Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Partiya  və  hökumətin  mühüm  qərarından  sonra  bizim



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə168/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   164   165   166   167   168   169   170   171   ...   174

Partiya  və  hökumətin  mühüm  qərarından  sonra  bizim 
internat  birinci  olaraq  yararsız  torpaqlarda  heç  bir  kənd 
təsərrüfatı  maşınları,  inventar  və  avadanlıq  olmadan, 
qısa  müddətdə  nümunəvi  yardımçı  təsərrüfat  yaratdı. 
İndiki  yardımçı  təsərrüfat  26,5  ha  torpaq  sahəsi,  DT-75 
markalı  traktor,  UAZ-452  maşını,  PAZ  avtobusu,  ot 
presləyən  və  toxum  səpən  maşın  əhatə  etmişdir.  Təsər­
rüfatımız  138  xırda  buynuzlu  heyvan,  çobanlar  üçün 
yaşayış  evi,  heyvanlar  yatağı  üçün  ağıl  yaradıb.  Qeyd 
etmək  lazımdır  ki,  Maarif  nazirliyinin  bizə  verdiyi 
traktor  və  avtomaşından  başqa,  rayon  təşkilatları  bizə 
heç bir maliyyə yardımı göstərməmişdir.
İnternatda  yaşayan  şagirdlər  fasiləsiz  olaraq  ət, 
kartof  və  tərəvəzlə  təmin  olunmuşlar.  1958-ci  ildə 
şagirdlərin  yemək  menüsuna  9600  kq  qarpız,  157  kq  ət, 
1500kq kartof əlavə edilmişdir.
Rayon  təşkilatlarının  sərəncamına  əsasən  sovxozlara 
son  iki  ildə  100  ton  toxumluq  buğda,  260  ton  ot  və 
saman və başqa təşkilatlara 3 ton soğan və s.  verilmişdir.
1  aprel  1986-cı  ildə  yardımçı  təsərrüfatın  hesabında 
90000  manat  pul,  138  baş  xırda  buynuzlu  heyvan 
olmuşdur  ki,  bu  da  bizim  təsərrüfatımızın  təmiz  gəlirini 
təşkil etmişdir.
_____________ ___________________
Qusar Beşiyim mənim
3 7 3


Tlbrus Şahmar
1986-cı  ilin  məhsulu  üçün  1985-ci  ilin  payızında  20 
hektar sahəyə taxıl səpilmişdir.
1986-cı  ilin  dekabr  ayının  sonunda  rayon  partiya 
konfransı keçirildi.  Konfransdan  bir neçə gün sonra  yeni 
seçilmiş  RPK-nm  I  katibi  yoldaş  Bədirov  R.M.  anonim 
məktublara  əsasən  15  yanvar -   10  aprel  tarixlərdə  inter­
nata  7  müxtəlif  yoxlama  komissiyası  göndərmişdir. 
Yoxlama  komissiyaları  internatın  faktiki  fəaliyyətini, 
tədris-pedaqoji  işini,  şagirdlərin  məişət  vəziyyətini  və 
yardımçı  təsərrüfatının  işinin  faktiki  vəziyyəti  deyil,  bu 
komissiyalar  xüsusi  göstərişlə  məni  süni  surətdə  mənə 
qarşı  qərəzli  yoxlama  aparmışdır.  Yoldaş  Bədirov  R.M. 
bu  müddət  ərzində  bizim  internatdan  başqa  bütün 
təşkilatlarda  və  şəhərin  məktəblərində  olmuşdur.  Belə­
liklə bizə məlum oldu ki, yoldaş  Bədirov R.M.  internatın 
həyat  fəaliyyətini  yaxşılaşdırılması  ilə  yox,  yalnız  məni 
ləkələmək,  işdən  çıxartmaq  və  partiya  cəzası  vermək 
məqsədi güdmüşdür.
16  aprel  1986-cı  ildə  Partya  Komitəsinin  büro  iclası 
keçirildi.  Yoxlama  komissiyasının  üzvləri  bu  iclasda 
iştirak  etmirdilər.  Rayon  Partiya  komitəsinin  III  katibi 
Əliyeva G.  arayışı oxudu.  Mənim  izahatım eşidildi.  Bun­
dan  sonra  yoldaş  Bədirov  R.M.  bir  neçə  dəfə  büro 
üzvlərinə  müraciət  edərək,  onların  büroda  çıxış  etmə­
lərini  əvvəlcə  xahiş,  sonra  da  tələb  etdi.  Lakin,  doqquz 
büro üzvlərindən heç biri çıxış etmədi.
Onda  yoldaş  Bədirov  R.  M.  büro  qərarının  mətnini 
oxudu...  Bununla,  o,  partiyanın  demokratik  prinsipini 
iclasın  aparma  qaydasını  pozmuş,  səsverməyə  qoyma­
dan,  ayrı-ayrılıqda  doqquz  büro  üzvünün  hər  birini 
qaldıraraq,  onların  «büronun  qərarı  ilə  razısınız»  deyə- 
374____________
rək,  onlara  təzyiq  göstərmişdir.  Bundan  sonra  büro 
üzvləri  yoldaş  Bədirovun  təzyiqinə  dözməyərək  «hə»  ca­
vabını  vermişlər.  Beləliklə  o,  doqquz  «hə»  cavabını  eşi­
dərək,  məni  internat  direktoru  vəzifəsindən  azad  edərək, 
Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin