Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   19   20   21   22   23   24   25   26   27

Təktərkibli cümlələr. Xəbər əsasında formalaşanlar: a) şəxssiz cümlələr: 
1)  ... nə vaxt və hansı xeyirxah qocanın əkib yetişdirdiyi bir ağacdır. 
2)  Daş iləmi, təpik iləmi, tüfəng küpü iləmi bəlli deyildi. 
3)  Mister  əhvalatını  eşidəndən sonra ceyranından – oğlunun son təsəllisindən  əli 
üzülmüşdü. 
4)  Partiya təşkilatının işindən, tətillərdən soruşuldu. 
b)  Qeyri müəyyən şəxsli cümlələr: 
1) Ona görə  də Hacının sitəmlərinə, təhqirlərinə birtəhər dözüb baş girləyir, fürsət 
axtarırdılar. 
2) Qoy səndən şikayətə getsinlər. 
3) Paltarını qaytarsınlar. 
4) Hacını Mərdanın əlindən almaq istədilər. 
5) Bizi bir – birimizdən elədilər. Deyib-gülməyə yamanca həsrət qoydular. 
c) Ümumi şəxsli cümlələr: 
1) Yekə arvadsan, uşağa baş qoşmazlar. 
2) Dabanla qapı açmazlar. 
3) Canın çıxsın, kasıb olma! 
4) Qonağı qovarlar? 
5) Adamı xataya salmazlar. 
6) Kişi qabağına arvad çıxarmazlar. 
2. Mübtəda əsasında formalaşan. 
Adlıq cümlə (Belə cümlələr vasitəsilə  hər hansı bir hadisənin danışılan vaxtda 
mövcud olduğu bildirilir. Bu xüsusiyyəti baxımından da demək mümkündür ki, təktər-
kibli cümlənin bu növündə keçmiş və gələcək zaman anlayışları olmur. Bu cür cümlə-
lərdə ifadə edilən hökm sintaktik – semantik cəhətdən indiki zamanı bildirir.) Aşağıdakı 
cümlələrə diqqət etsək, bu əlamətləri tam görə bilərik: 

Bakı Avrasiya Universiteti  
 
216
1)  Zəmilərdən qalxan nəmli torpaq qoxusu, yenicə açılan bənövşə. 
2)  Cida boyu qalxan günəş 
3)  Buludlu göy, intizar çəkən bir qəlb. 
4)  Cavan, güclü, enlikürək adam. 
5)  Aşağılarda - dərənin qovuşan yerlərində isə baş – başa verən söyüd. 
II. İkinci dərəcəli üzvlərin iştirakına görə. 1. Müxtəsər cümlə: 
1)  Yoldan ötənlərin səsi eşidilirdi. 
2)  Cütçü yanılmamışdır. 
3)  Bahar əl vurmadı. 
4)  Mərdan razılıq elədi. 
5)  Mərdan pərt olmuşdu. 
2. Geniş cümlə: 
1) Mən sizə yaxşılıq üçün dedim. 
2) Bura bir oğlan gəlib – gedir. 
3) Dalanın kənarındakı açıqlıqda camaat yığışmışdı. 
4) O, toy görmür, mahnı eşitmir. 
5) Onun sözlərinə Mərdan heyrət etdi. 
Seçilmiş nümunələrə diqqət etdikdə müəllifin sözün hər iki funksiyasından (infor-
mativ və ekspressiv) zəngin  şəkildə istifadə etdiyini görürük. Bu polisemantik həmlə 
sadə cümlənin həm struktur, həm də struktur-semantik potensialını daha da artırır. Nəti-
cədə sadə cümlə sintaksisində yeni bir hədəf, orijinal obyekt – sintaktik semantika for-
malaşdığını aşkar tərzdə görürük. 
 
Ədəbiyyat: 
1.  Azərbaycan dilində sintaksis konstruksiyalar. Bakı, ADU, 1987. 
2.  Bağırov Ə. Sadə cümlənin üslubi xüsusiyyətləri, Bakı, ADU nəşriyyatı, 1975. 
3.  Qurbanov A.M. Bədii mətnin linqvistik təhlili, Bakı, Maarif, 1986. 
4.  Mirzazədə N. Azərbaycan dilinin tarixi qrammatikası. \\ Cümlənin struktur-semantik təka-
mülü (bölmənin müəllifi N.Q.Cəfərov), ADU, Bakı, 1990. 
5.  Sadıqova B.M. müasir Azərbaycan dilində ümumi şəxsli cümlələr. Dil və  ədəbiyyat,  №5, 
Bakı, 1972. 
6.  Mir Cəlal. Seçilmiş əsərləri, II kitab, Bakı, Çaşıoğlu, 2008. 
 
 
SUMMARY 
Adalat Abbasov 
 
SYNTACTIC AND STRUCTURAL SCHEME OF A SIMPLE SENTENCE 
 
According to the intonation and purpose of a simple sentence and existing of the main and 
subordinate clause, structural and semantik kinds are existed. Such criteria on the base of 
structural scheme has got its expression in the given article. 
 
Key words: communicative function, parametr, parameter, impersonal, person 
 
 

 
Sivilizasiya 
 
217
РЕЗЮМЕ 
Адалят Аббасов 
 
СТРУКТУРНО-СИНТАКСИЧЕСКАЯ СХЕМА ПРОСТОГО ПРЕДЛОЖЕНИЯ 
 
Простые  предложения  делятся  на  структурно-семантические  виды  по  цели 
высказывания,  интонации  и  наличию  главных  и  второстепенных  членов.  В  статье  эти 
критерии нашли свое отражение на основе структурных схем. 
 
Ключевые слова: Коммуникативная функция – роль общения, параметры – измере-
ние,  критерии,  безличные – отсутствие  подлежащего,  личные – 
наличие подлежащего 
 

Bakı Avrasiya Universiteti  
 
218
Turanə ZEYNALOVA

 
 
AZƏRBAYCAN DİLİNDƏKİ ZOONİM TƏRKİBLİ FRAZEOLOGİZMLƏR 
VƏ ONLARIN ÖZƏLLİKLƏRİ 
 
Açar sözlər: frazeologizm, zoonim, metafora, atalar sözləri 
 
Giriş 
 
 
  
Hər bir xalqın obrazlı təsəvvürünün məhsulu olan frazeologizmlər bədii təxəyyülün 
güzgüsü kimi onu yaradan xalqın inanc və dəyərlərini simvolik şəkildə qoruyur. Frazeolo-
ji birləşmələr özünü təbiətin ayrılmaz hissəsi hesab edən insanın yaradıcı  təxəyyülünün 
məhsulu olub, bənzətmələrə, məcazlaşmış ifadələrə əsasən formalaşmışdır. Bu birləşmə-
lər hər xalqın dil daşıyıcılarının etnokulturoloji dəyərləri, xalqın tarixi ilə birbaşa bağlı 
olub, onun müdrikliyini, sevincini, kədərini, nifrətini, mübarizliyini, həyat tərzini, qəhrə-
manlığını, ümumiyyətlə, bütün müsbət və mənfi keyfiyyətlərini özündə əks etdirir.  
   “Dil xalq ədəbiyyatının ensiklopediyasıdır” deyən M.Adilov xalqı tanımaq üçün, 
hər şeydən əvvəl, onun dilini öyrənmək lazım olduğunu qeyd edir (1, s. 4). “Hər hаnsı 
milli dilin frаzеоlоgiyаsının dərindən öyrənilməsi həmin dilin tаm mənimsənilməsində 
əsаs hаlqаdır və еləcə də о dilin dаşıyıcılаrının zəngin, rəngаrəng və bir qədər də sirli 
аləmlərinə аçılаn pəncərədir” (13, s. 25). Bu ifadələrin dərindən araşdırılıb öyrənilməsi, 
tədqiq edilməsi xalqın dilini, tarixini və onun xarakterik xüsusiyyətlərini dərindən başa 
düşməyə şərait yaradır. 
Sözün sеmаntik zənginliyinin əsаsı məcаziliklə bаğlı olduğundan frazeoloji birləş-
mələrin də  əsas kateqorial əlamətlərindən biri məcazlaşmadır. “Frаzеоlоgiyа  məhz 
məcаzi mənаlаrdаn (çохmənаlılıqdаn) dоğаn, оnа söykənən və məcаzilik üzərində qə-
rаr tutub möhkəmlənən bir dilçilik sаhəsidir” (13, s. 36). “Оnlаr bizi əhаtə еdən bütün 
gеrçəkliklər dахil оlmаqlа əşyа və vаrlıqlаrın хаrаktеrini qısа, lаkоnik, оbrаzlı şəkildə 
təsvir еtmək kеyfiyyətinə mаlikdir” (11, s. 154). Onun tərkibindəki sözlər müstəqil no-
minativ mənasını itirmiş, məcaziləşmiş, birləşmə daxilində digər sözlərlə birlikdə 
mürəkkəb bir vahid yaratmışdır. 
Hər bir xalqın obrazlı təfəkkürünün məhsulu atalar sözləri onun həyat tərzini, dü-
şüncə tərzini özündə əks etdirən sintaktik vahid olub predikativ xarakterlidir, yəni cüm-
lə strukturundadır. “Atalar sözü xalqın tarixi, tarixin də xalqa verdiyi ibrət dərsinin 
hamı tərəfindən qəbul və təsdiq edilən elə nəticəsidir ki, düzlüyünü və dəqiqliyinə şüb-
hə yeri yoxdur. Paremik vahid, birinci növbədə, öz ədalətli ruhu ilə şüurlara hakimdir. 
Onun aksiomatik səciyyə daşıması hökm səviyyəsində ifadə olunan məntiqi fikrin bö-
yük ümumiləşdiricilik qüvvəsi ilə əlaqədardır” (3, s. 9). Xalqın fitri istedadının, estetik 
zövqünün, əqli birliyinin təzahür forması olan atalar sözləri özlüyündə məcazdan ibarət 
olub, bütövlükdə məcazi məzmun üzərində qurulur. Bu səbəbdən də onun frazeologiya-
nın komponenti hesab edilməsi mübahisəyə səbəb olur. Qeyd etmək lazımdır ki, dünya 
dilçiliyində olduğu kimi, Azərbaycan dilçiliyində  də frazeoloji vahidlərin sərhədi tam 
müəyyənləşməyib. Çünki hikmətli sözlərin, аfоrizmlərin, ibаrələrin, ədəbi sitаtlаrın, qа-
nаdlı sözlərin frаzеоlоgiyаyа olan münаsibəti və оnun оbyеkti оlmаsı məsələsi birmə-
nаlı dеyil.  
                                                           

 Doktorant, Bakı Avrasiya Universiteti, turane.zeynalova.85@mail.ru 

 
Sivilizasiya 
 
219
1. Zoonim komponentli frazeologizmlər və onların yaranma yolları 
Frazeologizmlərin müəyyən hissəsi zoonim tərkibli olur. Belə ki, nominativ 
leksikanın əsas vahidlərindən biri olan zoonimlər metaforik söz birləşmələrinin yaran-
masında əsas mənbədir. Bütün dillərdə sayca somatik vahidlərdən sonra fauna ilə bağlı 
sözlər məcazi mənada işlənərək frazeologizmlərin semantik nüvəsi kimi çıxış edir. 
Azərbaycan dilindəki frazeologizmlərin də müəyyən bir qatını zoonim komponentli 
birləşmələr təşkil edir. Bu ifadələrdə məcaziləşən daha çox ev heyvanları və ev quşları-
nın adlarıdır, çünki insanlar gündəlik həyat şərtlərinə uyğun olaraq bu heyvanları daha 
çox müşahidə etmiş və müəyyən tarixi inkişaf prosesində bu müşahidə dilə yol aça bil-
mişdir. Bu prosesin də  nəticəsində dil daşıyıcıları obrazlı-fonoloji  əsasa söykənən 
frazeologizmləri yaratmışlar. 
 Yaranma tarixi çox qədim olan frazeologizmlərin əksəriyyəti digər türk dilləri ilə 
ortaqlı, bəzi hallarda müəyyən leksik fərqlərlə işlədilir. Fərqliliklərin olması isə həmin 
xalqın həyat tərzi ilə bağlıdır. Məsələn, ev heyvanları içərisində “at” azərbaycanlılar 
üçün nə qədər mühümdürsə, “dəvə” də Orta Asiya xalqlarında o qədər əhəmiyyətlidir 
(11, s. 154). Qazaxlarda dəvənin adlandırılması zamanı 60-qədər addan istifadə edilir. 
Təbii ki, bu reallıqlar da sonradan dildə öz əksini tapdığından qohum dillərdə də müxtə-
lifliklər yaranır. Ancaq türk dillərində  əksər zoofrazeologizmlərin müştərək işlənməsi 
bu xalqlarda heyvandarlığa olan münasibətin eyniliyi ilə bağlıdır. “Bu müştərəklik isə 
dil yаruslаrı içərisində хаlqın məişət və təsərrüfаtı ilə ən çох bаğlı оlаn frаzеоlоji qаtdа 
dаhа  dа möhkəmlənərək yаşаmаqdаdır” (11, s. 151). M.Kaşğarinin “Divanü lüğətit-
türk” əsərində işlənmiş frazeoloji birləşmələr bunun əyani sübutudur. “Əwdəki buzağu 
öküz bolmas” (evdəki buzovdan öküz olmaz) (10, I, s. 438), “böri  konşısın yemməs” 
(qurd qonşusunu yeməz) (11, III, s. 209), “iki qonçqar başı bir aşaçta pışmas” (iki qo-
çun başı bir qazanda qaynamaz) (10, III, s. 332), “yılan yarpuzdan kaçar, kança barsa, 
yarpuz utru kəlür” (ilan yarpızdan qaçar, hara getsə qabağına yarpız çıxar). Müəllif 
atalar sözündəki yarpızın ilanyeyən bir heyvan, firon siçanı, manqust olduğunu göstərir 
(10, III, s. 41). Qeyd edək ki, müəllif belə ifadələri “Divan”da sav adlandırır ki, bunlar 
da müasir elmi-nəzəri fikirdə işlədilən “paremiya” termininə uyğun gəlir. 
Frаzеоlоji vаhidlər qısа  zаmаn kəsiyində yox, bəlkə  də yüzilliklərin nəticəsində 
yaranaraq formalaşıb. Bəzi zoofrazeologizmlər heyvanların təbii davranış və özəllikləri-
nə görə  məcaziləşməsi nəticəsində, bəziləri daha çox xalqın tarixi-etnoqrafik xüsusiy-
yətləri ilə bağlı olaraq, bir qismi fərdi təxəyyülün məhsulu kimi, bəziləri də mifologiya-
dan, rəvayət,  əfsanə  və nağıllardan yaradılıb. Etnokulturoloji reallığın dilin reallığına 
çevrilməsi ümumdil hadisəsi olub bütün dillərdə qaçınılmaz bir prosesdir. Bu səbəbdən 
də bəzi adət və ənənələrin, mərasimlərin öz əksini frazeologizmlərdə tapması qanuna-
uyğun hesab olunur. Məsələn, “xoruzu qoltuğuna vermək” ifadəsinin xalqımızın tarixi 
adət-ənənəsinə uyğun olaraq elçilik zamanı əldə edilmiş razılıq pozulanda oğlan evinin 
gətirdiyi xoruzun geri qaytarılması ilə bağlı meydana çıxıb. Sonralar bu ifadə semantik 
cəhətdən genişlənərək başqa anlamlarda da işlədilir (14, s. 14). “Öküzü öldürüb adı 
üstündən götürmək” ifadəsi də xalqımıza məxsus olan adətdən yaranıb (2, s. 210).  
Zoofrazeologizmlərin bir qismi də atəşpərəstliklə, zərdüştlüklə  əlaqədar yaranıb 
sabitləşmişdir. “Vaxtsız banlayan xoruzun başını kəsərlər” ifadəsi Zərdüştlüklə əlaqədar-
dır, çünki atəşpərəstlər xoruzun vaxtında banlamasını mübarək fal hesab edirdilər. Axşam 
vaxtı xoruz banlarkən Kəyumərsin ölməsi səbəbindən quşun bu vaxt banlaması  uğur-
suzluq hesab olunub (2, s. 80). “Eşşəyə min, bəxtin açılsın” ifadəsi zərdüştlüklə bağlıdır, 

Bakı Avrasiya Universiteti  
 
220
çünki bu heyvan zərdüştilikdə ailəqurma, övladtörətmə hamisi hesab olunub (2, s. 169)  
Bəzi zoofrazeologizmlər mifologiya, rəvayətli ifadələr, nağıllar, əfsanələr, lətifələr-
dən alınaraq ya olduğu kimi, ya da bəzi dəyişikliklərlə dilimizin frazeoloji sisteminə 
daxil edilmişdir. “Bişmiş toyuğun gülməyi gəlir”, “dəvəsi ölmüş ərəb” (5, s. 49), “qızıl 
öküz”, (2, s. 102), “quş dili” (2, s. 123) ifadələri əfsanə əsasında “dəvəni eşşəyin quyru-
ğuna bağlamaq” (2, s. 135), “siçan da dəmir çeynərmiş” ifadəsi qədim hind rəvayəti 
əsasında (2, s. 221), “İsa(q)-Musa(q) quşu” ifadəsi rəvayətdən (1, s. 140), “div yuxu-
suna getmək”, “div qurbağaya aşiq olub” ifadələri nağıllardan  (1, s. 92) götürülərək 
uzual istifadə “vəsiqəsi” qazandıqdan sonra frazeoloji birləşmə şəklində sabitləşmişdir. 
M.Qıpçaq  “fili minmək” (sərxoş olub qara-qışqırıq salan adam haqqında) ifadəsinin 
əfsanə  və  rəvayətdən yarandığını göstərir (12, s. 118). “Qurd ilə qiyamətə qalmaq” 
(uzunömürlü olmaq) ifadəsinin türk mifologiyasında geniş yayılmış bir mifoloji süjet 
əsasında yarandığını qeyd edən müəllif  “qurd öz gücünü bilmir, yoxsa dünyanı dağı-
dar” ifadəsinin də eyni süjetdən qidalanaraq yarandığını yazır (12, s. 32). Qeyd edək ki, 
qurdla bağlı yaranmış ifadələrin sayı kifayət qədərdir. Q.Mahmudova qazax dilində də 
işlənən “qurd ürəyi yemək” frazeminin əfsanədən yaranmasını qeyd edərək yazır: “Çох 
qədim zаmаnlаrdа mühаribələrin birində  qəhrəman öz düşməninin ürəyini yеmişdi. 
Zаmаn kеçdikcə bu əfsаnə frаzеоlоji vаhidinə çеvrilərək “qоrхmаz, cəsаrətli” mənаsını 
kəsb  еtmişdir. Gördüyümüz kimi, хаlqın tаriхi ilə dilin tаriхinin vəhdəti  аyrı-аyrı 
frаzеоlоji vаhidlərin yаrаnmаsınа səbəb оlur” (11, s. 52). 
Maraqlıdır ki, frazeologizmlərdə nə qədər millilik, etnokulturoloji dəyərlər sistemi 
özünü göstərsə də, bəzi məqamlarda bu birləşmələr dünyanın bir çox dillərində leksik-
semantik cəhətdən ekvivalentlik təşkil edir. M.Adilov tədqiqatçıların “beynəlxalq atalar 
sözü” adlandırdığı bu ifadələrə aid bəzi nümunələr göstərir. Müəllif “Qarğa qarğanın 
gözünü çıxarmaz” (2, s. 89) atalar sözünü ilk dəfə V əsr qrammatiki Makrobinin işlətdi-
yini, “qurddan qurd doğar” (qurdun balası da qurd olar) ifadəsinin Sədinin “Gülüstan” 
əsərindən (2, s. 117), “qurddan çoban olmaz” ifadəsinin Ezopun “Çoban və qurd” təm-
silindən (2, s.118), “qoyun sürüsü” ifadəsinin Fransua Rablenin “Qarqantua və Panta-
qruel” əsərindən (1, s. 77), “milçəkdən fil düzəltmək” ifadəsinin yunan satiriki Lukianın 
“Milçəyin mədhi” əsərindən (1, s. 242) götürüldüyünü qeyd edir. “Quş südü” ifadəsi-
nin ən qədim variantını Petroni işlətmiş, filosof Anaksaqor isə bu ifadəni dedikdə yu-
murta ağını  nəzərdə tutmuşdur (2, s. 125). “Troya atı” (bir şeylə  pərdələnmiş  məkrli 
niyyət, gizli təhlükə, xəyanət vasitəsi) (4, s. 254) ifadəsi, H.Andersenin nağıl süjetindən 
götürülən  “çirkin ördək” ifadəsi də universallıq statusu daşıyan frazeologizmlərdir. 
“Dəvəni iynənin gözündən keçirmək” ifadəsinin beynəlxalq dil təzahürü sayıldığını 
qeyd edən M.Qıpçaq bir çox dillərdə işlənən bu ifadənin yunan dilinə mənsub olduğunu 
və buradakı sözün əslində “dəvə” yox, “yoğun ip” mənasında işləndiyini qeyd edir. 
Belə ki, yunan dilindəki  kamilios (yoğun ip) kəlməsi  ərəb dilindən keçmiş  kamilos 
(dəvə) sözünə səslənmə baxımından yaxın olduğundan əvəzlənmə baş vermişdir (12, s. 
73). Verdiyimiz bu nümunələrin  əksəriyyəti  şair və yazıçılarının fərdi təxəyyülünün 
məhsulu olub nağıl, hekayə və daha çox təmsillərin süjetinə uyğun olaraq yaranıb. Bə-
ziləri də başqa dillərdən tərcümə olunaraq işlədilir. Belə frazelogizmlər müxtəlif dil 
daşıyıcıları olan yaradıcı şəxslərin qələminə məxsus olsa da, başqa dillərdə də sonradan 
uzuallıq kəsb edərək, lüğət tərkibinin zənginləşdirməsinə səbəb olmuşdur. 
Mifoloji məzmunlu  “dövlət quşu”, “şahlıq quşu”, “səadət quşu”, “cənnət quşu”, 
“səməndər quşu”, “simurq quşu” ifadələr də həmin quşlarla bağlı olan inam və etiqadın 

 
Sivilizasiya 
 
221
əsasında yaranıb. “Quş onqonları  oğuz-türk dünya modelinin aparıcı  rəmzləri olaraq 
Azərbaycan folklorunun müxtəlif qollarında öz əksini tapmışdır. Onqona çevrilmiş  hər 
hansı quşun ovlanmasına, yaxud ətinin yeyilməsinə qadağan qoyulmuşdur. Bu tabular 
Azərbaycan-türk folklorunun əsatir, əfsanə, nağıl və dastan janrlarında quş onqonlarının 
sarkal cizgilərini şərtləndirmiş və onqon quşların simurq, səməndər, humay və digər adlar 
ilə kodlaşdırılmasına gətirmişdir” (7, s. 129).  Onqona çevrilmiş bu quşlara simurq, hu-
may, səməndər quşları aid edilir. Həm Şərq folklorunda, həm də bizim nağıllarımızda da 
təsvir olunan simurq quşu zalımlığa, ədalətsizliyə qarşı mübarizə edənləri, ona qarşı çı-
xanları himayə edir. “Ona bəzən obrazlı şəkildə “quşların şahı” da deyilir” (1, s. 316).  
Nağıl və əfsanələrimizdə təsvir olunanlara görə mifoloji məzmunlu digər quş olan 
humay quşu (hüma) kimin çiyninə qonursa, onu padşah seçirdilər. Bu inamla bağlı 
R.Əlizadə yazır: “Hakimiyyətin Tanrı bəxşişi olduğunu bildirən qədim inamın təzahürü 
Humay şahlıq quşunda tapmışdır” (7, s. 102). Bu inanclara əsasən bu quşu cənnət quşu, 
səadət quşu, huma və ya humay quşu adlandırırlar ki, bu da məcazi mənada xoşbəxtlik, 
səadət, müvəffəqiyyət, uğur rəmzi hesab olunur.  
Frazeologiyada maraq doğuran hallardan biri də birləşmələrin bir qisminin atalar 
sözləri və  məsəllərin bir hissəsinin atılması  nəticəsində formalaşmasıdır. “İmplisitlik 
şərаitində, yəni mətnin dаrаlıb qısаlmаsı zаmаnı аtаlаr sözləri və zərb-məsəllər birləşmə 
səviyyəli frаzеоlоji vаhidlərə  çеvrilir.  İmplisitlik dildə  qənаət qаnununun bаriz 
nümunəsidir” (13, s. 136). Məs.: “tülkü tülkülüyünü sübut edincə dərisini boğazından 
çıxarırlar” - “dərisini boğazından çıxarmaq” (3, s. 224), “qaz vur qazan doldur, sərçə-
dən nə olacaq” - “qaz vur, qazan doldur”, “hamıya it hürər, bizə quyruqsuz çaqqal” - 
“quyruqsuz çaqqal” (anlama, düşünmə, duyma qabiliyyətindən məhrum olmuş çaqqal) 
(2, s. 115), “arada ala çatı olmasa, qurd qoyunla otlayar” - “qurd qoyunla otlayır”(3, 
s. 35). Dildə yığcamlıq, qənaət xətrinə yaranmış bu frazeologizmlərlə, yaranmış olduğu 
atalar sözləri arasında semantik cəhətdən fərq olmasa da, üslubi cəhətdən müəyyən fərq 
özünü göstərir. 
Bəzi zoofrazeologimlərdə adı keçən heyvan adları da bir-birilə semantik əkslik mü-
nasibətində olur ki, bunlar da bu canlıların əks assosiasiyası (at-eşşək, qoyun-qurd, qo-
yun-keçi) ilə bağlıdır. Belə əks münasibətə əksər hallarda atalar sözlərində rast gəlinir. 
Məs.:  qurddan qorxan qoyun saxlamaz”, “at ölüb, itin bayramıdır” (3, s. 28), “at 
meydanında eşşək anqırmaz”,at yerinə eşşəyi bağlama” (3, s. 41), atdan düşüb eşşə-
 minməzlər” (3, s. 28),“qurdu quzuya tapşırmaq”qoyunu qoyun ayağından asar-
lar, keçini keçi”, “atın axmağı yorğa olar, itin axmağı tulaqarğadan qırğı olmaz” 
(15; 16). Daha çox atalar sözlərində müşahidə olunan bu hadisəni Q.Mahmudova belə 
izah edir: “Unutmаmаlıyıq ki, аtаlаr sözləri ilk öncə şifаhi хаlq ədəbiyyаtının jаnrıdır. 
Şifаhi хаlq ədəbiyyаtı üçün də çохvаriаntlılıq əsаs əlаmət sаyılır” (11, s. 94). 
T.Əfəndiyеvа qədim əfsanə, bayatı, nağıl, dastan və frаzеоlоji idiоmаtik tərkiblərin 
təzаdlаr  əsаsındа qurulduğunu qеyd edərək yаzır: “Xаlqın yаrаtmış  оlduğu  аtаlаr 
sözlərinin və sərrаst mənаlı хаlq məsəllərinin əksəriyyəti təzаdlıdır. Məsələn: Аğа bоrc 
еylər, nökər хərc; Аğ gün аğаrdаr, qаrа gün qаrаldаr və s.” (6, s. 65). Çünki bu sadala-
nanlar insаn хаrаktеrinin özünəməхsus cəhətlərini, müхtəlif həyаt və təbiət hаdisələrini 
bütün ziddiyyətləri ilə  əks  еtdirir. Zoofrazeologizmlərdə  də belə münasibət müşahidə 
edilir. Məs.: “ilanın ağına da lənət, qarasına da” (3, s. 136), “qara toyuğun ağ yu-
murtası” (16) , “qara eşşək, ağ palan?!” (3, s. 156) və s. 
 

Bakı Avrasiya Universiteti  
 
222
Dil faktlarına əsasən demək olar ki, zoofrazeologimlərin əksəriyyəti ev heyvanla-
rının və hər bir xalqın yaşadığı coğrafiya ilə bağlı olaraq onlara yaxın heyvanların, az 
qismi isə ekzotik heyvanların məcazlaşması  nəticəsində yaranıb. Məs.:  “timsahın göz 
yaşları” (yalandan göz yaşı tökən), “dəvədən böyük fil var” (birinin heç də tam ixtiyar 
sahibi olmadığını bildirən ifadə) (4, s. 87), “fil qulağında yatmaq” (heç bir şeylə 
maraqlanmamaq, qəflət yuxusunda olmaq) (4, s. 125), “meymun baxar güzgüyə, adını 
qoyar özgəyə” (öz eybini görməyən, ancaq başqalarında eyib axtaran adamlar haqqında 
işlədilən ifadə) (4, s. 202) və s. kimi frazemlər ekzotizmlərin köməyilə yaradılıb. 
 
2. Zoonim komponentli frazeologizmlərin məna qrupları 
Müasir Azərbaycan dilində sadəcə leksik vahidlərdə yox, eyni zamanda frazeoloji 
birləşmələrdə də omonimlik, sinonimlik, antonimlik, variantlıq müşahidə edilir. Zoofra-
zeologizmlərdə də ən çox özünü göstərən hadisə onların variantlığıdır. “Frаzеоlоji vа-
hidlərin vаriаntlаrı kоmpоnеntlərdən birinin bаşqа bir sözlə  əvəz еdilməsi nəticəsində 
dахili fоrmаyа (məzmunа) hеç bir хələl gəlmədiyi zаmаndа mövcud оlur (13, s. 121). 
Əslində variantlıq sinonimliyə çox yaxın bir prosesdir. “Mənaları olduğu kimi qalan, 
tərkiblərində leksik, leksik-qrammatik və qrammatik dəyişiklik aparılan ifadələr sino-
nim yox, variant frazeoloji birləşmələr hesab olunur” (9, s. 234). M.Mirzəliyevanın tə-
birincə desək, “Frаzеоlоji sistеmdə vаriаntlıq хüsusi struktur dublеtlərin əmələ gəlməsi-
dir” (13, s. 126). Dilçilər bu ifadələri fərqləndirici  əlamətlərinə görə leksik, leksik-
qrammatik və qrammatik variantlığa ayırır (9, s. 234; 5, s. 149). Dilimizdə işlənən zoof-
razeoloji variantlarda komponentlərdən biri həm sinonim, həm də sinonim olmayan 
sözlərlə  əvəzlənə bilər. Leksik variantlarda həm adların, həm də feillərin variantlığı 
özünü göstərir. Məs.: “bir daşla iki quş (dovşan) vurmaq” (bir dəfə zəhmət çəkməklə 
iki iş görmək, bir cəhdlə iki işi gerçəkləşdirmək) (4, s. 54), “builki sərçə (cücə) bildirki 
sərçəyə (cücəyə) cip-cip öyrədir” (təcrübəsiz, dardüşüncəli bir adamın zəngin həyat 
təcrübəsi olan, dünyagörmüş bir insana ağıl, məsləhət verməsi) (4, s. 64), “sərçəni 
(quşu) gözündən vurmaq” (4, s. 234), “köhnə (qoca) qurd (4, s. 184), “dərə (ara) xəl-
vət, tülkü bəy” (özbaşınalıq olan yer haqqında işlədilən ifadə) (4, s. 86), “xoruzu (papa-
ğı) qoltuğuna vermək”“qatır nə bilir xatır”, “eşşək nə bilir zəfəran nədir”“eşşək nə 
bilir xurmanın dadını” (axmaq, qanmaz, yaxşı ilə pisə fərq qoymayan adam haqqında) 
“ayı kal armuda baxan kimi baxmaq – dəvə nalbəndə baxan kimi baxmaq” (4, s. 22) 
kimi frazeologizmlərdə adların, “heç kəsin toyuğuna kiş deməz (daş atmaz)“ağzına 
çullu dovşan sığmamaq (yerləşməmək)” (15) birləşmələrdə feillərin variantlığı özünü 
göstərir. 
Zoofrazeologizmlərdəki sinonimlik situasiyası da özünü göstərir. “Leksik sinonim-
lərdə ad, xüsusiyyət, əşya və hadisələrin əlamətləri ifadə olunursa, frazeoloji sinonim-
lərdə isə bunların münasibəti bildirilir” (9, s. 233). M.Mirzəliyeva frazeoloji sinonimlər 
üçün əsаs şərtləri belə müəyyənləşdirir: “а) lеksik mənаnın еyniliyi; b) həmin frаzеоlоji 
vаhidlərin tərkibində  еyni kоmpоnеntlərin  оlmаmаsı; ç) еyni lеksik-qrаmmаtik qrupа 
аid оlmаlаrı” (13, s. 130). Bu sinonimlik hadisəsi zoonim komponentli frazeologizmlər-
də də özünü göstərir və bu birləşmələrdə leksik tərkib fərqli olsa da, onlar eyni seman-
tik mənaları ifadə edir. Məs.: “tülkü durmazdan” – “ala it taladan düşməmiş” – “toyuq 
tardan düşəndə” (səhərə yaxın, səhərin gözü açılmamış) (4, s. 254), “milçəyin də bur-
nunu qanatmayıb” – “qarışqanı da tapdalamaz” (çox mülayim, çox mərhəmətli adam 
haqqında) (4, s. 206), “cibində siçanlar oynamaq” – “qəpiyə güllə atmaq, acından gün-

 
Sivilizasiya 
 
223
orta durmaq” (4, s. 71), “dəvənin quyruğu yerə  dəyəndə” - “keçi ağaca  çıxanda” – 
“qum göyərəndə” (4, s. 87), “dəvədən böyük fil var” – “əl üstündə əl var” (4, s. 87), 
“torbada pişik var” – “işin içində iş var”, “öküzdən süd ummaq” – “ölüdən hay gözlə-
mək”, “keçi qaçmaqla kökəlməz – “halva-halva deməklə ağız şirin olmaz” (15; 16) 
Frazeologizmlərin omonimliyi leksik vahidlərin omonimliyinə nisbətən çox azdır. 
Frazeologizmlərin məna sisteminin sözə nisbətən daha mürəkkəb olması onların 
omonimliyinin az olmasına səbəb olur. Zoonim komponentli omonim frazeologizmlərə 
“quş qoymaq” (1. mövcudluğunu təsbit etmək, 2. qeyd etmə xatirinə, hesabat naminə, 
başdansovdu bir iş görmək, müəyyən hadisə, məfhum və anlayışla bağlı müsbət olma-
yan reaksiyanın ifadə edilməsi) (14, s. 11) ifadəsini göstərmək olar. “Keçi qiymətinə 
satmaq” ifadəsi də omonim kimi götürülə bilər: 1) bir şeyi dəyər-dəyməzinə, çox ucuz 
qiymətə satmaq; 2) yaxın adamına, mənsub olduğu düşərgəyə  xəyanət etmək (4, s. 
167).  
Antonim frazeoloji vahidlərin sayı leksik vahidlərlə müqayisədə azlıq təşkil edir. 
Zoofrazeologizmlərin antonimliyinin də azlığı bu vahidlərin müstəqil şəkildə antonim-
lik münasibətində ola bilməməsindən irəli gəlir. Bəzi nümunələrə baxaq: “keçiləri gəl-
mək”  (birdən-birə kefi pozulmaq, hər  şeydən qıcıqlanmaq) və  “keçiləri dağılmaq” 
(qəzəbi, hirsi soyumaq), “qaz kimi qaqqıldamaq” (səs-küy salmaq) – “balıq kimi lal-
kar olmaq” (sakit olmaq), “azad quş kimi” –  “qəfəsdəki quş kimi”,  “quşu qonmaq” 
(ürəyinə yatmaq, xoşu gəlmək) – “zəhləsi getmək”, “azad quş” – “köçəri quş” (insan 
barədə) (15; 16) 
Zoonim komponentli frazeologizmlərin bir qismini də komporativ, yəni müqayisə 
yolu ilə yaranan frazeoloji vahidlər təşkil edir. Qeyd edək ki, komporativ tipli (“kimi” 
qoşmalı  təşbehlər) zoofrazeologizmlərin sayı kifayət qədərdir. Məs.: “gənə kimi 
yapışmaq”, “heyvan kimi işləmək”, “qarğa kimi qara”, “it kimi sadiq”“islanmış cücə 
kimi”, “eşşək kimi tərs”,“ilan kimi sürüşkən olmaq”, “bülbül kimi ötmək”,“keçi təzə 
qapıya baxan kimi baxmaq”“elə bil ilan boğazından çıxıb”, “elə bil qutuda ilan gö-
rüb” (15; 16). Nümunələrdən də göründüyü kimi, bu frazemlərdə canlıların əksəriyyəti 
insanın mənfi, az qismi isə müsbət xarakterləri dəyərləndirmək üçün məcazlaşıb. Ma-
raqlıdır ki, it, eşşək tipli zoonimlər ambiveallıq bildirərək hər iki mənada məcaziləşərək 
frazeologizmin semantik nüvəsi rolunda çıxış edir. “Eşşək kimi işləmək”“it kimi sa-
diq” kimi müqayisə  məzmunlu zoofrazeologizmlərdə canlıların müsbət keyfiyyətləri 
önə sürülüb.  
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin