Baburnamə 3


RANA SANKA HƏRƏKƏTƏ KEÇİR



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

RANA SANKA HƏRƏKƏTƏ KEÇİR 

 

O günlərdə Mehdi Xocanın adamları da tez-tez bu barədə xəbər gəti-



rirdilər: «Rana Sankanın hərəkətə keçəcəyi məlum oldu. Həsən xan Mivati 

də Ranaya qoşulmaq fikrindədir. Bunların işini həll etmək lazımdır.  Əs-

gərdən bir az əvvəl Biyanəyə bir az kömək gəlsə, daha (308 a) yaxşı olar». 

Qoşun çəkməyə qərar verib ordunun hərəkətə keçməsindən bir az əv-

vəl Məhəmməd Sultan Mirzə, Yunus Əli,  Şah Mansur Barlas, Kəttə  bəy, 

Qəsəmtay və Böçkə idarəsində olanlar Biyanəyə ilqar olaraq göndərildi. 

Həsən xan Mivatinin Nahir xan adlı oğlu İbrahimlə müharibədə mənə 

əsir düşmüşdü, onu girov olaraq saxlamışdım. Bu üzdən də atası Həsən xan 

zahirən mənimlə münasibət saxlayır və oğlunu daim geri istəyirdi. Bəziləri 

«Həsən xanı bu tərəfə  çəkmək üçün oğlu göndərilirsə, ona daha çox təsir 

edər və  vəzifəsini daha yaxşı ifa edər» fikrini irəli sürdülər. Həsən xanın 

oğlu Nahir xana xələt geydirilib atasına vədlərdə bulunaraq getməsinə izin 



BABURNAMƏ 

 

323



verildi. Bu münafiq hərif isə  oğlunun izin ala bilməsi üçün hərəkətsiz du-

rurmuş, oğluna izin verildiyini xəbər alar-almaz, daha oğlu oraya çatmadan 

Əlvardan çıxıb Tudəyə gedib Rana Sankaya qoşuldu. Onun oğluna o zaman 

izin vermək doğru bir iş deyilmiş. 

O arada çox yağış yağırdı. Daima söhbət məclisləri qurulur və Hüma-

yun da bu söhbətlərdə iştirak edirdi. İçkidən uzaq dursa da, bu bir neçə gün 

içdi.  

 

BƏLXİN ÖZBƏKLƏRİN ƏLİNƏ KEÇMƏŞİ 

 

O günlərdə baş verən qəribə hadisələrdən biri də budur: Hümayun Qa-



leyi-Zəfərdən Hindistan səfərinə gəldiyi vaxt (308 b) yolda Molla Baba Pə-

şağari və onun kiçık qardaşı Baba Şeyx qaçıb Kitin-Qara Sultanın yanına 

getmişdilər. Bəlxdəkilər də aciz qaldılar və Bəlx Kitin-Qara Sultanın əlinə  

keçdi. Bu boş adam kiçık qardaşları ilə birlikdə bu civarın idarəsini öz üzə-

rinə alaraq Aybək, Xürrəm  və Sarbağ civarına gəlir. Şah İskəndər də Bəlxin 

istilasından qorxub Quri qalasını özbəklərə təslim edir. Molla Baba ilə Şeyx 

bir neçə özbəklə birlikdə Quri kurqanına gəlib girirlər. 

Mir Həmə kurqanı yaxın olduğu üçün başqa çarə tapmayaraq o da öz-

bəklərə tabe olur. Bir neçə gün sonra Mir Həməni adamlarıyla birlikdə kö-

çürdüb Bəlx tərəfinə götürmək işini həll etmək üçün Baba Şeyx bir neçə öz-

bəklə birlikdə Mir Dərhalin kurqanına gəlir. Mir Həmə Baba Şeyxi kurqan-

da endirir və digərlərinə ayrı-ayrı yerlərdə otaq verir, Baba Şeyx ilə çarpışır 

və bir neçə adamıyla birlikdə onu da yaxalayıb həbs edir; sonra Tanrıver-

diyə, Qunduza adam göndərir. Tanrıverdi də bir neçə yaxşı adamla birlikdə 

Yarəli ilə Əbdüllətifi [Bəxşi] oraya göndərir. 

Bunlar yetişincəyə qədər Molla Baba özbəklərlə birlikdə Mir Dərhalin 

kurqanına gəlib savaşmaq istəyir, lakin heç bir şey edə bilmir. Tanrıverdinin 

adamlarıyla birlikdə Qunduza gəlirlər. Baba Şeyxin yarası  ağırmış, onun 

üçün Mir Həmə o günlərdə onun başını kəsib gətirdi. (309 a) Ehsan və şəf-

qətlərlə onun mövqeyini yüksəldərək tay-tuşları arasında seçkin qıldım. 

Baqi Şiğavul geən zaman bu iki əski bədbəxtin hər birinin başı üçün 

bir ser altın vəd etmişdim. Amma indi bu ehsanların dışında, belə bir vəddə 

bulunduğum üçün o bir ser

1

 altın da Mir Həməyə verildi. 



Bu sıralarda Biyanəyə ilqar kimi göndərilən Qəsəmtay ilə Böçkə bir 

neçə qazax igidlə birlikdə dil yaxalamaq üçün gedəndə kafirin iki bölük 

axınçısını  məğlub edib yetmiş-səksən qədər adamını  ələ keçirirlər. Həsən 

xan Mivatinin dəqiq olaraq gəlib düşmənə qoşulduğı xəbərini Qəsəmtay gə-

tirdi. 

Bazar günü, ayın səkkizində [=10 fevral] Ustad Əliqulunun topla daş 



                                                           

1

 Ser/sir: indi qarşılığı tam olaraq bilinməyən bir ağırlıq ölçüsüdür. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



324

atmasını seyr etməyə getdim. Əvvəlcə tökdüyü böyük topun lüləsin heç bir 

nöqsan yoxdu və barutxanasını  də sonradan tökərək tamamlamışdı, ikindi 

vaxtı daş atdı, daş min altı yüz qədəm məsafəyə getdi. Ustada kəmərli bir 

xəncər, xələt və cins bir at ehsan etdim.  

 

RANA SANKA ÜZƏRİNƏ SƏFƏR HAZIRLIĞI 

 

Bazar ertəsi günü, cəmadiyüləvvəl ayının doqquzunda [=11 fevral] 



müharibə üçün yola çıxaraq məhəllələrin dışındakı ovaya endik. Əsgər yığ-

maq və əsgərin təchizatını tamamlamaq üçün burada üç-dörd gün qaldıq. 

İnanmadığımız üçün hindu əmirləri çeşitli yerlərə ilqar təyin etdik. 

Aləm xan [Təhəngəri] (309 b) Rəhimdada köməkçi olaraq Güvalyara ilqar 

göndərildi. Məkən, Qasım bəy Sənbəli, Məhəmməd Zeytun, böyük və kiçık 

qardaşları ilə Həmid [xan Sarənghani] də Sənbələ ilqar təyin edildilər. 

Bu yurdda alınan xəbərlərə görə, Rana Sanka bütün əsgəriylə Biyanə-

nin yaxınına qədər axın edir. Önçülüyə gedənlər xəbər verə bilməmiş, hətta 

kurqana belə girə bilməmişlər. Kurqandakılar da düşmənə qarşı kurqandan 

bir az uzağa, həm də bir az ehtiyatsız davranaraq çıxmışlar. Düşmən daha 

qüvvətli olduğu üçün bunları məğlub edərək qaçırmış. 

Səngər xan Cəncuhə orada şəhid oldu. Döyüşün qaynar çağında Kəttə 

bəy zirehsız olduğu halda qoşaraq irəli çıxır. Bir kafiri atından salıb tam ələ 

keçirəcəyi əsnada o kafir Kəttə bəyin qılıncını qapıb Kəttə bəyin düz çiyninə 

vurur. Kəttə  bəy çox iztirab çəkdi və Rana Sanka ilə savaşa gələ bilmədi. 

Bir müddət sonra bir az yaxşılaşdı, lakin şikəst qaldı. 

Qəsəmtay, Şah Mansur Barlas və Biyanədən gələn digər hər kəs qorx-

duqları üçünmü, yoxsa xalqı qorxutmaq istədiklərindənmi, bilmirəm, kafirin 

əsgərini cürət və cəsarət baxımından möhkəm öydülər. 

Səfərə  çıxdığımız yurddan Medhakur pərgənəsində ordunun enəcəyi 

yerə qədər bir çox quyunun qazılması üçün istehkamçılarla birlikdə Qasım 

Miraxur göndərilmişdi.  Şənbə günü, cəmadiyüləvvəl ayının on dördündə 

[=16 fevral] Aqra civarından qalxıb quyuların qazıldığı yurda gəlib endik. 

(310 a) 

Ertəsi gün də oradan qalxıb bu civarda suyu bol olan və orduya yetərli 

gələcək yerin Sikri olduğunu, lakin oranın kafir tərəfindən zəbt edilmiş ola 

biləcəyini düşünərək sağ və sol qollarımızı və mərkəz səflərimizi döyüş ni-

zamına salaraq hərəkət etdik. 

Dərviş  Məhəmməd Sarban ilə  Qəsəmtay Biyanəyə gedib gəlmiş ol-

duqları üçün ərazini tanıyırdılar. Onlar Sikri gölünün sahilində düşərgə yeri 

tapmaq üçün irəli göndərildilər. Gedib o yurda enər-enməz, Mehdi Xoca və 

Biyanədəkilərə dərhal gəlib bizə qoşulmaları üçün çapar göndərdik. 

Hümayunun nökəri Bəy Mirək Moğol kafirdən xəbər bilmək üçün bir 



BABURNAMƏ 

 

325



neçə igidlə birlikdə irəli göndərildi. Gecə getdilər və sabah düşmənin Büsa-

vərdən bir küruh daha irəliyə enmiş olduğu xəbərini gətirdilər. O gün Mehdi 

Xoca, Məhəmməd Sultan Mirzə və Biyanədəki ilqar gəlib bizə qoşuldu. 

Bəylər növbə ilə önçülüyə təyin edildilər. Əbdüləziz [Miraxur] önçü-

lük növbəsində irəlini-gerini düşünmədən birbaşa Sikridən beş küruh məsa-

fədə yerləşən Qanvahəyə getmişdi. Kafir bir az irəliyə köç etmiş imiş. Bun-

ların belə dördnala irəlilədiklərini öyrənərək dörd-beş min düşmən gəlib ye-

tişirlər. Əbdüləziz ilə Molla Apağın yanında min-min beş yüzə qədər adam 

vardı. (310 b) Düşmənin sayını nəzərə almadan bunlar da savaşa girirlər, la-

kin izdihamlı əsgər hücuma keçincə qaçırlar. 

Bu xəbəri alınca nökərləri ilə birlikdə Mühib Əli Xəlifəni dərhal oraya 

göndərdik. Molla Hüseyni və digər bəzilərini də arxa-arxaya bunlara kö-

məkçi göndərdik. Sonra Məhəmməd Əli Cəng-Cəng də göndərildi. 

Amma kafirlər Mühib Əli yetişincəyə qədər Əbdüləziz və yanındakı-

ları qaçıraraq bayrağını alıb Molla Nemət, Molla Davud, Molla Apağın ki-

çık qardaşı  və digər bir neçə adamı yaxalayıb  şəhid edirlər. Bizimkilər də 

yetişir və Mühib Əlinin dayısı Tahir Təbəri dərhal hücum edir. Lakin digər 

yardım gücləri hələ yetişmədiyi üçün kafirlər Tahiri də orada ələ keçirirlər. 

Mühib Əli də savaş zamanı yerə düşür, amma Baltu yandan girərək Mühib 

Əlini qurtarır. Kafirlər bir küruh məsafəyə  qədər bizimkiləri təqib edir və 

Məhəmməd Əli Cəng-Cəngin qaraltısı görününcə dayanırlar. 

Bizə düşmənin yaxınlaşdığı xəbərləri ard-arda gəlirdi. Zireh geyib, at-

lara da zireh örtüb silahlanaraq sürətlə hərəkət etdik. Top arabalarını çəkib 

gətirmələrini əmr etdim. Bir küruh qədər irəlilədik. Düşmənin adamları geri 

dönmüşdü. 

Yaxınımızda böyük bir göl vardı. Su üçün oraya endik. Arabaları ön 

tərəfdən qorunaqlı bir hala gətirib onları zəncirlərlə bir-birinə bağladıq. Hər 

iki arabanın arası yeddi-səkkiz kari qədərdı və buraya zəncir çəkilirdi. Mus-

tafa Rumi rum (311 a) tərzində arabalar düzəltmişdi. Çox yüngül, funksio-

nal və gözəl arabalardı. 

Ustad Əliqulu ilə yola getmədiyi üçün Mustafa sağ qola, Hümayunun 

yanına təyin edildi. Araba yetişməyən yerlərə xorasanlı və hindistanlı isteh-

kamçılara xəndəklər qazdırıldı. 

Kafirin bu qədər tez gəlməs, Biyanədəki savaş, Şah Mansur, Qəsəm-

tay və Biyanədən gələn digərlərinin anlatdıqları  və öygüləri üzündən  əs-

gərlərin cəsarəti qırılmışdı. Əbdüləzizin yenilgisi də bunu büsbütün artırdı. 

Xalqın əndişəsini azaltmaq və əsgərin istehkam hazırlığı üçün arabaların ye-

tişmədiyi yerlərə ağacdan səhpa kimi şeylər qoyuldu, yeddi-səkkiz kari olan 

hər səhpanın arası da öküz dərisindən düzəldilmiş qayışlarla bir-birinə möh-

kəmcə bağlandı.  

Bu hazırlıq tamamlanıncadək iyirmi-iyirmi beş gün keçdi. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



326

O əsnada Kabildən Sultan Hüseyn Mirzənin qızının oğlu olan Qasım 

Hüseyn Sultan, Seyid Yusifun oğlu  Əhməd Yusif, Qivam bəy Orduşah və 

oradan-buradan yığılmış beşbyüzə qədər adam daha gəldi. 

Məhəmməd Şərif Münəccim uğursuz da bunlarla birlikdə gəldi. Şərab 

gətirmək üzrə Kabilə getmiş olan Baba Dost Suçu da Qəznənin məqbul şə-

rablarından üç qatar (311 b) dəvə yüküylə bunlarla birlikdə gəldi. 

Söylədiyim kimi, meydana gələn olaylar və durumlar, saçma sözlər və 

dedi-qodular üzündən  əsgərin təlaşının və qorxusunun artdığı bir zamanda 

bu uğursuz Məhəmməd Şərif Münəccim də -gərçi mənə söyləyəcək faydalı 

bir sözü yoxdu- rast gəldiyi hər kəsə sürəkli olaraq bugünlərdə  Mərrixin 

qərb tərəfində olduğunu və bu tərəfdə savaşan hər kəsin məğlub olacağını 

söyləyirdi. Bunu belə bir uğursuzdan kim xəbər almış ki. Bu vəziyyət cəsa-

rətsiz xalqın gözünü daha artıq qırdı. Onun bu saçma sözlərinə qulaq vermə-

dən, görəcəyimiz işləri dayandırmadan savaş hazırlığı ilə  uğraşaraq səfləri 

nizamlamağa qeyrət etdik. 

Bazar günü, ayın iyirmi ikisində [=24 fevral] Şeyx Cəmalini, Miyan-

Duab oxçularını və Dehlidən yığa bildiyi qədər əsgər yığıb bunları digər tə-

rəfdən düşmənə narahatlıq yaratmaq üzrə Mivat kəndlərinə axın etmələri və 

əllərindən gələn hər şeyi etmələri üçün göndərdik. Kabildən gəlməkdə olan 

Molla Türk Əliyə də Şeyx Cəmaliyə qoşularaq Mivata axın etməsi və düş-

məni vahiməyə çalışması əmr edildi. Məğfur Divana da eyni əmr verildi.  

Bunlar da gedib Mivatın bir neçə kənar kəndlərinə axın edərək yağma-

lamış və əsirlər almışlar. Lakin bu surətlə düşmən umduğumuz qədər da na-

rahat olmadı.  

 

BABURUN İÇKİYƏ TÖVBƏ ETMƏSİ 

 

Bazar ertəsi günü, cəmadiyüləvvəl ayının iyirmi üçündə [=25 fevral] 



(312 a) bir az gəzmək üçün ata mindim. Gəzinti əsnasında [içkiyə] tövbə et-

mə  sıxıntısını düşünürdum və  məşru olmayan bir işi görməyə davam etdi-

yim üçün sürəkli vicdan əzabı duyurdum. Dedim ki: «Ey nəfs, 

 

 

Çənd başi zi məasi məzəkəş

Tövbə həm biməzə nist bi çəş

1

. 

 

Necə üsyan



2

 ilə aludəliyin, 

Necə hirman

1

 ara asudəliyin,  



                                                           

1

 Nə vaxtadək günah işlərdən zövq alacaqsan, 



Tövbə həm biməzə deyil, ona bax. 

2

  Üsyan – şəriətə əməl etməmək. 



BABURNAMƏ 

 

327



 

Necə nəfsinə olursan tabe,  

Necə ömrünü qılırsan zaye? 

 

Niyyəti-qəzv



2

 ilə kim, yürübsən, 

Ölməyini özünə görübsən, 

 

Kim ki, ölmək özünə cəzm



3

 edər, 


Uşbu halətdə bilirsənmi nedər? 

 

Dur



4

 edər bütün mənahidən

5

 özün, 


Arıdar cümlə günahından özün, 

 

Xoş qılıb öznü bu keçməklikdən, 



Tövbə qıldım çaxır içməklikdən, 

 

Altunü nüqrə,



6

 sürahiyü əyağ

7



Məclis aləti tamamın ol çağ 



 

Hazır edib, hamısın sındırdım, 

Tərk edib meyi, könül dindirdim. 

Bu qırılmış altın və gümüş sürahilər və taqımlar ehtiyacı olanlara və 

dərvişlərə paylandı. Bu tövbədə məni dəstəkləyən ilk adam Əsəs oldu. Saq-

qal buraxmağa da razı olmuşdu

8



  O gecə və ertəsi sabah bəylər, içkilər, sipahi və sipahi olmayanlardan 



üç yüzə (312 b) yaxın adam tövbə etdi. Əldəki şərabları tökdürdüm və Baba 

Dostun gətirdiyi şərablara da duz qoyub sirkə düzəltməyi əmr etdim. 

Şərabların töküldüyü yerdə böyük bir vayin qazdırıldı. Bu vayini daşla 

hördürərək yanına imarət tikilməsinə qərar verdim. Doqquz yüz otuz beşinci 

ilin məhərrəm ayında [=sentyabr 1528] gedib Güvalyarı seyr edərək dönən-

də Dulpurdan Sikriyə getmişdim və bu vayin də bitirilmişdi. 

Daha  əvvəl kafir Sankaya qalib gəlsəm, müsəlmanları damğa (göm-

rük) vergisindən azad etməyi qərara almışdım. Tövbə əsnasında Dərviş Mə-

                                                                                                                                                    

1

  Hirman – məhrum olma, əl üzmə; qovulma. 



2

  Qəzv – qəzavat, cahad. 

3

  Cəzm – əhd. 



4

  Dur – uzaq.  

5

  Mənahi – mən edilən, yasaq olunan şeylər.   



6

  Altunü nüqrə – qızıl və gümüş.   

7

  Sürahiyü əyağ – şüşə və qədəh.  



8

 Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda, qələbəyə qədər saç və ya saqqalın kə-

silməyəcəyi barədə içilən and.  


Zəhirəddin Məhəmməd BABUR  

 

 



328

həmməd Sarvan ilə  Şeyx Zeyn damğanı bağışlama vədini də xatırlatdılar. 

«Yaxşı xatırlatdınız» dedim və  əlimizdə olan vilayətlərdəki müsəlmanlar 

damğa vergisindən azad edildi. 

Katibləri çağırıb gerçəkləşən bu iki böyük hadisənin bildirilməsi üçün 

fərmanlar yazılmasını əmr etdim. Şeyx Zeynin inşası ilə fərmanlar yazılaraq 

bütün məmləkətə göndərildi. Bu inşa budur:  

 

ZƏHİRƏDDİN MƏHƏMMƏD BABURUN FƏRMANIDIR



1

 

 

Tövbə edənləri və təmizləri sevən tövbə qəbulediciyə həmd edirik. Gü-



nahkarlara doğru yolu göstərən və məğfirət istəyənlərin diləyini yerinə ye-

tirən bağışlayıcıya şükr edirik. Xəlq olunmuşların ən xeyirlisi Məhəmmədə, 

alihi-teyyibinə və tahir əshabına Allahdan rəhmət  diləyirik

2



Ağıl sahiblərinin, əsbabın surətlərinin məkəsi və sədaqət ilə doğruluq 

incilərinin məxzəni olan fikir aynaları bu fikrin parlaq cövhərlərinin (313 a) 

süsünü qəbul edəcəkdir, insanın təbiəti yaradılış icabı nəfsani ləzzətlərə ma-

ildir. Şübhəli şeylərə qarşı olan istəyi tərk etmək isə Allahın yardımına və 

səmavi bir dəstəyə bağlıdır. İnsan pisliyə meyl etməkdən uzaq deyildir. 

Nəfsimi təmizə çıxarmıram. Çünki nəfis daima pis şeyləri  əmr edir

3

 və 

ondan saqınmaq yalnızca bağışlayıcı padşahın inayəti ilə mümkündür. 

 Bu, Allahın dilədiyinə verəcəyi lütfdür. Allah böyük lütf sahibidir.

4

 

Bu yazını yazmaqdan və bu sözləri söyləməkdən murad budur: 



İnsanlığın icabı, padşahlıq mərasimləri və gərəkli olan şeylərin yerinə 

yetirilməsi, şah və sipahilərdən mövqe sahiblərinin adətləri dolayısıyla insan 

gənclik anlarında bəzi günahlar işləyir və bir sıra boş işlərlə məşğul olur. Bir 

neçə gün sonra tamamən həsrət və peşmanlıq gəlincə, bütün bu işlənən gü-

nahlar bir-bir tərk edilir və dönüş qapısı saf bir tövbə ilə örtülürdu. Amma 

bu məqsəd yolunda istənilən şeylərin ən önəmlisi və hiss edilən ehtiyacların 

ən şiddətlisi olan şərab tövbəsi «işlər vaxtlarına bağlıdır» pərdəsi ilə örtülü 

qalmışdı. 

Əskiksiz bir çalışma ilə cihad ehramını bağladığımız və islam əsaslı 

əsgərlə birlikdə kafirlərə qarşı savaşa girişdiyimiz bu uğurlu anlarda, gözlə 

görünməyənin verdiyi ilham sayəsində şübhədən arınmış çağırıçıdan gələn 

İnananlar üçün hələ vaxt gəlmədimi ki, qəlbləri Allahın zikrinə  və enən 

haqqa sayğı duysun 

5

 kimi incə sözü eşidərək, günah səbəblərini kökündən 

qazmaq üçün tam bir qeyrət göstərərək tövbə qapılarını çaldıq. Müqəddəs 

                                                           

1

 Bu fərmanın orijinalı farscadır. 



2

 Bu abzas ərəbcədir. Özbək nəşrində ərəbcə verilmişdir.  

3

 Quran, Yusif surəsi, 12:53. 



4

 Quran, Hədid surəsi, 57:21. 

5

 Quran, Hədid surəsi, 57:16.  



BABURNAMƏ 

 

329



köməyin bələdçi olan bir qapını çalmaqda inad edən içəri girər (313 b) sö-

zünün gərəyincə iqbal qapısını açdı və bu cihada başlamaqla birlikdə nəfsə 

müxalifətdən ibarət olan ən böyük cihadı da əmr etdi. Qısaca desək, Rəbbi-

miz, biz özümüzə zülm etdik

ayəsini könüldən bağlılıq dilinə gətirərək, Sən 



ulusan, sənə tövbə etdim, mən inananların ilkiyəm 

2

 ilə könül lövhəsini süs-

lədik. Könüldə gizli bir istək olan şərab tövbəsini niyyətdən əmələ keçirdik. 

Zəfər ehtişamlı xadimələr sonu uğurlu olan bu hökm gərəyincə çoxluq 

və ziynət baxımından ulu səmanın ulduzlarına bənzəyən gözəl məclisin bə-

zəyi olan sürahiləri, qədəhləri, digər altın və gümüş alət və şüşələri şəriətin 

ucalığı üçün alçaqlığın və xor görmənin toprağına çarparaq –inşallah, qır-

mağı bacaracağımız bütlər kimi- parça-parça etdilər və hər bir parçasını da 

bir yoxsula və bir çarəsizə verdilər. 

Bu qəbulu yaxın tövbənin uğuruyla yaxınlarımın çoxu Xalq padşa-

hının dinindədir sözünə uyğun olaraq, eyni məclisdə tövbə şərəfinə çatıb şə-

rab içmə həvəsindən tamamən vaz keçdilər. Beləcə saatdan-saata əmr və ya-

sağa baş əyənlər bölük-bölük bu səadətə yetişdilər. 

Xeyrə yol göstərən xeyir işləyən kimidir sözünə uyğun olaraq bu işlə-

rin səvabının falı uğurlu olan nəvvabımızın padşahlığı zamanına aid olması 

və bu səadətin uğurluluğuyla fəthlərin və uğurun gündən-günə artması ümid 

edilməkdədir. 

Bu niyyətin tamamlanmasının və bu əmniyyətin alınmasının ardından 

mühafizəmiz altındakı məmləkətlərdə -Allah buraları fəlakət (314 a) və bə-

lalardan qorusun- heç bir canlı fərdin şərab içməməsi, onu əldə etməyə ça-

lışmaması, şərab düzəldib satmaması və dəxi satın almaması, götürüb gətir-

məməsi, hətta evində belə saxlamamasını və Bunlardan qaçının ki, qurtulu-

şa çatasınız

anlamını da ehiva edən aləmin boyun əydiyi fərman əmr edildi. 

Bu fəthlərə təşəkkür və bu saf tövbənin qəbulunun sədəqəsi olaraq ve-

rilmək üzrə padşahın cömərtlik dənizi hərəkətə keçərək, cahanın abadlığına 

səbəb olan və adəmoğullarının üzünü ağardan lütf dalğaları ortaya çıxdı. 

Bütün məmləkətlərin, öncəki padşahların almaqda bir an belə gecikmədik-

ləri həddən və hesabdan artıq vergilərini peyğəmbərlərin əfəndisinin yoluna 

zidd olduğu üçün müsəlmanlardan qaldırdı, heç bir şəhər, qəsəbə, yol, keçid, 

uğraq və limandan vergi alınmaması, bu əmrin qaydalarını dəyişdirmək və 

başqalaşdırmaq kimi qanunsuzluqlara yol verilməməsi xüsusunda Kim 



eşitdikdən sonra vəsiyyətini dəyişdirsə, günahı onu dəyişdirənlərin boynu-

nadır

4

 mənasını ehtiva edən fərman çıxdı. 

Türk, tacik, tatar, ərəb, əcəm, hindu, fars sipahi, rəiyyət və bütün mil-

                                                           

1

 Quran, Əraf surəsi, 7:23. 



2

 Quran, Əraf surəsi, 7:143. 

3

 Quran, Maidə surəsi, 5:90. 



4

 Quran, Bəqərə surəsi, 2:181. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



330

lətlər ilə padşahın lütfünün kölgəsində əmin olaraq yaşamaq istəyən adəm-

oğulları bu əbədi ümidə bel və ümid bağlayaraq  əbədi dövlətin duasıyla 

məşğul olsunlar, bu hökmlərin gərəkdirdiyi şeylərdən ayrılmayıb başqa tə-

rəfə sapmasınlar. Bu fərmanın gərəklərinə görə hərəkət edib hökmlərini ye-

rinə yetirərək yüksək və şərəfli möhrünün olduğunu görüncə mütləq güvən-

sinlər. 

Doqquz yüz otuz üçüncü ilin cəmadiyüləvvəl  (314 b) ayının iyirmi 

dördündə [=26 fevral 1527] onun ulu əmri ilə yazıldı. Tanrı təala onu yük-

səltsin və nüfuzunu əbədi qılsın». 



 

BABURUN ADAMLARINI CƏSARƏTLƏNDİRMƏSİ 

 

O günlərdə, bəhs etdiyim kimi, meydana gələn olaylar üzündən bö-



yüklərdə və kiçıklərdə sıxıntı və təlaş çox idi. Heç kimdən mərdanə bir söz, 

cəsur bir rəy eşidilmirdi. Hekayət deyən vəzirlərin və vilayət deyən əmirlə-

rin nə sözləri mərdanə idi, nə tədbirləri, nə özləri himmət sahibi idi, nə təq-

rirləri. Amma Xəlifə bu səfər əsnasında da yaxşı hərəkət etdi, zəbt və isteh-

kam xüsusunda qeyrət və diqqət göstərməkdə qüsur etmədi. 

Elin belə cəsarətsizliyini və bu cür süstlüyünü görəndə, nəhayət, ağlı-

ma bir tədbir gəldi. Bütün bəyləri və igidləri çağıraraq onlara dedim ki: 

«Ey bəylər və igidlər! 

Hər ki aməd be cahan, əhli-fəna xahəd bud, 

An ki payəndeyi-baqist, xuda xahəd bud. 



Dünyaya gələn hər kəs əhli-fənadır, öləcək, 

Qalan və əbədi olan yalnız Allahdır. 

Həyat məclisinə girən hər kəs axırda əcəl qədəhindən içəcəkdir, dirilik 

mənzilinə gələn hər kəs, nəhayət, dünya deyilən bu qəm evindən keçəcəkdir. 

Yaman adla yaşamaqdansa, yaxşı adla ölmək daha yaxşıdır. 

Bə nami nikü gər bemirəm rəvast, 

Məra nam bayəd ki tən mərgrast

1



Yaxşı adla ölsəm, mənə yetər, 



Mənə nam lazımdır, çünki tən ölərgidir. 

Tanrı təala bizə elə bir səadət nəsib etmiş və elə bir dövlət vermişdir 

ki, ölən şəhid və öldürən qazidir. Hamımızın Allahın kəlamıyla (315 a) and 

içməmiz lazımdıri, heç kimsə bu savaşdan üz çevirməyi düşünməsin və canı 

bədənindən ayrılıncaya qədər bu döyüşdən ayrılmasın». 

Bəylərin və nökərlərin, böyüklərin və kiçıklərin hamısı bu sözlərimə 

sayğı göstərib əllərinə Quranı alaraq bu şəkildə and içib yəmin etdilər. Gö-

zəl bir tədbir idi. Yaxından və uzaqdan, dostların və düşmənin görməsi və 

eşitməsi üçün yaxşı oldu. 

                                                           

1

 Şahnamə əsərindən. 



BABURNAMƏ 

 

331



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin