Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə171/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   166   167   168   169   170   171   172   173   174
Qətran  Təbrizi
Elm və ədəb öyrətmək ən şərəfli vəzifədir.
Ş.M.Şəbüstəri
Bizdə hamı müəllimi təhqir edir.
A.Çexov
Bizi  ancaq  məktəb  nadanlıqdan  xilas  edə 
bilər.
N.Nərimanov
Dünyada  hər şeyə qiymət qoymaq olar,  lakin 
müəllimin əsərinə qiymət qoymaq olmaz.
Sokrat
Müəllimlik  peşələrin  ən  az  qazanc  gətirəni, 
ancaq insanı ən çox mükafatlandıranıdır.
Naməlum'
Müəllim  bir  şama  bənzər,  özünü  əridərək' 
aşqalanna işıq verər.
Paulo Ruffiniı
■ ш
Yalnışlıqların  üzünə qapı  bağlananda,  həqiqət d m
 
bayırda qalar.
R. Taq>
ər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir 
Hər səadət ruhu oxşar, çox sönük bir şölədir.
H üseyn  C a v ic tQ ^ j
Eldən çıxan çıxdaş olur.
Ər gözdən salınsa bir evdə əgər,
O evin başına fəlakət çökər.
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua,
Qalanlara salam olsun!
Çobandan da sultan olar, əzizim.
Düz danışan peşman olar, əzizim.
L əzg i Ə hm əd
Mənə  yaşamağı  xalqım,  yaratmağı  isə  Yetim^j 
Əmin öyrətdi.
Süleym a n  StallıS
Azərbaycan dili mənim üçün ikinci ana dilidi.
S.  StallA
M ə m m ə d  A slan
M ə m m ə d  A slan
Yunus İm rə 
L əzg i Ə h m əd


l^flMənim üzüm gülməz Vətəndən ауп.
Qurbam
Məni məndə demə: məndə deyiləm 
-Bir mən vardır məndə məndən içəri.
Ғ \ 
Yunus Imr,
Zaman, məkan, ad, titul, sərvət, şöhrət, varidat,  'Q 
(A 
Dəhşətli bir yuxudur başdan-başa bu həyat.
M.Ş. Vazeh
Çünki alçaqlar üçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər!
M.Ş. Vazeh
Qəlbimin, idrakımın hər birinin öz yolu var.
Çərxi -  gəcrəftar əlindən əməlim puçdur mənim.
M.Ş. Vazeh
Həyatım, dünyada azadhq ilə xoşdu mənim.
M.Ş. Vazeh
Sən mənim dilimi kəsə bilməzsən,
Haqsızlıq önündə susan deyiləm.
Məmməd Aslan
Yaltaq yarışında yallı gedən var. 
л
Əliağa Aslanfou
Başçıda baş olanda baxtınıza gün düşər, 
aşçı başsız olanda, baxtınız düyün düşər.
Zəlimxan  Yaqub
Qusar beşiyim mənim
SON SÖZ ƏVƏZİ
Fələyin yazdığını mən poza bilsəydim haman,
Onu arzumla, məramımla yazardım tazadan.
Hüseyn Cavid
Biz kimik, Tanrıdı qələm yiyəsi.
Əliağa Aslan
Tanıtsa bir misra tanıdar məni.
Məmməd Aslan
Şahdağın ətəyində gözəl bir məkan  var -  adına Qusar 
deyilir.  Torpağı  münbit  və  bərəkətli,  havası  gözəl,  insan­
ları  xeyirxah,  xoş  məramlı,  qonaqpərvər...  Bu  gözəl 
diyarda  dünyamıza  göz  açan  bütün  xeyir  əməl  sahibləri 
ehtirama  layiqdir.  Onların  bir çoxu  bədii əsərlərin  qəhər- 
manına  çevrilməyə layiqdirlər.  Bu  sırada  mən  Zeynəddin 
Çələbovu  da  görürəm.  O,  təkcə  öz  kəndini  deyil.  Qusarı 
layiqincə  təmsil  edən  bir  insandır.  Zeynəddin  müəllim 
Qusarın  hər  bir  yerini,  qarışını  gəzib,  dolaşıb,  onun 
otunun,  çiçəyinin,  sularının  dilini  bilir,  insanları  ilə 
həmdərd,  həmsevincdir.  Və  təkcə  qusarlı  olaraq  qalmır, 
ölkəmizin  müstəqilliyi  və  möhkəmləndirilməsi  yolunda 
xidmətlərini  əsirgəməyib.  Şübhəsiz  ki.  Zeynəddin  Çələ- 
bovun  tərcümeyi-halının  əzəli  də,  sonu  da  Qusarla 
bağlıdır.
Kitabda  Zeynəddin  müəllim  barədə  söz  açan  dəyərli 
ziyalılar,  dost-tanışlar,  doğmalar məhz  bu  məqama  daha 
çox  diqqət  yetiriblər.  Hiss  edirsən  və  inanırsan  ki,  onun 
barəsində  deyilən  sözlər  süni  deyil,  ürəkdən  gəlir,
_______________________________ Ш


səmimidir,  təmiz  duyğulardan  su  içir.  Və  hər  bir  sözdə 
Zeynəddin  Çələbovun  insan  obrazının  bir  cizgisi  üzə 
çıxır. Yalnız mənən zəngin insanlar haqqında belə ürəklə, 
belə səxavətlə söz açmaq olar.
Kitabın  başqa  bir  bölməsində  mən  Zeynəddin  müəl­
limlə  üz-üzə  dayandım,  onun  səsini  dinlədim,  həyat  mə­
ramı  ilə  tanış  oldum!  Beləliklə,  gözümün  qarşısında 
sözünün  və əməlinin  ağası  olan çağdaş  insan  obrazı can­
landı.  Bu  müasir  insan  Qusarı  respublikamız  səviyyə­
sində təmsil edə bilən  bir simadır.  Onu da deyim  ki, neçə 
illərdi  ki,  Zeynəddin  müəllimlə  ünsiyyətimə  baxmayaraq 
son  zamanlar  onu  daha  yaxından  tanıdım.  Bu  mənada 
bir  hədisdə  necə də  tən-dürüst  deyilib:  «Əgər bir  adamın 
təbiətini  yaxından  bilmək  istəsən  onunla  söhbət  elə. 
Bununla  sən  onun  ədalətindən  xeyir  və  şərindən  agah 
olarsan.»
Elə  bilirəm  ki,  bu  kitabda  öz məqsədimə qismən  olsa 
da  çatdım  -   gözəl  və  işıqlı  bir  insanı,  xeyirxah  əməllər 
sahibini,  müəllim  adının  ucalığını  qoruyan,  yüksək  təş­
kilatçılıq  və  rəhbərlik  səriştəsi  olan  əsl  ziyalını,  vətəndaşı 
və ağsaqqalı oxucuya təqdim edə bildim.
Zeynəddin  müəllimlə  sümük  sındıran  söhbətlərimiz 
zamanı  onu  necə  gördüyümü  də  oxucu  diqqətinə çatdır­
maq  istərdim:  tez-tez  yaşlı  adamlara  məxsus  bir  vərdişlə 
əllərini  sığallayıb,  barmaqlarını  daraqlayıb,  maraqla 
üzümə  baxıb.  Onun  sifətində  tez-tez  nurlu  bir  təbəs­
sümün alovları da məni qarsıb.  Hərdən  illərin izini saxla­
yan  alın  qırışlarının  düyünləndiyini,  gözlərinin  dərin­
liyində güclə sezilən sevinc qığılcımları da gördüm.  Onun 
dünyasına  boylandığım  zaman  gözlərində  dalğın  bir

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin