvəllərində Böyük Britaniya ədəbiyyatının mühüm səhifələrindən biri-
ni Viktoriya dönəminin bitməsi ilə ilkin olaraq meydana çıxan Corc poeziyası (Geor-
gian Poetry) təşkil edir. 1910-cu ildə Kral VII Edvardın (King Edward VII) vəfatından 
sonra taxta sahib olan oğlu V Corcun (George Frederick Ernest Albert (1865-1936)) ha-
kimiyyətə gəlişinin ilk illərində əsasları işlənib hazırlandığı üçün bu yeni mərhələ belə 
adlandırılmışdır. Geriyə, yəni ənənəvi ədəbiyyata, onun kökünə qayıdış kimi ortaya çı-
xan bu poeziya mənsub olduğu zaman çevrəsini adında ifadə edir. “Corc antologi-
yası”nın redaktoru Eduard Marş (Edward Marsh) yazırdı ki, ingilis şeiri yenidən bir 
qüvvət və gözəllik nümayiş etdirməkdədir və bu toplanmış əsərlər oxuculara bizim daha 
başqa bir “Corc mərhələsi”nin başlanğıcında olduğumuzu görməyə yardım edəcək (4, 
66). Corc qrupunun 1911-1912-ci illərdə qələmə aldıqları şeirlərində ümumi və səciy-
yəvi cəhət olaraq daha çox romantika, sentimental ovqat, hedonizm əsas xüsusiyyət 
kimi qeyd olunur. Corc poeziyasının məşhurlarından isə Edmund Blanden (Edmund 
Blunden), Rupert Bruk (Rupert Brooke), Robert Qreyvz (Robert Graves), Devid Her-
bert Lourens (David Herbert Lawrence), Uolter dela Mar (Walter de la Mare), Ziqfrid 
Sassun (Siegfried Sassoon), Con Drinkuotərin (John Drinkwater) adını qeyd etmək olar. 
Corc poeziaysının nümayəndələri ənənəvi ingilis şerinin keyfiyyətlərini müasir po-
eziyaya gətirir, sənayeləşdirilmiş həyatdan, ümumilikdə şəhər həyatından uzaqlaşmağa, 
qaçmağa cəhd nümayiş etdirir, şeiri sadələşdirirdilər. Bu səbəbdən də  həmin poeziya 
tənqidə məruz qalır, şairlərə ənənəçilik, iskeypizm xüsusiyyətləri qüsur tutularaq onla-
rın əsərləri və yaradıcılıq mövqeləri tənqid edilir. Corc poeziyasının şairləri müasir ədə-
biyyatın əsas götürdüyü yeni istiqamətləri, poeziyaya tətbiq edilən qaydaları qəbul et-
mir, Uilyam Vordsvortun (W.Wordsworth (1770-1850) “real insan dilində yazmaq” (6, 
I) prinsipini, başqa sözlə, “insanların real şəkildə istifadə etdiyi dili” poeziyaya gətir-
mək fikrinə (6, VII) tərəfdar çıxırlar. 
Corc poeziyası sırf birmənalı şəkildə, eyni bir xətt üzrə inkişaf etməmişdir. Buna 
görə də həmin poeziya iki istiqamət üzrə tədqiq edilir: 
1.  Corc poeziyasının 1912-1915-ci illərdə  işıq üzü görən  əsərlərinin daşıdığı keyfiy-
yətlərə malik poeziya. 
2.  Yeni Corc poeziyası. 
 “Əsl Corc poeziyası” hesab olunan birinci istiqamət ingilis poeziyasında yeni üs-
yan, şeirdə poetik standartlara etiraz kimi dəyərləndirilir (5, 40). Bu mərhələnin şairləri 
müasir poeziyanın məzmun, üslub, forma keyfiyyətləri və digər məsələləri ilə bağlı, de-
mək olar ki, ortaq düşüncə irəli sürməkdə, həmrəylik nümayiş etdirməkdə idilər. Onla-
rın fikrincə, poeziya fərdiyyətçilikdən uzaq olmalı, milli kimlik fəzilətini, mənəvi də-
yərləri ifadə etməli, poetik ifadəyə, təntənəli dilə malik olmalıdır. Bu, üç əsas keyfiyyət 
birinci istiqamətin aparıcı tələb və məqsədləri idi. 
İkinci istiqamətin nümayəndələri isə, əksinə olaraq, daha çox subyektiv düşüncəyə
qoyulan problemə şəxsi baxış və narahatlıqların ifadəsinə geniş yer ayırır (5, 186), adi 
                                                           

 Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu 

 
Sivilizasiya 
 
199
danışıq dilindən istifadəyə üstünlük verirdilər. Onlar hər kəsin dərhal və asanlıqla anla-
yacağı bir dildə yaranan ədəbiyyatın insanlar üçün daha çox faydalı olduğunu düşün-
dükləri halda, onların bu cəhdi poeziya dilinə bəsitlik gətirən qüsur kimi tənqid edilir. 
Ümumiyyətlə, Corc mərhələsinin  şairləri öz əsərlərini elə aydın bir dildə yaratmaq 
istəyirdilər ki, onların şerlərində “söz sənətkarı üçün ideal olan şəffaflıq” (4, 157) təzahür 
etsin. Onlar müasir İngiltərə  cəmiyyətinin saxta “dəyərlər”ini, xoşagəlməz mahiyyətini 
anlatmağa, bunu hər bir kəsin anlaya biləcəyi tərzdə ifadə etməyə üstünlük verir, hətta 
şeirlərində  mənəviyyatı son dərəcə qüsurlu insanları belə  təqdim edirdilər. Real ger-
çəkliyin bədii əksi Corc poeziyası üçün də səciyyəvi keyfiyyətdir. Belə ki, “Corc poezi-
yasında poetik realizminin başlanğıcını iki gəncin–Uilfred Qibson (Wilfrid Gibson) və 
Rupert Brukun (R.Brooke) ilk əsərlərində müşahidə etmək mümkündür” (5, 50). 
1912-ci ildə Corc poeziyasına aid şeirlər antologiyası  işıq üzü görür. Mövzu və 
ifadə özünəməxsusluqlarına baxmayaraq, demək olar ki, bu şeirlərin hamısında bir ide-
ya vəhdəti, eyni ruhi-mənəvi ovqat təzahür etməkdədir.  Şeirlərin ruhuna ümid, dini 
inamdan doğan sevinc hissi və azadlıq duyğusu hakimdir. Corc poeziyasının özünəməx-
sus cəhətlərindən biri də geniş  mənada, dini məzmunda sevgiyə inam hissi oyatmaq, 
incə hisslərin, eşqin gücü ilə  həyatın romantik şəkildə qavranılmasına yardım etmək 
cəhdidir. Əslində, bununla şairlər insanı gündəlik qayğılardan, cəmiyyətdəki qüsurlar-
dan qoparaq içindəki iman, sevgi hissinə qapılıb daxilindəki gücü tapmağa, müasir dün-
yanın insan hisslərinə zidd “yeniliklər”inə qarşı dayanmağa ruh vermiş olurdular. Məsə-
lən, Uilfred Qibson yazır: “dəhşət şəfqətlə əvəz olunanda: 
 
I watched the mother sing to rest 
The baby snuggling on her breast”. (2) 
Seyr etdim ana nəğmə oxuyur rahatlamaq üçün 
Köksünə sarlılıb yatmış körpəni. 
 
Maraqlıdır ki, “bu kitabdakı hər bir şeir romantikdir, qeyri-adi bir sevgilə, təbiiliyin 
doğurduğu sevinci ilə dillənir, sanki şair dəniz sahilinə ilk dəfə  gələn, xəzinə tapan 
uşaqdır. “Ən yaxşı inam xoşbəxt anlardır”, - deyir Mensfild. U.H.Deyvsin (W.H.Davi-
es) xoş sevinci, mr. de la Marın (Mr. de le Mare) mövcud anları mükəmməl dəyərlən-
dirməsi, mr. R.Brukun “gülüşdən-gülüşə yaşadığı”nda ehtişamı” (4, 104) və s. bu 
poeziyanın ruhunu təşkil edir. 
Corc mərhələsinin  şairləri  ənənəvi  şeir ölçülərinə meyil edir, dekadentçilərə xas 
simvolizmdən, müasir dünyaya idealistcəsinə nifrətdən uzaq dayanırdılar. Bu şairlər 
müasir dünyanın mürəkkəbliklərindən, insanın maddi və mənəvi həyatında doğurduğu 
ağır, çətin durumdan yazmır, daha çox romantik, sentimental duyğuların tərənnümünə 
yer ayırırdılar. Məsələn, D.H.Lourens “Ağ çiçək” (“A white blossom”) şerində gecənin 
qaranlığında ayın görünüşünü tərənnüm edərək yazır: 
 
She shines, the one white love of my youth, which all sin cannot stain. (3) 
O parlayır, gəncliyimin hər günahın ləkələyə bilmədiyi bir ağ sevgisi kimi
 
Şeir lirik qəhrəmanın qəlbində öz ilkin dəyərini qoruyaraq hələ də yaşamaqda olan 
ilk məhəbbət hissini, bu hissə rəğbəti sentimental şəkildə tərənnüm edir. Kainata baxar-
kən belə öz sevgisini görən şair gözəlliyi, təbiətdəki harmoniyanı vəsf etmək üçün sev-

Bakı Avrasiya Universiteti  
 
200
gisi ilə müqayisə edir; təbiətdəki gözəlliyin bir atributu olan ayın üzündə belə ləkə var, 
lakin şair üçün bütün gözəllik və ucalığın meyarı olan gənclik eşqi ləkəsizdir. Heç bir gü-
nahın ləkə vura bilmədiyi gənclik eşqini D.H.Lorens tək bir cəmiyyətə qarşı deyil, bəzən 
insan hisslərinə, saflığa, təmənnasızlığa qəsd edən dünyaya, maddiliklərə qarşı qoyur.  
R.Brukun “Bir kanal keçidi” (“A Channel Passage”) şeri Corc poeziyasının aydın 
dilini, bədii ifadə xüsusiyyətlərini, poetik zənginliyini ifadə edən şerlərdən biridir. Şeir-
də eyni bir zamanda xəstəlikdən və sevgidən əzab çəkən gəncin hissləri tərənnüm olu-
nur. Şair dəniz xəstəliyinin insana bioloji baxımdan yaşatdığı hallarla uğursuz sevgidən 
iztirab çəkən insanın ruhi vəziyyətini paralel şəkildə  nəzmə  çəkərək lirik qəhrəmanın 
mənəvi yaşantıları haqqında təsəvvür yaradır. R.Brukun özünəməxsus, təkrarsız şəkildə 
yaratdığı bu paralel həm də şairin bir çox filosoflar, o cümlədən, A.Berqson kimi insanı 
bioloji, ruhi, intellektual tərəflərə malik varlıq kimi nəzərdən keçirdiyini sübut edir. 
 
The damned ship lurched andslithered. Quite and quick 
My cold gorge rose; the long sea rolled; I knew 
I must think hard of something, or be sick; 
And could think hard of only one thing – you!  
You you alone could hold my fancy ever!  
And with you memories come, sharp pain, and dole. 
Now there’s a choice- heartache or tortured liver! 
A sea-sick body, or a you-sick soul! (1) 
Lənətə gəlmiş gəmi silkələndi və enib-qalxaraq üzdü. Səssiz-səmirsiz və tez 
Ürəyim qalxdı; Nəhəng dəniz gözümdə bulandı; Bilirdim ki,  
Mən bir şeyin haqqında dərin düşünməliyəm; yoxsa ürəyim bulanar
Yalnız bir şeyi dərin düşünə bildim– səni! 
Sən, təkcə sən xəyalımda canlana bildin! 
Və səninlə xatirələr gəlir, kəskin əzab və iztirablar. 
İndi seçimim var; ürək ağrısı, yaxud işgəncə çəkmiş ciyər! 
Bir dəniz – xəstə vücud, yaxud bir sən – xəstə ruh. 
 
R.Bruk lirik qəhrəmanın keçirildiyi dərin əzab hissini məhz Corc poeziyasına xas 
son dərəcə zəngin və gözəl poetik çalarlarla ifadə edir. Dənizdə nəhəngdir, sanki sonsuz 
bir aləmdir, sudan başqa heç bir şey nəzərə çarpmır. Gəmi nəhəng dalğalar da enib-
qalxdıqca lirik qəhrəmanın varlığı sarsılır, aləm başına dolanır, ürəyi qalxır. Ayrılıq da 
nəhəng, sonsuz dəniz kimi canlanır, onun da üfüqlərində vüsalı, ümidi andıran bir 
xəyal, xırdaca bir təsəlli belə yoxdur. Bu obrazlı müqayisə  həm də R.Brukun insan 
haqqında düşüncələrinə işıq salır. Belə ki, şeirdəki qarşılaşdırmadan aydın olduğu kimi, 
R.Bruk da insanı bioloji və ruhi varlıq olaraq nəzərdən keçirir. Başqa sözlə, R.Bruka 
görə, insan eyni zamanda daxilində ikili bir həyat sürür; zahiri və daxili. Bu həyatların 
hər biri insana müxtəlif şəkildə yaşamaq, mübarizə aparmaq üçün stimul verir. İnsanın 
mənən güc aldığı sağlam münasibətlər varsa, insan taleyin müxtəlif çətinliklərinə sinə 
gərib yaşamağa qadirdir. Yaxud insanın mənən güc aldığı sevgi, şəfqət hissi, ruhuna 
yaxın insanlar olmasa da onu içinə alan normal ictimai mühit varsa, demək, o, sabaha 
inamla baxa bilər. Lakin insan bu iki yaşantının – xarici və daxili mühitin hər ikisindən 
məhrum olursa, onun üçün faciə baş verir. 
Şairin şeirə verdiyi ad da iki məna daşımaqdadır. Belə ki, “Channel” kəlməsi leksik 
baxımdan “kanal” anlamına gəlir. Bu söz məcazi mənada isə ruhani bir varlıqla və ya 

 
Sivilizasiya 
 
201
ölmüş bir insanın ruhu ilə  əlaqə yaradılan “kanal” kimi izah olunur. Eyni zamanda, 
“passage”- keçid anlamıyla yanaşı, “ölüm”, “vəfat” mənasını da ifadə edir. R.Bruk bu 
şerində Corc poeziyasının üslub, forma keyfiyyətlərini, ideya-fəlsəfi məzmununu mü-
kəmməl şəkildə ifadə etmişdir. 
 Ənənəvi nəzm formalarına üstünlük verən bu şairlər poetik üslubu, mövzu və şeir 
forması baxımından nisbətən həm sərbəst şerə maraq oyada bilən imajinistlərin, həm də 
daha çox Birinci Dünya savaşının gündəmə gətirdiyi problemlər səbəbindən sənət dün-
yasında tənəzzülə  uğrayır. Bu məktəbin nümayəndələrinin bir qismi, o cümlədən, 
Z.Sassun (S.Sassoon), R.Bruk (Rupert Brook), U.Ouven (Wilfred Owen), İ.Rozenberq 
(Isaac Rosenberg), E.Tomas (Edward Thomas) və b. “müharibə şairləri” kimi şöhrət qa-
zanırlar. T.Hardinin (Thomas Hardy), R.Kiplinqin (Rudyard Kipling), U.E.Henleyin 
(William Ernest Henley) əsərlərində isə milli sevgi hissi təbliğ olunur. Poeziyada brita-
niyalıların özlərinə xas milli fəzilət hesab etdikləri Viktoriya stoisizminə çağırış nidaları 
duyulur.  
R.Qreyvz (Robert Graves), D.H.Lourens (David Lawrence) kimi digər yazarlar 
Corc poeziya tərzindən uzaqlaşaraq modernist yaradıcılıq cəbhəsinə keçir. 
Bu şairlərin böyük bir qismi müasir dövrün tələblərinə cavab verən mövzulara mü-
raciət etsələr də görüşləri etibarilə sona qədər mühafizəkar və ənənəçi olaraq qalır (4). 
Ötən yüzilin əvvəllərində Corc poeziyası milli şerin ənənəvi xüsusiyyətlərini, poe-
tik keyfiyyətlərini davam və inkişaf etdirərək müasir şerin ən gözəl nümunələrini yarat-
mağa nail oldular. Bu baxımdan, Corc poeziyası ingilis ədəbiyyatının ən mühüm səhifə-
lərindən biri olaraq bu gün də dəyər və aktuallığını mühafizə etməkdədir. 
 
Qaynaqlar: 
1.  http://www.poemhunter.com/poem/a-channel-passage/ 
2.  http://www.theotherpages.org/poems/gp1_9.html 
3.  https://archive.org/stream/lovepoemsothers. 
4.  Rogers T. Georgian Poetry 1911-22; The Critical Heritage. London: Routledge, 1997. 
5.  Ross R.H. Rise and Fall of a Poetic İdeal 1910-22. London: Southern University Press, 
1967. 
6.  W.Wordsworth. Lyrical Ballads with pastoral and other poems. Vol.I., London, 1805. 
 
 
SUMMARY 
Javida Mammadova 
 
GEORGIAN POETRY IN THE ENGLISH LITERATURE 
 
The article is devoted to Georgian poetry, which was one of the main pages of English 
literature at the early XX century. The history of formation of Georgian poetry and its principal 
features are analyzed in the article. Its original poetic style and philosophical ideas are 
explained based on the poems of Georgian poets including R.Graves, D.Lawrence, R.Brook. 
 
Key words:  classic literature, verbal creativity, wine, taverns, Vahid. 
 
 
 
 

Bakı Avrasiya Universiteti  
 
202
 
РЕЗЮМЕ 
Джавида Мамедова 
 
ПОЭЗИЯ-ГЕОРГИАНЦЕВ В АНГЛИЙСКОЙ ЛИТЕРАТУРЕ 
 
Статья  посвящена  поэзии-георгианцев,  который  был  одним  из  главных  страницах 
английской литературе в начале XX века. В статье анализируются история формирова-
ния поэзии-георгианцев и ее главных особенностей. Его оригинальный поэтический стиль 
и философские идеи объясняются на основе стихотворений поэтов-георгианцев, включая 
Брука, Грейвза и Лоуренса. 
 
Ключевые  слова:  классическая  литература,  словесное  творчество,  вино,  трактир, 
Вахид. 
 
 

 
Sivilizasiya 
 
203
Ayşən MƏMMƏDRZAYEVA

 
 
TARİXİ ROMAN VƏ ZAMAN 
 
Açar sözlər: zaman, tarix, hökmdar, roman, keçmiş zaman 
 
Hər şey həyatda zaman əsasında formalaşır. Əgər bir hadisə haqqında məlumat ve-
ririksə, hadisənin baş verməsinə görə müxtəlif zamanlardan istifadə edirik. Ədəbiyyat 
da bu zaman daxilində  cərəyan edir. Tarixi romanlarda zaman anlayışı  nədir? Digər 
əsərlərə nisbətən tarixi əsərlərdə zaman anlayışı daha böyük rola malikdir. Bu tip əsər-
lərdə keçmiş zaman şərtdir. Çünki tarixi əsər keçmişdə baş vermiş hadisələri əks etdirir. 
Ona görə  də tarixi romanlarda zaman anlayışına daha çox diqqət verilir.Və bir əsərə 
tarixi roman adını qazandıran da zaman olduğunu, sözsüz, deyə bilərik. Bir tarixi əsəri 
öz yaradıcılığında canlandırmaq istəyən yazıçı ilk öncə həmin hadisənin baş verdiyi za-
manı öyrənir. Bu dövrdəki həyat tərzini, tarixi şəxsiyyətin həyatını- bir sözlə, onu əhatə 
edən hər şeyi araşdırır. Bu da bir zaman çərçivəsində baş verir. Roman yazılarkənəsas 
ortaya qoyulan zamandır. Çünki əsər hadisələrin zamana görə qurulmasıdır. 
Tarixi romanlar üçün zaman üç yerə bölünür: hadisənin öz zamanı, yazılma zamanı 
və əsərin oxunma zamanı. Hadisənin öz zamanı, yəni olayın baş verdiyi vaxt nəzərdə 
tutulur. Bu zaman əsərdə əsasdır. Çünki əsərin alınması üçün tarixin baş verdiyi zaman 
mütləq əks olunmalıdır. Bunun üçün də yazıçı öz tədqiqini dəqiqliklə aparmalı, dövrün 
vəziyyəti ilə bağlı bütün məlumatları öyrənməlidir ki, əsəri inandırıcı alınsın. Oxucu əsəri 
oxuduqca özünü dövrün nümayəndəsi kimi hiss etsin. Məsələn, Cəlil Cavanşirin əsərində 
heç bir tarixi məlumat yoxdur. Şirvanşahlar dövlətinə aid hadisələrin Xaçmaz rayonunda 
əks olunması hadisələrin sanki XIV əsrdə deyil, XX əsrdə baş verdiyini düşünürsən. Bu 
da romanı tarixi roman olmaqdan uzaqlaşdırır. Amma F.Kərimzadənin “Xudafərin körpü-
sü”, Ə.Cəfərzadənin “Eldən-elə” əsərlərində də məcazilik öz əksini tapıb. Lakin hadisələr 
elə  əks olunub ki, bu obrazlılıq tarixi şəxsiyyəti heç də adi bir obraz kimi qələmə ver-
mir,əksinə, sanki yazıçı dövrü yaşayıb və bütün hadisələrin şahidi olub.  
Yazıçı hadisəni yazarkən, keçmiş zamana müraciət edərkən xronoloji ardıcıllığa 
müraciət etməsi vacib deyil. Himalay Ənvəroğlu deyir: “Təbiidir ki, tarixlə, zamanla 
mövcud  şəraitlə bu kimi əlaqə yaradıb hökm vermək həm də müəllifin nüfuz və 
səlahiyyət dairəsindədir” (10,320) həqiqətən də bunu heç bir oxucu yazıçıdan tələb edə 
bilməz. "Şamo" romanı ilə "Çaldıran döyüşü" romanlarını bir-birindən fərqləndirən cə-
hət də budur. Hər ikisi romandır, lakin "Şamo" əsərindəki obrazlar dövrün ictimai və-
ziyyətini  əks etdirən, yazıçı  təxəyyülünə  əsaslanan obrazlardır. "Çaldıran döyüşü" isə 
keçmişdə baş vermiş real həqiqətləri əks etdirən bir romandır. Tarixi romanların yazdığı 
və oxucuya çatdırdığı hadisələri tarix kitabları yazmır. Elmi kitablar şəxsiyyətin şəxsi 
həyatından bəhs etmir. Yalnız onların siyasi həyatını əks etdirir. Lakin yazıçı öz təxəy-
yülünə əsaslanaraq romana şəxsi bacarığını da daxil edib gözəl bir əsər yazır. Və tarixi 
əsəri oxuyarkən oxucu həmin qəhrəmanın yazıçı tərəfindən dəyişiklik edilərək yarandı-
ğını bilə-bilə yenə  də hadisələrin sırf reallıq üzərində qurulduğuna inanmaq istəyir. 
“Xudafərin körpüsü” romanında Şah İsmayılın torpaqları döyüşlə deyil, biliyi, bacarığı 
ilə alması  əks olunur.İsmayıl babalarının torpağını xilas etmək, vahid imperiya yarat-
maq arzusunda idi. Bunun üçün o, müxtəlif yollar seçməli idi. Və nəhayət bir yol tapır. 
                                                           

 Doktorant, Bakı Avrasiya Universiteti zeyd.mammadov.11@mail.ru 

Bakı Avrasiya Universiteti  
 
204
Bu da fanatik müridlərə arxalanmaq idi. İsmayıl başa düşürdü ki, qısa vaxt ərzində ordu 
toplayıb qalib gələ bilməyəcək. Bu zaman elə bir zaman idi ki, dinin, fanatizmin ağılları 
əsir etdiyi bir dövrdə yalnız güclü inanc nəticəsində ordu toplamaq mümkün idi. Şah 
İsmayıl dini görüşlərini, qızılbaşlar nəslindən Heydər bəyin davamçısı olmasını və bu 
kimi inandırıcı yollarla özünü hökmdar elan etməyi bacarır. Xalq onu ədalətli hökmdar 
kimi qəbul edərək sevir və  qəbul edirlər. Onun həqiqətən də real həyatda da belə bir 
şəxsiyyət olduğuna inanır. Amma yazıçı əsəri yazarkən təxəyyülünə əsaslanaraq uydur-
duğu hadisələri də real faktlara əsasən tamamlamalı və tarixi həqiqətlərə zidd olmamalı-
dır. F.Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü",  Ə.Cəfərzadənin "Bakı-
1501", "Eldən-elə" romanları Azərbaycan ədəbiyyatında tarixi mövzuda yazılmış ən nü-
munəvi romanlardan biridir. 
Hadisələrin yazılma zamanını hadisələrin baş vermə zamanından uzaqlaşdıran vaxt 
fərqidir. Artıq şəxsiyyətin həyatını, dövrün vəziyyətini araşdıran yazıçı bütün məlumat-
ları topladıqdan sonra əsərin icrasına başlayır. Həqiqi olayları dəyişdirmədən bədii ob-
razlılıqla əsər yazılır. Bu zaman əsərin baş verdiyi zamandan uzaq bir zamandır, tarix 
üçün real olmayan zaman adlansa da, yazıçı üçün realdır. Çünki topladığı məlumatları 
həmin an qələmə alır. Bu zaman yazıçı əsərdə nəyi necə yazacağını fikirləşir. Hansı ye-
niliyi etsə, nəyi çıxarıb nəyi daxil etsə, bir tarixi şəxsiyyətin hansı səviyyədə obrazlaş-
dırsa, həqiqətlərə ziyan vermədən bir bədii qəhrəman yaratmağı düşünür. "Xudafərin 
körpüsü"  əsərində F.Kərimzadə bu faktlardan düzgün istifadə edərək çox gözəl tarixi 
bədii əsər yaratmışdır. Əgər yazıçı yazdığı əsərin hamı tərəfindən sevə-sevə oxuna bilən 
bir roman istəyirsə, ya öz tarixinin ən şanlı günlərini xatırlayıb özünü o dövrün nüma-
yəndəsi hesab etməlidir, ya da tarixdən böyük bir güc almalı bu gücü sağlam bir metoda 
çevirib yaşadığı günə gətirməlidir. 
 Roman  yazılarkən yazıçı bu günü keçmişə, keçmişi bu günə  hətta gələcəyi belə 
əsərə daxil edir. Bu da, əlbəttəki, yazıçının təxəyyülündən asılıdır. Deməli, zaman ro-
manda əsas bir rola sahibdir. 
Hadisələrin oxunma zamanı isə artıq yazılmış əsərin oxucuya təqdim edilməsi za-
manıdır. Oxucu əsəri oxuyur və müxtəlif nəticələr əldə edir. Bu zaman real zamandır. 
Bu gün və gələcəyi əks etdirir. Əsər oxunur və oxunacaq. Hər bir oxucu əsərə öz nöqte-
yi-nəzərindən yanaşaraq öz qiymətini verəcək. Oxucu bu zaman həm əsərə qiymət ve-
rir, həm də keçmiş hadisələrlə bağlı məlumatlar öyrənir. Keçmiş zamanla bugünkü za-
man arasında körpü yaradır. 
Bütün bunlara baxmayaraq, tarixi romanın əsas məqsədlərindən biri oxucuya tarix 
haqqında məlumat verməkdir. Bu tip əsərlərdə oxucu bir növ keçmişin şahidi olur. Və 
bu zaman gələcək haqqında qərarlar beynində əks olunmağa başlayır. Ona görə də tarixi 
roman oxucunu ondan da asılı olmayan düşüncələr qarşısında qoyur. Birincisi, əsəri 
oxuyan şəxs keçmişdə dövlətin necə də soylu, şanlı bir günlərini oxuya-oxuya özünü də 
istəmədən o dövrün içərisində görməsi, ozamanda yaşamasını hiss etməsidir. F.Kərim-
zadənin "Xudafərin körpüsü" əsərində bu fikir özünü tam şəkildə doğrulayır. İsmayılın 
ilk öncə keçirdiyi iztirablar, hər an ölüm qorxusu və bir anda möcüzənin baş verərək 
azadlığa çıxması, ölkəni vahid bir imperiya altında birləşdirməsi. Oxucu əsəri oxuduqca 
özünü hadisələrin şahidi təsvir etməklə yanaşı, hətta bu şanlı, uca qələbənin içərisində 
təsvir edir. 
İkincisi isə tarixdən güc, qüvvət alaraq o dövrün metodlarından istifadə edib bu 
günə gətirərək bugünkü zaman üçün də istifadə etmək istəyidir. Tarixi romanlar tarixi 

 
Sivilizasiya 
 
205
olduğu kimi əks etdirmir, çünki ədəbiyyat incəsənətin növüdür. Əgər hadisələr heç bir 
dəyişiklik olmadan , xronoloji ardıcıllıqla əks etdirilərsə, bu zaman bədii əsər yox, tarixi 
məlumat yazılmış olur. Ona görə də tarixi əsər keçmişdə baş verənləri əks etdirməklə 
olub-keçənləri öyrətmək üçün yazılmır. Bu tipli əsərlər sadəcə olaraq tarixi hadisələri 
bir sənət  əsəri kimi izah edir. Yazıçı tarixi roman yazarkən ilk öncə yazacağı tarixi 
şəxsiyyətin, onun dövrünün ictimai-siyasi vəziyyətini lazımi qədər araşdırır. Tarixi 
məlumatlardan, ensiklopediyalardan faydalanır.  
Tarixi romanlar xalqın milli oyanışına, birlik və  bərabərlik yaratmasına çox təsir 
edir. Azərbaycanda ilk tarixi roman “Nadir şah” əsəridir. Əsərdə xalqın içərisindən çıx-
mış kənar şəxsin hakimiyyəti ələ almasından və Azərbaycanı vahid bir dövlət kimi bir-
ləşdirmək uğrunda apardığı mübarizədən danışılır. Dünya ədəbiyyatında yazıçıların 
yazdıqları romanlara diqqət etsək, onların yalnız tarix üzərində qurulduğunun  şahidi 
oluruq. Bu da, əlbəttə ki, əsərdən çox elmi məlumata oxşayır. Amma Azərbaycan ədə-
biyyatında tarixi romanlar məcaziliyi bərabərində götürür. Yəni oxucu həm elmi məlu-
mat almış olur, həm tarixi şəxsiyyətin hiss və həyəcanını, onun həyat şəraitini, zama-
nının vəziyyətini öyrənir. Bu da ona xüsusi zövq verir. Elə tarixi romanlar var ki, tam 
əks olunduğu halda, bəzi əsərlərdə müəyyən bir qismi əks olunur. Məsələn, Ə.Cəfərza-
dənin "Bakı-1501" romanı  Şah  İsmayılın yalnız Bakıya hücumu dövrünü əks etdirir. 
"Eldən-elə" romanı isə Şirvaninin bütün həyatını əks etdirir. 
Yazarın də  əsər yazmaq məqsədini nəzərə alsaq, deyə bilərik ki,yazar keçmişdə 
olan bu tarixi hadisələri bir sənət əsəri kimi qələmə almalıdır. Və zaman ortaya çıxır. 
Tarixi romanlarda zaman nə qədər əhəmiyyətlidir? Əlbəttə ki, roman zamanın özüdür. 
Əgər  ədəbi növlərin janrlarını  nəzərdən keçirsək,  ən irihəcmlisi roman olduğunu 
görərik. Deməli, roman bir anın və iki günün hadisəsini yox, uzun sürən bir həyatın 
nəticəsidir. Əgər başda tarixi roman durursa, burda vəziyyət tamam dəyişir. Çünki tarixi 
roman keçmişi tərənnüm edir. Bu gün qələmə alınır, sabah oxunur. Hər üç zaman ,ən 
əsası da keçmiş zaman tarixi romanın ana xəttini təşkil edir.  
Fərman Kərimzadənin "Xudafərin körpüsü" əsəri XVI əsr Azərbaycan  əsəri haq-
qında vacib məsələləri şərh edir. Əsər keçmişdən bu günə ibrət verən məqamlarla dolu-
dur. N.Cəfərov deyir: "...Xalqı birləşdirən (Xudafərin körpüsü), ayıran münaqişələri 
(Çaldıran döyüşü) təfsilatı ilə bir daha yada salan yazıçı onu (mənsub olduğu xalqı) eh-
tiyatlı olmağa, gözlənən təhlükəni dəf etməyə çağırırdı... Şah İsmayıl Xətayinin timsa-
lında yalnız dünənin deyil, həm də (və daha çox) sabahın liderini təsvir və  tərənnüm 
edirdi. (4) 
Əsər boyu üç zaman özünü göstərir: hadisələrin zamanı, kosmik zaman və sosial 
zaman. Hadisələr zamanı - İsgəndərin həbsxanada yaşadığı dövrdəki hadisələr – Anası-
nın hər an açılan qapıdan ölümün gəlib onları aparmasını, İsgəndərin Hüseyn Lələ tərə-
findən azad olduqdan sonrakı hadisələri yaşaması, hakimiyyəti  ələ almasıdır.  Əsərin 
"Unudulmayan and" hissəsində Hüseyn Lələ verdiyi sözü yerinə yetirərək İsmayılı və 
onun ailəsini qurtarır. Lakin Aləmşahbəyim və Sultanəli ölür. Şah İsmayıl Hüseyn Lələ-
nin köməyi ilə hakimiyyəti ələ alır və hökmdar olur. Onun Xudafərin körpüsünə qədər 
gəlib-çıxmasına qədər olan olaylar hadisənin zamanı adlanır.  
Bununla yanaşı, bütün əsərlərdə olduğu kimi, tarixi əsərlərdə  də kosmik zaman 
anlayışı mövcuddur. Məsələn, hücuma keçərkən gecəyə üstünlük vermək, fikirləşmək 
üçün, nəyisə qeyd aparmaq üçün ay işığında olmaq, xoş bir günün olacağını göstərən 
günəş şüaları və s. Bu ünsürlərdən başqa cümə gününün ən uğurlu gün olması və s. Ta-

Bakı Avrasiya Universiteti  
 
206
rixi əsəri tarix olmaqdan uzaqlaşdırır. Ortalığa tarixlə dolu bir bədii əsər çıxır. Həm də 
bədii əsəri oxuyan zaman tarixi əsər olsa belə, obrazlar hadisələrin onlara göstərdikləri 
təsirlərlə birlikdə izah edilir. Ə.Cəfərzadənin "Eldən-elə" əsərində coğrafiyaşünas Zey-
nalabdin Şirvani tarixi şəxsiyyətdən daha çox bədii obraz kimi daha gözəl əks olunub. 
Yazıçı bu böyük şəxsiyyətinin sənətinə heç bir xələl gəlmədən elə əks etdirib ki, oxucu 
əgər Zeynalabdin Şirvaninin alim olduğunu bilmirsə, bədii obraz kimi qələmə verər. Bu 
o demək deyil ki, Əzizə Cəfərzadə onu tarixi şəxsiyyət kimi əks etdirməyib, sadəcə ola-
raq, obrazlı ifadələrdən yerli-yerində çox gözəl istifadə edib. Əlbəttə ki, əsəri tarixi əsər 
edən ilk öncə tarixi bir şəxsiyyətin əks olunmasıdır. Onun ölkələri səyahət edərkən top-
ladığı  məlumatlar onu alim, şəxsi həyatı ilə bağlı oxuduqlarımız isə onu bədii obraz 
edir. İkisini paralel şəkildə bir əsərdə cəmləşdirərək yazıçı bariz bir tarixi əsər yaratmış-
dır. Əsərdə zaman anlayışı da çox gözəl əks olunub. Sanki əsəri dövrün ictimai-siyasi 
vəziyyətinin şahidi olmuş bir yazıçı yazıb. 
Sosial zaman isə yaşayış  tərzinin  ən vacib xüsusiyyətlərini ortaya qoyur. Bu za-
mana toy, əyləncə, yaşayış tərzi, inanclar, gündəlik vərdişlər və s əks olunur. "Eldən-
elə" əsərində Zeynalabdini evləndirmək istəmələri və onun getməsi, Təbrizdə Süheyla 
ilə tanış olması Süheylanın onun arasınca gəlməsi və ölümü, Məşhəddə Altıntelli ilə ta-
nış olub onunla evlənməsi və hər ölkədə yaşadığı olaylar sosial zaman adlanır. "Xuda-
fərin körpüsü"əsərində isə Yaqubun evlənməsi, İsmayılın qızılbaşlıq təriqətini yayması-
nı, həbsxanadakı yaşayış  tərzi və s siyasi zaman adlanır. Yazıçı  İsmayılı hökmdar 
olmaqla bərabər həm də onun düşüncələrini əks etdirmişdir. Taxt sahibi olan bir şəxsin 
taxtdan uzaq gəzməsini yazıçı onun düşüncəsi ilə açıqlayır. O, hələ qorxu içindədir. 
Dövləti birləşdirmədən taxta oturmaq istəməyən hökmdar qorxur ki, taxta çıxarsa, arxa-
yın olar, ata-babalarının arzusunu yerinə yetirə bilməz. İsmayıl həm də əsərdə bir şair 
kimi təsvir edilir. Bəzən təkliyə qapılan şah "Xətayi" təxəllüsü ilə şeirlər yazır. 
Ümumiyyətlə, hər bir əsər üçün zaman mövcuddur. Bir əsər digər bənzər  əsərə 
nisbətən geniş və ya qısa da ola bilər. Amma hər birində üç zaman da özünü göstərir. 
Fərqləri yalnız hadisənin öz zamanı  və yazılma zamanındadır. Məsələn, "Xudafərin 
körpüsü" və "Bakı-1501" əsərlərində hadisənin öz zamanı eynidir. Hər ikisi XVI əsr İs-
mayılın taxta çıxması hadisəsini  əks etdirir, amma "Xudafərin körpüsü" əsəri ilə "El-
dən-elə"əsəri isə zaman fərlidir. Birinci XVI əsrin hadisələrini izah edir, ikinci XIX əs-
rin hadisələrini. 
Beləliklə, tarixi roman ədəbiyyatda həmişə  tələb olunan bir mövzudur. Bu tip 
romanlarda isə vacib sayılan zamandır. Tarixi romanları digər romanlardan fərqləndirən 
keçmişlə,bu günlə və gələcəklə yaradılan qəhrəmanların hər an hər kəslə birlikdə yaşa-
dığı inanılmaz və sonsuz bir macəradır. Romanın tarixiliyi təkcə oradakı tarixi şəxsiy-
yəti öyrətməklə deyil, ən az onun qədər vacib bir tarixi şəxsiyyəti tarixdəki hadisələrlə 
əlaqələr quraraq keçmişlə bu gün arasında körpü qurar. 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin