Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə166/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   162   163   164   165   166   167   168   169   ...   174
‘Elbrus Şahmar
qardaşların  günündədir.  Ayrılsalar,  tezliklə  hərə  özünə 
bir gün ağlayacaq.
Daha  sonra.  İctimai  təsərrüfatların  inkişafını  sürət­
ləndirmək lazımdır.  Bu saat  kəndli  şəhərlinin  payını  əlin­
dən  alır.  Bəs  onun  istehsal  etdiyi  məhsul  hanı?  Bazar­
lardakı bahalıq və qıtlıq baş alıb getmirmi? Belə bir misal 
Respublikanın  böyük  şəhərlərindəki  bazarlarda  olduğu 
kimi, rayon  bazarında da  1  ədəd yumurtanın  qiyməti  7-8 
manatdır.  Buna  səbəb  nədir?  Olmaya  qadınlarımız 
toyuq-cücə saxlamağı yadırğayıblar? Düzdür, bunun bəzi 
digər  səbəbləri  olsa  da  (taxılçılığın  zəif inkişafı  kəndliyə 
istədiyi  qədər  toyuq-cücə  saxlamaqda  mane  olur,  toyuq 
dəni  çatışmır)  bir  səbəbi  də  uzun  illər  zəhmətinin 
bəhrəsini  görməmiş  kəndlinin  əlinin  işdən  soyumasıdır. 
Bütün  bunları  canlandırmaq  üçün  kəndlərdə  hərtərəfli  iş 
tələb  olunur.  Kəndlini  gərək  maddi-mənəvi  cəhətdən 
həvəsləndirəsən ki, ondan məhsul da gözləyəsən.
-  Zeynəddin  müəllim,  Azərbaycan  Respublikası  Pre­
zidentinin  «Azərbaycan  respublikasında  yaşayan  milli 
azlıq,  azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və  azad­
lıqlarının  qorunması,  dil  və mədəniyyətinin  inkişafı  üçün 
dövlət  yardımı  haqqında»  sentyabr  1982-ci  il  tarixli 
fərmanı ilə əlaqədar rayonda hansı işlər görüləcək?
Əwəla,  mən  bu  fərmanı  respublikada  atılan  demok­
ratik addımlardan  biri  kimi qiymətləndirirəm.  Fərmanda 
respublikada  yaşayan  bütün  azsaylı  xalqlar  və  etnik 
qruplar kimi, biz ləzgilərin  də dil  və mədəniyyətinin  inki­
şaf  etdirilməsi,  hüquq  və  mənafelərinin  qorunması 
sahəsində  mühüm  tədbirlər  nəzərdə  tutulur.  Rayon  icra 
hakimiyyətində  fərmanı  tam  əhatə  edən  tədbirlər  planı 
tutulub  və  oktyabr  ayından  həyata  keçirilməsinə  başla­
_________________________________  
Qusar beşiyim nwnim
3 6 5


‘ElSrus Şahmar
nılmışdır.  Nəzərdə  tutulan  tədbirlərin  hamısı  vacib  olsa 
da,  bəzilərini  oxucuların  diqqətinə  yetirmək  istəyirəm. 
Planda  rayon tarix  və diyarşünaslıq muzeyinin eksponat­
larının  ləzgi  xalqının  tarixi,  mədəniyyəti  ilə  bağlı  sənət 
nümunələri  ilə  zənginləşdirilməsi  məktəblərdə  ləzgi  di­
linin  tədrisi  tədris  ocaqlarındakı  dərnək  və  fakültativ 
məşğələlərdə ləzgi dili, ədəbiyyatı və tarixinin öyrənilməsi 
vəziyyətini  yaxşılaşdırmaq  üçün  müxtəlif tədbirlərin  hə­
yata keçirilməsi qərara alınıb.
Qarşıdakı  ildə  rayonda  respublika  yazıçılar birliyinin 
bölməsinin  yaradılması,  M.Ə.Əliyev  adına  Azərbaycan 
Dövlət  İncəsənət  Universitetinin  Quba  filialında  yeni 
yaradılan  Ləzgi  Dövlət  Dram  Teatrı  üçün  ləzgi  dilində 
şöbə  açılması  üçün  respublikanın  əlaqədar  təşkilatları 
qarşısında  məsələ  qaldırılacaq  və  müsbət  həllinə  çalı­
şacağıq.  Hələlik  Qusar  Ləzgi  Dövlət  Dram  Teatrı  üçün 
maşın verilmiş, kollektivə lazımi iş şəraiti yaradılmışdır.
Bir  sözlə,  çalışacağıq  ki,  fərmanda  göstərilən  müd­
dəalar  kağız  üzərində  qalan  qərarlara  oxşamasın.  Ləzgi 
xalqının  dilinin,  mədəniyyəti  və  tarixinin  inkişafı  üçün 
həlli vacib olan işlər görülsün.
-  Söz sözü  gətirər -  deyiblər.  Söz  ki,  fərmandan  düş­
dü,  yeri  gəlmişkən  soruşmaq  istəyirəm.  Tədbirlər  pla­
nınıza  əsasən  «Qusar»  qəzetinin  üzərinə  hansı  vəzifələr 
düşür?  Qəzetin  təsisçi  təşkilatlardan  birinin  başçısı  kimi 
onun  qayğıları  barədə nə deyə  bilərsiniz? «Kütləvi  infor­
masiya  vasitələri  haqqında»  Azərbaycan  Respublikası 
qanunundan  məlum  olduğu  kimi,  (maddə  15)  təsisçi 
kütləvi informasiya vasitəsinin maliyyə, yayım, avadanlıq 
və texniki təchizat məsələlərini həll edir.
366
Mənə  elə  gəlir  ki,  «Qusar»  qəzeti  fərmanla  bağlı 
vəzifələri  çoxdan  yerinə  yetirir.  Rayon  həyatının  bütün 
sahələrinin güzgüsü kimi qəzet öz işini düzgün qura bilib. 
Amma,  bütün  bunlar  azdır.  Unutmayaq  ki,  «Qusar» 
əsasən  ləzgi dilində çıxan yeganə rayon qəzetidir.  Qəzetin 
səhifələrində ləzgicə gedən  yazıların  dilinə,  üslubuna janr 
və mövzusuna ciddi diqqət yetirmək lazımdır.
Təsisçi  təşkilatlardan  birinin  başçısı  kimi  qəzetə 
qayğını  artıq  göstərmişəm.  Gələcəkdə  lazım  olan  bütüıı 
hallarda  «Qusar»a  kömək  və  yardım  məsələlərində  öz 
qayğımızı əsirgəməyəcəyəm.
- Zeynəddin  müəllim,  sizi  tanıyanlar yaxşı  bilir  ki,  siz 
siravi müəllimlikdən indiki  məsul vəzifəyə pillə-pillə yük- 
səlmisiniz. Adi müəllim işlədiyiniz vaxtdan  neçə-neçə illər 
ötüb.  Maraqlıdır:  ötüb  keçən  bu  illərdə  çox  şey  dəyişib: 
vəzifəniz  də,  yaşınız  da,  görkəminiz  də.  Bəs  deyə  bilər- 
sinizmi sizdə dəyişməyən nə olub arxada qalan bu illərdə?
Sualınız  keçmiş  günlərimi  bir  növ  silkələdi,  yadıma 
saldı.  Geniş  cavab  vermək  istəməzdim.  Qısaca  deyim. 
Düz  deyirsiniz,  çox  şey  dəyişib.  Dəyişməyən  təkcə  in­
sanlıq mövqeyim olub, qızım.  Göz qırpımında  keçən  illər 
təkcə  bu  mövqeyimi  dəyişdirə  bilməyib.  Məni  yaşadan, 
xalqıma xidmət etməyə vadar edən də elə budur.
- İşdən sonra nə ilə məşğul olmağı sevirsiniz?
İş  vaxtı  deyəndə  qəribə  çıxmasın.  İşə  başlamağımın, 
işdən  qayıtmağımın  dəqiq  vaxtı  məlum  deyil.  Bu  saat 
payız  əkininə  nəzarətdən  tutmuş  ta  adi  bir  vətəndaşı 
qəbul etməyə qədər olan  bütün  işlər mənə baxır.  Hər hal­
da deyim,  işdən  sonra  poeziya ilə məşğul olmağı  (yazma­
ğı yox  ha, şeir oxumağı) çox sevirəm.  Sirr olmasın,  özüm 
gəncliyimdə bir-iki şeir yazmışam, çap olunub da.
___________________________________ Qusar beşiyim ımnim
3 6 7



Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin