Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə165/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   161   162   163   164   165   166   167   168   ...   174
"Elbrus Şahmar
Yeri  gəlmişkən,  su  ilə  bağlı  bir  məsələni  də  qeyd 
etmək  istəyirəm.  Şəhərin  bir  məhəlləsində  su  olanda  o 
biri  məhəlləsində  camaat  onun  bir  damcısını  da  tapmır. 
Uzağa  getməyək,  şəhər  mərkəzi  xəstəxanasında  xəstələr 
sudan  olmazın  korluq  çəkirlər.  Su  olmayan  yerdə  isə 
hansı  təmizlikdən,  hansı  sanitariya-gigiyena  qaydalarına 
əməl  olunmasından  söhbət gedə bilər? Ona görə əhalinin 
nəzərinə  çatdırırıq  ki,  içməli  sudan  olduqca  qənaətlə 
istifadə etsinlər, israfçılığa yol verməsinlər.
-  Zeynəddin  müəllim,  mənə  elə  gəlir  ki,  şəhərin  tə­
mizliyinin  və  abadlığının  qorunmasında  əhalinin  də üzə­
rinə ciddi məsuliyyət düşür.  Bu fikrimlə razılaşırsınızmı?
-  Əlbəttə,  razıyam.  Qusarın  gözəlliyi,  abadlığı  və 
təmizliyinin  qorunmasında  əhalidən  də  çox  şey  asılıdır. 
Amma  təəssüf ki,  bəzi  sakinlər  şəhərdə  təmizlik  və  sani- 
tariya  qaydalarına  qətiyyən  əməl  etmirlər.  Belə  ki,  onlar 
həyət-bacalarından  çıxan  zibili  küçəyə  tökür,  çirkab 
sularını  arxlara  axıdır  və  s.  hərəkətlərlə  şəhərin  təmiz­
liyinə  xələl  gətirirlər.  Di  gəl,  belə  sakinləri  olan  şəhərdə 
təmizlik  yarat.  Bilirsiniz,  indi  inzibati  amirlik  dövrü 
deyil.  Şəhərdə  natəmizlik  yaradan  sakinləri  uzağı cərimə 
edirik,  çağırıb  danlayırıq.  Amma  bundan  da  bir  şey  çıx­
mır. Gərək təmizlik adamın canında olsun, ona kənardan 
nə qədər desən də, nə qədər cərimə etsən də xeyri olmaya­
caq. Necə deyərlər, quyuya su tökməklə sulu olan deyil.
-  Şəhərimizdə  tikiləcək,  məscidin  inşa  ediləcəyi  yerə 
münasibətiniz necədir?
-  Yaxşı,  Qusarda  məscid  məhz  orada  -   musiqi  mək­
təbinin  arxasında  tikilməlidir,  başqa  natəmiz,  qızdıqca 
zir-zibil  çıxan  yerdə  yox.  Çünki  məscid ən  təmiz,  ən  pak 
yerdə və şəhərin mərkəzində  ucalmalıdır.  Türk  memarlıq
360
üslubunda  da  belədir.  Allahın  evi,  ən  ali  etiqadgahımız 
olan  məscidi  də  şəhərimizin  bu  dediklərimə  uyğun  olan 
yerində  tikməyi  planlaşdırmışıq.  Məscidin  burada  tikil­
məsi üçün şəhər əhalisinin, ağsaqqaların, din adamlarının 
rəyi əsas götürülüb.
- Şəhərimizin gələcəyini necə görmək istərdiniz?
-  Bilirsiniz,  şəhərimiz  olduqca  çox  təbii  gözəlliyə 
malik olan bir yerdə yerləşir. Amma gəlin görək hamımız 
bilirik  bu  gözəlliyin  qədrini?  Şəhərimizdə  həqiqətən 
kökündən  abadlıq  işləri  getsə,  Qusar  MDB-nin  bir  çox 
kurort  şəhərləri  (Yessentuki,  Kislovodsk)  ilə  müqayisə 
oluna  bilər.  Amma  indiki  halında  yox,  qətiyyən  yox. 
Mən  şəhərimizin  gələcəyinə  nikbinliklə  baxıram.  Təmiz 
ab-havalı,  səfalı  Qusarın  gələcəkdə  hər  qarışını  gözəl, 
abad,  təmiz  görmək  istərdim.  Amma  yenə  bir  şərtlə. 
Atalar  demiş,  tək  güllə  bahar  olmaz.  Bir  mən  şəhərin 
abadlığı  naminə  düzlükdən,  görüləcək  iş  və  arzulardan 
danışmaqla  heç  nə  edə  bilməyəcəyəm.  Çünki,  gərək  şə­
hərdə  vəzifə  stolu  arxasında  əyləşən  hər  kəs  bu  mə­
suliyyəti hiss eləsin, doğma şəhərini sözdə yox, görünüşdə 
gözəl və abadlığı üçün əlindən gələn, bacardığı işi görsün, 
öz  cibi  üçün  yox,  ana  torpağı  üçün  cani-dildən  işə 
girişsin.  Belə  olarsa,  biz hamımız gözəl  təbiəti  ona  Allah 
tərəfindən  əvəzsiz  vergi  kimi  verilmiş  Qusarın  gələcəyini 
nikbin görə biləcəyik.
S ö h b ə t i a p a rd ı:  « Q u s a r »   q ə z e tin in  
M ü x b ir i A y  tə k in   A l x a s l ı  
2 3  m a y   1 9 9 2
____________________________________ Qusar beşiyim m n im
3 6 1


Xüm s Şahmar
ÇO X  ŞEY  DƏYİŞİB, T Ə K C Ə ...
Müsahibimiz  Qusar  Rayon  İcra  Hakimiyyətinin 
başçısı Z.R.Çələbovdur.
Qusar  rayon  İcra  Hakimiyyətinin  başçısı  Zeynəddin 
Çələbovu hazırda  hansı məsələlər narahat edir, düşündü­
rür?  O  hansı  qayğılarla  yaşayır?  Əməkdaşımızın  Z.Çələ- 
bovla  söhbəti  məhz  İcra  Hakimiyyəti  başçısını  düşün­
dürən məsələlərə həsr olunmuşdur?
-  Zeynəddin  müəllim,  təxminən  bir  neçə  ay  bundan 
əvvəl  qəzetimizdə  sizinlə  rayon  İcra  Hakimiyyəti  Baş­
çısının  Qusar  şəhəri  üzrə  nümayəndəsi  kimi  müsahibə 
aparmışdır.  İndi  isə  rayon  icra  hakimiyyətinin  yeni  baş­
çısı  kimi  vaxtınızı  almalı  olacağıq.  Yeni  vəzifədə  sizə 
məhz  uzunömürlü  fəaliyyət  arzulamaqla  dərhal  mətləbə 
keçmək  istəyirəm.  Rayonda  kadr  siyasəti  necə  aparı­
lacaq? Axı,  rayon  həyatının  bütün  sahələrini  nizamlayan 
məhz kadr amilidir.
-  Tamamilə  doğrudur.  İşlərin  düzgün  və  öz  qay­
dasında  getməsi  üçün  əsas  amil  kadr  siyasətidir.  Vay  o 
gündən  ki, bu  iş  sistematik qaydada  aparılmaya,  ixtisaslı 
kadrlar  öz  qabiliyyətinə  görə  deyil,  «dayı»  gücünə 
yerləşdirilə.  Bax,  müsibətimiz də elə buradan -  şair Qabil 
demişkən, yerlərimizin  səhv düşməsindən  başlayır,  işimiz 
yamanlaşır.  Gizlətmirəm,  heç  kimə  yeni  söz  də  deyil. 
Uzun  illər  həm  respublikada,  həm  də  rayonda  kadrların 
düzgün  yerləşdirilməməsi  bizi  indi  qıtlıq  və  bahalıq  kimi 
güclü iqtisadi bəla ilə qarşılaşdırıb.
Desəm ki, artıq adət halını alıb,  heç də səhv etmərəm. 
Hər  hansı  bir  rayonda  seçilən  başçı  işə  başlayan  kimi 
dərhal  böyür-başına  yeri  gəldi-gəlmədi,  bacardı-bacar­
madı  öz  «komandası»nı  toplayır.  İş  bacaran,  «dayı»sız 
362
kadrlar  isə  qalır  kənarda.  Mən  də  bir  növ  bu  ənənəyə 
sadiq  qalacağam.  Amma  tamam  başqa  aspektdə.  Ra­
yonda öz qabiliyyətinə, savad və biliyinə görə xalqa xeyir 
verə  biləcək  kadrlar  vəzifə  başına  gələcək.  Əlbəttə,  bu 
şərtlə.  Təki  sağlıq  olsun,  dünyamız  sakitləşsin.  Yeni 
vəzifədə  nə  qədər  işləyəcəyimdən  asılı  olaraq,  kadr  siya­
sətini məhz bu aspektdə aparacağam.
SÖZ Kİ, İQTİSADİ  BƏLADAN  DÜŞDÜ
-  Elə  isə  maraqlıdır,  rayonu  iqtisadi  böhrandan 
çıxarmaq üçün nə etmək fikrindəsiniz?
-  Bilirsiniz,  indi  zəmanə,  dövr  çox  dəyişib.  Kəndlinin 
şəxsi  marağı  təsərrüfata,  torpağa  qayğı-diqqəti,  el  malı­
nın  qorunmasını  qat-qat  üstələyib.  Hər  yerdə  pərakən­
dəlik,  təsərrüfatsızlıq  baş  alıb  gedir.  Təsərrüfat  rəhbər­
lərinin  başdansovduluğu,  fərasətsizliyi  olduqca  ağır  olan 
iqtisadi  vəziyyəti  daha  da  pisləşdirir.  Nümunələr  gəti­
rəcəyəm.  Qazıməmməd  adına  sovxozun  ərazisindəki 
kəndlərin  sakinləri  iribuynuzlu  şəxsi  mal-qaralarını  sov­
xozun  bağlarına  buraxırlar.  Deyək  ki,  camaatın  ictimai 
şüuru  korlanıb.  Bəs  haradadır  təsərrüfatın  rəhbərləri  - 
«Taxıl  elin  sərvətidir»  deyirik.  Bu,  öz yerində.  Bəs  kənd­
lərdə taxılçı  əməyi,  taxılçı  nüfuzu  təsərrüfatsızlığa  qarışıb 
itib  batıbsa,  bəs  onda  necə?  Bu  gün  kəndli  də  sumka 
götürüb  şəhərə  çörək  dalınca  gələcəksə,  şəhərdə  yaşaya­
nın  payına ortaq olacaqsa, günü sabahdan  təknələrimizin 
bom-boş  qalacağı  ehtimalı  yaranmırmı?  Telman  adına 
sovxozda  hər  hektardan  40  sentner  əvəzinə  cəmi  8 
sentner taxıl götürülməsi dediklərimə əsas verir.
1962-ci  ildə  rayonumuzun  təsərrüfatlarında  86  min 
qoyun-quzu  vardı.  İndi  isə  cəmi  35  min.  Otuz  il  sonra
_____________________________________ Qusar beşiyim rronim
363


güclü  artım  əvəzinə  ciddi  geriliyin  nəticəsidir  ki,  Qusar 
kimi  dağlıq  bir rayonda  bazarda  qoyun ətinin  kiloqramı 
130  manatdır.  Bütün  bu  giley-güzarlar  məni  ciddi  nara­
hat  edən  məsələlərdəndir.  Qısa müddət ərzində  bu məsə­
lələrin  müsbət  həllinə  doğru  mühüm  tədbirlər  həyata 
keçiriləcək.
-  HANSI  YOLLARLA?  Ən  əvvəl  yuxarıda  dediyi 
kimi  kadr  siyasətinin  düzgün  aparılması  və  yerli  şəraitə 
uyğun  intensiv  metodlardan  istifadə  edilərək  təsərrüfat­
ların  dirçəldilməsi  bu  sahədəki  fəaliyyətimizdə  əsas 
metodumuz olacaq.
-  Yoldaş  Çələbov,  söhbətinizdən  belə  görünür  ki, 
onda rayonda işsizlik problemi də mövcuddur.
-  Sözsüz.  Bayaqdan  iqtisadi  geriliklərdən  danışıram, 
belə yerdə işsizlər olmaya  bilərmi?  Biz indi  təkcə iqtisadi 
geriliklə  mübarizə  aparmalıyıq.  Boşalmış  kəndlərimizdə 
sosial-mədəni  sahələrdəki  şəraitsizliyi,  geriliyi  bəs  kimin 
ayağına  yazaq?  Kican,  Düztahir  kəndlərində  klub  da, 
kitabxana  da,  üstəlik  məscid  də  eyni  binada  yerləşir. 
Təsəvvür edin,  bir tərəfdə musiqi səsi yüksəlirsə, bu Alla­
hın  evi  sayılan  məsciddəkilərə  necə  təsir  edər?  Elə  belə 
hallar deyilmi xeyir-bərəkətimizi yoxa çıxaran?
Belə  bir  məqsədim  var.  Yerlərdə  işsizlik  problemini 
aradan  qaldırmaq,  bütün  sahələri  eyni  dərəcədə  inkişaf 
etdirmək  üçün  kəndləri  bir-birindən  ayırmaq  lazımdır. 
Belə bir müqayisə:  ata evində birgə yaşayan  2 qardaş  bir 
yerdə olanda heç biri təsərrüfata, evə fikir vermir, ümıımi 
mənbədən  dolanmağı  qənimət  sayırlar.  Amma  elə  ki, 
ayrılırlar, hərə özünə bəh-bəhlə bir ev-eşik düzəldir ki, gəl 
görəsən.  Bax,  indi  kəndlərimizin  çoxu  bir  yerdə yaşayan 
364__

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin