Baburnamə 3


BABUR BİR BAĞ  SALMAQ İSTƏYİR



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

 

BABUR BİR BAĞ  SALMAQ İSTƏYİR 

 

Hindistanın böyük bir qüsuru axarsularının olmamasıdır. Yaşanacaq 

hər yerdə çarxlardan istifadə edərək su çıxarmaqla planlı və müntəzəm bağ-

lar salmaq barədə düşünürdük. Aqraya gəlişimdən bir neçə gün sonra bu 

məqsədlə Cun çayından keçib bağ salınacaq yerləri araşdırdım. Elə səfasız 

və xarab yerlərdi ki, oralardan iyrənmə  və diksinmə ilə keçdim. Bu yerin 



(300 a) iyrəncliyi və pisliyi üzündən çarbağ xəyalını ağlımdan çıxardım. 

Amma oradan başqa Aqraya bu qədər yaxın olan bir yer də yoxdu. Bir 

neçə gün sonra istər-istəməz eyni yerdə işə başladıq. Hamamın suyunu tə-

min edən o böyük quyu qazıldı, ənbəli ağaclarıyla səkkiz guşəli hovuzun ol-

duğu bir yer, onlardan sonra da böyük hovuz və saray tikildi. Daha sonra 

daş binanın önündəki hovuz və talvar inşa edildi. Sonra xəlvətxana bağı ilə 

evləri, ondan sonra da hamam tikildi. Beləcə səfasız və nizamsız hinddə gö-

zəl, planlı və müntəzəm bağlar salındı. Hər guşəsi gözəl çəmənliklər və hər 

çəmənlik də uyğun güllər və nərgizlərlə bəzəndi. 

Hindistanın üç şeyindən şikayətçi idik: istisi, küləyi və tozu. Hamam 

hər üçünün də çarəsi imiş. Toz və külək hamamda nə gəzir, ayrıca hamam, 

isti havalarda elə sərin olur ki, adam soyuqdan üşüyəcək dərəcəyə gəlir. Ha-

mamın isti hovuzunun olduğu otağı bütünlüklə daşdan tikdilər. Ağ daşdan 

tikilən fəvvarə dışında bütün döşəmə və tavanı qırmızı Biyanə daşındandır.   

Xəlifə, Şeyx Zeyn, Yunus Əli və çay sahilinə yerləşən hər kəs (300 b) 

düzgün və gözəl planlı bağlar, hovuzlar saldılar. Lahor və Dibalpur üsulu ilə 



BABURNAMƏ 

 

315



çarxlar qurub su çıxardılar. Hindlər belə planlı və düzgün yer görmədikləri 

için Cunun bu tərəfindəki gözəl binalı yerlərə «Kabil» adını vermişlər. 



 

BÖYÜK BİR QUYUNUN QAZILMASI 

 

Kurqanın içində İbrahimin imarətiylə divar arasında boş bir yer vardı, 



oraya da böyük bir vayin, hövzi-kəbir düzəldilməsini əmr etdim. Pilləlı və 

böyük quyuya hindlər vayin deyirlər. Bu vayin çarbağdan öncə düzəldilmiş-

di. Həmin yağmur mövsümündə qazmaqla uğraşdılar. Bir neçə dəfə çökdü 

və  işçilər altında qaldı. Rana Sanka müharibəsindən sonra tamamlandı. 

Tarixinin yazıldığı daşda bunun tamamlanmasının müharibədən sonra [1527 

martından sonra] olduğu göstərilmişdir. Gözəl bir vayin oldu. 

Bu vayinin içində üç qatlı bir bina, onun ən aşağı qatında üç eyvan var. 

Quyuya pilləlar vasitəsilə enmək olur. Hər üç eyvana eyni yoldan gedilir. 

Hər eyvan digərindən üç pillə yüksəkdir. Su çəkildiyi zaman su xətti  ən 

aşağıdakı eyvandan bir pillə alçaq olur. Yağmur mövsümündə su yüksəldi-

yi zaman isə su bəzən ən yuxarı eyvana qədər çıxır.  

Orta qatda oymalı bir eyvan var. Bu eyvanın yaxınlığıında su çarxını 

çevirən öküzün olduğu bir kümbəz var. (30l a) Ən üst qatı da eyvandır. Quyu-

nun üzərindəki dış səhndən bu eyvana, beş-altı pillə daha aşağıya hər iki tərəf-

dən pillələrlə bir yol gedir. Sağ tərəfə gedən yolun qarşısında tarix daşı vardır. 

Bu quyunun yanına bir quyu daha qazılmışdır. Bunun dibi digərinin ortasın-

dan bir az daha yuxarıdadır. Bəhs etdiyim kümbəzdəki öküzün çevirdiyi çarx 

vasitəsilə su o quyudan bu quyuya keçir. Bu quyuya da bir çarx qoyulmuşdur. 

Su bu çarxla yer üzünə çıxır və oradan da yuxarıda yeləşən bağa gedir. 

Quyu nərdivanının qarşısına daşdan bir bina tikilmişdir. Quyunun ət-

rafındakı divar dışında isə daş bir məscid vardı, lakin gözəl deyildi və hind 

tərzində tikilmişdi.  



 

HÜMAYUNUN ÜSYANI YATIRMASI 

 

Hümayun hərəkətə keçəndə Nasir xan Nuhani ilə Məruf Fərmüli ko-



mandanlığındakı asi əmirlər toplu bir halda Cacmavuda idilər. Hümayun on- 

on beş küruh məsafəyə gələndə Mömin Atəkəni xəbər bilmək üzrə göndərir. 

Amma o daha çox mala axın etmək istəyir və işə yarayan bir xəbər də gətirə 

bilmir. Mömin Atəkənin gəldiyini xəbər alan asilər qaçıb gedirlər. 

Mömin Atəkədən sonra xəbər bilmək üçün Qəsəmtay, Baba Çöhrə və 

Böçkəni göndərir. Bunlar da düşmənin nizamsız halda qaçdığı xəbərini gə-

tirirlər. Hümayun hərəkətə keçib Cacmavunu aldıqdan sonra oradan keçib 

Dilmavu (301 b) civarına gəlir və  Fəth xan Sərvani gəlib onu görür. Hüma-

yun da Fəth xan Sərvanini Mehdi Xoca və Məhəmməd Sultan Mirzə ilə bir-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



316

likdə bizim yanımıza göndərdi. 



 

XORASANDA ÖZBƏKLƏRİN MƏRVƏ SALDIRMASI 

 

Bu il Übeyd xan Buxaradan qoşun çəkib Mərv üzərinə gəldi. Mərvin 



ərkində on-on beş adamlıq rəiyyət varmış, onları öldürüb Mərvin bəndini 

qırx-əlli gündə bağladıqdan sonra Səraxs üzərinə yürüdü. Səraxsda da otuz- 

qırx qızılbaş varmış. Bunlar qapını bağlayıb kurqanı təslim etmirlər. Amma 

kurqanın içindəki xalq üsyan edib qapını açır və özbəklər də girib bu qızıl-

başları doğrayır. 

Səraxsı aldıqdan sonra Tus və Məşhədə doğru hücuma keçirlər. Məş-

həd əhalisi çarəsiz qalıb şəhəri təslim edir. Tusu səkkiz aylıq mühasirədən 

sonra sülh yoluyla alır. Lakin sözündə durmayaraq bütün kişiləri öldürür, 

qadınlarını isə əsir edir. 

Bu il Sultan Müzəffər Quceratinin Bahadır xan adlı oğlu -indi atasının 

yerinə Quceratda padşah olmuşdur- atasından şikayətçi olaraq Sultan İbra-

himin hüzuruna getmiş, lakin umduğu etibarı görməmişdi. Panipat civarında 

olduğumuz günlərdə mənə ərzi-halı gəldi. Mən də inayət və şəfqət fərmanla-

rı göndərib çağırdım. Gəlmək niyyətində idi, lakin sonra fikrini dəyişdirib 

İbrahimin ordusundan ayrılaraq Qucerat tərəfinə hərəkət etdi. 

Bu zaman atası Sultan Müzəffər vəfat etdi və böyük qardaşı (302 a) 

İskəndər  şah -ki, Sultan Müzəffərin böyük oğludur- atasının yerinə Quce-

ratda padşah oldu. Pis rəftarından dolayı başqalarıyla birləşən  İmadülmülk 

adlı bir qulu İskəndər şahı boğaraq hələ yolda olan Bahadır xanı dəvət edir 

və onu Bahadır şah ləqəbiylə atasının yerinə oturdur. Amma Bahadır şah da 

yaxşı hərəkət edir və belə nankorluq edən İmadülmülkü öldürərək cəzasını 

verir. Əlavə olaraq, atasından qalan bir çox bəyləri də öldürdür. Çox qan tö-

kən və qorxmaz bir igid olduğunu söyləyirlər. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 


BABURNAMƏ 

 

317



 

HİNDİSTAN - 933 (8 OKTYABR 1526 - 27 SENTYABR 1527) 



 

DOQQUZ YÜZ OTUZ ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Bəy Veys məhərrəm ayında [=oktyabr 1526] Faruqun doğulduğu xə-

bərini gətirdi. Gərçi ondan öncə bu xəbəri bir piyada gətirmişdi, lakin Bəy 

Veys o ay müjdə ilə birlikdə özü də gəldi. Uşaq şənbə günü, şəvval ayının 

iyirmi üçündə [=2 avqust] doğulmuşdu və ona Faruq adı verildi.  

 

ƏLİQULU BÖYÜK BİR TOP TÖKÜR 

 

Biyanə və tabe olmayan digər bəzi kurqanlar üçün ustad Əliqulıya bö-

yük bir top tökməsi əmr edilmişdi. Ocağı və digər bütün lazım olan şeyləri 

hazırladıqdan sonra mənə adam göndərdi. Bazar ertəsi günü, məhərrəm ayı-

nın on beşində [=22 oktyabr] ustad Əliqulunın top tökməsini görməyə get-

dik. 


Topun töküldüyü yerin ətrafına səkkiz ocaq qazıb metalı  əritmişdi. 

Hər ocağın (302 b) dibindən bu topun qəlibinə bir arx gedirdi. Biz gəlincə 

ocaqların dəliklərini açdı. Ərimiş metal hər arxdan su kimi şırıltıyla qəlibə 

axırdı. Amma bir müddət sonra qəlib hələ dolmadan bu ocaqlardan ərimiş 

melalın axışı bir-bir kəsildi. Ya ocaqda, ya da metalda bir əskiklik varmış. 

Ustad Əliqulu çox dilxor oldu. Az qala özünü qəlibin içindəki ərimiş misin 

içinə atacaqdı. Ustad Əliqulunun könlünü alıb xələt geydirərək bu üzüntü-

dən qurtardıq. 

Bir-iki gün gözləyib qəlib soyuduqdan sonra açdılar. Ustad Əliqulu 

fövqəladə sevincli bir şəkildə «Topun dış qəlibi qüsursuzdur, barıtxanasını 

tökmək asandır» deyə adam göndərdi. Topun dış qəlibini çıxarıb adamlarına 

onu təmir etməyi tapşırdı, özü də barıtxanasıni tökməklə məşğul oldu. 

Mehdi Xoca Feth xan Sərvanini Hümayunun yanından gətirdi. Onlar 

Humayundan Dilmavuda ayrılmışlar. Fəth xanı xoş qarşıladım, özünə atası 

Əzəm Hümayunun pərgənələrini və əlavə olaraq başqa vilayətləri də ehsan  

etdim. Bir kürur və altmış leklik pərgənə verdim. 

Hindistanda çox etibar görən  əmirlərə  Əzəm Hümayun, Xani-xanan 

(303 a)  və Xani-xanan kimi müəyyən ünvanlar verirlərmiş. Onun atasının 

unvanı Əzəm Hümayun idi. Öz oğlum Hümayuna görə bu ünvanı bir başqa-

sına vermək yaraşmazdı. Onun üçün də bu ünvanı ləğv etdim və Fəth xan 

Sərvaniyə Xani-cahan ünvanı verildi. 

Çərşənbə günü, səfər ayının səkkizində [=14 noyabr] ənbəli ağacları-

nın üst tərəfindəki hovuzun kənarında çadırlar qurub məclis keçirdik. Fəth 

xan Sərvanini içki məclisinə dəvət etdim, ona şərab ikram edib əynimdəki 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



318

çalma və paltarlarımı ehsan  etdim. Bu ehsan və iltifatlardan sonra yanımız-

dan ayrılıb vilayətinə getməsinə izin verdim. Oğlu Mahmud xan Sərvaninin 

daima bizimlə qalması qərarlaşdırıldı. 



 

BİYANƏ KURQANININ TƏSLİM OLMASI 

 

Çərşənbə günü, məhərrəm ayının iyirmi dördündə [=31 oktyabr] Mə-



həmməd Əli Heydər Riqabdar bu təcili mesajla Hümayunun yanına göndə-

rildi: «Həmd olsun ki, Purab asiləri qaçmış, bu gedən adam varır-varmaz, 

Cunpura bir neçə bəyi təyin etməli, özün isə əsgərini alaraq sürətlə bizə ye-

tişməlisin, çünki kafir Rana Sanka yaxındadır və qapıya gəlmişdir. Onun işi-

ni həll edək». 

Əsgər Purab tərəfinə getdikdən sonra Biyanə civarına axın etmək və 

kurqandakıları (303 b) bizə xoşluqla tabe etmək, yoxsa axın və yağma su-

rətilə düşmənə hücum etmək işi Turdu bəy Qoç bəyə  və kiçık qardaşı  Şir 

Əfkənə, böyük-kiçık qardaşları və axtacıları ilə Məhəmməd Xəlil Axta bəyə

böyük və kiçık qardaşları ilə Rüstəm Türkmənə və hindistanlılardan Ravuy 

Sərvaniyə tapşırıldı. 

Biyanədəki bu Nizam xanın böyük qardaşlarındən Aləm xan adlı biri 

də  Təhəngər kurqanında olurdu. Bunun adamları  dəfələrlə  gəlib qulluq və 

sədaqətlərini bildirmişdilər. Bu Aləm xan «Padşah bir bölük göndərsə, 

bütün Biyanə oxçularını vədlərlə öz tərəfimizə çəkməyi və Biyanə kurqanını 

zəbt etməyi bacararam» deyərək işi öhdəsinə almışdı. Bu üzdən də bu iş 

üçün ayrılmış Turdu bəyin komandanlığındakı ilqar igidlərinə «Aləm xan 

müttəfiqimiz olduğu üçün bu qulluğu və xidməti öz üstünə alıb, Biyanə 

işində onun fikri və rəyi ilə hərəkət edin» deyə əmr edildi. 

Hindistanlıların bir qismi qılınc oynatmağı bacarsa da, lakin çoxu əs-

gərlikdən və komandanlıqdan bixəbər və binəsibdir. Bizim ilqar da gedib bu 

Aləm xana qoşulunca, o da başqa heç kimin sözünə baxmadan, işin yaxşı-

pis tərəfini düşünmədən ilqarı Biyanə yaxınlığına aparır. 

Bizim oraya gedən ilqarda türklərdən iki yüz əlli-üç yüz, hindistanlılar 

ilə civardan alınan əsgərdən də iki mindən bir az artıq adam vardı. Nizam 

xan və Biyanədəki əfqan və sipahi qüvvələri isə dörd mindən artıq, atlı ilə 

on mindən çox piyadadan ibarət idi. 

Nizam xan bizim ilqarı görüb (304 a) sayını öyrənincə, bəhs etdiyim 

bu atlı və piyada əsgəriylə dərhal bunlara qarşı çıxır. Atlarına minib sürətlə 

saldıran bu izdiham ilqar adamlarımızı qaçırır və böyük qardaşı Aləm xan 

Təhəngərini ələ keçirir. Ondan başqa beş-altı adam və bir qədər də sursat ələ 

keçirirlər. 

Bu hərəkətinə baxmayaraq Nizam xana vədlərdə bulunaraq, bundan 

öncəki günahlarını bağışlayıb fərmanlar göndərdik. Kafir Rana Sankanın ya-



BABURNAMƏ 

 

319



xınlaşdığı xəbərini alınca çarəsiz qalıb Seyid Rəfini çağıraraq onun vasitə-

silə kurqanı bizim adamlara təhvil verməsindən sonra yenə Seyid Rəfi ilə 

birlikdə gəlib mülazimət şərəfinə nail oldu. Ona Miyan-Duabda iyirmi lek-

lik bir pərgənə ehsan etdim. 

Dost eşik-ağa da müvəqqəti olaraq Biyanəyə göndərildi. Bir neçə gün 

sonraysa Biyanəni Mehdi Xocaya ehsan edib gəlirini yetmiş lekə çıxararaq 

oraya getməsinə izin verdim. 

 

RƏHİMDADIN GÜVALYARI ALMASI 

 

Güvalyarda olan Tatar xan Sarənghaninin adamı da gəlib qulluq və sə-



daqətini bildirmişdi. Kafir [Rana Sanka] Kəndarı alıb Biyanəyə yaxınlaşan-

da isə Güvalyar racələrindən Dərmənket ilə Xani-cahan adlı kafirlər Güval-

yar civarına gəlib qalanı ələ keçirmək ümidiylə qarışıqlıq çıxarmağa başla-

dılar. 


Tatar xanın adamı  gəlib Güvalyarı  təslim edəcəklərini söylədi. Bəy-

lərin, içkilərin və yaxşı igidlərin böyük bir qismi səfərlərə və hər tərəfə il-

qara getmişdi. (304 b) Böyük və kiçık qardaşları ilə birlikdə Həstiçi Tünqa-

tar, bir neçə bxirəli və lahorlu adamla birlikdə Rəhimdad pərgənələri Güval-

yarda olmaq üzərə oraya göndərildi. Molla Apağ ilə Şeyx Gürən də Rəhim-

dadı Güvalyarda yerləşdirib qayıtmaq üzrə göndərildi. 

Bunlar Güvalyara yaxınlaşanda Tatar xanın fikri dəyişmiş və bunları 

kurqana buraxmamışdı. O zaman dünya ləzzətlərindən  əl çəkməsilə tanın-

mış, müridi və dostları çox bir dərviş olan Şeyx Məhəmməd Qövs Güvalyar 

kurqanının içindən Rəhimdada adam göndərərək «Nəyin bahasına olsa kur-

qana girin, çünki bu adamın fikri dəyişmişdir. Pis niyyətləri vardır» deyir. 

Rəhimdad bu xəbəri alınca «Dışarısı kafirlər üzündən təhlükəlidir, 

mən bir neçə adamla kurqana girim, digərləri dışarıda qalsın» deyə  xəbər 

göndərir və israr edir, Tatar xan da buna razı olur. Bir neçə adamıyla içəri 

girincə də «Bu qapıda bizim adamlar dursun» deyə Hati-Pülə öz adamlarını 

qoyur və o gecə bütün adamlarını Hati-Püldən içəri buraxır. Ertəsi gün də 

Tatar xan çarəsiz qalıb kurqanı istər-istəməz təslim edir. Sonra da gəlib Aq-

rada bizə qoşuldu. Onun təxsisatı Biyanə  pərgənəsindən iyirmi lek olaraq 

müəyyənləşdirildi. 

Məhəmməd Zeytun da çarəsiz qalarq Dulpuru (305 a)  təslim edərək 

gəlib mülazimət etdi. Ona bir neçə leklik pərgənə ehsan  edildi. Dulpur xas-

sə  əmlak siyahısına alındı və şikdarlığı Əbülfəth Türkmənə ehsan edilərək 

oraya göndərildi.  

Hisari-Firuzə civarındakı Həmid xan Sarənghani də pani əfqanlarının 

bir qismiylə o tərəfdəki əfqanlardan üç-dörd min adamı yığıb fitnə və fəsad 

çıxarmaqla uğraşırdı. Çərşənbə günü, səfər ayının on beşində [=21 noyabr] 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



320

Əhmədi Pərvançı, Əbülfəth Türkmən, Məlikdad Kərani (Kərərani) və Mü-

cahid xan Multani idarəsində olanlarla birlikdə Cin-Teymur Sultana bu əf-

qanlara hücum etməyi tapşırdım. Bunlar gedib öndən sürətlə yürüyərək bu 

əfqanları möhkəm məğlub etdikdən sonra adamlarından çoxunu öldürüb bir 

çox baş kəsib gətirdilər. 

Səfər ayının sonlarında İraqa, şahzadə Təhmasibin yanına elçiliyə get-

miş olan Hacəgi Əsəd yanında Süleyman adında bir türkmənlə birlikdə gəlib 

hədiyyə gətirdi. Bunlar arasında iki çərkəz qızı da vardı.  

 

BABURU ZƏHƏRLƏMƏ TƏŞƏBBÜSÜ 

 

Cümə günü, rəbiüləvvəl ayının on altısında [=21 dekabr] qəribə bir 

hadisə oldu. Bunu Kabilə göndərilmiş olan məktubda ətraflıca anlatmışam, 

nə artıq, nə də əskik olaraq burada da eynən verirəm. O məktub budur: 

«Cümə günü, rəbiüləvvəl ayının on altısında, doqquz yüz otuz üçüncü 

ildə meydana gələn böyük olayın təfsilatı belədir: İbrahimin [Sultan İbrahim 

Ludi] anası, bu bədbəxt qadın mənim  (305 b) hinduların  əliylə bişirilən 

yeməkləri yediyimi eşidir. 

Bu hekayə  də bundan ibarətdir: bundan üç-dörd ay əvvəl Hindistan 

yeməklərini görməmiş olduğum üçün İbrahimin aşçılarını (bavurçu) gətir-

mələrini söylədim.  Əlli-altmış  qədər aşçıdan dördünü yanıma aldım. O da 

bunu eşidərək Ətavəyə adam göndərib dördə qatlanmış bir kağız içində gə-

tirtdiyi bir tülə zəhəri bir cariyənin casitəsilə Əhməd Çeşnigirə -hind eli bə-

qavula çeşnigir deyir- verir, tülə iki misqaldan bir az artıqdır. 

Əhməd də bizim aşxanadakı hindistanlı  aşçıya dörd pərgənə verəcə-

yini vəd edib mənim yeməyimə  hər hansı bir şəkildə qatması üçün zəhəri 

verir. Zəhəri Əhməd Çeşnigirə aparan cariyənin arxasından digər bir cariyə 

də gönrərir ki, bunu verib-vermədiyini öyrənsin. 

Yaxşı ki, aşçı zəhəri qazana deyil, boşqaba qoyur. Qazana qoymama-

sının səbəbi bu idi: bəkavullara hindular yemək bişirəndə daima orada olma-

larım möhkəm-möhkəm əmr etmişdim və onlar da yemək bişiriləndə yemə-

yi aşçılara daddırırdılar. 

Yeməyi daddıqları zaman bizim bədbəxt bəkavullar qəflətə düşürlər. 

Aşçı çini boşqab üzərinə çörək dilimini qoyanda, dilimin üzərinə o kağızda-

kı zəhərin yarısından bir qədər azını səpir. Zəhərin üstünə yağda qızardılmış 

əti qoyur. (306 a) Zəhəri ət üzərinə səpsə, ya da qazana töksəydi, pis olardı. 

Çaşqınlıqla zəhərin yarısından artığını ocağa atır. 

Cümə günü, axşam üstü, ikindi vaxtında yemək verdilər. Dovşan ye-

məyindən xeyli yedim. Qızardılmış yerkökü də yedim. Bu zəhərli hind ye-

məyindən bir-iki loxma aldım, qızardılmış  ət də yedim. Dadından heç bir 

şey bəlli deyildi. Qurudulmuş ətdən bir-iki tikə aldım. Midəm bulandı. Ke-


BABURNAMƏ 

 

321



çən gün qurudulmuş ət yediyim vaxt dadı pis idi. Mədə bulantısının ondan 

olduğunu zənn etdim. Təkrar mədəm bulandı. Süfrədə iki-üç dəfə  mədəm 

bulandı. Az qala qusurdum. Axırda gördüm ki olmur, yerimdən qalxdım. 

Ayaq yoluna gedincəyə qədər yolda da az qala qqsurdum. Ayaq yolu önünə 

gedib çox qusdum. Yeməkdən sonra heç qusduğum olmamışdı, hətta içdi-

yim zaman da qusmazdım. 

İçimə  şübhə girdi. Aşçını mühafizə altına alaraq, o qusmuğu köpəyə 

verib köpəyi də  nəzarət altına almalarını  əmr etdim. Ertəsi gün bir pəhərə 

yaxın köpək bir az xəstələnib qarnı şişən kimi oldu. Nə qədər ətrafını çevirib 

daşla vursalar da qımıldanmadı. Bu halı günortaya qədər davam etdi. Ondan 

sonra qalxdı. Ölmədi. 

Bir-iki çöhrə də bu yeməkdən yemişdi. Ertəsi gün onlar da çox qusdu-

lar. (306 b) İçlərindən birinin halı xarabdı. Axırda hamısı qurtuldu. 

«Rəsidə bud bəlayi, vəli bəxeyr güzəşt» (bir bəla yetişdi, lakin xeyrlə 



keçdi).  Allah mənə  təkrar can verdi. O dünyadan qayıtdım, sanki yenidən 

doğuldum, can qədrini, billah, indi bildim. 

Sultan Məhəmməd Bəxşiyə aşçını nəzarət altına almasını əmr etdim. 

Aşçı işkəncə nəticəsində sizə söylədiyim şeyləri tək-tək uzun-uzadıya anlat-

dı. Bazar günü divan günüydü. Əkabirrin və əşrafin, üməra və vüzəranın di-

vanda iştirak etmələrini, iki kişi ilə iki qadını  gətirib sorğuya çəkmələrini 

əmr etdim. Hadisənin necə olduğunu bütün təfsilatı ilə danışdılar. 

O çeşnigiri parçalatdırdım. Aşçının da diri-diri dərisini soydurdum. 

Qadınlardan birini filin altına atdırdım, birini güllələtdim. Birini mühafizə 

altına aldırdım, o da öz etdiyinə giriftar olub cəzasını çəkəcəkdir. 

Şənbə günü bir fincan süd içdim. Bazar günü də bir fincan süd içdim. 

Gili-məxdumla

1

 güvvətli tiryəki əzib içdim. Süd içimi təmizlədi. İlk gün öd 



kimi qara-qara şeylər çıxdı. Şükür ki, artıq heç bir sıxıntım yoxdur. 

Can belə əziz bir şeymiş, bu qədər əziz olduğunu bilməzdim. Bir mis-

ra var: 

Kim ölər həlakətə yetsə, ol  bilir can qədrini. 

Bu qorxunç hadisəni nə zaman xatırlasam, istəmədən ağlım başımdan 

(307 a) çıxır. Tanrı təala öz inayəti ilə mənə yenidən can bağışladı. Bunun 

şükrünü hansı dillə ifadə edim. Ağlınızda bir tərəddüd qalmasın deyə ger-

çəkləşən hər şeyi bütün təfərrüatı ilə yazdım. Gərçi dilə və ağıza sığmaya-

caq qorxunc bir hadisə idi. Allaha şükür ki, əcəlim gəlməmişdi, axırı xeyir 

oldu. 

Ağlınıza heç bir sıxıntı və tərəddüd gətirməyin deyə çərşənbə axşamı 



günü, rəbiüləvvəl ayının iyirmisində [=25 dekabr] çarbağda ikən yazıldı». 

Bunlardan qurtulunca yazılan bu məktubu Kabilə göndərdim. 

O bədbəxt qadından belə böyük bir günah zühur etdiyi üçün sahib ol-

                                                           

1

 Gili-məxdum: bir cür torpaqdır, zəhərlənməyə qarşı dərman olaraq işlədilir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



322

duğu əmlak Yunus Əli ilə Hacəgi Əsəde yağmalatdırıldı. Nəqd, əşya, qul və 

cariyələri alındıqdan sonra, özü də  nəzarət altında saxlanmaq üzrə  Əbdür-

rəhim Şiğavula təhvil verildi. Onun nəvəsi, yəni İbrahimin oğluna çox sayğı 

və hörmətlə davranılırdu. Lakin belə bir qəsd bu ailədən ortaya çıxdığı üçün 

onun da burada qalması uyğun görülməyərək, cümə axşamı günü, rəbiüləv

-

vəl ayının iyirmi doqquzunda [=3 yanvar 1527] Kamranın yanından bəzi 



işlərin həlli üçün gəlmiş olan Molla Sərsan ilə birlikdə Kamrana göndərildi. 

 

YENİDƏN HÜMAYUNUN SƏFƏRİ HAQQINDA 

 

Hümayun Purabdakı asilərin üzərinə getmişdi. Cunpuru (307 b)  fəth 



etdikdən sonra sürətlə Qazipura, Nasir xanın üstünə yürüdü. Nasir xan da 

bunu xəbər alaraq Qanq çayını keçdi. Buna görə də Hümayun Qazipurdan 

Harid üzərinə doğru yürüdü. Oradakı  əfqanlar da bunu eşidib Saru çayını 

keçdilər. Əsgər Haridi yağmaladıqdan sonra oradan geri döndü. 

Daha öncədən müəyyən etdiyim şəkildə  Şah Mir Hüseyn ilə Sultan 

Cüneyd bir dəstə yaxşı igidlə birlikdə Cunpurda qaldı. Qazı Ciya da onların 

yanına təyin edildi. Uda isə Şeyx Bəyazid təyin edildi. Bu işləri düzənləyib 

tamamlayandan sonra Hümayun da Kərrə-Manikpur civarından Qanqı keçə-

rək Kalpi yoluyla hərəkət edir. 

Cəlal xan Cighetin oğlu Aləm xan Kalpidə olurdu. Ərzi-halı gəlir, la-

kin özü gəlmirdi. Hümayun Kalpi qarşısına gedin onun qorxusunu könlün-

dən çıxarıb özü ilə birlikdə gətirdi. Hümayun bazar günü, rəbiülaxır ayının 

üçündə [=6 yanvar] Həşt-Behişt bağında gəlib mülazimət etdi. O gün Xoca 

Dost Xavənd də Kabildən gəldi. 

 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin