Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


partiya  «uçot»  vərəqəsinə  yazılmamaqla  töhmət  ver­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə169/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   166   167   168   169   170   171   172   173   174

partiya  «uçot»  vərəqəsinə  yazılmamaqla  töhmət  ver­
mişdir.
Beləliklə,  mənim  gərgin  və  fasiləsiz  17  illik  iş  fəaliy­
yətim başa çatdı.
Təvazökarlıqdan  uzaq  olaraq  mən  bir  kommunist 
kimi  yalnız  öz  vəzifə  borcumu  yerinə  yetirirdim.  Mən 
başqa cür işləyə bilməzdim. Ona görə xahiş edirəm, mənə 
qarşı daha obyektiv olasınız.
Yardımçı  təsərrüfat  Qusardan  30  km  aralıqda  yerlə­
şir.  Mən  öz  sağlamlığımı  və  vaxt  azlığımı  nəzərə 
almadan, hər gün yardımçı təsərrüfatda olurdum.  1985-ci 
ildə  Qusar  rayonunun  təsərrüfatların  böyük  əksəriy­
yətləri  hər  hektardan  15-16  sentner  taxıl  götürürdülərsə, 
bizim  yardımçı  təsərrüfat  40-42  sentner  taxıl  götürüb. 
Düşünürəm  ki,  burada  izahata  ehtiyac  yoxdur.  Bununla 
da  məni,  bizim  yardımçı  təsərrüfatın  yüksək  nailiyyət 
əldə  etməsində  günahlandırırdılar.  Ona  görə,  sizin  bu 
məsələyə qarışmağınızı artıq dərəcədə xahiş edirəm.
Çələbov Z.R.
KƏNDLİ TORPAĞIN ƏSL SAHİBİ OLMALIDIR
Müsahibim  Qusar  rayon  icra  hakimiyyətinin  başçısı 
Zeynəddin Çələbovdur.
-  Zeynəddin  müəllim.  Siz  rayonda  kənd  təsərrü­
fatında böhranlı vəziyyətin  getdikcə dərinləşdiyi bir vaxt­
da  İcra  Hakimiyyətinin  başçısı  təyin  olunmuşunuz.  Böh­
ranlı vəziyyətdən çıxmaq üçün nə etmək  fikrindəsiniz?
_________________________ Qusar beşiyim nanim
3 7 5


Tlbnıs Şahmar
-  Getdikcə  güclənən  ərzaq  qıtlığı  rayonumuzun  da 
kənd  təsərrüfatının  tənəzzülə  uğradığını  aydın  göstərir. 
Kənd  təsərrüfatının  bütün  sahələrində  istehsal  və  məh­
sulların  satışı  azalmışdır.  Rayonda  taxılçılıqla  məşğul 
olan  33  təsərrüfatın  29-u  taxıl  istehsalı  tapşırıqlarına 
əməl  etməmişdir,  rayon  üzrə  hər  hektardan  cəmi  14,8 
sentner  məhsul  götürülmüşdür.  Dövlətə  süd  satışı  keçən 
ilin  müvafiq  dövründəkinə  nisbətən  təxminən  1500  ton 
azalmışdır.  Meyvəçilikdə,  tərəvəzçilikdə  və  mal-qaranın 
qışlamasma hazırlıqda da işlər yaxşı deyildir.
Bütün  bunların  başlıca  səbəbləri  kolxoz  və  sovxoz­
larda  intizamın  zəif  olması  təsərrüfatsızlığın  hökm  sür­
məsi, torpağa münasibətin pis olmasıdır.
Kənd  təsərrüfatında  ciddi  dönüş  yaratmaq  üçün 
kəndliyə  torpaq  vermək,  onda  sahiblik  hissi  yaratmaq 
lazımdır.  Bu  işi  tədricən  kəndlinin  razılığı  ilə  görül­
məlidir.  Yadda  saxlamaq  lazımdır  ki,  insanları  yaşadan 
torpağın  bərəkəti,  əkinçinin  qabarlı  əlləridir.  Buna  görə 
də  kəndlinin  itmiş  inamı  sönmüş..həvəsini  ona  qay­
tarmalıyıq.  Əməyin  təşkilinin  mütərəqqi  formalarına 
üstünlük verməliyik.
Biz  bu  il  payız  əkin  sahəsini  2000  hektar  artırmaq, 
səpini  keyfiyyətlə  başa  çatdırmaq,  suvarılan  torpaqlar­
dan  səmərəli  istifadə  etmək,  mal-qaranın  qışlamaşını 
yaxşı  keçirməyi  planlaşdırmışıq.  Bağçılığın  və  tərəvəz­
çiliyin inkişafında da böyük qayğı göstəriləcəkdir.  Bağla­
rımızda  çox  məhsuldar  yerli  alma  sortlarının  yetişdi- 
rilməsinə  çalışmaq  lazımdır.  Alma  soyuducularının  sov­
xozlara  qaytarılması  da  onlann  iqtisadiyyatının  möh­
kəmləndirilməsinə kömək edəcəkdir.
3 7 6
Mən  bunu  da  deməliyəm  ki,  qarşılaşdığımız  prob­
lemlər birdən-birə  meydana  gəlmədiyi  kimi  onun  aradan 
qaldırılması  da  müəyyən  vaxt  tələb  edir.  Burada  real 
vəziyyət və maddi ehtiyatlar nəzərə alınmalıdır.
-  Bəs  kəndin  sosial  problemlərinə  münasibətiniz 
necədir?
-  Hər  şeydən  əvvəl  kəndin  siması  özünə  qaytarıl­
malıdır.  Kəndlər  abadlaşdırılmalı  əhaliyə  göstərilən  xid­
mətlərin  səviyyəsi  yüksəldilməlidir.  Ona  nail  olmaq  la­
zımdır  ki,  hər  kəndlinin  qapısında  mal-qarası,  toyuq- 
cücəsi olsun.  Kəndin dəyirmanı,  kəndlinin  həyətində  tən­
diri  olmalıdır.  Kəndlərdə  əmək  ehtiyatlarından  səmərəli 
istifadə  etmək  üçün  müəssisələr  və  sexlər  yaradılmalı, 
gənclərə  peşələr  öyrədilməlidir.  İdmanın  və  bədii  öz­
fəaliyyətinin  kütləviliyi  təmin  olunmalıdır.  Belə  olanda 
kəndin  axını  dayanar,  gənclər  torpağa  bağlanar,  qızla­
rımızın qarıyıb qalmasının qarşısı alınar.
-  Zeynəddin  müəllim,  rayon  icra  hakimiyyətinin 
başçısı  təyin  olunan  ilk  günlərdən  kadrların  seçilməsi  və 
yerləşdirilməsi  ilə  məşğul  olursunuz.  Apardığınız  kadr 
siyasətinə necə baxırsınız?
-  Kadr  siyasəti  çox  məsul  və  incə  məsələdir.  Çünki 
bütün  problemlərin  həlli  bundan  asılıdır.  Bu  məsələdə 
səhvə  yol  vermək  və  tələsmək  olmaz.  Təsadüfi  kadr  hö­
kuməti  də gözdən  salar,  ona  tapşırılan  sahəni  də  bərbad 
hala  qoyar.  Mən  işin  öhdəsindən  gələ  bilməyən,  başçılıq 
etdikləri  təsərrüfatları  bərbad  hala  qoyan  4  nəfər sovxoz 
direktorunu  və  idarə  rəhbərini  işdən  götürməyə  məcbur 
olmuşam.
Dəfələrlə  demişəm,  bir  də  təkrar  etmək  istəyirəm  ki, 
namuslu,  işci  kadrları  dəyişmək  fikrim  yoxdur.  Lakin
_________ _______________________Qusar 6eşiyim tmnim
_____________________________ 3 7 7


kim  işi  bacarmır,  işdə  dönüş  yarada  bilmir,  o,  mütləq 
başqası  ilə  əvəz  olunmalıdır.  Rüşvətxorluğa  meyilli 
olanlar  ifşa  edilmişdir.  Hər  kadr  yerində  olanda  işlər 
rəvanlaşır.  Kadr siyasətində  heç vaxt qohumluq,  tanışlıq 
və yerliçilik hallarına yol verməyəcəyəm.
-  Rayonda  son  hadisələrin  içində  olmusunuz.  Xalq­
larımızın dostluğu haqqında nə deyə bilərsiniz?
-  Mən  fikrimi  qısa  ifadə  edərək  demək  istəyirəm  ki, 
tarix  boyu  can  deyib,  can  eşidən,  dini  bir  olan  azər­
baycanlıların və ləzgilərin dostluğu əbədidir, onu heç kim 
sarsıda  bilməz.  «Əti  sümükdən  ayırmaq  nə  dərəcədə 
müşküldürsə,  ləzgini  azərbaycanlıdan  ayırmaq  eyni 
dərəcədə müşküldür»  heç kim  heç vaxt bu  dost xalqların 
arasına  nifaq  sala  bilməz.  Onlar  bir  torpağın,  doğma 
Azərbaycanın  övladlandırlar.  Bunu  da  deməliyəm  ki, 
ləzgilərin  də  həll  etməli  çoxlu  problemləri  vardır.  Bu 
problemlərin  həllində  «Azərbaycan  Respublikasında  ya­
şayan  milli  azlıq,  azsaylı  xalq  və  etnik  qruplann  hüquq 
və  azadlıqlarının  qorunması,  dil  və  mədəniyyətinin  inki­
şafı  üçün dövlət  yardımı haqqında»  Azərbaycan  respub­
likası  prezidentinin  fərmanı  mühüm  rol  oynayacaqdır. 
Vəzifə  burada  göstərilən  məsələlərin  həllinə  nail 
olmaqdır.
Lakin  bir  qrup  adam  qondarma  ləzgi  məsələsini 
ortaya  ataraq  xalqlarımız  arasında  nifaq  salmaq  istəyir. 
Ləzgilərin  halına  «yananlar»  bilməlidirlər  ki,  xalqla­
rımızın  dərdləri,  qayğıları  həmişə  eyni  olub,  Qarabağda 
erməni  quldurlarına  qarşı  azərbaycanlılarla  yanaşı  ləz­
gilərin  də  qəhrəmanlıqla  vuruşması  dediklərimizi  aydın 
təsdiq edir.
- i ' . i  

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin