Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Həmsöhbətim  Qusar  şəhərində  yaşayan  Bəxtiyar  Göl-



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə162/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   158   159   160   161   162   163   164   165   ...   174
Həmsöhbətim  Qusar  şəhərində  yaşayan  Bəxtiyar  Göl- 
məmməd  oğlu  Pirəliyevdir.  O,  1954-cü  ildə  Suval  kən­
dində  müəllim  ailəsində anadan  olub.  Azərbaycan  Peda­
qoji  İnstitutunun  Tarix  fakültəsini  bitirib.  Hazırda  Ku- 
zun  kənd  məktəbində  tarixdən  dərs  deyir.  Ailəlidir  -  6 
övladı,  1  nəvəsi var.
Bəxtiyar müəllimin dediklərindən:
-  Mən,  Zeynəddin  müəllimin  bacısı  oğlu  Rəsulla 
institutda  birlikdə  oxumuşam.  Zeynəddin  müəllim  o 
vaxtlar  bizdən  tez-tez  xəbər  tutardı.  İnstitutun  rektoru 
Haşım  Ağayevlə  dost  olduğundan  biz də  qorxusuz  oxu­
yardıq.  Bilirdik ki,  bir çətinlik olsa arxamızda dayanıbdı. 
O  illər  Zeynəddin  müəllim  maddi  və  mənəvi  dayağımız 
oldu.  Sonralar Qusarda  əmək fəaliyyətinə başlayanda  da 
bir  çətinliyim  olan  kimi  ona  yaxınlaşmışam,  ondan  düz­
gün  məsləhət  alıb,  onun  köməkliyindən  bəhrələnmişəm. 
O,  dünən  də ağsaqqalım  olub,  bu  gün  də və  nə qədər  ki, 
canımda can varsa ağsaqqalım olacaq.
Belə bir deyim var, dünyanın cahangiri olsan da, qon­
şuya  qonşu  olmalısan.  Belə  bir  atalar  sözümüz  də  var, 
uzaq qohumdan yaxın qonşu yaxşıdır.  Bütün bunları ona 
görə  xatırladım  ki,  müsahibim  uzun  illər  Zeynəddin 
müəllimlə  qonşuluq  edən  Qusar  şəhər  1  saylı  orta  mək­
təbin  direktor müavini  Vidadi  Şəfayət  oğlu Cavadov  idi. 
Onunla  Zeynəddin  Çələbovun  evində  görüşdük,  çay  içə- 
içə  ötənlərdən-keçənlərdən,  dərədən-təpədən  söhbət  et­
dik.  Söz-sözü  çəkdiyindən  gəlib  Zeynəddin  müəllimin 
üstə  dayandıq.  Vidadi  Cavadov  böyük  ehtiram,  böyük
'Elbrus Şahmar__________________
3 5 2 ____________________
məhəbbətlə sözə  başladı:  - Tək  mən  yox,  bütün  qonşular 
Zeynəddin  müəllimi  ağsaqqalımız  bilirik.  O.  sözünün 
ağası  olan,  xeyir  əməl  sahibidir.  Kimliyindən  asılı  ol­
mayaraq  ona  müraciət  edən,  ondan  köməklik  uman  hər 
kəs  onun  xeyirxahlığından  bəhrələnib.  Zeynəddin  müəl­
lim  dəfələrlə  hər  birimizin  dadına  çatıb,  həmişə  bizlərə 
doğma olub.
Zeynəddin  Çələbov  internatda  direktor  olan  vaxt 
atam  onunla  görüşüb  xahiş  edir  ki,  bacım  Aybənizi  ya­
nında işə düzəltsin.  Məqsəd də o idi  ki, o vaxtlar ali  mək­
təbə  daxil  olmaq  üçün  iş stajı  tələb olunurdu.  Zeynəddin 
müəllim  atamın  xahişini  böyük  xoşluqla  qəbul  edib. 
Bacım  Aybəniz  düz  üç  il  internatda  işlədi  və  bundan 
sonra sənədlərini ATİ-ə verdi və qəbul olundu.
Bu  dediyim  Zeynəddin  müəllimin  qonşulara  etdiyi 
doğmalıqdan  biri  idi.  Bu  yöndə  xeyli  misallar  çəkmək 
olar.  Ancaq  mən  onlardan  birini  deməklə  kifayətləndim. 
Onu da deyim ki, Zeynəddin müəllim  vəzifədə olanda da, 
olmayanda  da  biz qonşulara,  küll  halında  onunla  təmas­
da  olanlara  qarşı  münasibəti  dəyişməyib.  Həmişə  meh­
riban,  səmimi  və qayğıkeş olub.  Eləcə də  bizlər də,  onun 
vəzifədə  olub-olmamasına  fərq  qoymamışıq,  ona  qarşı
həmişə ehtiramlı olmuşuq və indi də ona qarşı iltifatlıyıq.
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin